Məhkəmə qərarları › İş №1(102)-55/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-55/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-55/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Rafiq Sultan oğlu Bağırov) Məhkum - xx xxxxx 1988-ci il tarixdə Bərdə rayonunun Xanxanımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, savadsız, ailəli, iki uşaq atası, məhkumluğu olan, fərdi əməklə məşğul olmuş, Bərdə rayonunun Şirvanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Ramanı qəsəbəsində yaşamış Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə t əqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsaəsn Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində 4 (dörd) il 8 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X4 dəvəti ilə xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində Bakı şəhərindən Kürdəmir rayonunun Karrar kəndinəı gəlmiş, orada həmin kənd sakini X7 onu qarşılayaraq yaşadığı evin həyətinə, daha sonra hər üçü qabaqcadan əlbir olan bir qrup şşəxs halında xx xxxx 2018-ci il tarixdə saat 02 radələrində Karrar kənd sakini X2nun yaşadığı evin qarşısına gəldikdən sonra əvvəlcədən aralarında gəldikləri razılığa əsasən X7 onlara həmin yedən oğurluq edəcəklərini bildirərək oğurladıqları heyvabları aparmaq üçün gələn yük avtomobilinin arxası ilə getmiş, Əvəz Qurbanov X4 isə heç kəsin olmadığına əmin olduqdan sonra, hasardan evin həyətinə keçməklə, həyətə giriş darvazasının əl qapısını açmış, bundan sonra o, həyətə keçmiş və həyətdə itlərin olduğunu görüb yenidən küçəyə çıxaraq, küçədən tövləyə açılan giriş qapısı nın qarşısına gəələrək X4a istiqamət vermək üçün həmin qapını bir neçə dəfə döymüş, həmin zaman X4 həyətdə olan tövləyə qanunsuz daxil olub, tövlənin küçəyə açılan qapısını açdıqdan sonra hər ikisi tövlədə saxlanılan X2ə məxsus hər birinin dəyəri 190 manat olmaqla, cəmi 19000 manat dəyərində 100 baş ana qoyunu, hər birinin dəyəri 130 manat olmaqla 10400 manat dəyərində 80 baş quzunu, hər birinin dəyəri 70 manat olmaqla 2730 manat dəyərində 39 baş quzunu, hər birinin dəyəri 380 manat olmaqla 1900 manat dəyərində 5 baş qoçu, hər birini dəyəri 100 manat olmaqla 400 manat dəyərində 4 baş keçini və hər birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 baş çəpişi ümumilikdə 34530 manat dəyərində cəmi 230 baş qoyun-quzu, eləcə də keçi-çəpiş qarışıq heyvanları gizli yolla talayaraq oğurlamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilib barəsində ədalətli qərar qəbul edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxılarkən təqdim olunan vəsadətləri təmin etməmiş və əsassı z qərar çıxarmışdır. Həmçinin ibtidai istintaq orqanının araşdırma zamanı gəldiyi nəticələr ittiham aktında olduğu kimi məhkəmənin hökmünə köçürülmüş və cinayət işi üçün əhəmiyyət kəsb edən hallar araşdırılmadan barəsində ittiham hökmü çıxarılmış, apelyasiya məhkəməsi isə həmin əsassız hökmü qüvvədə saxlamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinın Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək, barəsində ədalətli qərar çıxarılaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası ka ssasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxılarkən təqdim olunan vəsadətləri təmin etməmiş və əsassız qərar çıxarmışdır. Həmçinin ibtidai istintaq orqanının araşdırma zamanı gəldiyi nəticələr ittiham aktında olduğu kimi məhkəmənin hökmünə köçürülmüş və cinayət işi üçün əhəmiyyət kəsb edən hallar araşdırılmadan barəsində ittiham hökmü çıxarılmış, apelyasiya məhkəməsi isə həmin əsassız hökmü qüvvədə saxlamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Şirvan Apelyasiya Məhkəməsinın Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək, barəsində ədalətli qərar çıxarılaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar konkret dəlillər göstərməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması hallarına yol verilməmiş, toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında Məhkum müdafiəçisi ilə birlikdə iştira k etmiş, məhkəmə araşdırması gedişində özünün və müdafiəçisinin hər hansı vəsatətlərinin təmin edilməməsi halı müəyyən edilməmişdir. Məhkum məhkəmə iclasında törədilmiş cinayət əməli barədə etirafedici ifadələr vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, Məhkum cinayət əməlindən peşiman olmasını bildirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hallar, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edib nəzərə almışdır. O əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 800 manat cərimə cəzasına mə hkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 10.05.20-17-ci il tarixli qərarı ilə cəzasının 1 il 3 ay 20 gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının çəkilməmiş 5 ay 2 günü qalmış hazırkı cinayəti törətmişdir. Vurulmuş ziyandan təqsirləndirilən şəxslər birlikdə istintaq müddətində 2980 manat ödəmişlər bundan başqa Məhkum atası məhkəmə prosesinin gedişatında zərərçəkmiş şəxsə 1500 manat ödəmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi Məhkum əvvəllər də oğur luq cinayəti törətdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin məhkumluqdan nəticə çıxarmamış, ona həmin əməlinə görə təyin edilmiş cəza müddətini çəkib qurtarmamış yeni, eyni xarakterli cinayət əməlini törətmişdir. Belə vəziyyətdə, cəzanı yüngülləşdirən hallar olsa da belə məhkəmə Məcəllənin Xüsusi hissəsinin 177.2-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün, yəni azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az həddə cəza təyin edə bilməzdi. Eyni zamanda cəzanın əsas məqsədlərindən biri məhkumların islah edilməsi olduğunu nəzərə alaraq cinayət işinə baxmış məhkəmə belə nəticəyə gəlmişdir ki, əvvəlki cinayət əməlinə görə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkumu islah etməmiş və ona görə də ona eyni xarakterli cinayət əməlinə görə daha ağır 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkuma təyin edilmiş bu cəza cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbinə uyğundur. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha da yüngülləşdirilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilmə si üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar