Məhkəmə qərarları › İş №1(102)-549/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-549/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-549/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1957-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1, onun nümayəndəsi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Abdullayev Ramiz Hümbət oğlu və məhkum X1 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Rasim Kazımov) Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum şübhəli şəxs qismində tutulduğu xx xxxx 2015-ci il tarixdən xx xxxx 2015ci il tarixədək olan 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxslər və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən, Məhkum etibarda n sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2013-cü il tarixdə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 öz adına ipoteka krediti düzəltmək istədiyi və bu kreditin düzəlməsi üçün 3000 ABŞ dolları pulun lazım olduğunu, əgər həmin məbləğdə pulu ona verəcəyi təqdirdə ipoteka krediti götürdükdən sonra aldığı 3000 (üç min) ABŞ dolları pulun üstündə əlavə pul verəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs1 inandıraraq sonuncudan göstərilən tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə 2353 (iki min əlli üç) manat 20 (iyirmi) qəpik dəyərində 3000 (üç min) ABŞ dolları məbləğində nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bu ndan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2013-cü ilin avqust ayında, dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu Gəncə şəhər sakini X28 turizm sahəsində iş qurub qazanc əldə etmək adı ilə yalan vədlər verib inandıraraq, sonuncudan işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə 7866 (yeddi min səkkiz yüz altmış altı) manat dəyərində 10.000 (on min) ABŞ dolları məbləğində nağd pul alıb ələ keçirərək, zərərçəkmiş şəxs X28 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirm ək məqsədi ilə, 2013-cü ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat pul müqabilində Gəncə Dövlət Sosial Müdafiə Fondunda olan tanışlarının vasitəsi ilə sonuncunun oğlu X47 adına təqaüd pulu düzəltdirmək adı ilə yalan vədlər verib inandıraraq, işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 birlikdə turizm sahəsində iş qurub yüksək məbləğdə qazanc əldə edəcəkləri barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hər dəfə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə ondan ilkin olaraq 2013-cü ilin aprel ayında dəqiq günü istintaq məlum olmayan tarixlərdə 1177 (min yüz yetmiş yeddi) manat 05 (beş) qəpik dəyərində 1500 (min beş yüz) ABŞ dolları, bundan bir neçə gün sonra dəqiq günü istintaqa məlum olmayan tarixdə 1020 (min iyirmi) manat 11 (on bir) qəpik dəyərində 1300 (min üç yüz) ABŞ dolları, həmin pulu verdikdən bir neçə gün sonra dəqiq günü istintaqa məlum olmayan tarixdə 2000 (iki min) manat, 2013-cü ilin oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə 1000 (min) man at, xx xxx 2014-cü il tarixdə 4050 (dörd min əlli) manat və 3765 (üç min yeddi yüz altmış beş) manat 12 (on iki) qəpik dəyərində 4800 (dörd min səkkiz yüz) ABŞ dolları, 2014-cü ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə 5100 (beş min yüz) manat dəyərində qızıl zinət əşyalarını alaraq göstərilən müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs1 18.112 (on səkkiz min yüz on iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində nağd pulunu və əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Gəncə şəhər sakini X18 turizm sahəsində şərikli iş qurub yüksək gəlir əldə edəcəkləri barədə yalan vədlər verib inandırmaqla vahid niyyətl ə əhatə olunan davamlı qəsdlə hər dəfə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23"b" nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə ondan ilkin olaraq xx xxxxxxxx 2013-cü il tarixdə 5500 (beş min beş yüz) manat, xx xxxxxxx 2013-cü il tarixdə 2000 (iki min) manat, xx xxxxxxx 2013-cü il tarixdə 3000 (üç min) manat, xx xxxxxx 2013-cü il tarixdə 2000 (iki min) manat, xx xxxx 2014-cü ildə 2000 (iki min) manat, xx xxxxx 2014-cü il tarixdə3000 (üç min) manat, xx xxxxx 2014cü il tarixdə 2500 (iki min beş yüz) manat, xx xxx 2014-cü il tarixdə 10.000 (on min) manat, 2014-cü ilin may ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhər Əttarlar küçəsində yerləşən mərkəzi kolxoz bazarının yaxınlığında 1400 manat, həmin pu lu verdiyi günün ertəsi günü isə yuxarıda qeyd edilən ofisdə 600 (altı yüz) manat nağd pul alaraq göstərilən müddət ərzində ümumilikdə Xnın xeyli miqdar təşkil edən 32.000 (otuz iki min) manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı Gəncə şəhər sakini X10 yuxarıda qeyd edilən məbləğlərdə nağd pulu alıb ələ keçirdikdən sonra ondan oğlu X66 15.000 (on beş min) manat qarşılığında turizm sahəsində işə düzəltmək adı ilə Xya yalan vədlər verib inandıraraq ilkin olaraq xx xxxx 2014-cü il tarixdə onun yaşadığı Gəncə şəhəri Kəpəz rayonu, Siyavuş Rüstəmov küçəsi 12 nömrəli evdə 5000 (beş min) manat nağd pulu aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəs dlə 2014-cü ilin avqust ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə yuxarıda qeyd edilən mənzildə 10.000 (on min) manat, bundan əlavə həmin işin qəbulu üçün bağlı kurs keçmək adı ilə əlavə olaraq 350 (üç yüz əlli) manat nağd pul almaqla ümumilikdə göstərilən dövr ərzində Xnın xeyli miqdar təşkil edən 15.350 (on beş min üç yüz əlli) manat məbləğində nağd pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı Gəncə şəhər sakini X10 yuxarıda qeyd edilən məbləğlərdə nağd pulu alıb ələ keçirdikdən sonra ondan aldığı pulları geri qaytarmaq üçün özünə ipoteka düzəltmək üçün Xdan 2014-cü ilin avqust ayının son günlərində dəqiq günü istintaq məlum olmayan tari xdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə 1000 (min) manat nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı Gəncə şəhər sakini X37 ilə yenidən turizm sahəsində iş qurub ondan aldığı pulları geri qaytaracağı adı ilə xx xxxxxxxx 2014-cü il tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə 2000 (iki min) manat nağd pul aldıqdan sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 2014-cü ilin oktyabr ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə 2000 (iki min) manat, ertəsi günü isə əri X19 vasitəsi ilə Xdan sonuncunun yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Siyavuş Rüstəmov küçəsi 12 nömrəli evdə 900 (doqquz yüz) manat pul almaqla göstərilən dövr ərzində ümumilikdə zərərçəkmiş şəxs X13 4900 (dörd min doqquz yüz) manat nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 3000 (üç min) manat müqabilində oğlu X48 adına təqaüd pulu düzəltdirmək adı ilə yalan vədlər verib inandıraraq işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanda yerləşən a viakassa biletlərinin satışı aparılan ofisdə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 avtomobil alverində yaxşı qazanc olması və bu sahədə onun geniş imkanları olması barədə sonuncuya yalan vədlər verib şərikli biznes quracaqlarına inandıraraq işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 b nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Zərərçəkmiş şəxs1 1961 (min doqquz yüz altmış bir) manat dəyərində 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs1 yuxarıda göstərilən məbləğlərdə pulları aldıqdan sonra həmin pulları qaytarmaq üçün öz adına ipoteka krediti götürəcəyi və həmin kreditin götürülməsi üçün ona əlavə pul verəcəyi təqdirdə kredit götürüb aldığı bütün pulları geri qaytaracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs1 inandıraraq xx xxxxxx 2014-cü il tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə ondan 1019 "min on doqquz" manat 59 (əlli doqquz) qəpik dəyərində 1300 (min üç yüz) ABŞ dollar və 500 (beş yüz) manat məbləğində nağd pul al ıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə işlədiyi Gəncə şəhər, Atatürk prospektində yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X20 1650 (min altı yüz əlli) manat məbləğində nağd pul alıb, onun özünün və yoldaşı X1nın, qızı X2nın, və nəvələri X3nın və X4nın adına xx xxxxxx 2015-ci il tarixli Tbilisi-Antalya reysi üzrə xx xxxxxx 2015-ci il tarixədək olan müddət ərzində Antalya Rixos 5 ulduzlu Hotelinə saxta göndəriş nömrəsi verib inandıraraq nəticədə zərərçəkmiş şəxs X29 1650 (min altı yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, tək rarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2015-ci ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X20 1537 (min beş yüz otuz yeddi) manat məbləğində nağd pul alıb, onun kürəkəni X11un, qızı X12nın, nəvələri X13nın və X14un xx xxxxxx 2015-ci il tarixli Tbilisi-Antalya avia reysi üzrə xx xxxxxxxx 2015-ci il tarixədək olan müddət ərzində Antalya Liberty 5 ulduzlu Hotelinə saxta göndəriş nömrəsi verib inandıraraq nəticədə zərərçəkmiş şəxs X29 1537 (min beş yüz otuz yeddi) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə tanışı Gəncə hava limanında yerüstü daşıma üzrə agent vəzifəsində çalışan X49 ilə müxtəlif şəxslərə satmaq üçün Gəncə şəhər Kəpəz rayonun inzibati ərazisində yerləşən Gəncə hava limanının kassasından avia biletlər alıb ona verməsi barədə razılığa gələrək göstərilən tarixdən başlayaraq 2014-cü ilin dekabr ayının sonuna dəqiq günü istintaqa məlum olmayan müddət ərzində sonuncudan aldığı aviabiletlərin pulunu ödəyib etibar qazanaraq qazandığı etibardan sui istifadə etməklə yeni alacağı aviabiletlərin pulunu qısa müddətdə ödəyəcəyi barədə yalan vədlər verib inandırmaqla 2015-ci ilin yanvar ayının əvvəlindən sonunadək olan müddət ərzi ndə vahid niyyətlə əhatə olunan davamlı qəsdlə hisə-hissə olmaqla ümumilikdə Xdan 7500 (yeddi min beş yüz) manat dəyərində Gəncə hava limanının aviakassasından aviabiletlər aldırıb, müxtəlif şəxslərə sataraq satdığı aviabiletlərin pulunu ödəməyib nəticədə zərərçəkmiş şəxs X30 7500 (yeddi min beş yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, X38 əlilliyə görə 3000 (üç min) manat müqabilində təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib inandırmaqla xx xxxxxx 2015-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 1 saylı notariat kontorunda borc adı altında müqavilə bağlatdırıb X1dan 3000 (üç min) manat nağd pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bun dan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2015-ci ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə X7 qızı X50 xəstəliyi ilə əlaqədar 3000 (üç min) manat müqabilində təqaüd düzəltdirəcəyi barədə yalan vədlər verib inandırmaqla X12nın mərhum əri X67 vasitəsi ilə 3000 (üç min) manat nağd pul alaraq nəticədə zərərçəkmiş şəxs X4 3000 (üç min) manat məbləğində nağd pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2015-ci ilin aprel ayında dəqiq günü ist intaqa məlum olmayan tarixdə Gəncə şəhər, Nizami rayon, Nizami Gəncəvi prospektində yerləşən mərkəzi univermaqda qızıl-zinət əşyalarının alqı-satqısını edən əvvəldən tanıdığı X61 yanına şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər hərbiçi ilə gəlib X4ya onunla gəlmiş hərbiçinin yaxın günlərdə toy mərasimi olacağını və toydan sonra alacağı qızıl zinət əşyasının pulunu şəxsən özü gətirib verəcəyi barədə yalan vədlər verib inandırmaqla X51 1800 (min səkkiz yüz) manat dəyərində bir dəst qızıl zinət əşyasını alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2015-ci ilin may ayının son günlərində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk pros pekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Goranboy rayon, Xanqərvənd kənd sakini X68 794 (yeddi yüz doxsan dörd) manat məbləğində nağd pul alıb, xx xxxx 2015-ci il tarixli Gəncə-İstanbul-Luvov reysi üzrə saxta aviabilet nömrəsi verib inandıraraq sonuncunun 794 (yeddi yüz doxsan dörd) manat məbləğində nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx xxxx 2015-ci il tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X52 1148 (min yüz qırx səkkiz) manat məbləğində nağd pul alıb, sonu ncunun özünün, arvadı X33nın, bacısı X32nın və yeznəsi X31un adına xx xxxx 2015-ci il tarixli Gəncə-Minvod reysi üzrə saxta aviabilet nömrəsi verib inandıraraq zərərçəkmiş şəxs X22un 1148 (min yüz qırx səkkiz) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx xxxx 2015-ci il tarixdə aviabilet almaq üçün işlədiyi Gəncə şəhər, Atatürk prospektində yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 850 (səkkiz yüz əlli) manat məbləğində nağd pul alıb sonuncunun ailə üzvlərinin, yəni arvadı X, qızı X1, X11 və oğlu X2un adına xx xxxx 2015-ci il tarixli Gəncə-Moskva reysi üzrə, saxta aviabilet nömrələri verib inandıraraq nəticədə Zərə rçəkmiş şəxs3 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Gəncə şəhər Həsən Əliyev küçəsində yerləşən aviabiletlərin və tur paketlərin satışını edən "xxxxİ MMC" şirkətinin sahibi X62 da, etibarından sui-istifadə edərək 2014-cü ilin may ayından xx xxxx 2015-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan davamlı qəsdlə sonuncudan hissə-hissə olmaqla, ümumilikdə 19.277 (on doqquz min iki yüz yetmiş yeddi) manat dəyərində aviabiletlər və tur paketlər alıb müxtəlif şəxslərə sataraq, onların satışından əldə etdiyi pulu öz mənfəətlərinə istifadə edib nəticədə zərərçəkmiş şəxs X62 xeyli miqdar təşkil edən 19.277 (on doqquz m in iki yüz yetmiş yeddi) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə aviabilet almaq üçün onun işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 b nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X8 766 (yeddi yüz altmış altı) manat məbləğində nağd pul alıb xx xxxx 2015-ci il tarixli TbilisiBodrum saxta aviabilet nömrəsi verib inandıraraq sonuncunun qeyd 766 (yeddi yüz altmış altı) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx xxxx 2015-ci i l tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanda yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X14 1200 (min iki yüz) manat məbləğində nağd pul alıb, sonuncunun özünün xalası Şilinkova Lyudmila, xalası qızı Yelena Vəlixanova və qızı X6nın adına xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək Gürcüstan Respublikasının Kabuleti şəhərində yerləşən "King Palace" otelinə 14 günlük 4 nəfərlik saxta göndəriş nömrələri verib inandıraraq nəticədə zərərçəkmiş şəxs X21 1200(min iki yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, xx xxxx 2014-cü il tarixdə əvvəllər tanı dığı Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 turizm sahəsində iş qurub qazanc əldə etmək adı ilə yalan vədlər verib inandıraraq sonuncudan Gəncə şəhər, Kəpəz rayonu, Atatürk prospekti 13 ünvanında yerləşən 5 saylı notariat kontorunda xx xxxx 2017-ci il tarixədək borc müqaviləsi bağlamaqla, ondan ümumilikdə 33.000 (otuz üç min) manat nağd pul alıb nəticədə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə işlədiyi Gəncə şəhər Atatürk prospektində yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə X11 2400 (iki min dörd yüz) manat məbləğində nağd pul alıb, yaxın qohumları X, X2, X22, X3nın və Yusif X8adına Bakı-Moskva-Vladivostok re ysi üzrə xx xxxxxx 2015-ci il tarixli 5 nəfərlik saxta təyyarə bilet nömrələri verib inandıraraq X12 2400 (iki min dörd yüz) manat nağd pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti 86 nömrəli binanın 23 b nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X22 3900 (üç min doqquz yüz) manat məbləğində nağd pul alıb, sonuncunun yaxın qohumlarının yəni X31, X39, X32, X53, X23, X40 və X41 adına xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək Türkiyə Respublikası İzmir şəhəri Quşadası bölgəsində yerləşən "Fantasia Deluxe" beş ulduzlu otelə saxta göndəriş nömrəsi verib inandıraraq X33 3900 (üç min doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə X24 864 (səkkiz yüz altmış dörd) manat məbləğində nağd pul alıb sonuncunun özü və arvadı Xnın adına Gəncəİstanbul-Antalya reysi üzrə xx xxxxxx 2015-ci il tarixli gediş gəliş üçün saxta təyyarə bilet nömrəsi verib inandıraraq X34 864 (səkkiz yüz altmış dörd) manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə işlədiyi Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X51 2040 (iki min qırx) manat məbləğində nağd pul alıb, xx xxxx 2015-ci il tarixli Tbilisi-Bodrum reysi üzrə Türkiyə Respublikasının Bodrum şəhərinə istirahət üçün 4 nəfərlik saxta göndəriş nömrəsi verib inandıraraq sonuncunun 2040 (iki min qırx) manat məbləğində pulunu alıb ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə işlədiyi Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 86 nömrəli binanın 23 "b" nömrəli ünvanında yerləşən aviakassa biletlərinin satışı aparılan ofisdə Gəncə şəhər sakini X35 705 (yeddi yüz beş) manat məbləğində nağd pul alıb, sonuncunun özünün və anası X11nın adına xx xxxxxxxx 2015-ci il tarixinə Rusiya Federasiyasının Yesentuki şəhərində yerləşən "Serebryannıy Klyuç" adlı sanatoriyaya saxta göndəriş nömrəsi verib inandıraraq X42 705 (yeddi yüz beş) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum X1 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və məhkum X2 bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şik ayəti üzrə heç bir araşdırma aparmamış, nəticədə iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum verdiyi ifadələrində elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 faizlə borc pul verdiyini bildiyindən ondan 5000 manat hər ayı 20 faizdən olmaqla borc pul almış və əvəzində qızıl zinət əşyalarını girov qoymuşdur. Bir neçə ay faizləri ödəsə də, sonradan işləri qaydasında getmədiyindən faizləri ödəyə bilməmişdir. Məhkum Zərərçəkmiş şəxs1 faizləri dayandırmasını xahiş etmiş və bildirmişdir ki, faizləri dayandırsa, əsas borcu ödəyəcəkdir. Zərərçəkmiş şəxs1 pulun ona deyil Xya məxsus olduğunu bildirmiş və onunla məsləhətləşib qərar verəcəklərini demişdir. X ondan girov istəmiş və girov qoyacağı təqdirdə faizi 20-dən 12-yə endirəcəy ini söz vermişdir. Məhkum qızıl alverçisi X2dan aldığı qızıl əşyaları və digər qızıl zinət predmetlərini Güləsərə girov kimi vermiş və sonuncunun Zərərçəkmiş şəxs1 ilə birlikdə etdiyi təklifləri ilə sələm olaraq hesabladıqları 33.000 manat məbləğində borc müqaviləsi bağlamışlar. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və X həmin qızılları lombarda qoyub pul götürmüşlər. Məhkum zərərçəkmiş şəxs X54 avia biletlər götürüb özünün işlədiyi aviakassada müştərilərə satıb pulunu Xa vermiş və bu işdən cüzi qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs1 və X polisə şikayət etdikdən sonra X da əsassız olaraq şikayət etmişdir ki, guya Məhkum ona da 16.800 manat borcu vardır. Əslində isə Məhkum Xa heç bir borcu olmamışdır. Məhkum zərərçəkmiş şəxs X62 rəhbərlik etdiyi “xxxx” MMC ilə əməkdaşlıq edərək nəqd olaraq avia biletlər götürüb satmış və heç bir borcu qalmamışdır. X9 aralarında yaranmış narazılıq səbəbindən qisas almaq məqsədilə guya 19.277 manat borcunun olmasına dair şikayət etmişdir. Əslində isə Məhkum X9ə heç bir borcu olmamışdır. Zərərçəkmiş şəxslər X69, X55, X56, X15, X36, X43, X25, X70, X44, X45, X17 olduğu aviabiletlər ya saxta olmamış, yaxud da biletlərin saxta olduğunu Məhkum bilməmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadələrində qeyd etdikləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, məhkəmələr həmin ifadələri həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək sübut kimi qəbul etməmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum X5 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridx anasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Abdullayev Ramiz Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən yekun qərar əsassız və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmiş, digər zərərçəkmiş şəxslərə vurduğu kiçik məbləğlərdə ziyanları ödəməklə məhkəmə tərəfindən yüngül cəza təyin olunmasına nail olmuşdur. Şikayət müəllifi nin fikrincə, belə olan halda, təyin edilmiş cəza sosial ədalətin bərpasına xidmət etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum ərizəsini və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs2, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qayt arılmalı, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri gö türmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum X6 barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından onun müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilm iş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi R.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətində Məhkum cəzasının ağırlaşdırılması xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, ş əxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məc əlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Q ərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkre t halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür k i, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən məhkum tərəfindən zərərçəkmiş şəxslər X49, Zərərçəkmiş şəxs3, X57, X78, X58, X63, X64, X93, X16, X65, X46 və X55 dəymiş ziyanın ödənildiyini, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CMin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və CM-nin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyini nəzərə almışdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir k i, şikayət müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Ape llyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414 və 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum X1 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş kasassiya şikayəti geri qaytarılsın. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Abdullayev Ramiz Hümbət oğlu tərəfind ən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Abdullayev Ramiz Hümbət oğlu tərəfindən verilmiş kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar