Məhkəmə qərarları › İş №1(102)-549/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-549/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-549/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və müdafiəçisi X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 120.2.9-cu maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsini (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X6 və X8 ibarət tərkibdə) 11 avqust 2021-ci il tarixli hökmü ilə 30 avqust 1989-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu 20-ci sahə, Y.Mürsəlov 41a ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 15 yanvar 2021-ci il tarixdən hesab edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə məhkəmə xərcləri və maddi sübutların taleyi həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) 7 dekabr 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(101)-1051/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyiş dirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 15 yanvar 2020-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanda yerləşən evdə saat 16:00 radələrində azyaşlı qızı 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağladığına görə onu yataq otağına apararaq çarpayıdakı döşəkdə üzü üstə uzadıb, üstünü enli yorğanla tam örtərək Yagmur Nəsirovaya qarşı yönəlmiş hərəkətləri ilə sonuncunun köməksiz vəziyyətdə olduğundan öləcəyini bilib öz əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bu nətiəcənin baş verməsinə şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək və nəfəs almaq imkanını məhdudlaşdırmış, yəni onun ağız və burun dəliklərinin yumşaq əşya ilə qapadıb bunun nəticəs ində baş vermiş obturasion mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun kassasiya şikayətində göstərilir ki, istintaq orqanı və məhkəmələr tərəfindən verdiyi vəsatətlər qəbul edilməmiş,barəsində olan cinayət işinə düzgün hüquqi qiymət verilməmişdir. Ona qarşı verilən ifadə və izahatlar qərəzli olmuş, etdiyi cinayət əməli düzgün qiymətləndirilməmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarına yenidən baxılmasını və obyektiv araşdırılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhk əməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həq iqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü m addəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum əməlinin düzgün qiymətləndirilməməsini nəzərə alaraq kassasiya məhkəmə kollegiyası ilk əvvəl onun törətdiyi əməlin hüquqi tövsifinə qiymət verməyi məqsədəmüvafiq hesab edir və qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi il ə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkum birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, 2012-ci ildə X7 ilə ailə qurmuşdur. Həmin nigahdan iki qızı olmuşdur. Böyük qızı Səidə Nəsirova 20 iyul 2018-ci ildə andan olub, balaca qızı Zərərçəkmiş şəxs isə 04 avqust 2020-ci il təvəllüdlü idi. Məriyam müxtəlif marketlərdə işləyirdi. Özü isə axşamlar zibil yığıb satmaqla məşqul olmuşdur. Məriyamın işləməsi ilə bağlı əvvəllər aralarında dəfələrlə mübahisələri olmuşdur. Məriyam səhər saatlar ında evdən çıxıb axşam qayıdırdı. O da evdə uşaqlara baxmışdır. Uşaqlara baxmaqdan bezdiyi üçün arvadına evdə oturub uşaqlara baxmağını demiş, Məriyam isə etiraz etmişdir. 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında Məriyamla yenə də işə getməsi ilə bağlı mübahisə etmişdir. Ona işə getməməyi, evdə oturub uşaqlara baxmağı tapşırmışdır. Buna baxmayaraq Məriyam 15 yanvar 2021-ci il tarixdə səhər saatlarında işə getmişdir. O da evdə yatmışdır. Saat 11:00 radələrində o, yatdığı zaman böyük qızı Səidə şkafın üzərində olan suveniri qəflətən onun başına salmışdır. O, əsəbi halda yuxudan oyanmışdır. Bu zaman balaca qızı Yağmur da ağlamağa başladı. Bir təhər dözmüşdür. Təxminən saat 14-15 radələrində Yağmur və Səidəyə yemək vermişdir. Yağmur yemək yeyərkən də ağlayırdı. Yağmurun ağlaması onun baş ına düşmüş, onu sakitləşdirməyə cəhd etsə də bunu edə bilməmişdir. Bundan sonra uşağın səsinə əsəbləri dözmədiyi üçün Yağmuru yataq otağına aparıb onu ağzı üstə yatağın üzərinə atıb yatağın üzərində olan yorğanı onun başının üzərinə çəkib üstünü tam qapamışdır. Məqsədi Yağmuru sakitləşdirmək olmuşdur. Bundan sonra digər otağa keçib böyük qızı Səidə ilə televizora baxmışdır. Televizora baxarkən təxminən iki dəfə Yağmura baxmağa getmiş, hər dəfə gedəndə Yağmur ağlamağa davam edirdi, buna görə də o, yorğanı hər dəfə Yağmurun üzərinə çəkib otaqdan çıxmışdır. Axırıncı dəfə otaqdan çıxarkən hamama girmək üçün su qızdırmışdır. Bütün bu proseslər təxminən iyirmi dəqiqə çəkmişdir. O, axırıncı dəfə otaqdan çıxıb su qızdırmağa getdikdən təxminən beş dəqiqə sonra Yağmurun səsi gəlmədi. O, Yağmura baxm aq üçün yataq otağına getmiş və yorğanı üzərindən çəkib Yağmurun nəfəs almadığını görmüşdür. O, Yağmuru çölə çıxartmış və ağzı ilə süni nəfəs verməyə başlamışdır. Uşağın nəfəsi gəlmədiyindən təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım həkimləri uşağa baxıb qızının öldüyünü bildirdilər. O, Yağmurun ağlamaması və səsini kəsməsi üçün üzü üstə yatağa uzatmış və üzərini bütövlükdə yorğanla örtmüşdür. Bu üsullarla əvvəllər də Yağmuru sakitləşdirmişdir. Bunu nə vaxt etdiyini xatırlamır. Yağmuru o, ödürməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Məhkum ilə qeyri-rəsmi ailə qurmuş, iki qızı vardır. Böyük qızı Səidə Nəsirova 2018-ci il, balaca qızı Zərərçəkmiş şəxs isə 2020-ci il təvəllüdlüdür. O, əri və uşaqla rı ilə birlikdə əvvəllər 20- ci sahədə yerləşən evdə kirayədə yaşamışdır. Onun əri Güloğlanla dəfələrlə mübahisələri, dava dalaşları olmuşdur. Buna səbəb Güloğlanın ondan oğlan uşağı istəməsi, həmçinin onun işləməyinə narazılığını bildirməsi olmuşdur. Özü müxtəlif yerlərdə xadimə işləyir. Güloğlan işləmədiyi üçün hər dəfə də ona başa salmaq istəmişdir ki, işləməsə uşaqları saxlaya bilməz, lakin buna baxmayaraq dəfələrlə onunla mübahisə etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında axşam saatlarında işdən evə gələn zaman Güloğlan içkili vəziyyətdə onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Güloğlan qızlarını döymüşdür. Güloğlan böyük qızı Səidənin dodağını partlatmış, balaca qızı Yağmuru isə üzü üstə yatağın üzərinə qoyduğundan sifəti ağarmışdı. Güloğlan həmin vaxt evdə çəngəli onun b aşına atmış və onu evdən çıxartmış, uşaqları ona verməmişdir. Buna görə də, o, iki gün ərzində parkda yatmış, bundan sonra Güloğlanın onu döyməsi və evdən çıxartması ilə bağlı 8-ci polis bölməsinə şikayət etmişdir. Şikayət etdikdən sonra polislərin vasitəsi ilə evə qayıtmışdır. Bundan sonra da Güloğlan tez-tez onu təhqir edib onunla mübahisə etmişdir. Orada qonşularından utandığı üçün 20-ci sahə Y.Mürsəlov küçəsi 41a ünvanına kirayəşin köçmüşlər. Hadisədən qabaqkı son iki ayı bu ünvanda kirayədə yaşamışlar. Təzə ünvana köçdükdən sonra da yenə Güloğlanın onunla mübahisələri davam etmişdir. Hadisədən bir həftə öncə axşam saatlarında işdən evə qayıdarkən balaca qızı Yağmurun boğazında qırmızı iz və ağzından köpük gəldiyini görmüşdür. Güloğlandan uşağa nə olduğunu soruşduqda o, uşağı ağcaqanad dişlədiyini dedi. Həmin vaxt o, Güloğlana demişdir ki, bu uşağı axırda sən öldürəcəksən. Güloğlan cavabında dedi ki, uşağı öldürsəm, yastıqla öldürəcəm ki, əlimin izi düşməsin. Güloğlanın bu hərəkətlərinə baxmayaraq işə gedərkən məcbur qalıb uşaqları sonuncunun yanına qoymuşdur. Çünki nə onun, nə də Güloğlanın heç bir yaxın qohumları olmamışdır. O, Güloğlanın uşaqlara etdiyi bu hərəkətləri barədə heç bir yerə şikayət etməmişdir. Fikirləşmişdir ki, hər nədə olsa uşaqların atasıdır, heç nə etməz. 14 yanvar 2021-ci il tarixdə axşam saatlarında yenidən işdən evə qayıdarkən Yağmurun sifətinin göyərdiyini görmüşdür. Güloğlandan nə olduğunu soruşduqda əli ilə Yağmurun üzünü tutub sıxdığını dedi. O, nəyə görə uşaqlara qarşı belə hərəkətlər etdiyini soruşanda Güloğlan bildirdi ki, uşaqların səsi ni qəbul etmir, dözmür, səbri çatmır. 15 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində yuxudan oyanıb uşaqları da oyadıb yeməklərini verib altlarını yumuşdur. Həmin vaxt Güloğlan yatmışdı. O, Güloğlanı yuxudan oyadıb ona ya sən işə get ya da mən gedim demişdir. Güloğlan işi olmadığını, əgər gedirsə uşaqları da aparmağı, əks təqdirdə qayıdan zaman uşaqların ölüsünü görəcəyini dedi. Güloğlan bunu sakit formada dediyi üçün o, bunu çox da ciddi qəbul etməmişdir. Çünki bu sözləri Güloğlan əvvəllər də dəfələrlə demişdir. O da saat 13:00 radələrində işə getmişdir. Axşam saat 20:00 radələrində evə qayıdarkən qonşulardan balaca qızı Yağmurun ölməsini eşitmişdir. Güloğlan əvvəllər də Yağmuru döyüb, boğazından tutub boğmuşdur, sonda da onu boğaraq öldürdü. Güloğlan tez-tez ona uşaqlara baxmağa art ıq səbri çatmadığını, uşaqların səsindən bezdiyini, əsəbləşdiyini deyirdi. Güloğlan heç bir yerdə işləmədiyi üçün o, da məcbur olub pul qazanmaq üçün uşaqları evdə tək buraxmışdır. 2020-ci ilin sentyabr ayında Güloğlanla mübahisə edən zaman Güloğlan ondan tələb etmişdir ki, qızlarını uşaq evinə yerləşdirsin, lakin o, razı olmamışdır. Aralarında yaranmış mübahisənin səbələrindən biri də bu olmuşdur. Böyük qızı Səidənin də Güloğlan tərəfindən döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 saylı təcili tibbi yardım stansiyasında səyyar briqada həkimidir. Xidmət etdiyi ərazi Səbail rayonu Badamdar qəsəbəsi və 20-ci sahəni əhatə edir. 15 yanvar 2021ci il tarixdə saat 16:00 radələrində 103 təcili t ibbi yardım xidmətinə ünvan 3 ünvanında azyaşlı qız uşaq Zərərçəkmiş şəxs nəfəsinin kəsilməsi barədə məlumat verilmişdi. Bundan sonra o, feldşer Şahid2 ilə birlikdə həmin ünvana getmişdir. Evdə iki azyaşlı qız uşağı və uşaqların atası Məhkum var idi. 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dəhlizdə divanın üzərinə uzadılmışdı. Məhkum onlara Zərərçəkmiş şəxs müayinə etməli olduqlarını dedi. O, tibb bacısı ilə birlikdə uşağı dərhal müayinə etmiş və uşağın artıq vəfat etdiyini aşkar edib bunu Güloğlana demişdir. O, Güloğlandan uşağın necə vəfat etdiyini soruşmuşdur. Güloğlan ilk olaraq uşağın anasından gileylənib, uşaqları evdə onunla tək qoyub səhər tezdən işləməyə getdiyini, digər qızı Səidə də səhər yatdığı yerdə başına suveniri saldığını, bundan sonra əsəbləşib digər uşağı Yağmuru yataq ot ağında çarpayının üzərinə tulladığını, Yağmurun da yorğanın altında qalaraq öldüyünü dedi. O da bundan sonra uşağın ölümü barəsində hüquq mühafizə orqanlarına məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Səbail MTE və PA birliyinin ekspertidir. O, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və altı aylıq uşaq Zərərçəkmiş şəxs tanımamışdır. Altı aylıq Zərərçəkmiş şəxs üzü üstə döşək üzərinə qoyulub üzəri eni 1.65 sm, uzunluğu 1.95 sm, qatlanmış vəziyyətdə qalınlığı 15 sm-dək olan yorğanla örtülərkən müəyyən müddət ərzində obturasion mexaniki asfiksiya yarmış, uşaq boğulmuş və bu ölçüdə olan yorğanla üzəri örtülmüş uşaq baş və bədən nahiyyəsini sağa və ya sola doğru hərəkət etdirə bilməmişdir. Uşağın buna imkanı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən daxili işlər orqanlarında, 2018-ci ildən hal hazıradək isə Səbail rayon polis idarəsinin 8-ci polis bölməsini təhqiqatçısı vəzifəsində işləyir. 15 yanvar 2021-ci il tarixdə saat 16:00 radələrində xidmətdə olarkən 19 saylı təcili tibbi yardım stansiyasından 8-ci polis bölməsinə ünvan 3 ünvanında azyaşlı Zərərçəkmiş şəxs vəfat etməsi barədə məlumat verildi. Bu məlumat əsasında o, həmin ünvana getmişdir. Ünvanda həkimlər, iki azyaşlı qız və uşaqların atası Məhkum var idi. Vəfat edən azyaşlı Zərərçəkmiş şəxs dəhlizdə divanın üzərinə uzadılmışdı. Həkimlər ona uşağın vəfat etdiyini dedilər. O, Zərərçəkmiş şəxs atası Məhkum hadisənin necə baş verdiyini soruşduqda uşağın ağladığını, uşağın səsindən əsəblərinin dözmədiyini, buna görə uşağı yataq otağına aparıb çarpayının üzərinə atdığını, yorğanın altında qalaraq uşağın nəfəsinin kəsildiyini dedi. O da hadisə ilə bağlı rayon prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2021-ci il tarixli 03 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs ölümünə səbəb ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması yolu ilə baş vermiş obturasion mexaniki asfiksiya olmuşdur. Meyitin müayinəsi zamanı aşkar edilmiş intensiv rəngli meyit ləkələri, sifətin və boyunun dəri örtüyünün sianozu (solğun, avazımış rəng), qeyri-iradi defekasiya aktının olması, dalağın azqanlılığı, digər daxili üz vlərin doluqanlı və duruqanlı olması, Tardye ləkələrinin (plevra və epikard altına qansızmalar) müəyyən edilməsi, yəni tez (sürətli) baş vermiş ölümün simptomları olmaqla bu növ ölümə dəlalət edə biləcək əlamətlər kompleksi kimi qiymətləndirilə bilərlər. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 18-20 saat əvvəl baş vermişdir. Azyaşlı Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən əllə boğmağa xarakterik ola biləcək hər hansı bir əlamət aşkar edilməmişdir. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotia zin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir; Əlavə məhkəmə-tibbi ekspertizasının 30 mart 2021-ci il tarixli 03/03 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs ölümünə səbəb ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması yolu ilə baş vermiş obturasion mexaniki asfiksiya olmuşdur. 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzü üstə döşəyə uzadılaraq üzəri ekspertizaya təqdim edilmiş uzunluğu 195 sm, eni 165 sm, qalınlığı 8 sm olan, orta hissəsindən qatlanmış vəziyyətdə yorğanla örtülərək bədən səthinin tam qapanması zamanı heç bir kənar təzyiq olmadığı halda belə ölümə səbəb ola biləcək mexaniki asfiksiya yarana bilərdi və belə vəziyyətdə 6 (altı) aylıq uşaq (körpə) baş və ya bədən nahiyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bi lmək imkanına malik olmamışdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 fevral 2021ci il tarixli 291 nömrəli rəyindən görünür ki, Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiya cı yoxdur. Məhkum baş vermiş hadisə zamanı şüur və dərketməsinə təsir göstərəcək psixiemosional vəziyyətdə olmamışdır, o, törətdiyi əməl dövründə emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədən zaman Məhkum psixi emosional sferasında iş üçün əhəmiyyətli hesab olunacaq hər hansı dəyişiklik yaranmamışdır. Məhkum ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi istintaq orqanı və məhkəmə tərəfindən Məhkum əməlinin CM-in 120.2.9-cu maddəsi ilə tövsif edilməsi və ona CM-in həmin maddəsi ilə ittiham verilməsi ilə razılaşmış, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutları CM- in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirən birinci instansiya məhkəməsinin, iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olan təqsirləndirilən şəxsin əməlinə dair qənaətini əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamın həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzə rə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən ə vvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Göstərilən qərarın 13-cü bəndində qeyd olunur ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxo ş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Kassasiya şikayətində Məhkum azyaşlı qızı-04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, uşağın səsinə əsəbləri dözmədiyi üçün Yağmuru yataq otağına aparıb onu ağzı üstə yatağın üzərinə atıb yatağın üzərində olan yorğanı onun başının üzərinə çəkib üstünü tam qapadığı, məqsədi Yağmuru sakitləşdirmək olması göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum azyaşlı qızını Yağmurun ağlamaması və səsini kəsməsi üçün üzü üstə yatağa uzatması və üzərini bütövlükdə yorğanla örtməsi, bu üsullarla əvvəllər də Yağmuru sakitləşdirməsi və sonuncunu öldürməməsi kimi işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiy ası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmələr tərəfindən cinayət işinin müəyyən edilmiş hallarından və araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum azyaşlı qızı 04 avqust 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağladığına görə onu yataq otağına apararaq çarpayıdakı döşəkdə üzü üstə uzadıb, üstünü enli yorğanla tam örtərək Zərərçəkmiş şəxs qarşı yönəlmiş hərəkətləri ilə sonuncunun köməksiz vəziyyətdə olduğundan öləcəyini bilib öz əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bu nəticənin baş verməsinə şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsini hər hansı bir istiqamətdə hərəkət etdirə bilmək və nəfəs almaq imkanını məhdudlaşdırmış, yəni onun ağız və burun dəliklərinin yumşaq əşya ilə qapadıb bunun nəticəsində baş vermiş obturasion mexaniki asfiksiya ilə ölümünə səbəb olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş və işin qeyd edilən bu halları araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəraitini, ekspertiza rəyini nəzərə alaraq Məhkum CM-in 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhku m törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirli olması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun t ədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cin ayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun ol ub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübu tlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müva fiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə t utulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materialların ı tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, göstərilən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar