Məhkəmə qərarları › İş №1(102)-547/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-547/2019

12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-547/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)547-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Rzayeva Gülzar Lətif qızı və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, müdafiəçi X3 iştirakları ilə, Biləsuvar ray on Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 27 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum – xx xxxxxxxx 1994-cü ildə *********** rayonu, *********** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ********** rayonunun ************** şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutula n cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə, CM-nin 234.1-ci maddəsi ilə isə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmış və Məhkum üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 05 fevral 2018-ci il tarixində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn zaman, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, üzərində gətirdiyi 1 ədəd «West» əmtəə nişanlı siqaret qutusunun içərisində olan 1 ədəd siqaretin altındakı bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsindən, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, 04 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,077 qram, 0,075 qram, 0,082 qram olmaqla, ümumi təmiz çəkisi 0,312 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini üzərində saxlamış, daşımış və həmin gün saat 14 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» Gömrük Postunun sərnişin şöbəsində A zərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 19 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yungulləşdirilmiş, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə üzərində saxlanılmış, CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmış və Məhkum üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki,atası gözlərinin görmə qabiliyyətini itirmişdir. Ona görə d ə heç bir iş qüvvəsi yoxdur. Anası evdar qadındır. Evin tək övladıdır. Ailəsinin yeganə qazanc gətirənidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilərək, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 il 5 ay 27 gün müəyyən edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiy ası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki,atası gözlərinin görmə qabiliyyətini itirmişdir, ailəsinin yeganə qazanc gətirənidir. Bu halların nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum yaş ayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə 19 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumun şəxsiyyətini xarakterizə edən halları müzakirə edərək apelyasiya instansiyası belə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya dair hissədə dəyişdirilməli, həmin hökmlə Məhkum təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, işin hallarından görünür ki, Məhkum gəncdir, ilk dəfədir ki, məhkum edilmişdir. Törətmiş olduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən ed ilməmişdir. Apellyasiya instansiya məhkəməsi qərarının nəticə hissəsində göstərilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yungulləşdirilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə üzərində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edil miş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Məhkum üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən birləşdirərkən səhvə yol vermiş birinci instansiya məhkəməsi CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş cəzaya CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzadan cəmi 6 ay birləşdirdiyi halda apellyasiya instansiya məhkəməsi CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş cəzanı 3 ilə endirsə də həmin cəzaya CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzadan 9 ay birləşdirmişdir. Bununla də məhkuma təyin edilmiş yekun cəzaya münasibətdə onun hüquqi vəziyyətini pisləşd irmişdir. Ona görə də apellyasiya məhkəmə kollegiyasının yol verdiyi səhv aradan qaldırılmalı və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 19 sentyabr 2018-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Qərar qalan hissədə dəyişdirilməsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar