Məhkəmə qərarları › İş №1(102)-547/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-547/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-547/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı6 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Azər Paşayev) 05 oktyabr 2023-cü il tarixli, 1(016)-57/2023 nömrəli hökmü ilə xx xxxx 1966-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunun, Düz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Qanboy Vəzirov küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 152.2-ci maddəsi təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2021-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq ünvan 3 ünvanında birgə yaşadıqları, qeyri-rəsmi ailə münasibətində olduğu Qanuni nümayəndə övladı, xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə köməksiz vəziyyətindən istifadə etməklə, onu və anası Qanuni nümayəndə ö ldürəcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs boyun nahiyəsindən, dodaqlarından öpərək, dilini ağız boşluğuna yeritmiş, göbək nahiyəsindən öpüb yalamış, əlləri ilə döşlərini sıxmış, Zərərçəkmiş şəxs əynində olan şalvarını aşağı dartıb soyunduraraq sonuncunun cinsi orqanına əlləri ilə toxunmuş, öz ehtirasını oyatmaqla cinsi orqanını gərginləşdirərək sonuncuya əlləri ilə tutmağa məcbur etmiş, cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına toxundurmuş, həmçinin sonuncunun cinsi orqanının kənarlarını yalamaqla cinsi ehtirasını pozğun formada təmin edərək on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Ziya Şirinov) 24 may 2023-cü il tarixli 1(103)-219/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-399/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlqar Qılıcov) 07 mart 2024-cü il tarixli 1(102)-55/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli 1(103)-219/2023 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)399/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətini n əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı6 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmünün ləğv edilməsi və təyin olunmuş cəzanın artırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmünün ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçı sı6 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası tərəfindən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 150.3.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası ədalətsizdir. Məhkəmə Məhkum cəza təyin edərkən onun yaşayış verindən müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Belə ki, 27 dekabr 2022-ci il tarixli dəyişikliyə qədər Qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bas vermiş cinayət hadisəsinin 2021-ci ildə olmasını nəzərə alaraq işdə iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə CM-in 150.3.3-c ü maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Cinayət işi materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Məhkum nə istintaq dövründə, nə də məhkəmə prosesləri zamanı törətmiş əməlləri etiraf etməmiş, özünü təqsirli bilməmiş, məsuliyyətdən yayınmaq üçün işin faktiki hallarına uyğun olmayan ifadələr verərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Məhkum ona qarşı törətdiyi seksual xarakterli hərəkətlərini, davam etdirməsindən çox qorxmuş, anası Qanuni nümayəndə ağlayaraq bu barədə danışarkən sonuncunun Arifə bu barədə deməsindən çox çəkinmiş, Arifin anasını öldürəcəyindən qorxmuş, anasına “Arifi çağırma səni öldürər” deməsi ilə bir daha sübut etmişdir ki, Məhkum azyaşlı Zərərçəkmiş şəxs zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətə gətirməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmişdir. Zərərçəkmiş şəxs bir neçə həftəlik müddət ərzində mütəmadi olaraq qeyd olunan qanunsuz hərəkətlərə məruz qalması, azyaşlı olması və üzləşdiyi hədələrdən çəkinməsi törədilən cinayətlərə qarşı onun fiziki və psixi cəhətdən müqavimət göstərə bilməməsi ilə nəticələnmiş, bunları anasına xəbər verəcəyi halda isə Məhkum ona və anasına zor tətbiq edəcəyi və onları öldürəcəyi qorxusu Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasına bir daha dəlalət edən hallar olmuşdur. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi tərəflər arasında hər hansı barışıq da olmamışdır. Qeyd olunan halları nəzərə almadan təqsirləndirilən şəxsə 8 il azadlıqdan məhrum e tmə cəzasının təyin edilməsi nə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasina aid olmuşdur. Hazırkı cinayət məcəlləsində 150.3.3-cü maddə üzrə 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi 27 dekabr 2022-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklərlə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər üzrə saksiyalar ağırlaşdırılmışdır. Belə olan halda məhkəmə tərəfindən Məhkum nəyinki aşağı həddə, hətta minimum həddə cəza təyin edilməsi ədalətsizdir, cəzanın məqsədinə xidmət etmir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiy a şikayətinin dəlilərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmü ədalət prinsiplərinə, Azərbaycan Respublikası qanunlarının tələblərinə tamamilə zidd olan yekun məhkəmə qərarıdır. Belə ki, müdafiə tərəfi dəfələrlə istintaq və məhkəmələrin diqqətlərinə çatdırmışdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum faktiki heç bir cinayət əməli törətməmişdir və onun istintaqa cəlb olunması və məhkum olunması tamamilə qanunsuz olmaqla sifarişlidir. Məhkum Nаmаzоv Аrif Bаyrаm oğlu əslində heç bir cinаyət əməli törətməmişdir və məhkəmələrin yekun qərarlarına və işin оbyеktiv hаllаrınа görə, A.B.Nаmаzоvun yеgаnə günаhı оndаn ibаrət idi ki, о, zərərçəkmiş tərəf kimi qələmə vеrilən Məmmədоvа Təmkinə Mikаyıl qı zının hədə-qоrхu ilə оndаn tələb еtdiyi pullаrı оnа vеrməkdən imtinа еtmişdir. Buna görə də sonuncunun qurduğu tələnin qurbanı olmuşdur. Heç bir cinayət əməli törətməməsinə baxmayaraq, ağır və tamamilə haqsız cinayət təqibinə məruz qalmışdır. Əslində rеаllıqdа cinayət işində saxta senariləşdirilmiş iddialardan başqa təqsirləndirilən şəхsin hər hаnsı bir cinayət əməlini törətməsini özündə əks еtdirən hеç bir sübut yохdur. Ona görə də hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 1(101)-399/2022 nömrəli hökmü ilə CM-in 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəf indən birinci instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız və ədalətsiz olduğu üçün ləğv edilib, ittihamın halları sübuta yetirilmədiyinə görə Məhkum bəraət verilməli idi. Kassatorun hökmün qanuni və əsaslı olmadığına dair birinci fakt və dəlil ondan ibarətdir ki, məhkəmə istintaqında müdafiə tərəfinə öz mövqeyini müdafiə etməsi üçün ittiham tərəfi ilə bərabər şərait və imkanlar təmin edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 150.3.3-c maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı müdafiə tərəfinin sübutlarını məhkəmədə tədqiq etmədən yekunlaşdırılmışdır. Nəticədə, Məhkum ittiham olunmasına dair cinayət işi üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə iş in bütün halları hərtərəfli, tam və obyektiv tədqiq edilməmiş, müdafiə tərəfinin təqdim etdiyi bütün sübutların araşdırılması təmin edilməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclaslarının hamısında iştirakı ilə bağlı lazımi tədbirlər görülməmiş, müdafiə tərəfinin vəsatətlərinə baxılmamış, o cümlədən, təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə çarpaz dindirmə yolu ilə iş üçün əhəmiyyət kəsb edən bir neçə vacib sualların verilməsinə şərait və imkan yaradılmamışdır. Beləliklə, hüquqlarını müdafiə etdiyi məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 150.3.3-c maddəsindən həmin Məcəllənin 152.2-ci maddəsinə tövsif edilsə də, birinci instansiya məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı işin bütün halları hərtərəfli, tam və obyektiv tədqiq edilmədən y ekunlaşdırılmışdır. Bundan başqa Qanuni nümayəndə 23 iyul 2021-ci il tarixli ərizəsindəki və onun qızı Zərərçəkmiş şəxs həmin tarixli izahatındakı məlumatlarda Məhkum əməlində Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Bu halda isə Azərbayca Respublikası CPM-in yuxarıda istinad etdiyim normalarının tələbinə görə Məhkum barəsində dərhal Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə cinayət işi başlanılmalı və ibtidai istintaqın aparılması üçün iş Nizami RPİ-nə göndərilməli idi. Bununla bağlı müdafiə tərəfi qeyd edir ki, istər Zərərçəkmiş şəxs, istərsə də onun anası Qanuni nümayəndə Bakı şəhəri Nizami rayon Prokurorluğunda verdikləri izahatlar, məzmunlarına görə dəyişiklik edilmədən istintaq zamanı da eyni ilə ifadələrində təkrarlanmışd ır. Nəzərə alınmalıdır ki, eyni məzmunlu izahatlar əsasında elə həmin prokurorun özü tərəfindən 31 iyul 2021-ci il tarixdə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nə göndərilmişdir. Beləliklə, prokurorun göstərişinə əsasən, yalnız Zərərçəkmiş şəxs ifadə alan müstəntiq, elə onun ifadəsinə əsaslanaraq, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsindən həmin Məcəllənin daha ağır maddəsi olan 150.3.3-cü maddəsinə tövsif edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. İşdən görünür ki, işin nəticəsində şəxsən marağı olan Qanuni nümayəndə həm cinayətin törədilməsi barədə prokurorluğa xəbər vermişdir, həm işdə şahid qismində dindirilmişdir, həm də qanuni nümayəndə qi smində işə cəlb edilir, ancaq müəllim və psixoloq heç bir dindirmədə iştirak etmir. Müdafiə tərəfi hesab edir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə təqsirləndirilən şəxs Məhkum qarşı saxta sübutlar toplayarkən, özünün və 14 yaşına çatmamış qızı Zərərçəkmiş şəxs eyni məzmunlu izahat və ifadələrini bir-birinə uyğunlaşdırmaq və müvafiq hərəkətlərini koordinasiya etmək imkanlarında olmuşlar. Bundan başqa cinayət işi materiallarından görünür ki, cinayət işi materiallarında (əksər hissəsi) latın qrafikasında tərtib olunmuşlar, lakin bir çox sənədlərdə, o cümlədən 1ci cildinin 259-260-cı vərəqələrində kiril əlifbasında yazılar vardır. Ancaq nə ibtidai araşdırma, nə də ki, məhkəmə baxışı zamanı cinayət işində latın və kiril əlifbasını mükəmməl bilən mütəxəssisin iştira kları ümumiyyətlə, təmin olunmamışdır, yəni bütün proses iştirakçılarının müdafiə hüquqları kobud surətdə pozulmuşlar. Beləliklə, ittiham tərəfi və məhkəmələr cinayət təqibi ilə bağlı işin bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsində nəinki maraqlı olmamış, əksinə həqiqətin aşkara çıxarılmaması və ört-basdır edilməsi üçün yarımçıq da olsa, topladıqları sübutlardan olan audio və video çəkilişləri məhkəmədə tədqiq edilməsi üçün təqdim etməmişlər. Bundan başqa kassator qeyd edir ki, 2021-ci il iyulun 08-də Məhkum Bakı şəhəri Nizami RPİ-in 24-cü PB-nə şikayət ərizəsi yazaraq, Təmkin Məmmədovanın hədə-qorxu ilə onun əmlakını ələ keçirmək istədiyini və bu məqsədlə onu şantaj etdiyini bildirmişdir. Polisə yazılı şikayət verdiyi günün səhərindən başlayaraq, Qanuni nümayəndə hər gün Məhkumla görüşərək şikayət ərizəsini geri götürüməsini ondan təkidlə xahiş edir və bundan sonra onun mənzilini boşaldacağına və həyatından gedəcəyinə söz verir. Təəssüf ki, Qanuni nümayəndə yalan və aldatma vədlərinə inanan Məhkum Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nə verdi şikayət ərizəsini 13 iyul 2021-ci il tarixdə geri götürür. Bundan 10 gün keçəndən sonra, yəni, 23 iyul 2021-ci il tarixdə isə Qanuni nümayəndə Bakı Şəhəri Nizami rayon Prokurorluğun şikayət ərizəsi ilə müraciət edir, 02 avqust 2021-ci il tarixdə Məhkum barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əs asən kassasiya şikayəti və kassasiya protesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin əsas mahiyyəti ondan ibarətdir ki, Məhkum ona elan edilmiş ittiham üzrə təqsirli olması cinayət işi üzrə mötəbər sübutlarla təsdiq olunmamışdır. Buna baxmayaraq, məhkəmələr tərəfindən əsassız və qanuna zidd olaraq onun barəsində ittiham hökmü çıxarılmış, həmçinin məhkəmə istintaqı zamanı işə baxılarkən müdafiə tərəfinin irəli sürdüyü bir sıra vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkumun əməli CM-in 150.3.3-cü maddəsi ilə tövsif edərək hüquqi səhvə yol verilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum tərəfindən CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi sübutlarla təsdiq olunmur, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıda göstərilənlərə əsasən həmin dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsinin dispozisiyasından aydın olunur ki, həmin maddə ilə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə cinayət məsuliy yəti nəzərdə tutulmuşdur. Sadalanan hərəkətlərin təqsirkar şəxs üçün aşkar sürətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi həmin maddədə məsuliyyəti ağırlaşdıran tövsifedici hal kimi nəzərdə tutulur və bu əlamətə görə əməl CMin 150.3.3-cü maddəsi ilə (cinayət qanununun 27 dekabr 2022-ci il tarixədək olan redaksiyası) tövsif olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət tə qibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbayc an Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Yuxarıda sadalanan qanun normalarına əsasən şəxs barəsində Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə ittiham hökmü məhkəmə tərəfindən yalnız onun əməlində bu maddədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu halda çıxarıla bilər. Həmin tərkib əlamətləri cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilməli, sübutlar məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilməli, sübutların mötəbərliyi və mümkünlüyü məhkəmə tərəfindən yoxlanılmalı, həmin sübutlar bir-biri ilə müqayisə edilməklə qiymətləndirməlidir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının yuxarıda göstərilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət işi üzrə təqdim edilmiş sübutlar məhkəmə iclasında tədqiq edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin sübutların mötəbərliyi və mümkünlüyü yoxlanılmış və bir-biri ilə müqayisə edilməklə sübutlar qiymətləndirilmişdir. Məhkum məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, onun CM-in 150.3.3-cü maddəsi ilə təqsiri zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, habelə şahidlərin ifadələri, məhkəmə ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokol ları ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun təqsiri müəyyən edərkən istinad etdiyi sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, həm məhkumun, həm zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələrindən görünür ki, onlar uzun müddət faktiki ər-arvad münasibətlərində olmuş və Məhkum Zərərçəkmiş şəxs 14 yaşına çatmayan şəxs olması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Məhkum bir neçə dəfə ona qarşı hökmdə təsvir edilmiş seksual xarakterli əməllər törətmişdir. O, Məhkum bu barədə a nasına deyəcəyi barədə bildirsə də Məhkum anasını öldürüb onu yetim qoyacağı ilə hədələmişdir. O, Məhkum anasına zərər yetirməsində qorxaraq susub Məhkum hərəkətlərinə dözmüşdür. Zərərçəkmiş şəxs Məhkum tərəfindən ona qarşı seksual xarakterli hərəkətlərin edilməsi barədə ifadəsi, onun qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələri, habelə sonuncu tərəfindən istintaqa təqdim edilmiş CD diskində olan video görüntülər və məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələrini onun törətmiş olduğu cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirmiş və onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları birbiri ilə müqayisə edib onlara qiymət verərək əsaslı olaraq zərərçəkmiş şəxsin ifadəsini həqiqətə uyğun olan və mötəbər sübut kimi qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası məhkəmələr tərəfindən işin hallarının tam, obyektiv və hərtərəfli baxılması üçün sübutların Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi, məhkuma qarşı irəli sürülmüş ittihamın sübutlarla təsdiq olunmaması və apellyasiya instansiyası məhkəməsinin hökmünün qanunsuz və əsassız olması barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş ü zrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Apellyasiya instansiyasınd a apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu barədə dəlilini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya məhkəməsinin hökmündən də görünür ki, h ökmdə göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, Məhkum zərərçəkmiş şəxs xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsir ləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə Məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş hərəkətlərlə bağlı ondan külli miqdarda pul tələb etmiş, Məhkum bu tələbi yerinə yetirməməsi səbəbindən Qa nuni nümayəndə hüquq-mühafizə orqanlara müraciət etmişdir. Məhkəmə kollegiyası bu iddiaya münasibət bildirərək qeyd edir ki, Məhkum tərəfindən azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi cinayət işi üzrə təqdim olunmuş sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Bu baxımdan, Qanuni nümayəndə hüquq-mühafizə orqanlarına müraciət etməsinin səbəbi və motivi məhkumun təqsirinə və əməlinin cinayət-hüquqi tövsifinə təsir edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən apellyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusu na yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası kassasiya şikayəti üzrə müdafiə tərəfinin vəsatətlərə baxılmaması barədə dəlilini də əsaslı hesab etmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclas protokollarından görünür ki, məhkəmə istintaqı zamanı verilmiş vəsatətlər müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib-edilməməsi məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı tərəfindən sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verilməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü v ə mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, həmçinin cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmamış, nəticədə ona yüngül cəza təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhku mlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndi nə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərə kətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsinin sanksiyası 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Lakin cinayət hadisəsinin törədildiyi vaxt – yəni 27 dekabr 2022-ci il tarixli dəyişikliklərdən əvvəl qüvvədə olmuş redaksiyada həmin maddənin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdi. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmü ilə razılaşaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təyin edilmiş cəza törətdiyi cinayətin ağırlığına və işin hallarına uyğun gəlir, həmin cəzanın açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən olunmamışdır. Məhkəmə kollegiyası kassasi ya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsinə əsas vermir. Beləliklə hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarı da qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli Məhkum haqqındakı hökmünün kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 22 may 2024-cü il tarixli 1(103)-1104/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar