Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-546/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs9 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilin ib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 1(008)45/2023 nömrəli (hakim: Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi) hökmü ilə xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının x rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, məhkum olunmuş, xxxda qeydiyyatda olan, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hazırkı, hökmlə təyin olunmuş cəzanın Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(124)-46/2023 nömrəli hökmü ilə təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılması və onun üzərində qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində «həbs» qətimkan tədbirinin seçilməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(124)-46/2023 nömrəli qərarı ilə cəza çəkməsinin nəzərə alınması, seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edi lmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutların taleyi, mülki iddia və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən Məhkum aid hissədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli 1(103)-2117/2024 nömrəli (hakimlər: Əliyev Emin Zöhrab oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimli İbrahim Adil oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilmiş, Məhkum aid hissədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli hökm dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinin tələbinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli hökmü ilə, Məhkum CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, ona Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarı ilə, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 7 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplanılmaqla, qəti olaraq 8 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyu n 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 dələduzluq əməllərini həyata keçirməkdən ötrü qabaqcadan sövdələşib əlbir olmuş Təqsirləndirilən şəxs cinayətin icrası üçün öhdəsinə düşən rol bölgüsünə əsasən əvvəlcədən özünü işgüzar, işi bacaran şəxs kimi təqdim edib, yüksək vəzifəli olan şəxslərlə yaxın əlaqəsi olduğunu bildirməklə etibarını qazanıb onu 4.600 manat pulun müqabilində xxxx Şirkətinin (x) Lənkəran şəhərində yeni açılacaq filialına mühafizəçi vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verdikdən sonra cinayətin icrası üçün öhd əsinə düşən rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs9 zəng edərək telefon vasitəsilə özünü Təqsirləndirilən şəxs qohumu kimi təqdim edərək yüksək vəzifəli şəxslərlə yaxın əlaqəsi olduğunu bildirməklə etibarını qazanaraq Astara rayonunun mərkəzində yerləşən terminaldan özünə məxsus "xxxx" ASC-yə aid **** **** **** **** saylı kart nömrəsinə köçürtdürməklə 2 oktyabr 2021-ci il tarixdə 3.000 manat, 4 oktyabr 2021-ci il tarixdə 1.500 manat, 5 oktyabr 2021-ci il tarixdə 100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs9 4.600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs və on un tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 ona özünü işgüzar, işi bacaran şəxs kimi təqdim edib, yüksək vəzifəli olan şəxslərlə yaxın əlaqəsi olduğunu bildirməklə etibarını qazanıb etibarından sui-istifadə edərək aldatma yolu ilə onu Binəqədi rayon İcra Hakimiyyətinə tabe olan Mənzil istismar İdarələrinin birinə rəis vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün 9.000 manat pul lazım olduğunu bildirməklə 5 oktyabr 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra hakimiyyətinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs6 7.000 manat, 2021-ci ilin oktyabr ayının ilk on günlüyündə istintaqa dəqiq tarixi məlum olmayan gündə qrup üzvü Təqsirləndirilən şəxs xxx ünvanında yerləşən Bakı Olimpiya Stadionun yaxınlığında Zərərçəkmiş şəxs6 1.000 manat və 13 oktyabr 2021-ci il tarixdə X15 Abşeron rayonu, Məhəmmədli qəsəbəsinin ərazisində yerləşən bankomat vasitəsilə "xxxx" ASC-yə aid cinayətdən xəbəri olmayan Mirağa Seyidova məxsus **** **** **** **** nömrəli kart köçürdürməklə 1.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə birlikdə ələ keçirərək, Zərərçəkmiş şəxs6 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum vermiş olduğu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə ilə, ailə vəziyyətini, 3 azyaşlı övladının v ə ağır xərçəng xəstəsi olan həyat yoldaşının xəstə anasının himayəsində olmasını, atasının vəfat etməsini, ailəsinin maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq, o cümlədən apellyasiya instansiyası məhkəməsində barəsində cəza təyin olunarkən səhv hesablanma aparıldığını bildirərək, barəsində təyin edilmiş cəzanın sanksiyanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs9 çıxış edərək, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, veri lmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən e dir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etd ikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin qərarın dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkum tərəfindən verilmiş kassasiya müraciətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin və ona əlavənin dəlillərinə qiymət verərək aşağıda göstərilənləri məqsədəmüvafiq hesab edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxs iyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (törətdiyi əməldən peşman olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində və ona əlavədə barəsində cə zanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzas ını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən də birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında id diasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası həmçinin, kassasiya şikayətinin təyin olunmuş cəzanın düzgün hesablanmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Məhkum CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Məhkum barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmiş, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilmiş və ona CM-in 234.4.3-cü maddəsi ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.5-ci maddəsinə əsasən isə qəti olaraq 7 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin e dilmişdir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum təyin olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qüvvədə saxlanılmış 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli qərarı ilə dəyişdirilərək, 7 il 3 ay müddətinə endirildiyi və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum 7 il 9 ay həddində qəti cəzanın təyin edildiyi müəyyən olunmuşdur. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda bir inci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi hazırda Məhkum barəsində müəyyən edilmiş 7 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CMin 66.5-ci maddəsinin tələbinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmasında və ona qəti olaraq 8 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının məhkuma aid hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud de yildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-546/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-546/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver