Məhkəmə qərarları › İş №1(102)-547/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-547/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-547/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, Məhkumun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Nurullayev) 30 mart 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ünvan1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu il ə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkumun müdafiəçisi Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarı ilə (hakimlər Etibar Camalov (sədrlik edən və məruzəçi hakim), Kamran Əkbərov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkumun müdafiəçisinin apelyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi M.İ.Mütəllimov tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum barəsində CM-nin 79.1-ci maddəsi tətbiq olunmuş və ona Biləsuv ar Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə, CM-nin 206.2 və 234.1-ci maddələri ilə təyin edilmiş qəti cəza - 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməsi, himayəsində olan uşağı - 15 may 2013-cü il tarixdə doğulmuş X2 8 (səkkiz) yaşı tamam olanadək, yəni 15 may 2021-ci il tarixə kimi təxirə salınmışdır. Şirvan Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2016-cı il tarixli qərarı ilə (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi hakim), Hafiz Nəsibov və İmran Hacıqayıbov) dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasına təyin edilmişdir. Cinayət işinə yenidən apelyasiya qaydasında baxılarkən məhkum edilmiş şəxs dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmədən gizləndiyinə görə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qərarı ilə Məhkum barəsində "həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap edilməsi qərara alınmış və onun tutularaq məhkəməyə bu barədə məlumat verildiyi vaxta ki mi cinayət işinin icraatı dayandırılmışdır. Məhkum 07 fevral 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verildiyinə görə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı ilə cinayət işinin icraatı təzələnərək iş məhkəmə baxışına təyin edilmişdir. İşə yenidən apellyasiya qaydasında baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü Məhkum müdafiəçisi M.İ.Mütəllimovun apelyasiya şikayət inə əsasən dəyişdirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkumun 18 may 2015-ci il tarixdən 24 fevral 2016-cı il tarixə kimi həbsdə olduğu 9 ay 6 gün və təkrarən 07 fevral 2020-ci il tarixdən 18 may 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 ay 11 gün olmaqla, həbsdə olduğu cəmi 1 (bir) il 17 (on yeddi) gün ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 13 (on üç) gün müd dətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Biləsuvar Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 17 may 2015-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, quru maddəsinin çəkisi 0,266 qram təşkil edən 263 ml metadon məhlulunu əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Fanta” yazısı olan 2 ədəd 300 ml həcmində plasmas qabda qablaşdıraraq əynindəki bel-qarın karsetinin altında yerlə şdirib saxlamış və 18 may 2015-ci il tarixdə saat 14 radələrində Biləsuvar Gömrük İdarəsi “Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində təyin edilmiş cəza ağır olmaqla törədilmiş əməlin ədalətli nəticəsi hesab olunmamalıdır. Odur ki, törətmiş olduğu cinayət əməlinin az ağır cinayət olmasını, şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, qadın olmasını və əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarını dəyişdirməklə barəsində Azərbaycan Respublikası CM-ni n 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum kassasiya şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğularaq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını, məhkuma ədalətli cəza təyin edildiyini göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassa siya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığ ını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş narkotik vasitələrin, psixotrop mad dələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilməsi və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəl dikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləş dirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq çəkməsi, müsbət xarakterizə edilməsi, şəxsiyyəti, xəstəliyi, himayəsində bir nəfər azyaşlı uşağının olması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədi ni və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CMnin 66.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Məhkuma cinayətlərin məcmuyu üzrə təyin olunmuş qəti cəzanın müddətinin daha ciddi cəzanın, yəni CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 il azadlıqdan məhrum etmə cəzasının müddətindən çox olmayan həddə, kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəlili yini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və apellyasiya məhkəməsinin qərarı ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun törətdiyi cinayətin məqsədi və mo tivi, onun cinayətin törədilməsində rolu, onun cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışı ilə bağlı müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar müəyyən edilməmişdir. Kassasiya şikayətində göstərilən hallar da məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyas iya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayətli təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2020-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar