Məhkəmə qərarları › İş №1(102)-548/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-548/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-548/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 214-2 və 281.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.V.Tanrıverdiyev) Məhkum -xx xxx 1976-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 214-2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 281.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) i l, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictimai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yaymışdır. Belə ki, o, xx xxxx 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı x2 və polis əməkdaşına x3 tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməyə cəhd edilməsi ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq internet üzərindən "Facebook" sosial şəbəkəsində X12 adlı istifadəçi yaradaraq, həmin səhifədə xx xxxx 2018-ci il tarixdə saat 08:19-da "Haqqı hüququ pozulan və əzilən xalqım. Özünü öldürmə, haqqını, hüququnu pozanı öldür", həmin tarixdə saat 0 9:36-da "Özünü öldürmə, məmuru öldür", istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda "10 iyul saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriləcək, Yunisi tək qoyma! Bu dəfə susma! Yunisə dəstək ol!", "Ey mənim Türk millətim ayılın. İndi ayılmasan, indi ayağa qalxmasan kölə olacaqsan. Biz türk tayfaları öz haqqımızı qılınc gücü ilə almışıq. Qalx ayağa Azərbaycan Türkü! Qalx öz haqqını tələb et." və.s kimi paylaşımlar etməklə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər, habelə dövlət və ya ictim ai xadimlərinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq məqsədi ilə onların həyatına suiqəsd etməyə, Azərbaycan Respublikası CM-in 214 və 277-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına yönələn açıq çağırışlar etmişdir. Hökmdən məhkumun müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin etmiş, hökm dəyişdirilmiş, Məhkum Əli oğluna CM-nin 214-2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddə tə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay müddətə, CM-nin 281.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay müddətə endirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum Əli oğlunun xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (ümumilikdə 07 (yeddi) ay 02 (iki) gün) həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, cəzasının çəkildiyi nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanunsuz və əsassızdır, çünki işə baxmış məhkəmə apellyasiya şikayətində gətirilən dəlillərə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla mənim ittiham olunmuş cinayət əməlini törətməyim haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və həmin əməli Azərbaycan Respublikası CM-nin 281.1 və 214-2-ci maddələri ilə düzgün tövsif etmişdir. Mənim apellyasiya şikayətim mənə elan edilən ittihamların qanunsuz və əsassız olması və bəraət almaqla bağlı olub. Bununla əlaqədar məhkəmə göstərib ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözü gedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 281.1 və 214-2- ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərar ı ləğv olunub barəmdə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib pozulmuş hüquq və azadlıqlarım bərpa edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya pr otestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun kassasiya şikayətində cinayət əməllər inin hüquqi tövsifi mübahisələndirilərək ona bəraət verilməli olması göstərilsə də, bunu əsaslandıran konkret dəlillərə və sübutlara istinad edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum ittiham olunduğu hər iki maddə ilə cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə əsasən toplanıb məhkəmə iclasında tədqiq olunmuş, birinci instansiya məhkəməsinin hökmündə sadalanmış və hüquqi qiymət verilmiş, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkumun cinayət əməllərinin hüquqi tövsifi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığını və mötəbərliyini yoxl ayaraq hökmü bu hissədə dəyişdirilmədən saxlasa da məhkumun cəzasını ən minimuma qədər azaldaraq onu məhkəmə iclası zalından həbsdən azad etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 17863 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, “facebook” sosial şəbəkəsində X10 səhifəsində edilmiş “Özünü öldürmə, məmuru öldür”, “Haqqı hüququ pozulan və əzilən xalqım. Özünü öldürmə, haqqını, hüququnu pozanı öldür”, “Azərbaycan kimi özbaşınalıq olan ikinci bir ölkə heç bir yerdə yoxdur. Ölkə rüşvət içində batır. Bu hakimiyyət getməsə düzələn deyil. Buna görə də hakimiyyətdə oturanın hər biri istehfa verməli və xalq məhkəməsi qarşısın da cavab verməlidir. DAMH (Dünya Azərbaycanlıları Milli Hərəkatı – bunun üçün yaradılıb)”, "Ey mənim Türk millətim ayılın. İndi ayılmasan, indi ayağa qalxmasan kölə olacaqsan. Biz türk tayfaları öz haqqımızı qılınc gücü ilə almışıq. Qalx ayağa Azərbaycan Türkü!!. Qalx öz haqqını tələb et.", “Sağ əli bu biri icra başçılarının başına”, “Xalqın qanını içən məmurlara ölümmmm!!!”, kimi paylaşımlarda, həmçinin x3a dəstək olmaları məqsədilə insanların xx xxxx 2018-ci il tarixdə saat 20:00-da Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyaları keçirmələrinə dair çağırışlarda hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar, həmçinin bu cür məzmunlu materialların yayılmasına yönələn hərəkətlərin əlamətləri mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum elan edilmiş ittihamlar üzrə cinayət əməlləri məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunduğundan ona bəraət verilməsi və hər hansı başqa əsasla hüquqi vəziyyətinin yaxşılaşdırılmasına əsas verən başqa hallar müəyyən edilməmişdir. Ona görə də ona bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 281.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar