Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-55/2023 19.01.2023 ALİ MƏHKƏMƏ 1(102)-55/2023 19 yanvar 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X12 ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X17 iştirakı ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə və X1 AR CM-nin 320.1 -ci maddəsi ilə məh kum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X18 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 1783.2ci maddəsi ilə CM-in 46.2- ci maddəsi tətbiq edilm əklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, CM-in 32.4, 312.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-in 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə, CM-in 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Birinci Mədən, döngə 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə X1 cəzası şərti hesab edilərək, Təranə Dünyamalıyevaya 06 (altı) ay sınaq müddəti təyin edilmişdir. Bir inci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxslər X18 və X6 tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X16 Afad oğlunun sədrliyi və məruzəsi, X10 və X5 barət tərkibdə) 18 iyul 2022-ci il tarixli, 1(103)-1161/2022 saylı qərarı ilə məhkum edilmiş şəxs X14 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şika Apellyasiya şikayətləri təmin edilməmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri, X3 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarıından məhkumların müdafiəçiləri tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bilə- bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində v əzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Məhkum tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında sonuncunun tanışı Şahid9 dostu X15 təsisçisi olduğu “X24” MMCnin dövlət büdcəsinə ödənilməli olan 883.471,22 manat vergi borcunun azaldılmasında köməklik göstərilməsi ilə əlaqədar Elnur Həşimova etdiyi müraciəti ilə əlaqədar aralarındakı cinayətkar niyyə tə uyğun olaraq, sonuncu onu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyən “Orxan” adlı şəxs kimi təqdim edərək Şahid9 geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək qeyd edilən borcun azaldılmasını təmin edəcəyini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC-nin ofisində yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni, qanuni əsaslarla hesablanmış və şəxsi vərəqə qeyd olunmuş vergi məbləğinin hüquqi əsas olmadan azaldılmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 145.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müs bət həll edəcəyini Şahid9 vəd edərək, sonuncunun razılığını Elnur Həşimovla birlikdə almaqla sövdələşib, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün Şahid9 “X24” MMC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini istəyərək alıb, həmin adla Elnur Həşimov 2020-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 56-da yerləşən "xxxx" MMCnin ofisində 15.000 manat, 2020-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 özünün tanışı cinayətdən xəbərsiz Şahid8 vasitəsilə ünvan 5 ünvanında 30.000 manat, 2020-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 2075-ci mə həllə ünvanında yerləşən “Dərnəgül” mərasim evinin qarşısında 30.000 manat, 2020-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 tanışı cinayətdən xəbərsiz Şahid10 vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinin girişində 70.000 manat olmaqla, ümumilikdə 130.000 manat pul vəsaitini şəxsən Şahid9, alaraq əldə etdiyi həmin pul vəsaitlərini Elnur Həşimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid9 və Cavid İsmayılova məxsus cəmi 145.000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ələ keçirib sonunculara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Elnur Həşimovla qabaqcadan ə lbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncu və Şahid9 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Məhkum 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə, xarici ölkədə alınmış ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid6 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək Şahid6 ali təhsil haqqında diplomunu və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını yalandan ona vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyində n Şahid6 özünə olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə xx.xx.2021-ci il tarixdə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “İdarə Heyəti sədrinin müavini səlahiyyətlərini icra edən, Təhsil Nazirliyinin Audit Şöbəsinin baş məsləhətçisi” qrafasının qarşısında imzalanmış xx.xx.2021-ci il tarixli N-121/05-TKTA nömrəli arayışa yalandan “Şahid6 xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron ərizə vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edildiyini və sənədlərin hal-hazırda araşdırılmaqda olduğu”nu yazıb saxta rəsmi sənədi bilə-bilə yalan məlumatlar daxil edib saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid4 Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçiriləcək şifahi müsahibənin tezləşdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin yanvar ayında sonuncunun özünə müraciətindən sonra Şahid4 guya özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsilə ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçiriləcək şifahi müsahibənin tezləşdirilməsi imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanında görüşləri zamanı Şahid4 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra Şahid4 məxsus 7.000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün sonuncudan vətəndaşlıq pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomun, qiymət cədvəlinin verilməsinin zəruri olmasını bildirməklə özünə inam yaratdıqdan sonra xx.xx.2021-ci il tarix də Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Şahid4 məxsus vətəndaşlıq pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomu, qiymət cədvəlini və 7.000 manat pul vəsaitini sonuncudan alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə qohumu X11 Rus iya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun xalası oğlu Şahid5 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Şahid5 Sevinc Əhmədovanın ali təhsil haqqında diplomunu, qiymət cədvəlini və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid5 özünə qarşı olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 126389 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X11 adına xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877” yazılarını Təranə Dünyamalıyeva yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun müvafiq dipl om əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124775 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X11 adına xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877” yazılarını Təranə Dünyamalıyeva yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri X6 ilə qabaqcada n əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart-aprel aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid1 Rusiya Federasiyası Moskva X13 tərəfindən verilmiş ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun atası Şahid2 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra Şahid2 Şahid1 xarici ölkədə aldığı ali təhsil haqqında diplomunun surətini götürüb, sonradan guya sənədlərin baxılma prosesində olduğunu yalandan bildirib, lakin bu müd dət ərzində heç bir hərəkət etmədiyindən Şahid2 özünə qarşı olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı olan X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 125745 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X13” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını Təranə Dünyamalıyeva yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 122623 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X13” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını Təranə Dünyamalıyeva yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri X6 ilə qabaqcadan ə lbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırladıqdan sonra həmin ərəfədə qeyd edilən saxta 125745 və 12623 nömrəli rəsmi sənədlərin şəklini Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqetməsinə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefonla göndərməklə bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid3 Ukrayna Respublikasının MAUP Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 2021-ci ilin aprel ayında sonuncunun özünə m üraciətindən sonra Şahid3 guya özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçiriləcək şifahi müsahibənin tezləşdirilməsi imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Sumqayıt şəhəri, Novxanı qəsəbəsində görüşləri zamanı Şahid3 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdi kdən sonra Şahid3 məxsus 15.000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün sonuncuya vətəndaşlıq pasportu və orta təhsil almasına dair attestatının verilməsinin zəruri olduğunu bildirməklə özünə inam yaratdıqdan sonra 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən “Okean” marketin qarşısında Şahid3 məxsus vətəndaşlıq pasportu, orta təhsil almasına dair attestat, 6 ədəd 3x4 sm ölçüdə şəkillər və 15.000 manat pul vəsaitini ondan alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə x idməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, 2021 -ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid7 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid7 ali təhsil haqqı nda diplomunu və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid7 özünə çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124398 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid7 adına xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu B19 № 081451” yazılarını Təranə Dünyamalıyeva yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamışdır. Belə ki, X6 2021-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə X11 Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında di plomunun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Məhkum müraciət edən Şahid5 Tural Sadıxzadənin həmin tanınmada edəcəyi köməkliyə görə Şahid5 gələcəkdə Məhkum müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Məhkum tərəfindən Şahid5 Sevinc Əhmədovanın ali təhsil haqqında diplomu, qiymət cədvəli və xarici pasportu götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Məhkum qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətka r əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən şəxsən istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 126389 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X11 adına xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877" yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun müvafiq diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarş ısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124775 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X11 adına xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877" yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart-aprel aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid1 Rusiya Federasiyası Moskva X13 tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Məhkum müraciət edən Şahid1 atası Şahid2 Məhkum həmin tanınmada edəcəyi köməkliyə görə Şahid2 gələcəkdə Məhkum müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra Məhkum tərəfindən Şahid2 Şahid1 xarici ölkədə aldığı ali təhsil haqqında diplomunun surəti götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Məhkum qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyy ətə əsasən şəxsən istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 125745 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X13” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada şəxsən əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 122623 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X13” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti tərəfind ən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Məhkum müraciət edən Şahid7 Məhkum həmin tanınmada edəcəyi köməkliyə görə Şahid7 gələcəkdə Məhkum müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Məhkum tərəfindən Şahid7 ali təhsil haqqında diplomu və xarici pasportu götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Məhkum qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən şəxsən istintaqla müəyyən edi lməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir" qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124398 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid7 adına xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu B19 № 081451” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən s axtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)1161/2022 saylı qərarının Məhkum aid hissədə ləğv edilərək ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsini, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum X1 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)1161/2022 saylı qərarının məhkum X4 aid hissədə ləğv edilməsini, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin t ələbləri nəzərə alınmaqla onun epizodu üzrə cinayət işinin icraatına xitam verilməsi barədə ədələtli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının pre dmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində işə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu bildirmiş, bu səbəb dən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əməl ə görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumlarln qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsub iyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkəmələr tərəfindən işə baxılan zaman CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu barədə kassasiya şikayətlərində irəli sürdüyü dəlillərinin ibtidai araşdırma orqanının topladığı və məhkəmə baxışı zamanı tədqiq olunmaqla təsdiq olunmuş və cinayət işinin digər materialları ilə, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla kifayət qədər təkzib edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə, o cümlədən məhkum X1 əməli Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası ilk öncə Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid və zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Məhkum barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Məhkum elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş kassasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsi araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlin Məhkum tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən ap ellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsi ilə bağlı gətirilmiş dəlilləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngüll əşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə kollegiyası məhkum X1 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 74.1-ci maddəsinə görə, şəraitin dəyişməs i nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş müddəlar imperativ norma kimi nəzərdə tutulmamış, həmin normaların tətbiq edilib-edilməməsi məhkəmələrin səlahiyyət dairəsinə aid edilmişdir. Səmimi peşmançılığa görə, cinayət məsuliyyətindən azad etmə üçün şəxsin sadəcə törədilən əməldən peşmançılıq çəkməsi azdır, o həm də cinayətin neqativ nəticələrinin aradan qaldırılmasına fəal kömək etməlidir. Bunun üçün cinayət törətmiş şəxs könüllü təqsirini boynuna almalı, cinayətin açılmasında fəal köməklik etməli v ə cinaytin nəticəsində yetirilən ziyanı ödəməli və ya vurulan zərəri başqa cür aradan qaldırmalıdır. Şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyiməsi anlaşılmalıdır. Belə hallarda şəraitin dəyiməsi fərdi xarakterdə olub ancaq şəxsin həyatı ilə bağlı olur. Bu cinayət törədən şəxsin yaşayış yerinin dəyişməsində, ali məktəbə daxil olmasında, ailə həyatıl qurmasında, həqiqi hərbi qulluğa getməsində və s ifadə oluna bilər. Şəraitin dəyiməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri məcmu halında qiymətləndirərək hesa b edir ki, Azərbaycan Respublikası CM-in 72 və 74-cü maddələrinin tətbiq edilməsi üçün apellyasiya şikayətində göstərilmiş hallar əsaslandırılmamış, ümumiyyətlə həmin maddənin tətbiqini mümkün edən dəlillər göstərilməmişdir. Məhkəmə kollegiyası cinayət əməlində bir neçə epizodun olması, cinayətin xarakteri, onun təkrar törədilməsi və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 72, 73 və 74-cü maddəsinin tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarnın ləğv edilməsinə dair kassasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci m addəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları a rasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kоllеgiyаsı birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı Məhkum himayəsində 1 azyaşlı uşağının olması, vurulmuş ziyanın ödənilməsi və müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi, Məhkum saxta sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlanmasını və həmin cinayəti təkrarən törətməsini Azərbayca n Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi, o cümlədən X2 müsbət səciyyələndirilməsini və 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, onun əməlində cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi, o cümlədən onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasl anaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və X8 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2022-ci il tarixli 1(103)-1161/2022 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-55/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-55/2023
19.01.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver