Məhkəmə qərarları › İş №1(102)-546/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-546/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-546/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) 1(005)292/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1994-cü il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Oğuz rayonu, Xaçmaz ərazi dairəsi, Xaçmaz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 177.2.31,177.2.2 və 177.2.3-1-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cə zasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkməsinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhərində «Bolt» taksi xidmətinə sifariş verərək, Zərərçəkmiş şəxs idarə etdiyi «Opeİ Astra» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşmiş və ünvan 2 ünvanda avtomaşından düşərkən gizli olaraq qoltuqaltından pul qabı ilə birlikdə içərisində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169****4278 nömrəli bir kartı və “Beynəlxalq Bank” tərəfindən verilmiş 5167***1896 nömrəli maaş kartını götü rərək, həmin gün, yəni 12 oktyabr 2021-ci il tarixdə, saat 22:53-də elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə ünvan 3 ünvanında yerləşən metronun çıxışının yaxınlığında dəqiq yeri istintaqa məlum olmayan ünvanda və istintaqa məlum olmayan banka məxsus bankomat vasitəsilə “Beynəlxalq Bank” tərəfindən verilmiş 5167***1896 nömrəli maaş kartına müdaxilə edərək, balansda olan 707 manat 50 qəpik pulu nağdlaşdırıb qanunsuz olaraq ələ keçirmək istəmiş, lakin həmin əməliyyat barədə Zərərçəkmiş şəxs mobil telefonuna mesaj gəldiyindən o, kartı mobil proqram vasitəsi ilə blok etdiyinə görə Məhkum iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli o laraq talama məqsədilə 12 oktyabr 2021-ci il tarixdə 23:07-də ünvan 3 ünvanında yerləşən "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169****4278 nömrəli bir kartın balansında olan 1.499 (bir min dörd yüz doxsan doqquz) manat puldan iki dəfəyə, yəni 300 (üç yüz) manat və 500 (beş yüz) manat olmaqla cəmi 800 manat, daha sonra həmin günü gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istintaqa məlum olmayan ünvanda və istintaqa məlum olmayan banka məxsus bankomatdan həmin kartın balansında qalmış 690 (altı yüz doxsan) manat pulu da nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs ümumilikdə 1.490 (bir min dörd yüz doxsan) manat maddi ziyan vurmaqla oğu rluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1808/2022 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 1(005)-292/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzanın şərti tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçi si Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən və məhkuma cəza təyin edərkən onun himayəsində iki azyaşlı əkiz uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə almamış, bu hal apellyasiya məhkəməsində müəyyən edilsə də və uşaqların doğum şəhadətnamələrinin surəti məhkəməyə təqdim edilsə də apellyasiya məhkəməsi bunu məhkuma daha yüngül cəza təyin etmək üçün əlavə əsas kimi qiymətləndirməmişdir. Halbuki, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüng ülləşdirən hallardan biridir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmay an faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əm əli Azərbaycan Respublikası CM-in 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın ona şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cina yətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgü n müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda ol araq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanı müzakirə edərək yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumlarının tövsiyələrini nəzərə almış və əsaslı olaraq nəticəyə gəlmişdir ki, həmin cəza ədalətli və cəza məqsədlərinə cavab verir. Ona görə də məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı old uğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,177.2.3-1, 177.2.2 və 177.2.3-1-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar