Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-546/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov(sədrlik edən və məruzəçi) və Əziz Cəfərov oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhsil şöbəsinin prokuroru, ədliyyə müşaviri Yaqut Bəçir qızı Əliyevanın iştirak ilə, Bəraət almış şəxs X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət almasına dair Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 25 may 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs-mülki iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şirvan şəhər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmü ilə (hakim Qurbanov Elçin Firudin oğlunun sədrliyi ilə), 13 oktyabr 1984-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2019-cu il tarixli hökmü ilə CM-nin 228.1 təqsirli bilinərək 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmamış, məhkumluğu olan, işləməyən, Şirvan şəhəri Energetik küçəsi ev 9, mənzil 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünva n 2ində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamlar üzrə təqsirsiz bilinərək, CPM-nin 39.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilmiş, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh X1 13094 manat 09 qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının cəmi 350 manat məbləğində dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İbtidai itintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 ittiham verilmişdir ona görə ki, o, Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicis i kimi qeydiyyata alınmış hüquqi ünvanı ünvan 3ətinin (bundan sonra MMC) (VÖEN:**********) təsisçisi və direktoru vəzifəsındə işləyərkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlaklarının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan.və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsililyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 92, 98, 124.1, 149, 150, 153, 154. 159. 162, 167-168, 173-174, 176, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə, ümumilikdə xeyli miqdar təşkil edən 47856 manat 66 qəpik məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, ona qarşı irəli sürülmüş ittihama görə, o, »xxxx» MMC-in adından 2017-cı ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyəni 983011 manat 36 qəpik, ƏDV-ni 176942 manat 04 qəpik, əvəzləşdırılən ƏDV olmadığı və ödənilməli ƏDVnın 176942 manat 04 qəpik göstərməli olduğu halda, həmin ay üzrə dövriyyəni 838604 manat 36 qəpik, ƏDV-ni 150948 manat 78 qəpik, əvəzləşdirilən ƏDV-in olmadığını və ödənilməli ƏDV-150948 manat 78 qəpik göstərib, azaltdığı 25993 manat 26 qəpik ƏDV-ən 3762 manat 30 qəpik ödəməklə 22230 manat 96 qəpik, may ayı üzrə dövriyyəni ******* manat 89 qəpik, ƏDV-ni 213052 manat 84 qəpik, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV-nı 213052 manat 84 qəpik göstərməli olduğu halda, həmin ay üzrə dövriyyəni 997209 manat 12 qəpik ƏDV-ni 179497 manat 64 qəpik, əvəzləşdirilən ƏDV-ni olmadığını və ödənilməli ƏDV-ni 179497 manat 64 qəpik göstərib, azaltdığı 33555 manat 20 qəpik ƏDV-ən 12061 manat 68 qəpık ödəməklə 21493 manat 52 qəpik, iyun ayı üzrə dövriyyəni 136619 manat 51 qəpik, ƏDV-ni 24591 manat 52 qəpik, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV-nı 24591 manat 52 qəpik göstərməli olduğu halda, həmin ay üzrə dövriyyəni 113849 manat 67 qəpik. ƏDV-nı 20492 manat 94 qəpik, əvəzləşdirilən ƏDV-in olmadığını v ə ödənilməli ƏDV-ni 20492 manat 94 qəpik göstərərək, 4098 manat 58 qəpik.cəmi 47823 manat 06 qəpik ƏDV-ni həmçinin o, icarəsində olan daşınmaz əmlaka görə 2017-ci ilin 2-ci rübü üzrə ödədiyi 150 manat icarə haqqından 21 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, qeyd olunan rüb üzrə bəyannamə təqdim etməməklə, cəmi 21 manat ödəmə mənbəyində tutulan vergini, habelə o, 2017-ci ilin may ayı üzrə tabeçiliyində olan işçilərə ödədiyi 400 manat əmək haqqından 12 manat 60 qəpik məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini ödənilməsi üçün bəyannamə təqdim etməsinə baxmayaraq, cəmi 12 manat 60 qəpik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 21 manat ödəmə mənbəyində tutulan vergini və 47823 manat 06 qəpik ƏDV-ni, ümumilikdə 47 856 manat 66 qəpik məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh X1 13094 manat 09 qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının cəmi 350 manat məbləğində dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. Şirvan şəhər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmündən dövlət itihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Azərbaycan Respublikası Vegilər Nazi rliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin kassasiya çikayətinə əsasən işə baxmış Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarı ilə (hakim X14 (sədrlik edən və məruzəçi), hakimlər Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) Şirvan Şəhər Məhkəməsinin 06 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs-mülki iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, mülki iddianın tam təmin edilməsi və X8 tərəfindən 47.856,66 manat məbləğində vurulan ziyanın ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayə tinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X8 »xxxxMC”-nin adından 2017-ci ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyəni 983011 manat 36 qəpik, ƏDV-ni 176942 manat 04 qəpik, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV-ni 176942 manat 04 qəpik göstərməli olduğu halda həmin ay üzrə dövriyyəni 838604 manat 36 qəpik, ƏDV-ni 150948 manat 78 qəpik, əvəzləşdirilən ƏDV-in olmadığını və ödənilməli ƏDV-ni 150948 manat 78 qəpik göstərib, azaltdığı 25993 manat 26 qəpik ƏDV-ən 3762 manat 30 qəpik ödəməklə 22230 manat 96 qəpik, may ayı üzrə dövriyyəni ******* manat 89 qəpik, ƏDV-ni 213052 manat 84 qəpik, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV-ni 213052 manat 84 qəpik göstərməli olduğu halda, həmin ay üzrə dövriyyəni 997209 man at 12 qəpik,ƏDV-ni 179497 manat 64 qəpik, əvəzləşdirilən ƏDV-ni olmadığını və ödənilməli ƏDV-ni 179497 manat 64 qəpik göstərib, azaltığı 33555 manat 20 qəpik ƏDV-ən 12061 manat 68 qəpik ödəməklə 21493 manat 52 qəpik, iyun ayı üzrə dövriyyəni 136619 manat 51 qəpik, ƏDV-ni 24591 manat 52 qəpik, əvəzləşdirən ƏDV olmadığı və ödənilməli ƏDV-ni 24591 manat 52 qəpik göstərməli olduğu həmin ay üzrə dövriyyəni 113849 manat 67 qəpik, ƏDV-ni 20492 manat 94 qəpik, əvəzəşdirilən ƏDV-in olmadığını və ödənilməli ƏDV-ni 20492 manat 94 qəpik göstərərək, 4098 manat 58 qəpik, cəmi 47823 manat 06 qəpik ƏDV-ni həmçinin o, icarəsində olan daşınmaz əmlaka görə 2017-ci ilin 2-ci rübü üzrə ödədiyi 150 manat icarə haqqından 21 manat məbləğində ödəmə mənbəyində tutulan vergini hesablayıb ödəməli olduğu halda, qeyd olunan rüb üzrə bəyannamə təqdim etməməklə, cəmi 21 manat ödəmə mənbəyində tutulan vergini, habelə o, 2017-ci ilin may ayı üzrə tabeçiliyində olan işçilərə ödədiyi 400 manat əmək haqqından 12 manat 60 qəpik məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödənilməsi üçün bəyannamə təqdim etməsinə baxmayaraq, cəmi 12 manat 60 qəpik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 21 manat ödəmə oəyində tutulan vergini və 47823 manat 06 qəpik ƏDV-ni, ümumilikdə 47856 manat 66 qəpik məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Mülki iddianın tam təmin edilməsini və vurulan həmin məbləğdə ziyanın A.R.Abdullayevdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edəsiniz. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələbl ərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Belə dəlillər apellyasiya protestində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apelyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir:” X6 qarşı ittihamın irəli sürülməsinə məhz ibtidai istintaq zamanı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10.11.2017-ci il tarixli məhkəmə-mühasibat ekspertizasının rəyi əsas olmuşdur. Rəyin təsviri hissəsində ekspert qeyd etmişdir ki, iş üzrə əlavə sənədlərin zəruriliyi haqqında istintaq orqanına 04 oktyabr 2017-ci il tarixdə vəsatət göndərilmişdir. İlkin mühasibat sənədləri (VHF), qaimə fakturalar, ödəniş tapşırıqları və ya kassa mədaxil, məxarıc orderləri, bəyannamələr (yoxlama ilə hesablanmış vergilər üzrə), yük gömrük bəyannamələri və s.) Həmin vəsatətə olaraq istintaq orqanının 17.10. 2017-ci il tarixli məktubu ilə Mərkəzə 23.10.2017-ci il tarixdə idxal əməliyyatlarına dair sənədlər daxil olmuşdur. Lakin həmin vəsatət tam təmin olunmamışdır. Həmçinin ekspert rəyində qeyd etmişdir ki, iş materiallarında olan 31.08.2017- tarixli aktda göstərilənlər (vergilərlə bağlı) istintaq orqanı tərəfindən sübuta yetirildiyi təqdirdə «xxxx» MMC-İ tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu 47856 at 66 qəpik məbləğində müəyyən oluna bilər. Göründüyü kimi ekspertə vəsatətdə tələb sənədlər tam təqdim olunmamış, yalnız idxal əməliyyatlarına dair sənədlər təqdim olunmuşdir. İş üzrə əlavə ekspertizası keçirildikdə və ekspertə kassa satış əməliyyatları üzrə sənədlər təqdim olunduqda «xxxx»MMC tərəfindən 2016-cı ilin noyabr ayından 2017-ci ilin abr ayı da daxil olmaqla aparılmış ə məliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 12980 manat 69 qəpik məbləğində müəyyən olunmuş, mənfəət vergisi üzrə 12947 manat 09 qəpik, ÖMV üzrə 21 manat, MÖMV üzrə 126 manat, ƏDV üzrə isə borcun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 213.1 -ci maddəsinə əsasən miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislınədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzıfə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya ediİməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsinə görə bu maddədə «xeyli miqdar» dedikdə iyirmi min manatdan y uxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə baxışında isə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X4 qeyd edilən dövr üçün cəmi 13094 manat 09 qəpik məbləğində vergi borcu vardır. Bu isə o deməkdir ki, vergi borcu iyirmi min manatdan aşağı olduğundan onun əməlində CM-in 213.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi yaranmamışdır” Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühak imə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiy mətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissə sinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın süb ut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, be lə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessu al qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta y etirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən d əlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Amid Abdullayevin CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək, bu normaları və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və müddəaların tələbləri pozulmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci mad dəsi ilə bəraət almış X8 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-546/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-546/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver