Məhkəmə qərarları › İş №1(102)-547/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-547/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-547/2023 23.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarından Məhkum4 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyy əti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ü.S.Şükürova) Məhkum4 (xx xxxx 1982-ci il tarixdə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 34.2,127.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 34.2,186.2.1 və 34.2,186.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 34.2,233-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 34.2,315-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum4 20 iyul 2020ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 2 (iki) gün bir günə bir gün hesabı ilə cəza müddətinə hesablanmaqla, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla, ona təyin edilmiş azadlı qdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum4 davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi iş yerini və yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmlə Məhkum1, Məhkum2 X2 Məhkum3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum10, Məhkum9, Məhkum5, Məhkum6, Məhkum7 və Məhkum8 da Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum4, Məhkum8 və Məhkum9 müdafiəçiləri Müdafiəçi7 və Müdafiəçi10, Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum3 müdafiəçisi Müdafiəçi3, Məhkum6 müdafiəçisi Müdafiəçi8, Məhkum7 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü Məhkum4, Məhkum8, Məhkum9, Məhkum2, Məhkum1, Məhkum3, Məhkum6, Məhkum7 aid hissə də dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarından Məhkum4 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsində bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmişdir. Belə ki, o, Bakı və Respublikanın digər şəhər və rayonlarından çoxsaylı Azərbaycan Respublikasının vətəndaşlarının işğalçı Ermənistan Respublikasınının Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə davam e tdirdiyi təcavüzkar hücumlarına qarşı, habelə Azərbaycan Respublikasının ordusuna və Silahlı Qüvvələrin Ali Baş Komandanına öz dəstəyini nümayiş etdirmək məqsədilə 14 iyul 2020-ci il tarixdə “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” və sair vətənpərvər ruhda olan şüarlarla Bakı şəhərinin Səbail rayonunun ərazisində yerləşən Şəhidlər Xiyabanı istiqamətində yürüş keçirdiklərini öyrənib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsində "WhatsApp” mobil tətbiqetmə proqram təminatı vasitəsilə aldıqları təlimata uyğun olaraq həmin yürüşə qoşularaq müxtəlif şüarlar səsləndirməklə ətraflarına çoxsaylı şəxsləri toplayıb, təşkilatlandıqdan sonra cinayətin törədilməsində iştirak edib, habelə özü, Məhkum1, Məhkum2, Məhkum3 Vaqif oğlu, Məhkum8, Məhkum9 v ə qeyrilərinin eyni məqsədlə bilavasitə yürüşə qoşulub “WhatsApp” mobil tətbiqetmə proqram təminatı və “facebook.com” sosial şəbəkəsində qeydiyyatdan keçdikləri profil hesabları vasitəsi ilə canlı yayımlar keçirməklə, bir birləri ilə telefon əlaqələri saxlamaq və bu yolla saylarını artırmaq məqsədilə əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq yürüş iştirakçıları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanının qarşısına çatıb orada və Azərbaycan Respublikası Milli Məclisin inzibati binasının qarşısında toplaşdıqdan sonra orada kütlənin içərisində olan Təqsirləndirilən şəxs1, Məhkum10, Məhkum6, Təqsirləndirilən şəxs2, Məhkum7, Məhkum5 və qeyriləri ilə birlikdə yürüşdə bilavasitə iştirak etməklə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binas ının qarşısında pilləkənlərdən aşağıda, sol tərəfdə dayanıb nizamsız kütlənin vətən sevgisindən qaynaqlanan Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı emosiyalı tələblərindən istifadə edib uca səslə, qrup şəkilində, nizamlı olaraq səsləndirdikləri vətənpərvər şüarları ümumi cinayətkar plana uyğun olaraq məqsədyönlü şəkildə dəyişib səsləndirməklə çoxsaylı şəxsləri ətraflarına toplaşdıqlarını görüb, əvvəlcədən planlaşdırılmış ölkədə ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifəl ərini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı olan, habelə özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxslərə ziyan vuran və digər ağır nəticələrə səbəb olan cinayətlərin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdikdən, 15 iyul 2020-ci il tarixdə saat təxminən 03 radələrindən 05 radələrinədək olan müddət ərzində vətən, əsgər sevgisi ilə bağlı olan şüarları məqsədyönlü şəkildə dəyişib, əlbir olduqları qrupun üzvlərinə, eləcə də yürüşdə iştirak dən digər şəxslərə xitabən “İstefa”, “Allahu Əkbər”, “Milli Məclisə hücum edin”, həmçinin kütlə içərisində olmaqla onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə qarşı “vurun”, “qorxmayın”, “geri çəkilməyin”, “sizin sayınız polislərdən çoxdur, qorxmayın qırın” və sair kimi şüarlar səsləndirib qanunazidd, cinayət sayılan əməllər törətmələrini istiqamətləndirdikdən və ruhlandırdıqdan sonra ictimai qaydanı kobud surətdə pozaraq, yəni onların hüquqazidd hərəkətlərinin qarşısını alan hakimiyyət nümayəndələrini söyüb təhqir etmələrinə, ətrafda yaşayan vətəndaşların gecə vaxtı dincliyinin, ictimai asayişin uzun müddətə pozulmasına, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamasına, nəqliyyatın, Milli Məclisin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsində, həmin qurumların xidmətdə olan əməkdaşlarına zor tətbiq edib müqavimə t göstərilməsində, əmlaklarının qəsdən məhv edib zədələnməsində, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar sağlamlığına az ağır zərər vurma ilə bağlı cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etmiş, habelə qrupun üzvü Məhkum5 insan kütləsini yüksək səslə “içəriyə…, içəriyə…”, Məhkum1 və qeyrilərinin “Milli Məclisə daxil olun, hücum edin” sözləri ilə səsləyib, qrupun digər üzvlərindən Təqsirləndirilən şəxs1, Məhkum7 və qeyrilərinin Milli Məclisin inzibati binasının əsas giriş qapısının qarşısında dayanmaqla yuxarıda qeyd olunan qurumların əməkdaşlarının xidməti vəzifələrini icra etmələrinə maneə yaradaraq əlbir olduğu bir qrup şəxslə birlikdə uca səslə müxtəlif şüarlar səsləndirib ictimai qaydanın pozulmasına, ətrafındakı insanların inzibati binaya daxil olmalarına, binanın içərisindəki inventar əmlaka, əşyalara, yəni özgə mülkiyyətinə qəsdən zərər vurmaqla müşayiət edilən qanunazidd hərəkətlər törətmələrinə əlverişli şərait yaradıb, hərəkətə gələn qrup üzvlərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum10, Məhkum7, Məhkum5, Məhkum6 və qeyriləri ilə birlikdə Milli Məclisin inzibati binasının mühafizəsini təşkil edən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına kömək göstərmək məqsədilə binanın giriş qapısı yaxınlığında dayanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və Bakı şəhərinin rayon polis idarələrinin və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının üzərinə gedib, hakimiyyət nümayəndəsinin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, şəxsiyyət i, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, və sair məzmunlu qanuni tələblərinə tabe olmamaqla xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına əllərində olan su qabları, taxta parçası, daş və sair predmetləri atmaqla, onları dartıb, itələyib yıxmaqla, əlləri, ayaqları ilə vurmaqla və sair formada zor tətbiq etməklə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CMin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və digər zərər vurma ilə bağlı cinayətin törədilməsi ilə müqavimət göstərib, o cümlədən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəf əri, polis serjantı Zərərçəkmiş şəxs15, DİN-in X8 Patrul bölüyünün polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs20 və həmin bölüyün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs17 itələyib inzibati binanın qarşısında sərt örtükdən ibarət olan pilləkənlərə yıxıb Zərərçəkmiş şəxs15 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs20 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya, Zərərçəkmiş şəxs17 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərəvurmaya aid xəsarətlər yetirib üzərlərindən keçməklə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən sutkalıq naryadla mühafizə olunan Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasının Parlament prospekti istiqamətindən metal çərçivə ilə haşiyələnmiş və arxa tərəfdən bağlanmış şüşə qapılarını itələməklə, vurmaqla, dartmaqla, o cümlədən qrupun üzvü Məhkum6, Məhkum10 və qeyriləri binanın giriş qapısını əlləri ilə güc tətbiq etməklə itələyərkən qapını arxadan açılmaması üçün əlləri ilə tutmuş həmin Xidmətin əməkdaşlarına zor tətbiq edib onlardan baş çavuş Zərərçəkmiş şəxs21 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, polkovnik-leytenant Zərərçəkmiş şəxs5, baş leytenant Zərərçəkmiş şəxs3, baş çavuş Zərərçəkmiş şəxs1, kiçik çavuş Zərərçəkmiş şəxs22 və kiçik gizir Zərərçəkmiş şəxs7 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək binanın giriş qapısını açmağa nail olduqdan sonra, ümumi cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olmuş qrupun üzvləri Məhkum10, Məhkum5, Məhkum6, Məhkum7 və qeyriləri ilə birlikdə Milli Məclisin inzibati binasına qanunsuz daxil olub orada ictimai qaydanı kobud surətdə pozan və binanın normal mühafizə qaydasının pozulmasına səbəb olan hərəkətləri davam etdirərək, Məhkum7 və qeyriləri müxtəlif qızışdırıcı şüarlar səsləndirərək hakimiyyət nümayəndələrinə müqavimət göstərməyə, onlara zor tətbiq etməyə, qanuni tələblərinə açıq itaətsizlik göstərməyə, orada olan əmlakları məhv etməyə və zədələməyə, gəncləri emosiyaları ilə aqressiv hərəkətlər etməyə və binanın içərisində daha çox dağıntılar törətməyə kökləyən şüarlar səsləndirmiş, bu hərəkətlərdən daha da azğınlaşan qabaqcadan əlbir olmuş cin ayətkar qrupun üzvləri aksiyanın mahiyyətinə uyğun olmayan uca səslərlə qışqıraraq xaotik şəkildə binanın 1-ci, 2-ci və 3-cü mərtəbələrinə qalxaraq orada olan kreslo, divan, çılçıraq və digər əmlakları, divarların alçipan örtüklərini, stendləri qırmaqla və yerə çırpmaqla, divardan dartıb qopartmaqla, aşırtmaqla, binanın beton sütunlarına və divarlarına bərkidilmiş alçipan örtüklərinə, xidməti otaqların giriş qapılarına təpik, yumruq və müxtəlif əşyalardan istifadə etməklə zərbələr vurmaqla, o cümlədən Məhkum10 1-ci mərtəbədə olarkən həmin mərtəbədə olan digər şəxsləri yuxarı mərtəbələrə qalxmaları ilə bağlı səsləyib və həmin mərtəbədə yerləşən sütuna bir dəfə yumruq zərbəsi vurduqdan sonra yarıçılpaq vəziyyətdə pilləkənlər vasitəsi ilə inzibati binanın ikinci mərtəbəsinə qalxıb orada xidmə ti otaqlara gedən yolda olan iki taylı taxta dəhliz qapısına üç təpik zərbəsi vurub zədələyərək, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla qrup üzvləri ilə birlikdə özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə zərərçəkmiş şəxs Milli Məclisə xeyli miqdarda, yəni cəmi 22232 manat məbləğində maddi ziyan vurulmuş, polis əməkdaşlarının müdaxiləsi ilə insan kütləsi inzibati binadan çıxarıldıqdan sonra isə Məhkum6, Təqsirləndirilən şəxs2, Məhkum7 və qeyriləri həmin gün saat 04 radələrində ümumi cinayətkar niyyətə uyğun olaraq Şəhidlər Xiyabanının və Milli Məclisin inzibati binasının qarşısında olan meydan və asfalt yolda xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar hakimiyyət nümayəndələri olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünü n polis nəfərləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, X7, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs19, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri Zərərçəkmiş şəxs13 və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs16 üzərinə gedib onların kütləvi tədbirlər zamanı ictimai asayişin təmin olunması, hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışların qarşısının alınması və sair kimi tələblərini yerinə yetirmədən müqavimət göstərərək onları itələməklə, yıxmaqla, əl və ayaqları ilə vurmaqla, özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetl əri onlara atıb zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və digər müxtəlif dərəcəli xəsarətlər yetirməklə zor tətbiq edib, o cümlədən hakimiyyət nümayəndəsi olan polis əməkdaşları Zərərçəkmiş şəxs4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərəvurmaya aid, Zərərçəkmiş şəxs13 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs19 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs16 sağlamlığa z ərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, X1 zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs18 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid, Zərərçəkmiş şəxs6 dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən, qrupun bəzi üzvlərinin səkidən qoparıb götürdüyü aqlay parçalarını bir neçə dəfə polis əməkdaşları istiqamətində atması nəticəsində xidməti vəzifəsini yerinə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs11 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, habelə qrup üzvlərinin ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla özlərində olan və ya kənardan götürdükləri daş, butulka və sair müxtəlif növ predmetləri daxili işlər orqanlarına və mülki şəxsə məxsus avtomobillərə atmaqla, əlləri və ayaqları ilə təpikləməklə, həmçinin birlikdə həmin avtomobilləri aşırtmaqla, daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasından sonra həmin avtomobilə əl-ayaq zərbələri endirməklə hissələrinin əzilməsinə, qrupun qeyri üzvləri tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq ünvan5ndə “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə əl və ayaqları ilə çoxsaylı zərbələr endirilməklə qrupun digər üzvlərinin köməklikləri ilə həmin avtomobilin aşırdılmasına, qrup üzvləri tərəfindən polis əməkdaşlarına bilavasitə zor tətbiq edilməklə ümumi cinayətkar niyyətə uyğun olaraq daxili işlər orqanlarına məxsus avtomobillərdən “Fiat Doblo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşırdılmasına, əl-ayaq zərbələri ilə şüşələrinin sındırılmasına, hissələrinin əzilməsinə, Məhkum6 Milli Məclisin qarşısında, səki daşlarından qoparıb sındıraraq meydanda ictimai qaydanı kobud surətdə pozan şəxslərin həmin ərazidən kənarlaşdırılmaları üçün daxili işlər orqanlarına məxsus su vuran avtomobillərdən “Mercedes-Benz Toma” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, Məhkum7 öz aqressivliyini nümayiş etdirməklə yerdə olan mişar daşını götürərək daxili işlər orqanlarına məxsus “Mercedes-Benz Toma” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi istiqamətinə atıb həmin avtomobilin hissələrinin əzilməsinə, qrup üzvlərinin bəzilərinin ümumi cinayətkar niyyətə uyğun olaraq əl-ayaq zərbələri ilə mülki şəxs Zərərçəkmiş şəxs9 məxsus Şəhidlər Xiyabanının yaxınlığında dayanmış “Daewoo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan pəncərəsini sındırmaqla Zərərçəkmiş şəxs9 əmlakının qəsdən zədələnməsinə, ünvan5ndə “Fairmont” otelin qarşısında nəqliyyatın hərəkətini bərpa etmək, ictimai qaydaların pozulmasının qarşısını almaq məqsədilə dayanmış, daxili işlər orqanlarına məxsus “Fiat Doblo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avto mobilə eyni üsulla zərbə endirməklə şüşəsinin sındırılmasına və əzilməsinə, habelə qrupun ümumi cinayətkar niyyətləri ilə əhatə olunmaqla eyni üsulla digər avtomobillərə zədə yetirməklə, ümumilikdə daxili işlər orqanlarına məxsus 27 ədəd avtomobilə, müxtəlif zədələrin yetirilməsinə nail olub qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlaklarını qəsdən zədələməklə və məhv etməklə zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinə cəmi 54394 manat məbləğində külli miqdarda ziyan vurmaqla, eləcə də mülki şəxs Zərərçəkmiş şəxs9 məxsus “Daewoo” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 660 manat, “Şəhidlər xiyabanı”nın girişindəki səki və sütunlardan yerindən qopardılaraq və sındırılaraq dağıdılması nəticəsində özgəyə, yəni zərərçəkmiş Bakı Şəhər İcra Hakimiyyətinə məxsus əml akı qəsdən zədələməklə həmin təşkilata cəmi 1436 manat məbləğində ziyan vurmaqla, Milli Məclisə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və mülki şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 78722 manat maddi ziyanın yetirilməsi kimi hüquqa zidd hərəkətlərə yol vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum4 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfinən sübutlar və sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, nəticədə Məhkum4 sadəcə 14-15 iyul 2020-ci il tarixlərində keçirilən yürüşdə iştirak etdiyi və adi yürüş iştirakçılarından biri kimi Milli Məclis binasının qarşısında olduğu halda, onun hər hansı bir cinayəti törətmək üçün kimlərləsə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsini və bu qru pun tərkibində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etməsini, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsini, zərərçəkmiş şəxs hesab edilmiş şəxslərin sağlamlığna xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən az ağır və digər zərər vurmasını, öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə onlara ziyan vurmasını təsdiq edən heç bir sübut olmadan və əməlində hər hansı bir cinayətin tərkibinin olması müəyyən edilmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmi ş, törətmədiyi cinayətlərə görə də həbsdə saxlanılmış, onun İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6.1, 6.3-cü maddələrində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ, habelə qanunsuz olaraq həbs edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi müxalifət partiyasının üzvü olmasından irəli gəldiyi üçün Avropa Konvensiyasının 18-ci maddəsində nəzərdə tutulmuş hüququ pozulmuş, hökmdən apellyasiya şikayəti verilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin edilməyərək, birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntuları aradan qaldırılmamış, o cümlədən Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları bərpa edilməmişdir. Müdafiəçi10 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.6, 416.1. 11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum4 münasibətdə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxl ama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum4 müdafiəçisi Müdafiəçi10 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə ittihamı, yəni Məhkum4 əməllərində qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin törədilməsində fəal iştirak etmə, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə, zərərçəkmiş şəxs hesab edilmiş şəxslərin sağlamlığına xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar qəsdən az ağır və digər zərər vurma, öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etməklə və zədələməklə onlara ziyan vurma cinayətlərinin tərkib əlamətlərinin mövcudluğunu təsdiq edən sübutlar olmadığı halda, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarıldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilib cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum4 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum4 hər hansı bir cinayəti törətmək üçün kimlərləsə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiyi və bu qrupun tərkibində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin törədilməsində iştirak etmədiyi, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmədiyi, zərərçəkmiş şəxs hesab edilmiş şəxslərin sağlamlığna xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar az ağır və digər zərər vurmadığı, öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını məhv etməklə və zədələməklə onlara ziyan vurmadığı halda, müstəsna olaraq müxalifət partiyasının üzvü olduğuna və 14-15 iyul 2020-ci il tarixlərində keçirilən yürüşdə iştirak etməklə adi bir yürüş iştirakçısı kimi Milli Məclis binasının qarşısında olduğuna görə məsuliyyətə cəlb edilib Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, Məhkum4 öz hərəkətləri ilə heç bir cinayət törətməməsi haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya instansiyası məhkə məsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktik hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktik hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəç inin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına və təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Məhkum4 barəsində Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni məzmunda olan dəlilləri müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürmüş və həmin dəlillər məhkəmələr tərəfindən, o cümlədən birinci instansiya məhkəməsində cinayət-prosessual qanununda təsbit edilən prosedurlara uyğun keçirilmiş, cinayət prosesi tərəflərinin bərabər şərtlər əsasında təmsil olunduqları, onların prosessual hüquqlarının təmin olunduğu məhkəmə baxışının gedişində CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar bilavasitə tədqiq edilməklə tam, hərətərəfli və obyektiv araşdırılmış və istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum4 əməlində Cinayət Məcəlləsi nin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin mövcudluğu, Məhkum4 həmin maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qənaətlərini belə araşdırmanın yekununda müəyyən edilmiş və bu səbəbdən kassasiya kollegiyasında da həqiqiliyi şübhə doğurmayan faktiki hallar üzərində qurmuşlar. Belə ki, Məhkum4 hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının təsviri-əsaslandırıcı hissəsində, eləcə də hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallardan ibarət olan cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş (apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı) çoxsaylı sübutlarla əsaslandırı lmış və bu sübutlar sırasında Məhkum4, Məhkum2 cinayət əməllərinin törədilməsində xüsusi fəallıq göstərmələri barədə məlumat verən Zərərçəkmiş şəxs13 və Şahid12 ifadələri; habelə Məhkum4 da daxil olduğu qrupun (o cümlədən, hətta Məhkum4 özünün belə ifadəsinə görə onunla birlikdə hadisə yerinə gəlmiş Məhkum2, Məhkum3) Məhkum4 və həmin məhkumlara isnad edilən cinayət əməllərinin törədilməsində fəal hərəkətlərlə iştirak etməsi barədə məlumat verən Zərərçəkmiş şəxs17 ifadəsi; Milli Məclis qarşısındakı aksiyada iştirak edən və adi iştirakçılardan fərqli olaraq XXX15 tərəfindən idarə olunan AXCP üzvlərindən ibarət olan (yəni, o cümlədən Məhkum4 da daxil olduğu) qrupun kütləni Milli Məclisin binasına daxil olmağa və digər zorakı hərəkətlər törətməyə yönləndirən “Milli Məclisə daxil olun” “Hücum edin” kimi çağırışlar etmələrini göstərən Şahid7 ifadəsi; eyni məzmunlu məlumat verən Şahid9 ifadəsi; cinayət əməllərinin törədilməsində xüsusi fəallığı ilə seçilən qrupun içərisində sosial şəbəkələrdən tanıdığı XXX15nin, İsmayıl Həsənəvun, Gündüz Mirəzyevin, Məhkum3 və Məhkum4 olduğunu, onların “əhali çoxdur bu fürsət bir də ələ düşməyəcək” dediklərini, sonra isə kütlənin Milli Məclisin binasına daxil olub orada hər şeyi dağıtdığını göstərən Şahid11 ifadəsi; hadisə zamanı AXCP üzvü olduğunu, Milli Məclisin qarşısındakı aksiyada iştirak etdiyini, aksiyada iştirak edən AXCP üzvlərindən XXX15ni və bir sıra digər şəxsləri tanıdğını, XXX15nin aksiyanın əvvəlində vətənpərvər şüarlar, daha sonra isə siyasi şüarların səsləndirilməsi, Milli Məclisə əvvəlcə kütlənin, onların ardınca isə AXCP üzvlə rinin daxil olması barədə təlimat verdiyini göstərən Şahid24 ifadəsi; zərərçəkmiş şəxslərə hazırki qərarın “İşin halları” bölməsində göstərilən müxtəlif dərəcəli fiziki zərərin (o cümlədən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətinin), habelə özgə əmlakının qəsdən məhv edilməsi və zədələnməsi ilə ümumilikdə 78.722 manat təşkil edən maddi zərərin vurlduğunu əks etdirən müvafiq olaraq məhkəmətibbi, habelə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının rəyləri; hadisə yerindən çəkilmiş foroşəkildə Məhkum4 olduğunu təsdiq edən məhkəmə portretşünaslıq ekspertizasının 27 avqust 2020-ci il tarixli 3/868 nömrəli rəyi; məhkəmədə müqayisəli şəkildə tədqiq olunmuş Şahid1, Şahid2, Şahid29, Şahid5 və başqalarının ifadələri və digər materiallar qeyd olunmuşdur. Hökmdə yuxarıd a sadalanan və digər sübutlar təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticələri həmin sübutlardan çıxış etməklə əsaslandırdığından, məhkəmə kollegiyası hazırki qərarda qeyd olunan və digər sübutların yenidən ətraflı təsvir və şərh olunmasını zəruri hesab etmir və məhkəmələrin Məhkum4 əməlində CM-in 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmamasına dair qənaətlərini (bu qənaət məhkəmədə baxılmış sübutlara və onlar əsasında müəyyən edilmiş faktiki hallara uyğun olduğundan), şübhə altına almaq üçün əsas görmür. Belə olan halda müdafiənin in kassasiya şikayətində bu məsələlərə həsr etdiyi dəlillər və Məhkum4 əməllərində ona isnad edilən cinayətlərinin tərkiblərinin olmaması, təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddiaları əsaslı dəlil və iddialar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində həmin şikayətlə ehtiva olunan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndiriən cinayət-prosessual qanunun 416.1.1 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində, eləcə də 416.1-ci maddəsinin digər müddəlarında göstərilən halları müəyyən etmir və bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2,127.2.1, 34.2,186.2.1, 34.2,186.2.2, 34.2,233 və 34.2,315-ci maddələri ilə və bu maddələrdə gəstərilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi məsələsi həll edilərkən və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə və şərti məhkum etməyə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2 və 70-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Belə ki, Məhkum4 barəsində cəzanın real olaraq çəkilməsi ilə bağlı olmayan cinayət-hüquqi xarakterli tədbir tədbiq edilmiş, o, qeyd olunan cinayətlərin məc musu üzrə CM-in 70-ci maddəsinə əsasən 2 il 6 ay sınaq müddəti müəyyən olunmaqla 2 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Qeyd olunan məsələlər üzrə pozuntulara yol verilməməsi, o cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırmalar nəticəsində Məhkum4 hər hansı şəkildə pis rəftara, azadlığının qanunsuz məhdudlaşdırılmasına məruz qalmasının, müdafiə və digər prosessual hüquqlarının pozulmasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş (ona isnad edilmiş) konkret əməllərə görə deyil müxalifət partiyasının üzvü olmasına görə cinayət məsuliyyətinə cəlb olunmasının müəyyən edilməməsi onu göstərir ki, müdafiəçinin bu cür dəlillərlə əlaqələndirdiyi - cinayət işi üzrə icraat zamanı Məhku m4 İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya ilə təminat verilən hüquq və azadlıqlarının, o cümlədən Konvensiyanın 6 və 18-ci maddələrində nəzərdə tutulmuş müddəaların pozuntularına yol verilməsi barədə iddiası da əsassızdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum4 və kassasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum4 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum4, Məhkum8, Məhkum9, Məhkum2, Məhkum1, Məhkum3, Məhkum6 və Məhkum7 barəsində olan 20 oktyabr 2021-ci il tarixli qərarı Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum4 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum4, Məhkum8, Məhkum9, Məhkum2, Məhkum1, Məhkum3, Məhkum6, Məhkum7 barəsində olan 20 oktyabr 2021-ci il tarixli qərarı Məhkum4 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar