Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-549/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X14 oğlunun, bəraət almış şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim:Ağayev Süleyman Əhməd oğlu) xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Şəmkir rayonu, Dağcəyir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddə ləri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 13 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunmuşdur onda n ötrü ki, o, 04 fevral 2017-ci il tarixdə saat 05 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz E 200» markalı, Az **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi tərəfdən “Koroğlu” metrostansiyası istiqamətində 120 km/saat sürətlə hərəkət etdirən zaman “Olimpiya” stadionuna çatmamış, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox ol mayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən, ehtiyatsızlıqdan yolu soldan sağa doğru keçən piyada X2 vuraraq onun hadisə yerində ölümü ilə səbəbli əlaqəli olan baş beyin maddəsinə, mədəciklərə və qişalarına massiv qansızma, baş beyinin əzilməsi, alın-təpə və ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları, sağ almacıq sümüyünün sınığı, sol baldır sümüklərinin açıq sınıqları və qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan bədən xəsarətlərinin almasına səbəb olmuş və piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqana xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanun unun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qeyd olunan tədbirləri görməmiş və ölümlə nəticələnə yol-nəqliyyat hadisəsi törədərək, piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqana xəbir vermədən v ə xəsarət alana yardım göstərmədən hadisə yerindən qaçmışdır.Məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutları tam, hərtərflı və obyektiv araşdırmamışdır.Məhkəmənin yol-nəqliyyat hadisələri ekspertisasının təyin edilməsi zamanı qərarında hadisənin baş vermə şəraiti düzgün əks etdirilmədiyindən sürücü Təqsirləndirilən şəxs törətdiy yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmamasına dair ekspert rəyi verilmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassas iya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutub iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötə bərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə verilmiş ittihamlar üzrə təqsirsiz olması nəticəsinə gəlmişdir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, ibtidai araşdırma orqanı tərəfindən hadisə yeri müayinə olunarkən və sonrakı istintaq araşdırması zamanı əldə olunmuş məlumatlar iş üzrə ilkin və sonradan əlavə məhkəməyol nəqliyyat hadisələri ekspertizaları keçirilərək biri digəri ilə ziddiyyət təşkil edən rəylər alınmışdır. İstintaq orqanı həmin yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmini dəqiq müəyyən edə bilmədiyi üçün belə ziddiyyətli ekspert rəyləri alınmışdır. İbtidai araşdırma orqanı hadisəni bilavasitə görə bilən şahidin müəyyən olunaraq dindirilməsi, habelə hadisəni lentə almış kameranın video görüntünün əldə olunması istiqamətində kifayət qədər səy göstərməmişdir. Məhz bu da hadisənin müxtəlif şəraitdə baş verməsini özündə ifadə edən məlumatlara əsaslanan fərziyyələrin ortaya çıxmasına gətirib çıxarmışdır. Nəticədə, həmin yol-nəqliyyat hadisəsinin baş verməsinin əsl mənzərəsi müəyyən olunmamış qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı verilmiş sorğu əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 oktyabr 2017-ci il tarixli 01/07-288 saylı məktubu ilə ünvan 2istiqamətində "Olimpiya” stadionuna çatmamış yolun ortasındakı dəmir məhəccərin yanındakı zolaqda 04.02.2017-ci il tarixdə saat 04:00-05:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ni “İntellektual Nəqliyyat Sistemi” layihəsinə məxsus müşahidə kamerasının qeydə aldığı video görüntü məhkəməyə təqdim olunmuş, həmin görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi ünvan 2 istiqamətində “Olimpiya” stadionuna çatmamış yolun ortasındakı dəmir məhəccərin yanındakı zolaqda 04.02.2017-ci il tarixdə saat 04:00-05:00 radələrində baş vermişdir. Həmin yolun hərəkət hissəsi 6 (altı) zolaqlıdır. Yolu əks hərəkət hissəsindən dəmir məhəccər ayırır. Dəmir məhəccərin yanında iki zolaqdan sonra yolu eyni istiqamətdə düzünə qoşa xətt ayırır. Hadisə də həmin qoşa xətdən dəmir məhəccərin yanındakı hissədə, dəmir məhəccərin yanındakı birinci zolaqda baş vermişdir. Göründüyü kimi yol qurudur, hava şəraiti qaranlıqdır. Yolun hərəkət hissəsi yalnız orada hərəkət edən avtomobillərin işıqları vasitəsi ilə işıqlanır. Yolun həmin hissəsində piyada keçidi zolağı yoxdur. Videogörüntüdə qaranlıq hava şəraitində Bakı şəhəri istiqamətində (İşin ibtidai istintaq zamanı müəyyən edilmiş və həm müdafiə tərəfinin, həm də ittiham tərəfinin mübahisələndirmədiyi əvvəlcədən müəyyən edilmiş hallarına görə hadisəni törədən avtomabil ünvan 2istiqamətində hərəkətdə olmuşdur) yolun hərəkət hissəsinin sol kənarı ilə bir nəfər piyadanın, iş üzrə müəyyən olunmuş X1 orta yerişlə Bakı şəhəri «Koroğlu» metrostansiyası istiqamətində hərəkət etməsi görünür. O, yolun hərəkət hissəsinin sərhədini təşkil edən xəttin tam qırağı ilə hərəkət edir. Onun sağından Bakı şəhəri istiqamətində piyada ilə eyni istiqamətdə avtomaşınların keçib getməsi də müşahidə olunur. Piyada hərəkət hissəsinin sol kənarında, hərəkət hissəsinin sərhədinin tam qırağı ilə düzünə hərəkət zamanı qəflətən istiqamətini sağa doğru, yolun hərəkət hissəsinin mərkəzinə doğru təxminən 45-50 dərəcə bucaq altında dəyişir və bu vəziyyətdə hərəkətdə olarkən təqribən 1-2 saniyədən sonra arxadan eyni istiqamətdə gələn Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının sürücü yeri tərəfdən yan güzgü hissəsindən avtomaşına çırpılır avtomaşınla vurulur. Sürücü Təqsirləndirilən şəxs üçün təhlükə anı piyadanın hərəkət istiqamətini yolun hərəkət hissəsinin kənarından hərəkət hissəsinin mərkəzinə doğru dəyişdiyi anda yaranır və təxminən 1-2 saniyə davam edir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi piyada X4 heç də du rduğu bir nöqtədən düzünə xətt üzrə yolu soldan-sağa doğru keçərkən onun avtomobil tərəfindən vurulması hadisəsi baş verməmişdir. Məhkəməyə təqdim olunmuş diskə baxış keçirilərkən də piyadanın soldan-sağa doğru deyil, həmin avtomobil yolunun sərhəd xəttinin yanı ilə üzü Koroğlu metrostansiyasına tərəf orta sürətli yerişlə irəliləyərkən, qəflətən istiqamətini sağa doğru, yolun hərəkət hissəsinin mərkəzinə doğru təxminən 45-50 dərəcə bucaq altında dəyişəndə, bu vəziyyətdə hərəkətdə olarkən 1-2 saniyədən sonra arxadan eyni istiqamətdə gələn Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının sürücü yeri tərəfdən yan güzgü hissəsindən avtomaşına çırpılır - avtomaşınla vurulur. Bu işin hadisənin baş verməsi mexanizmi ilə bağlı olan yeni halıdır. Həmin yol nəqliyyat hadisəsinin baş verməsi mexanizmin i təşkil edən bu hal xüsusi biliyə malik olan ekspert tərəfindən tədqiq olunaraq qiymətləndirilməsi məqsədi ilə hadisənin baş verməsi mexanizmi ilə bağlı olan yeni hala əsasən, yəni Bakı Nəqliyyat Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi diskdə hadisənin baş verməsi mexanizmi ilə bağlı göstərilən şəraitdə “Merrsedec Benz E 200” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olub-olmamasının və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmamasının müəyyən olunması məqsədi ilə əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin olunmuşdur. İş üzrə keçirilmiş və birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş əl avə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 11 dekabr 2017-ci il tarixli, 30845 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən Bakı Nəqliyyat Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi diskə baxış keçirilməklə müəyyən edilmiş hadisə mexanizmində,yəni təhlükə yaranan andan piyada vurulana kimi 1-2 saniyə vaxtın keçməsi şəraitində Mersedes-Benz E200 markalı, 99DH*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra xəsarət alana köməklik göstərmədən və hadisə barəsində müvafiq icra hak imiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmələr tərəfindən tədqiq olunmuş komissiyon məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 11 may 2018-ci il tarixli, 9018 saylı rəyindən görünür ki, məhkəmə tərəfindən verilən məlumatlara əsasən Mersedes-Benz E200 markalı, 99DH*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Bakı Nəqliyyat Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş sürət tablosunda olan göstəricilərinə əsasən Mersedes-Benz E200 markalı avtomobilin hərəkət zolağında sürət məhdudiyyəti 100 km/saat olması şəraitində sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 ”maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, lakin həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra xəsarət alana köməklik göstərmədən və hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmələr tərəfindən tədqiq olunmuş təkrar komissiyon məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 14 avqust 2018-ci il tarixli, 19687 saylı rəyi də eynilə 11 may 2018-ci il tarixli 9018 saylı rəydə göstərilən xüsusatları təkrar müəyyən etmişdir. Bu isə hadisənin necə baş verməsini müəyyən edən videogörüntü əsasında müəyyən olunan hal olmuşdur. Məhkəmələr belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 04 fevral 2017-ci il tarixdə saat 05 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes Benz E 200» markalı, Az **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi tərəfdən «Koroğlu» metrostansiyası istiqamətində 120 km/saat sürətlə hərəkət etdirən zaman “Olimpiya” stadionuna çatmamış, yolun hərəkət hissəsinin sol kənarı ilə bir nəfər piyadanın, iş üzrə müəyyən olunmuş X1 orta yerişlə Bakı şəhəri «Koroğlu» metrostansiyası istiqamətində yolun hərəkət hissəsinin sərhədini təşkil edən xəttin tam qırağı ilə hərəkət etdiyi və onun sağından Bakı şəhəri istiqamətində piyada ilə eyni istiqamətdə avtomaşınların da keçib getdiyi zaman, piyada qəflətən istiqamətini sağa doğru, yolun hərəkət hissəsinin mərkəzinə doğru təxminən 45-50 dərəcə bucaq altında dəyişir və bu vəziyyətdə hərəkətdə olarkən təqribən 1-2 saniyədən sonra arxadan eyni istiqamətdə gələn Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının, sürücü yeri tərəfdən yan güzgü hissəsindən avtomaşına çırpılaraq avtomaşınla vurularkən, yəni təhlükə yaranan andan piyada vurulana kimi 1-2 saniyə vaxtın keçməsi şəraitində Mersedes -Benz E200 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq et diyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutların mötəbərliyini qiymətləndirərəkən səhvə yol verməmişdir. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmdən saxlanması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilmə si və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-549/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-549/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver