Məhkəmə qərarları › İş №1(102)-548/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-548/2017

04.05.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-548/2017 04.05.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-548/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və X54 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X19, Məhkum1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Az ərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X66, Məhkum3 və Məhkum4 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibаrət tərkibdə) xx xxx 1980-ci ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi r ayonu, 7-ci Sverdlov döngəsi, ev 9 qeydiyyatda olmaqla, faktiki olaraq Cəlilabad rayonu, Alar kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə bank orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum etməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş əsas azadlıqdan məhrum etmə cəzası üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətə bank orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzasının müstəqil icra olunması qərara alınmış; xx xxxx 1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvv əllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 67, mənzil 116-da yaşamış X66 Azərbaycan Respublikası CM-in 32.5,179.3.2-ci maddələri ilə təqsirli bilinib, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş; xx xxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 5, mənzil 51-də yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 32.5,179.3.2-ci maddələri ilə təqsirli bilinib, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş; xx xxx 1988-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 34-də yaşamış Məhkum4 Azərbaycan Respublikası CM-in 32.5,179.3.2-ci maddələri ilə təqsirli bilinib, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. İ Ş İ N H A L L A R İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona gör ə ki, o, ona etibar edilmiş külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan qrup ilə birlikdə, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə yolu ilə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qanuni mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmuş, bilə-bilə rəsmi sənədlərə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, “xxxx” ASC-nin Xəzər filialında xx xxxxxx 2008-ci ildən xx xxxxxxx 2008-ci ilədək xəzinə müdiri, xx xxxxxxx 2008-ci ildən xx xxxxxx 2009-cu ilədək isə problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən xx xxxxxx 2008-ci ildən xx xxxxxx 2009-cu il tarixədək həmin filialın müdiri vəzifəsində işləmiş X83 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun təşkilatçılığı və birgə icraçılığı ilə, öz qulluq mövqeyindən istifadə etməklə onlara etibar edilmiş özgə əmlakını talama məqsədilə vəzifə saxtakarlığı, yəni pul vəsaitlərinin guya vətəndaşlara verilməsi barədə saxta məxaric orderlərini imzalayaraq həmin rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin etməklə, Bakı şəhər sakinləri X43 xx xxxxx 2008-ci ildə faktiki 1.000 manat məbləğində kreditin verildiyi halda ona, guya, 5.000 manat məbləğində kreditin verilməsinə dair saxta sənədlərin tərtibi təmin edilməklə 4.000 manat, vətəndaşların məlumatı olmadan onların şəxsiyyət vəsiqələrindən istifadə edilməklə X20 xx xxxxx 2008-ci i ldə 5.000 manat, X84 xx xxxxx 2008-ci ildə 5.000 manat, X34 xx xxxxx 2008-ci ildə 2.300 manat, X9 xx xxx 2008-ci ildə 4.300 manat, X10 xx xxxx 2008-ci ildə 5.000 manat, X21 xx xxxx 2008-ci ildə 4.500 manat, X16 xx xxxx 2008-ci ildə 7.000 manat, X44 xx xxxx 2008-ci ildə 5.000 manat, X7 xx xxxx 2008-ci ildə 4.100 manat, X85 xx xxxx 2008ci ildə 4.100 manat, X67 xx xxxxxx 2008-ci ildə 2.900 manat, X56 xx xxxxxx 2008-ci ildə 3.350 manat, X90 xx xxxxxx 2008-ci ildə 3.800 manat, X22 xx xxxxxx 2008-ci ildə 3.850 manat, X35 xx xxxxxx 2008-ci ildə 4.300 manat, X23 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X57 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X24 xx xxxx 2009-cu ildə 1.720 manat məbləğində kreditin verilməsinə dair saxta sənədlərin tərtibi təmin edilməklə, qeyd olunan vaxtlarda həmin pul vəsaitlərinin, bundan əlavə X86 xx xxxx 2008ci ildə 4.500 manat, X25 xx xxxx 2008-ci ildə 5.000 manat, X45 xx xxxxxx 2008-ci ildə 2.000 manat, X68 xx xxxxxxx 2008-ci ildə 3.300 manat, X11 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X17 xx xxx 2009-cu ildə 3.270 manat məbləğində kreditin verilməsinə dair sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq həmin pul vəsaitlərinin bütövlükdə, X36 faktiki 7.200 manat məbləğində kredit və 8.000 manat məbləğində ödəniş cədvəli verildiyi halda, göstərilən məbləğdən artıq rəsmiləşdirilən kredit vəsaitinin özləri tərəfindən ödəniləcəyini vəd edərək X36, guya, 35.000 manat məbləğində kreditin verilməsinə dair xx xxxxxxxx 2008-ci il tarixli rəsmi kredit sənədləri və xx xxxxxxxx 2008-ci il tarixli xəzinə məxaric orderinə imza etdirilməklə, sonuncunun mülkiyyətində olan Bakı şəhə ri, Nizami rayonu, B.Nuriyev küçəsi, 31 №li binanın 4-cü mənzilinin girov qoyulması haqqında xx xxxxxxxx 2008-ci il tarixli FK0013 №li ipoteka müqaviləsinin bağlanmasını təmin etməklə, cəmi 27.800 manat pul vəsaitinin, X58 az miqdarda kreditin veriləcəyini və bundan artıq rəsmiləşdirilən məbləğin özləri tərəfindən ödəniləcəyini vəd edərək, guya, 37.000 manat məbləğində kreditin verilməsinə dair xx xxx 2009-cu il tarixli kredit sənədləri və xx xxx 2009-cu il tarixli xəzinə məxaric orderinin sonuncu tərəfindən imzalanmasını və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, 1 №li binanın 38-ci mənzilinin girov qoyulması haqqında KX-004 №li ipoteka müqaviləsinin bağlanmasını təmin etməklə 37.000 manat pul vəsaitinin bütövlükdə “xxxx” ASC-nin Xəzər filialının xəzinəsindən götürülməsində iştirak edərək, cəmi 167.890 manat pul vəsaitinin mənimsənilməsində iştirak etmiş, sonra o, eyni niyyətlə Rinad Məmmədov və xx xxxx 2008-ci ildən xx xxxxxx 2008-ci il tarixədək “xxxx” ASC-nin Xəzər filialında kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş X66 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, yəni Rinad Məmmədovun təşkilatçılığı və birgə icraçılığı, Ayaz Şirəliyevin isə köməkliyi ilə, sonuncunun vasitəsiylə kredit almaq üçün banka gəlmiş müştərilərə kredit məbləğindən xeyli miqdarda bank xərclərinin saxlanılması, yaxud müştəriyə kredit sənədlərinə imza etdirildikdən sonra kreditin verilməməsi barədə yalan məlumatların çatdırılması ilə Bakı şəhər sakinləri X69 3.500 manat kreditin verilməsinə dair xx xxxxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdiril məsinə baxmayaraq həmin məbləğdən 1.003 manat, X18 3.500 manat kreditin verilməsinə dair xx xxxxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 837 manat, X15 2.500 manat kreditin verilməsinə dair xx xxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 1.000 manat, X46 1.350 manat kreditin verilməsinə dair xx xxxx 2008-ci il tarixli sənədlərə imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 550 manat, X8 xx xxxx 2008-ci ildə 1.000 avro məbləğində kreditin verilməsinə dair sənədlərə imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 300 avro, yəni 380 manat, X47 1.500 manat kreditin verilməsinə dair xx xxxx 2008-ci il tarixli sənədlərə imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 529 manat, X59 xx xxxxxx 2008-ci ildə 1.300 manat kreditin verilməsinə dair sənədlərə imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 500 manat, X70 xx xxxxxx 2008-ci ildə 4.600 manat kreditin verilməsinə dair sənədlərə imza etdirilməsinə baxmayaraq həmin məbləğdən 3.600 manat, X26 2.700 manat kreditin verilməsinə dair xx xxxxx 2008-ci il tarixli saxta sənədlərin tərtibini təmin etməklə həmin məbləğdən 1.042 manat pul vəsaitini, X3 2.500 manat kreditin verilməsinə dair xx xxx 2008-ci il tarixli, X71 isə 2.300 manat kreditin verilməsinə dair xx xxxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq həmin pul vəsaitlərinin, X6 xx xxxxx 2008-ci ildə 2.800 manat, X37 xx xxxx 2008-ci ildə 5.000 manat və X38 xx xxxx 2008-ci ildə 5.000 manat kreditin verilməsinə dair rəsmi kredit sənədlərinin saxtalaşdırılmaqla qeyd olunan vaxtlard a həmin pul vəsaitlərinin bütövlükdə “xxxx” ASC-nin Xəzər filialının xəzinəsindən götürülməsində iştirak edərək cəmi 27.041 manat vəsaitin, bundan əlavə o, Rinad Məmmədov və sonuncunun bankın Xəzər filialında qeyri-rəsmi tapşırıqlarını yerinə yetirən tanışı Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, yəni Rinad Məmmədovun təşkilatçılığı və birgə icraçılığı, Məhkum3 isə köməkliyi ilə sonuncunun ayrı-ayrı vətəndaşlardan əldə etdiyi şəxsiyyət vəsiqələrindən istifadə edilməklə onların bir qisminə adlarına rəsmiləşdiriləcək kredit vəsaitlərinin gələcəkdə bank tərəfindən tam ödəniləcəyi vəd edilməklə, yaxud şəxsiyyət vəsiqəsi əldə olunmuş vətəndaşın ümumiyyətlə məlumatı olmadan Bakı şəhər sakinləri X65 1.665 manat məbləğində kreditin verilməsinə dair xx xxxxxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq 450 manat, X72 6.700 manat məbləğində kreditin verilməsinə dair xx xxxx 2008-ci il tarixli sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq göstərilən, eləcə də, X73 2.900 manat məbləğində kreditin verilməsinə dair xx xxx 2008-ci il tarixli, X140 oğluna isə 4.850 manat məbləğində pulun verilməsinə dair xx xxxx 2008-ci il tarixli saxta kredit sənədlərinin tərtibini təmin etməklə qeyd olunan vaxtlarda həmin pul vəsaitlərinin bütövlükdə “xxxx” ASC-nin Xəzər filialının xəzinəsindən götürülməsində iştirak edərək cəmi 14.900 manatın, bundan başqa o, Rinad Məmmədov və 2008-ci ilin sonlarında “Riyad” Mühafizə Xidmətinin əməkdaşı olmaqla “xxxx” ASC-nin Xəzər filialında vəzifələrini yerinə yetirən tanışları Məhkum4lə qabaqcadan əlbir olub cinayət əlaqəsi nə girərək, yəni Rinad Məmmədovun təşkilatçılığı və birgə icraçılığı, Məhkum4 isə köməkliyi ilə sonuncunun ayrı-ayrı vətəndaşlardan Rinad Məmmədova məxsus şirkətlərdə işə qəbul edilməsi adı ilə əldə etdiyi şəxsiyyət vəsiqələrindən istifadə edilməklə Bakı şəhər sakinləri - X39 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X91 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X60 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X92 xx xxxxxx 2008-ci ildə 4.700 manat, X27 xx xxxxxx 2008-ci ildə 4.900 manat, X48 xx xxxxxx 2008-ci ildə 4.300 manat, X12 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X28 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X40 xx xxxxxx 2009-cu ildə 4.500 manat, X29 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X13 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X41 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X49 xx xxxxxx 2009-cu ildə 4.000 manat, X93 xx xxxxxx 2009-cu ildə 3.200 manat məbləğində kreditin verilməsinə dair saxta sənədlərin tərtibi təmin edilməklə, qeyd olunan vaxtlarda cəmi 65.000 manat pul vəsaitlərinin bütövlükdə “xxxx” ASC-nin Xəzər filialının xəzinəsindən götürülməsində iştrak etmiş və pul vəsaitlərini Rinad Məmmədovla aralarında bölmüş, bununla da vəzifə saxtakarlığı törətməklə, qabaqcadan razılaşmaqla qrup halında, öz qulluq mövqeyindən istifadə edərək, ümumilikdə 274.831 manat məbləğində ona etibar edilmiş külli miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamışdır. Həmin hökmlə X66 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2008-ci ildən xx xxxxxx 2008-ci ilədək “xxxx” ASC-nin Xəzər filialında kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləməklə filialın müdiri X83 və filialda xx xxxxxx 2008- ci ildən xx xxxxxxx 2008-ci ilədək xəzinə müdiri vəzifəsində işləmiş Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan cinayət qrupunun tərkibinə daxil olmaqla, filialda saxta kredit sənədlərinin rəsmiləşdirilərək pul vəsaitlərinin talanmasına əlverişli şərait yaradılması üçün tanışları, Bakı şəhər sakinləri- adlarına xx xxxxx 2008-ci ildə 3.500 manat məbləğində kredit rəsmiləşdirilmiş X69 3.000 ABŞ dolları, yəni 2.497 manatın verilərək qalan 1.003 manat, xx xxxxx 2008-ci ildə 3.500 manat kredit rəsmiləşdirilmiş X18 3.200 ABŞ dolları, yəni 2.663 manatın verilərək qalan 837 manat, xx xxxxx 2008-ci ildə 2.700 manat məbləğində kredit rəsmiləşdirilmiş X26 2.000 ABŞ dolları, yəni 1.658 manatın verilərək qalan 1.042 manat, xx xxxx 2008ci ildə 1.350 manat kredit rəsmiləşdirilmiş X46 800 manatın verilərə k qalan 550 manat, xx xxxx 2008-ci ildə 1.000 avro məbləğində kredit rəsmiləşdirilmiş X8 700 avro verilərək qalan 300 avro, yəni 380 manat, xx xxxx 2008-ci ildə 1.500 manat məbləğində kredit rəsmiləşdirilmiş X47 1.200 ABŞ dolları, yəni 971 manatın verilərək qalan 529 manat, xx xxxxxx 2008-ci ildə 1.300 manat məbləğində kredit rəsmiləşdirilmiş X61 800 manatın verilərək qalan 500 manat vəsaitin guya bank xərcləri olması haqqında, həmçinin adlarına xx xxxxx 2008-ci ildə 2.800 manat məbləğində kredit rəsmiləşdirilmiş X4, xx xxxx 2008-ci ildə 5.000 manat məbləğində kredit rəsmiləşdirilmiş X30, xx xxxx 2008-ci ildə 5.000 manat məbləğində kredit rəsmiləşdirilmiş X31 şəxsiyyətini təsdiq edən sənədləri götürdükdən, X1 xx xxx 2008-ci ildə 2.500 manat, X71 xx xxxx 2008-ci ildə 2.300 manat məbləğində kredit sənədlərinə imza etdirildikdən sonra, guya, həmin kreditlərin rəsmiləşdirilmədiyi haqqında yalan məlumatlar verməklə, həmçinin adlarına xx xxx 2008-ci ildə 2.500 manat kredit rəsmiləşdirilmiş X15 faktiki 1.500 manat və bu vəsaitin ödəniş qrafikinin verilərək qalan 1.000 manat, xx xxxxxx 2008-ci ildə 4.600 manat kredit rəsmiləşdirilmiş X70 1.000 manat verilərək qalan 3.600 manat vəsatin bankın rəhbərliyi tərəfindən ödəniləcəyini vəd etməklə qeyd olunan, “xxxx” ASC-yə məxsus cəmi 27.041 manat vəsaitin - külli miqdarda özgə əmlakının qabaqcadan razılaşmaqla qrup halında, qulluq mövqeyindən istifadə edilməklə, təkrarən mənimsəmə yolu ilə talanmasında qeyd olunan vasitələri verməklə və mövcud maneələri aradan qaldırmaqla əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir. Həmin hök mlə Məhkum3 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2008-2009-cu illərdə “xxxx” ASC-nin Xəzər filialının müdiri, yaxın münasibətdə olduğu X50 filialın işləri ilə bağlı qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə, həmin filialda saxta kredit sənədlərinin rəsmiləşdirilərək pul vəsaitlərinin talanmasına əlverişli şərait yaradılması üçün tanışlarının şəxsiyyət vəsiqələrini alaraq sonuncuya verməklə Bakı şəhər sakinləri X2, guya, kreditin rəsmiləşdirilmədiyi barədə yalan məlumat verərək xx xxxxxx 2008-ci ildə 5.000 manat, X51 xx xxxxxxx 2008-ci ildə 4.120 manat, X52 həmin tarixdə 3.200 manat, X32 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X14 xx xxxxxx 2008-ci ildə 4.700 manat və X75 xx xxxx 2009-cu ildə 2.550 manat məbləğində rəsmiləşdirilmiş kreditlərin onlara Rinad Məmmədov tərəfindən t am ödəniləcəyini vəd etməklə, həyat yoldaşı X33 isə heç bir məlumatı olmadan adına xx xxxxxx 2009-cu ildə 3.000 manat olmaqla, cəmi 27.570 manatın, eyni məqsədlə Rinad Məmmədov və bankın Xəzər filialında xx xxxxxx 2008-ci ildən xx xxxxxxx 2008-ci ilədək xəzinə müdiri vəzifəsində işləmiş Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan cinayət qrupunun tərkibinə daxil olmaqla adlarına xx xxx 2008-ci ildə 2.900 manat məbləğində kredit rəsmiləşdirilmiş X62, xx xxxx 2008-ci ildə 6.700 manat məbləğində kredit rəsmiləşdirilmiş X63 şəxsiyyət vəsiqələrini götürdükdən, sonuncuya həm də kredit sənədlərinə imza etdirildikdən sonra kreditin rəsmiləşdirilə bilməməsi haqqında, adına xx xxxxxx 2008-ci ildə 1.665 manat məbləğində kredit rəsmiləşdirilmiş X65 isə həmin məbləğdən, guya, 450 manatın bank xərci kimi saxlanması haqqında yalan məlumatlar verməklə, adına xx xxxx 2008-ci ildə 4.850 manat məbləğində kredit rəsmiləşdirilmiş X140 oğluna kreditin Rinad Məmmədov tərəfindən tam ödəniləcəyini vəd etməklə qeyd olunan cəmi 14.900 manat, ümumilikdə isə “xxxx” ASC-yə məxsus 42.470 manat məbləğində vəsaitin - külli miqdarda özgə əmlakının qabaqcadan razılaşmaqla qrup halında, qulluq mövqeyindən istifadə edilməklə, təkrarən mənimsəmə yolu ilə talanmasında qeyd olunan vasitələri verməklə və mövcud maneələri aradan qaldırmaqla əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir. Həmin hökmlə Məhkum4 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2008-ci ilin sonu-2009cu ilin əvvəlində “Riyad” Mühafizə Xidmətinin əməkdaşı olmaqla “xxxx” ASC-nin Xəzər filialında vəzifələrini yerinə yetirərkən hə min filialın müdiri X83 və filialda problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyən Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan cinayət qrupunun tərkibinə daxil olmaqla, filialda saxta kredit sənədlərinin rəsmiləşdirilərək pul vəsaitlərinin talanmasına əlverişli şərait yaradılması məqsədiylə, qohum və tanışlarının, guya, Rinad Məmmədova məxsus şirkətlərdə işə qəbul edilməsi adı ilə şəxsiyyətini təsdiq edən sənədlərini götürərək sonuncuya Məhkum1 vasitəsiylə təqdim etməklə, Bakı şəhər sakinləri- X39 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X91 həmin tarixdə 5.000 manat, X60 xx xxxxxx 2008-ci ildə 4.800 manat, X92 həmin tarixdə 4.700 manat, X27 xx xxxxxx 2008-ci ildə 4.900 manat, X48 həmin tarixdə 4.300 manat, X12 xx xxxxxx 2008ci ildə 4.800 manat, X28 xx xxxxxx 2008-ci ildə 5.000 manat, X40 xx xxxxxx 2009-cu ildə 4.500 manat, X29 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X13 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X41 xx xxxxxx 2009-cu ildə 5.000 manat, X49 xx xxxxxx 2009-cu ildə 4.000 manat, X93 həmin tarixdə 3.200 manat məbləğində rəsmiləşdirilmiş kreditlər üzrə qeyd olunan, “xxxx” ASC-yə məxsus cəmi 65.000 manat vəsaitin - külli miqdarda özgə əmlakının qabaqcadan razılaşmaqla qrup halında, qulluq mövqeyindən istifadə edilməklə, təkrarən mənimsəmə yolu ilə talanmasında qeyd olunan vasitələri verməklə və mövcud maneələri aradan qaldırmaqla əlverişli şərait yaradaraq köməkçi kimi iştirak etmişdir. Hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, haki mlər Ə.İ.Qasımov və V.K.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü məhkumlar Məhkum1, X66, Məhkum3 və Məhkum4 barələrində dəyişdirilmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq olunması və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, Məhkum1 hökmlə ona Azərbaycan Respublikası CM-in 179.3.2 -ci maddəsi ilə əsas cəza olaraq təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasını, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum4, X66 və Məhkum3 barələrində Azərbaycan Respublikası CM-in 70ci maddəsinə əsasən şərti məhkum etmə tətbiq olunması və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, Məhkum4, X66 və Məhkum3 hökmlə onlara Azər baycan Respublikası CM-in 32.5,179.3.2-ci maddələri ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Apellyasiya protesti Məhkum1 münasibətdə qismən, məhkumlar X66, Məhkum3 və Məhkum4 münasibətdə tam təmin edilmiş, zərərçəkmiş şəxs “xxxx” ASC-nin ləğvedicisi “X5 Company” MMC-nin vəkalətli nümayəndəsi Akif Eminovun apellyasiya şikayəti qismən, yəni məhkumlar Məhkum1, X66, Məhkum3 və Məhkum4 münasibətdə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarından məhkumlar Məhkum3, Məhkum2, Məhkum4 müdafiəçisi Ə.H.Mehtiyev və Məhkum1 müdafiəçisi G.A.Salmanova tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət kollegiyası (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), İ.M.Cəfərov və H.Q.Nəsibovdan ibarət tərkibdə) xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarı məhkumlar Məhkum3, Məhkum2, Məhkum4 müdafiəçisi Ə.H.Mehtiyev və Məhkum1 müdafiəçisi G.A.Salmanova tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Yenidən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətlərini və apellyasiya protestini təmin etmədən, hökmü is ə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı İlkin Yusifov kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. K A S S A S İ Y A P R O T E S T İ N İ N D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı İlkin Yusifov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuş, məhkəmədə sübutlar düzgün tədqiq edilməmiş, cinayət qanunun norması düzgün tətbiq olunmamışdır. Məhkum1 ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, o, xəzinə müdiri vəzifəsind ə işləyərkən bağlanılmış əmək müqaviləsinin tələbləri, digər normativ aktlarının maddələri ilə tənzimlənən vəzifələrin yerinə yetirməsini təmin etməli olduğu halda, vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi nəticəsində külli miqdarda özgə əmlak mənimsəmə yolu ilə talan edilmiş, fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməllər ağır nəticələrə səbəb olmuşdur. Belə olan halda, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 əməlləri düzgün olaraq CM-nin 308.2-ci maddəsi ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi isə heç bir qanun normasına əsaslanmadan təqsirləndirilən şəxs Məhkum1 ittihamından yuxarıda göstərilən əsaslarla CM-nin 308.2-ci maddəsini xaric etmişdir. Apellyasiya i nstansiya məhkəməsi mübahisələndirilən qərarında məhkumların əməllərinin hüquqi tövsifi məsələsini müzakirə etməmiş, protestin qeyd olunan dəlilinə ümumiyyətlə münasibət belə bildirməmişdir. CPM-nin 353.2.5 və 353.2.6-cı maddələrinə əsasən, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri, qərarların qəbul edilməsində məhkəmənin istinad etdiyi qanunların normaları göstərilməlidir. CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdran hallar göstərilməlidir. Lakin məhkəmənin iş üzrə qəbul edilmiş yüngülləşdirən hallar hökmdə əsaslandırılmamış, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin xüsusilə fəal iştirak etmə kimi qəbul edilmiş cəzanı ağırlaşdıran halı isə məhkəmə əsassız olaraq qəbul etməmiş, apellyasiya instansiya məhkəməsi isə bu xüsusatı nəzərə almamışdır. Belə ki, məhkəmə, təqsirləndirlən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 onlara elan edilmiş ittihamın mahiyyəti üzrə ifadələr verib cinayətin açılmasında iştirak etməsi, əvvəllər məhkum olunmaması, törətdiyi cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsinin R.E.Məmmədovun əmlakı hesabına təmin edilməsini, onların yaşayış yeri üzrə müsbət xarakterizə olunması onların cəzalarını yüngülləşdirən halları kimi qəbul edib cəmiyyətdən təcrid olunmadan islah olunmağa meylli olması kimi qiymətləndirmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olu nması onun cəmiyyətdə normal davranış qaydalarına riayət etməsi kimi qiymətləndirilir və cəzanı yüngülləşdirən hal kimi qəbul edilə bilməz. Məhkum1 ittihamları (CM-nin 308.2-ci maddəsi istisna olmaqla), təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3 və Məhkum4 ittiham olunan maddələrlə olan əməllərinin hüquqi tövsifi ilə razılaşsa da, lakin onun törədilmiş cinayətinin təsnifata görə ağır cinayətə aid olmasını, bu cinayətlərin birbaşa qəsdlə törədilməsini, cinayət nəticəsində maddi ziyanın ödənilməməsini, törədilmiş mənimsəmə və israf etmə cinayətində Məhkum1 icraçı, Məhkum2, Məhkum3 və Məhkum4un köməkçi kimi iştirak etməsini, Məhkum1 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini cəza təyini zamanı nəzərə almamışdır. təqsirləndirilən şəxslərin cinayət əməllərin qrup halında törədilməsi nə baxmayaraq, ittiham olunan cinayətlərin törədilməsində Məhkum4 özünü təqsirli bilməmiş, Məhkum1 isə qismən təqsirli bilmiş, beləliklə məhkəmədə təqsirləndirilən şəxslərin törədilmiş cinayətin açılmasında fəal köməklik göstərməsi halını məhkəmə tərəfindən yüngülləşdirən kimi qəbul edilməsi əsassız olmuş, apellyasiya məhkəməsi isə bu əsassız mövqe ilə razılaşaraq həmin halları nəzərə almamışdır. Bundan başqa kassator qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi ictimai təhlükəli əməllərinin nəticələri və bu nəticələrin baş verməsinin, aradan qaldırılması hallarını müzakirə edərkən belə qərara gəlmişdir ki, istintaq və məhkəmə orqanları tərəfindən mənimsənilən məbləğ kimi qiymətləndirilən 459571 manat pul vəsaitinin əsas hissəsinin R.E.Məmmədov və digər təqsirləndirilən şəxsl ər tərəfindən onlara hər hansı bir təsir göstərilmədən banka qaytarılması cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Məhkəmə, həmin halları, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 şəxsiyyətlərini, onların törətdikləri əməllərin nəticələrinə münasibətlərini, islah olunmağa meylli olmalarını, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətdikdən sonra dövlət orqanları tərəfindən həmin əməllərin araşdırılmasında fəal iştiraklarını, onların cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə cəza təyin edilməsini və barələrində CM-nin 70-ci maddəsini tətbiq olunmasını əsaslı hesab edərkən əsassız nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq iş üzrə vurulan mad di ziyanın tam ödənilməsi, təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmamaları və onların müsbət xarakterizə olunmalarına istinad edərək, onların barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onlar tərəfindən real surətdə çəkilməməsi qənaətinə gəlmiş, həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə şərti hesab edilməsini müəyyən etmiş birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Hər iki məhkəmə kollegiyası məhkumlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilərkən faktiki olaraq törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışlar. Məhkəmə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 şərti məhkum edərkən və onlara sınaq müddəti müəyyən edərkən sınaq müddətinin əvv əlini hökmdə göstərməmiş, apellyasiya məhkəməsi isə bu xüsusata münasibət belə bildirməmişdir. İşin faktiki halları, yəni törədilmiş mənimsəmə və israf etmə cinayətində Məhkum1 icraçı, Məhkum2, Məhkum3 və Məhkum4 isə köməkçi kimi iştirak etməsi Məhkum1 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsinə dəlalət etmiş və bu hal ibtidai istintaq orqanı tərəfindən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Lakin məhkəmə hökmdə bir cümlə ilə təqsirləndirilən şəxslərin əməllərində belə halların olmasını təsdiq edən sübutların müəyyən olunmadığını qeyd edərək göstərilən ağırlaşdıran halı əsassız olaraq qəbul etməmiş və bunu hökmdə əsaslandırmamışdır. Həm cinayət işinin materialları, həm də məhkəmə tərəfindən sübut olunmuş faktiki hallar, yəni mənimsəmə və israf etmə cinayətində iştirakç ılığın növlərinə görə Məhkum1 icraçı qismində iştirak etməsi, onun cinayət törədilməsində qəsdən iştirakı, hadisələrin inkişafına həlledici təsir etmək imkanı, bununla bağlı şəxsiyyətinin ictimai təhlükəliliyini artırılması halları göstərir ki, o, cinayətin törədilməsində xüsusilə fəal iştirak etmişdir.Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrində CM-nin 70-ci maddəsini tətbiq edərkən həmin Məcəllənin 58.1 və 34.8-ci maddəsinin tələblərini pozmuş, göstərilən Plenum qərarının tövsiyələrini əməl etməmişdir. Məhkəmələrin təqsirləndirilən şəxslərə münasibətdə yüngülləşdirici hal qismində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas götürdüyü hallar tam əsassız, qanunsuz və işin xarakterinə uyğun olmayan hallar olmuş, məhkəmələr həmin xüsusatlara olduqca səthi yanaşmış, formallıqdan kənara çıxa bilməmiş, iş üzrə obyektiv sübutlar və qanun normaları ilə təkzib olunan hallara yüngülləşdirici hallar kimi yanaşaraq qanunsuz olaraq təqsirləndirilən şəxslərin barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün düzgün olmayan əsaslar yaratmış və həmin maddəni tətbiq etməklə cəmiyyətdən təcrid olunmalı olan şəxsləri azadlıqda saxlamışlar. Bu isə məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Beləliklə, məhkəmə tərəfindən Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 cəza müəyyən edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o c ümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmamış, CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı məsələlər məhkəmənin hökmündə əsaslandırılmamış, bununla da CM-nin 8-ci və 58.3-cü maddələrində nəzərdə tutulan ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları pozulmuş, cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası sədrlik edən hakimin iş üzrə məruzəsini dinləyib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət işinin materiallarını öyrənib, dövlət ittihamçısının və Məhkum1 çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya protesti təmin edilməyərək hazırkı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılm alıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 törətdiyi əməllər zərərçəkmişşəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri və iş üzrə toplanmış dig ər təkzibolunmaz sübutlarlatamsübutayetirilmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 cinayət əməlləri CM-in 179.3.2-ci, Məhkum2, Məhkum3 və Məhkum4 əməlləri CM-in 32.5,179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, kassasiya protestində də bu məsələ mübahisələndirilməmişdir. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi cəzatədbiriseçərkənşəxslər Məhkum1 Xüdaşükür oğluna, X53, Məhkum4, Məhkum3 cəza təyin edərkən cəzanın müddətini, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların ittiham olunduqları əməllərdə iştirak formalarını və səbəblərini, törətdiklərə əməllərin nəticələrinə münasibətlərini, onların cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, c inayətin törədilməsi nəticəsində dəymiş zərərin təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsini, təyin ediləcək cəzanın onların islah olunmasına, özlərinin və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Belə ki, təqsirləndirilən şəxslərin törətdiyi ictimai təhlükəli əməllərinin nəticələrini və bu nəticələrin baş verməsinin və aradan qaldırılması halları müzakirə olunarkən istintaq və məhkəmə orqanları tərəfindən mənimsənilən məbləğ kimi qiymətləndirilən 459571 manatın əsas hissəsinin X83 və digər təqsirlədirilən şəxslər tərəfindən onlara hər hansı kənar təsir göstərilmədən banka qaytarılması və bununla da əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldılması müəyyən olunmuşdur. Məhkəmə, həmin halları təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların törət dikləri əməlin nəticələrinə münasibətlərini və kənar təsirlər olmadan islah olunmağa meyilli şəxslər kimi xarakterizə edən davranış kimi qiymətləndirmiş, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətdikdən sonra dövlət orqanları tərəfindən həmin əməllərin araşıdırılmasında fəal iştiraklarını, onların cəzasını yüngülləşdirən halların olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxslərə cəza təyin olunmasını və onlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməsini əsaslı saymışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləriniəsassızhesab edərək təminetməməklə ö z qərarında qeyd etmişdir ki, Məhkum1 Xüdaşükür oğlunun və Məhkum3 barələrində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Məhkum1 Xüdaşükür oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, Məhkum3 Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə bəraət verilə bilməz, onlara bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum1 Xüdaşükür oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, Məhkum3 Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları düzgün müəyyən edilmişdir, həmin hallar cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmü ilə məhkumlar Məhkum1, X66, Məhkum3, Məhkum4 hər birinə təyin edilmiş cəza məsələsini də müzakirə edərək Məhkum1, X66, Məhkum3 və Məhkum4 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin və bununla bağlı göstərişlərin hökmdən xaric edilməsi barədə apellyasiya protestinin və zərərçəkmiş tərəfin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını a lmaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-cibəndinin 5-ciabzasındagöstərilirki, cəzalarıntətbiqiməsələsimüzakirəedilərkən cəzanınnövüvəmiqdarınınseçilməsininmühüməhəmiyyətivardır. Cəzabirincinövbədətəqsirləndirilənşəxsinislaholunmasınaxidmətetməlidir. HəminQərarın4-cü bəndinin 1-ci abzasına əsasən cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəz anı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından da göründüyü kimi Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə onların cəza çəkmədən də islah oluna bilinmələri nəticəsinə gələrkən məhz onların törətdiyi cinayətin xarakterini və şəxsiyyətlərinəaidolancəzanıyüngülləşdirənhallarınməcmusunu hərtərəfli tədqiq etmişdir. CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumların ittiham olunduqları cinayət əməllərini törətdikdən sonra dövlət orqanları tərəfindən həmin əməllərin araşıdırılmasında fəal iştiraklarını, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdırıcı halların olmamasını, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının onların ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsini, təyin ed iləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini və bununla da onun cəza çəkmədən islah olunmasını mümkün edərək, barələrində tətbiq ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məqsədəmüvafiq etmişdir. Cinayət işinin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, kassasiya protestinin Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində şərti məhkum etmə tətbiq edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcələrinin, eləcə də onların şəxsiyyətlərinin nəzərə alınmaması barədə dəlillərini əsaslı hesab etmir. Kassasiya instansiyası Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını istisna edən hər hansı hal görmür. Məhkəmə kolle giyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur və onun əsasını məhkum edilmiş şəxsin öz davranışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. CM-in 71-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. CM-in 71-ci maddəsi həmçinin müvafiq hallarda şərti məhkum etmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasının əsaslarını və qaydasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkə mə kollegiyası kassasiya protestinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını məqsədəuyğun hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə, X42, Məhkum3 və Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən, dövlət ittihamçısı İlkin Yusifov tərəfindən verilmiş kassasiya protesti təmin edilmədən saxlansın. Sədrlik edən: Hakimlər: İlqar Qılı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar