Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-548/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 15 aprel 1969-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2amış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakim E.Mikayılovun sədrliyi ilə) Məhkum – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 178.3. 2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 32.4,312.1 və 320.1-ci maddələri ilə CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmiş, CM-in 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2015-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 17 (on yeddi) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 4 (dörd) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin iş üzrə zərər çəkmiş şəxs, mülki idiaçılar Zərərçəkmiş şəxs3 oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 Böyükağa qızına vurulmuş maddi ziyanın ödənilmə sinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Məhkum keçmiş arvadı Qasımova Kəmalə Kamal qızının mülkiyyətində olan ünvan 3 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində 3 otaqlı, 138 m2 sahəli, 75 saylı mənzildəki Məhkum payına yönəldilmiş, həmin pay zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam aradan qaldırılması üçün yetərli olmadığı halda, alan hissədə vurulmuş ziyan təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs, mülki iddiaçıların xeyrinə tutulması qərara alınmışdır. Maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı 29 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmünü mübahisələndir mişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə Qasımova Kəmalə Kamal qızının Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətinin əsassız olduğundan təmin olunmaması qərara alınmışdır. Həmin qərardan maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinə baxılmasının təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2043/2024 nömrəli, 10 sentya br 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayəti təmin olunmamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən maraqlı şəxs Qasımova Kəmalə Kamal qızının apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 1(101)166/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarın ın ləğv edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasına dair vəsadətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada ap ellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı vəsatətində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli hökmünün onun maraqlarına toxunduğu barədə 2023-cü ilin iyul-avqust ayları ərzində xəbər tutmuşdur. Maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı tərəfindən apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-166/2018 nömrəli, 23 oktyabr 2018-ci il tarixli hökmü ona məlum olduğu gündən təxminən 1 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 1 aydan artıq müddət keçdikdən sonra maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin b ərpasına dair vəsatət vermiş və vəsatətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 20 may 2020-ci il tarixli qərarından görünür ki,....cinayət işində iştirak etməyə cəlb olunmayan şəxs həmin məhkəmə aktlarının mövcud olması barədə onların qəbul edilməsindən xeyli müddət keçdikdən sonra məlumatlı ola bilər. Məhkum barəsndə olan cinayət işində iştirak etməmişdir. Sonuncu ilə ailə-nikah münasibətləri 1999-cu ildə bitdiyin dən barəsində hər-hansı bir qərarın qəbul edilməsi onun üçün əhəmiyyətsiz olmuşdur. Məhkum əməli nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin onun əmlakının ½ hissəsinə yönəldilməsi ilə razılaşa bilməz. Hökmün onun maraqlarına toxunduğu barədə 2023-cü ilin iyul-avqust ayları ərzində xəbər tutmuşdur. Odur ki, məhkəmənin 23 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsini xahiş etmişdir. Birinci və apellyasiya məhkəmələri hesab etmişlər ki, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı prosessual müddətlər, prosessual müddətin ötürülməsinin nəticələri barədə cinayət-prosesual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən i sə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair 6 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə uyğun olmayan hesab edilmiş, Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüqu q və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilmiş. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 203.1 və 203.3-cü madd ələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında və satət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs Qasımova Kəmalə Kamal qızının Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmündən 2023-cü ilin iyul-avqust aylarında məlumatı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsu si rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair maraqlı şəxs Qasımova Kəmalə Kamal qızının vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarix li qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Maraqlı şəxs Qasımova Kəmalə Kamal qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-548/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-548/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver