Məhkəmə qərarları › İş №1(102)-547/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-547/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-547/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 1(101)-1086/2023 nömrəli (hakimlər: Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxx 1972-ci ildə x Respublikasının x şəhərində anadan olmuş, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, İran İslam Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, x Universitetinin nəzdində “x” xəstəxanasında və x Nümayəndəliyinin klinikasında (x Klinikasında) ortoped həkim işləyən, ali təhsilli, tibb elmləri üzrə professor, əvvəllər məhkum olunmamış, 2 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 1 müvəqqəti yaşayan X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə X4 həmin Məcəllənin 206.2-ci maddəsi ilə 5000 (beş min) manat miqdarda cərimə cəzası, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə X4 həmin Məcəllənin 234.2-ci maddəsi ilə 6000 (altı min) manat miqdarda cərimə cəzası və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə X4 həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən X4 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 10000 (on min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, CM-in 52-ci maddəsinə müvafiq olaraq X2 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya pr otestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 1 avqust 2023-cü il tarixli 1(103)-1527/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli hökmünə əsasən X7 təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, 2022-ci ilin dekabr ayının əv vəllərində İran İslam Respublikasının Tehran şəhərində dəqiq məlum olmayan mənbədən tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Alprazolam 1”, tərkibində alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,005 qram təşkil edən 1 konvalyutda 10 həb “Alprazolam 0,5”, tərkibində klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,06 qram təşkil edən 4 konvalyutda 60 həb “Klonazepam 1mg” və tərkibində oksazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,03 qram təşkil edən 3 konvalyutda 30 həb “Oksazepam 10” dərman preparatlarını, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 15 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, tərkibində qabapentin güclü t əsir edən maddəsinin təsiredici miqdarı 9 qram təşkil edən 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 14 qram təşkil edən 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 3 qram təşkil edən 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və tərkibində qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı 5 qram təşkil edən 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərmanları olmaqla, ümumilikdə qabapentin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, 46 qram təşkil edən müxtəlif göstəricili qabapentin güclü təsir edən tərkibli dərman preparatlarını satış məqsədilə qanunsuz olaraq əldə etmiş, 1 konvalyutda 10 həb “Alprazol am 0,5”, 4 konvalyutda 60 həb “Klonazepam 1mg” və 3 konvalyutda 30 həb “Oksazepam 10” dərman preparatlarını üzərində “Eminent” sözləri yazılmış narıncı rəngli çamadanın içərisində 3 (üç) sellofan paketdə, 5 konvalyutda 50 kapsul “Gabapentin 300”, 3 konvalyutda 30 kapsul “Gabapentin Shafa 300”, 14 konvalyutda 140 kapsul “Gabapentin Razak 100”, 1 konvalyutda 10 kapsul “Gabapentin Razak 300” və 5 konvalyutda 50 kapsul “Gabapentin Razak 100” dərman preparatlarını isə üzərində “Track” sözü yazılmış çamadanın içərisində 1 (bir) sellofan paketdə saxlamış, 16 dekabr 2022-ci il tarixdə J2 9018 saylı Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin gün saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İ darəsinin Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Terminal 1 Beynəlxalq Hava Limanı" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi cinayət əməlini törətmiş təqsirləndirilən şəxs X7 barəsində əsassız olaraq CMin 62-ci maddəsini tətbiq edərək ona yüngül cəza təyin etmiş, habelə qərarda təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alındığını göstərsə də, faktiki olaraq buna əməl etməmişdir. X2 törətmiş olduğu cinayət əməli öz xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, əməlin törəd ilməsi hallarına münasibətdə onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi barədə məhkəmənin gəldiyi nəticəyə açıq-aşkar uyğunsuzluq təşkil edir. Məhkəmə X4 cəza təyin edərkən CM-in 62-ci maddəsini tətbiq etməklə maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza növü CM-in 206.2, 234.2 və 240.3.2-ci maddələri üzrə cərimə cəzası təyin etməsi ilə sosial ədalət bərpa olunmamış, cəzanın islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm X7, həm də başqa şəxslər tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olun masına xidmət etməmişdir. Qeyd edilməlidir ki, X2 ittiham olunduğu cinayət əməlləri ağır və az ağır cinayətlərin kateqoriyasına aid olmaqla əməlin əsas bilavasitə obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir ki, həmin münasibətlərin qorunması məqsədilə dövlət tərəfindən ardıcıl olaraq proqramlar təsdiq edilmiş və həyata keçirilmişdir. Belə bir şəraitdə psixotrop və güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsində, həmçinin qeyd olunan maddələrin qaçaqmalçılığında təqsirli bilinmiş şəxsə CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə cəza təyin edilməsi dövlət tərəfindən həyata keçirilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə ilə bağlı həyata keçirilən siyasətlə uzlaşan nəticə hesab edilə bilməz. Qeyd edilməsi zəruridir ki, məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, tibb elmləri üzrə professor elmi dərəcəsində olmasını, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olmasını, səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində çoxsaylı elmi məqalələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsini CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas olan müstəsna hal kimi qəbul etsə də, nəzərə almamışdır ki, həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı olmamışdır və CM-in 62-ci maddəsinin tətbiq edilməs i zamanı nəzərə alına bilməzdi. Odur ki, göstərilənləri nəzərə alaraq X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müda fiəçi Qocayev Ramil Alim oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiəçinin isə təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X4 verilmiş psixotrop və güclü təsir e dən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu keçirilməsi, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama və daşıma, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri külli miqdarda satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair g əldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu, CM-in 62-ci maddəsinin tətbiqinin qanuna uyğunluğu mübahisələndirilmiş və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilmişdir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətini n ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüqu qi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs X2 cəzasını yalnız yün gülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə məhkuma cəza təyini zamanı sübutlar əsasında müəyyən olunmuş cəzanı yüngülləşdirən hallara (CM-nin 59.2-ci maddəsinə uyğun) istinad etmişlər. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Dövlət ittihamçısı kassasiya protestində həmçinin X2 barəsində olan cəzanı yüngülləşdirən halların məcmusu istinad etməklə əsassız olaraq məhkumun barəsində CM-in 62-ci maddəsinin tətbiq edildiyi iddia olunmuşdur. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayəti n ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şəraitinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum X4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ibtidai istintaq orqanı ilə həqiqətin müəyyən edilməsində fəal əməkdaşlıq etməsi, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi ifadələr verməsi, ibtidai və məhkəmə istintaqı zamanı davranışı, törətdiyi əməldən peşmanlıq çəkməsi, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması, tibb elmləri üzrə professor elmi dərəcəsində olması, FİFA və Asiya Futbol Konfederasiyası tərəfindən Asiya qitəsi üzrə lisenziyalı beynəlxalq idman həkimlərindən biri olması, səhiyyə, futbol təbabəti, psixologiya və tibb sahəsində çoxsaylı elmi məqalələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsi, yüzdən çox elmi məhsulun istehsalında (kitab, film və proqram təminatının dizaynı və yaradılmasında) iştirak etməsi, 2022-ci ildə Asiyanın ən yaxşı idman təbabətinin bürünc medalı və 2023-cü ildə isə FİFA və AFC-nin Doha-Qətərdə keçirilən 7-ci Konqresində tibbi bürünc lövhə və medalla, həmçinin digər çoxsaylı milli və beynəlxalq mükafatlarla təltif olunması, Azərbaycan Respublikasında tibb fəaliyyəti ilə məşğul olduğu dövrdə yüzlərlə pasiyentin müayinə və müalicəsini həyata keçirməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, X2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsini n 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyun 2023-cü il tarixli hö kmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar