Məhkəmə qərarları › İş №1(102)-55/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-55/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-55/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Düz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bx2 ünvansız fərdi yaşayış evində yaşamışdır. 2. 30 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 2021-ci ilin aprel ayından iyun ayınadək olan müddət ərzində cinsi ehti rasını təmin etmək məqsədilə mütəmadi olaraq ünvan 3 ünvanında birgə yaşadıqları, qeyri-rəsmi ailə münasibətində olduğu Qanuni nümayəndə övladı, xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə köməksiz vəziyyətindən istifadə etməklə, onu və anası Qanuni nümayəndə öldürəcəyi ilə hədələyərək Zərərçəkmiş şəxs boyun nahiyyəsindən, dodaqlarından öpərək, dilini ağız boşluğuna yeritmiş, göbək nahiyyəsindən öpüb yalamış, əlləri ilə döşlərini sıxmış, Zərərçəkmiş şəxs əynində olan şalvarını aşağı dartıb soyunduraraq sonuncunun cinsi orqanına əlləri ilə toxunmuş, öz ehtirasını oyatmaqla cinsi orqanını gərginləşdirərək sonuncuya əlləri ilə tutmağa məcbur etmiş, cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına toxundurmuş, həmçinin sonuncunun cinsi orqanının kənarlarını yalamaqla cinsi ehtirasını pozğun formada təmin edərək on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. 3. 15 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2021-ci ilin aprel ayından həmin ilin iyun ayınadək olan müddət ərzində cinsi ehtirasını təmin etmək məqsədi ilə mütəmadi olaraq ünvan 3 ünvanında qeyrirəsmi ailə münasibətində olduğu Qanuni nümayəndə övladı olan xx x xxxxxxx 2007-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına catmayan şəxs olduğunu bilə-bilə onun boynundan, dodaqlarından, bədəninin sinə və digər nahiyyələrindən öpərək ona qarşı seksual xarakterli hərəkətlər etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-399/2022 nömrəli, 05 oktyabr 2022ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 31 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin q eyd edilən hökmündən dövlət ittihamçısı Mirzəyev Elvin Elçin oğlu apellyasiya protesti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsi, həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun daha ağır cəzaya məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Hüseynova Bəturə Xaqani qızı və Əliyev Kamal Vəli oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək hökmün ləğv edilməsi, əməlində heç bir cinayətin tərkibi olmadığından Məhkum tam bəraət verilməsi, Qanuni nümayəndə əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün sonuncu barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişlər.

8. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə tövsif edib barəsində həmin maddənin sanksiyasında göstərilən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-399/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən kassasiya protes ti və Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Kassasiya protestində qeyd edilmişdir ki, istintaq orqanı zərərçəkmiş şəxs və şahid ifadələrini, iş üzrə ibtidai istintaq zamanı toplanmış digər sübutları nəzərə almaqla düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə tövsif edib həmin maddələrlə məhkəmə məsuliyyətinə versə də, məhkəmələr araşdırılmış sübutları, törədilmiş əməlin baş vermə şəraitini və işin faktiki hallarını, zərərçəkmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı təsdiq etdikləri ifadələrini nəzərə almadan əsassız qərarlar çıxarmışlar. Xüsusən məhkəmələr Zərərçəkmiş şəxs az yaşlı olmasına baxmayaraq səlist və təmkinli ifadələr verməsinə, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək məhkəmə baxışlarında dindirilərkən Məhkum ifşa etməsinə, Məhkum ona qarşı törətdiyi cəmiyyətdə qəbul olunmaz əxlaq normalarına zidd olan seksual xarakterli zorakılıq hərəkətlərini tam qavramasına, Məhkum dəfələrlə onun bədəninin müxtəlif nahiyələrini bərk sıxmasına, hətta, Məhkum seksual xarakterli zorakılıq hərəkətlərinin qarşısını almaq fikri ilə anasından gizli şəkildə baş vermiş hadisəni video çəkilişlə qeydiyyata almasına əhəmiyyət verməmiş, Zərərçəkmiş şəxs ifadələrini şübhə altına alaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. İş materillarından aydın görünür ki, Zərərçəkmiş şəxs Məhkum ona qarşı törətdiyi seksual xarakterli hərəkətlərini davam etdirməsindən çox qorxmuş, anası Qanuni nümayəndə ağlayaraq bu barədə danışarkən sonuncunun Arifə bu barədə deməsindən çox çəkinmiş, Arifin anasını öldürəcəyindən qorxmuş, anasına “Arifi çağırma səni öldürər” deməsi ilə bir daha sübut etmişdir ki, Məhkum azyaşlı Zərərçəkmiş şəxs zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətə gətirib onun müqavimət göstərmək imkanlarını heçə endirməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmişdir (burada qız həm azyaşlı olmuş, həm də məruz qaldığı hədənin çəkindirici qüvvəsindən qorxaraq Məhkum müqavimət göstərmək imkanlarından məhrum olmuşdur, yəni özünün və anasının öldürüləcəyindən qorxması həm də paralel olaraq köməksiz vəziyyətə düşməsi ilə şərtlənmişdir). Mahiyyət etibarilə Zərərçəkmiş şəxs bir neçə həftəlik müddət ərzində mütəmadi o laraq qanunsuz hərəkətlərə məruz qalması, azyaşlı olması və üzləşdiyi hədələrdən çəkinməsi (hansı ki, hədənin olması və bunun F.Paşayevə tərəfindən dərk olunması faktı həm zərərçəkmişin öz ifadələri, həm də səs yazılarında birmənalı təsdiq olunur) törədilən cinayətlərə qarşı onun fiziki və psixi cəhətdən müqavimət göstərə bilməməsi ilə nəticələnmiş, bunları anasına xəbər verəcəyi halda isə Məhkum ona və anasına zor tətbiq edəcəyi və onları öldürəcəyi qorxusu Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasına bir daha dəlalət edən hallar olmuşdur. Eyni zamanda, Məhkum çirkin və əxlaqsız əməllərinə qarşı müqavimət göstərə bilmədiyindən azyaşlının özünü öldürmək qərarına gəlməsi, bu barədə anasına “Əlvida ana mən gedirəm, artıq bu həyatdan bezmişəm, artıq həyat mənə acımasız gəlir, onsuzda telefon da videolara baxanda hər şeyi başa düşəcəksən, ama onda hər şey gec olacaq mən gedirəm sağ ol” məzmunlu məktub yazması da onu göstərmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş mütəmadi zor tətbiq etmə hədəsi ilə müşayət olunan seksual xarakterli zorakılıq hərəkətlərini tam dərk etmiş və onda düşdüyü çıxılmaz şəraitin təsiri altında özünə qəsd etmək fikri formalaşmışdır. Göstərilənlərdən aydın görünür ki, aşağı instansiya məhkəmələri ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə heç bir qanuni və hüquqi əsas olmadan yalnız məhkumun mövqeyi baxımından hüquqi qiymət vermiş, nəticədə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız yekun qərarlar çıxarıl mışdır (hansı ki, təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və qeyd olunan sübutların kompleks nəzərə alınmaması və müqayisəli təhlil edilməməsi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz hallardır. Dövlət ittihaçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. 12.Müdafiəçisi ka ssasiya şikayətində qeyd etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinsə də, onun hərəkətlərində bu maddənin tərkib əlaməti yoxdur. Məhkuma verilmiş ittiham zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqdim etdikləri saxta sübutlara əsaslanır. İşdə olan video görüntü əsasında Məhkum zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər deyil, əxlaqsız hərəkətlər edildiyi müəyyən olunur. İttiham aktında əks olunan bütün halların törədilməsi baş vermiş həqiqət kimi qəbul olunarsa, ittiham Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə verilə bilərdi. Məhkum cinayətin törədilməsinə təqsirliliyinin sübuta yetirilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103) 219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

13. Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlu kassasiya protestinə qarşı etiraz verərək, protestin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi v ə dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallar (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin əsası olmadan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən eyni Məcəllənin 153.2-ci maddəsinə tövsif edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiril məsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

19. Müdafiəçisi Əliyev Kamal Vəli oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını və əməli sübuta yetirilmədiyini qeyd etməklə məhkuma bəraət verilməsini xahiş edərək, faktiki olaraq xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası verilən kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarını n qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə kassasiya protesti ilə bağlı aşağıdakıları qeyd edir.

21. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçi rilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Balakən Rayon Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı, 23 iyul 2021-ci il).

22. Məhkəmə kolle giyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə görə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərinin törədilməsi cinayət məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır.

23. Eyni Məcəllənin 152.2-ci maddəsində isə cinayət əməli kimi on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin edilməsi müəyyən edilir.

24. Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, qeyri-rəsmi ailə münasibətində olduğu Qanuni nümayəndə övladı, x x xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilə-bilə köməksiz vəziyyətindən istifadə etməklə, onu və anası Qanuni nümayəndə öldürəcəyi ilə hədələyərək on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

25. Məhkum törətdiyi cinayətin Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən eyni Məcəllənin 153.2-ci maddəsinə tövsif edən birinci instansiya məhkəməsi, Məhkum 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər törətməsi barədə ittiham üzrə təqsirli olduğu qənaətinə gəlsə də, bu hərəkətlərin zərərçəkmiş şəxsə zor tətbiq etmək hədəsi ilə və ya onun köməksiz vəziyyətindən istifadə edilməklə törədilməsi hissəsində təqsirinin sübut olunmadığı əsası ilə əməlin tövsifini dəyişmiş, hökmdən verilmiş apellyasiya müraciətləri əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq, hökmü qanuni və əsaslı hesab etmişdir.

26. Məhkəmələr əməlin tövsifi barədə həmin qənaətlərini Məhkum Zərərçəkmiş şəxs zorakılıq etdiyi və ya sonuncunu zor tətbiq etməklə hədələdiyini təsdiq edən sübutlar müəyyən olunmadığı, zərərçəkmiş şəxsin ifadələrində Məhkum onu təhdid etdiyi, anasına deyəcəyi təqdirdə sonuncunu öldürəcəyini bildirməsi, həmçinin ona qarşı edilən həmin hərəkətin məktəbdə sinif yoldaşları arasında yayılmasından qorxmasına dair ifadələrində göstərdiyi xüsusatları faktiki əsası olmayan, yeniyetmə şəxsin təxəyyülünün mə hsulu olması, Məhkum zərərçəkmiş şəxsi və ya anasını hədələməsi, ona zor göstərməsi və zor göstərməklə hədələməsinin öz təsdiqini tapmadığı ilə əsaslandırmışlar. Həmçinin, məhkəmələr Zərərçəkmiş şəxs həmin hərəkətlərə məcbur olunmasının müəyyən olunmadığı, əksinə bu hərəkətlərin uzun müddətli olub zərərçəkmiş şəxsin bu və ya digər üsulla həmin hərəkətlərin qarşısını almaq imkanının olması qənaətinə gəlmişlər.

27. Məhkəmə kollegiyasının fikrincə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət cinayət işinin materiallarında olan sübutlara əsaslanan nəticə kimi qəbul edilə bilməz.

28. Belə ki, cinayət işinin materiallarından Zərərçəkmiş şəxs cinayət prosesinin bütün mərhələlərində eyni məzmunlu ifadələr verərək, Məhkum ilk dəfə 2021-ci ilin aprel-may aylarında axşam vaxtı evdə pıçıldaya raq əl işarəsi ilə onu yanına çağırdığını, əvvəlcə onun dodağından, boynundan öpməyə və yalamağa başladığını, hadisənin şokunda olduğundan anasına realda nələr baş verdiyini demədiyini bildirmişdir. Bu hərəkətlərdən əlavə, Məhkum onun əynində olan şalvarı aşağı çəkib alt paltarını çıxarmağa çalışmış, lakin o, geri çəkilərək Arifə bu hərəkətləri barədə anasına deyəcəyini bildirmiş, Arif geri çəkilərək “yaxşı şəkərim, yaxşı, belə şeyləri anaya demək olmaz” demişdir. Həmin hadisədən bir-iki gün Məhkum yenə onlara gəlmiş, anası yuxuya getdikdən sonra əlləri ilə onun belindən və qollarından sıxaraq dodağından, boynundan və göbəyindən öpərək yalamış, hətta ona demişdir ki, əgər bu barədə anasına desə, anasını öldürüb onu yetim qoyacaq, sonra da onu evin zirzəmisinə atacaq. Arif sonra zarafat etd iyini deyərək bildirmişdir ki, "sənin kimi şəkər balaya heç nə etmərəm". O, Arifin anasına zərər yetirməsindən qorxmuş, həmçinin anasının inanmama ehtimalına görə susmuşdur. Arif 2-ci dəfə ona qarşı bu hərəkətləri etdikdən sonra o, Arifi video görüntüyə çəkmək qərarına gəlmiş və anasına ona telefon almasını demişdir. Anası səbəbini soruşduqda, o, dərsləri ilə əlaqədar "Teams" proqramına qoşulmaq lazım olduğunu demiş, sonuncu razılaşaraq ona telefon almışdır. O, bundan sonra telefonu evdə anasının işdən gətirdiyi iç geyim qutularının içinə qoymuş və qutuda telefonun kamera hissəsinə görüntü yaratmaq üçün deyə deşik açmışdır. Arif evdə anasının tez yatmasından və ya otaqda olmamasından istifadə edərək ona qarşı həmin hərəkətləri edəndə mobil telefonla gizli şəkildə olanları video görüntüyə ç əkmişdir. Məhkum onu əlləri ilə o qədər bərk sıxmışdır ki, geri çəkilmək şansı olmamış, döşlərində də bərk ağrılar olmuşdur. Sonradan ağrılarının keçməsi üçün krem istifadə etmiş və anasına bu ağrıların olmasını deyəndə anası hadisədən xəbəri olmadığından yaşı ilə əlaqədar sinəsinin böyüdüyü üçün ağrıdığını başa salmışdır. Məhkum anasının yanlarında olmadığı hər fürsətdə onu əlləri ilə sıxaraq cəld şəkildə dodağından öpüb, sonra heç nə otmamış kimi geri çəkilmişdir. Sonuncu dəfə Məhkum 2021-ci ilin iyun ayının 1-6-sı aralığında eyni hərəkətləri etmişdir. O, dəfələrlə anasından gizlin gecələr ağlamış, nəyahət 08 iyun 2021-ci il tarixdə yenə eyni şeylərin olacağını hiss edəndə videoları çəkdiyi telefonu və anasına olanları açıqladığı məktubu qonaq otağında stolun üstünə qoymuş və ayaqqabıl arını geyinib getmək qərarına gəlmişdir Evdən getməkdə əsas məqsədi başına gələnlərdən bezdiyi üçün özünü öldürmək olmuş, ağlına özünü hansısa binadan atıb öldürmək fikri gəlmişdir. O, qapıdan ayaqqabılarını geyinib çıxarkən anası stolun üstünə qoyduğu məktubu oxuduğundan özünü yetirərək onu saxlamış və olanları danışmağını istəmişdir. O, isə ağlayaraq Arifin dəfələrlə etdiyi həmin əxlaqsız hərəkətləri olduğu kimi anasına danışmış, Arifin ona qarşı etdiyi hərəkətlərin mahiyyətini dərk edirmiş və başa düşmüşdür. Arifin anasına nəsə edəcəyindən qorxduğu üçün anası Təmkinəyə olanları əvvəl deyə bilməmişdir.

29. Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə və məhkəmə baxışları zamanı bu hallar barədə ətraflı ifadələr verməklə yanaşı, dəfələrlə ona verilən suallara cavab olaraq, Məhkum əxlaqsız h ərəkətlərinə qarşı müqavimət göstərməməsinin səbəbini sonuncunun onu və anasını öldürəcəyi barədəki hədələrindən qorxması və köməksiz vəziyyətdə olması ilə izah etmişdir.

30. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə göstərmişdir ki, 8 iyul 2021-ci il tarixdə Fatimənin intihara cəhd etdiyini aşkarlamışdır. Axşam üstü mətbəxdə yemək bişirmiş, Fatimə hava almaq üçün çölə çıxmaq istəyini bildirmişdir. O, Fatiməni yola salmaq və işığı söndürmək üçün qonaq otağına keçəndə stolun üstündə qızının əl yazısı olan intihar məzmunlu məktub və altında qızına məxsus “Samsung” markalı telefon olduğunu görmüşdür. O, bir anlıq məktubu oxumuş, məktubda yazılmışdır ki, “əlvida ana mən gedirəm artıq b u həyatdan bezmişəm, artıq həyat mənə acımasız gəlir, onsuzda telefonda videolara baxanda hər şeyi başa düşəcəksən, amma onda hər şey gec olacaq, mən gedirəm sağol”. O, məktubu oxuyar-oxumaz qapıya tərəf qaçmış və qızını saxlayaraq evə dönməsinə nail olmuşdur. Həmin an qızının üzündə sözlərlə izah edə bilməyəcəyi qəribə, əvəllər heç görmədiyi ifadə onu qorxutmuşdur. O, qızının ayaqqabılarını çıxarıb qonaq otağına dönməsinə nail olduqdan sonra öz otağına gedərək ağlaya-ağlaya təxminən 2-3 ay ərzində başına gələnlərdən bezdiyini, həyatın onun üçün heç bir mənasının olmadığını demişdir. Fatimə yaşadıqlarını sanki məktəbdə müəllimləri və sinif yoldaşları bilirmiş kimi sərbəst ola bilmədiyini, dostları ilə münasibətlərdən çəkindiyini söyləyərək ona intihardan başqa yolunun olmadığını bildirmiş, o isə qızını sakitləşdirdikdən sonra uşağı nə hala gətirdiyini bilsin deyə Arifə qulaq asdırmaq üçün qızının səsini yazmışdır. Daha sonra Fatiməyə demişdir ki, Məhkum gələndə bütün olanları desin, qızı isə Arifə deyəcəyi təqdirdə Arifin onları öldürməsindən qorxduğunu bildirmiş və demişdir ki, Arifə nə deyəcəksənsə onlara gələndə yox, telefonla danışarkən desin. O, Fatiməni Arifin bu hərəkətlərinin cəzasız qalmayacağına inandırmışdır.

31. Zərərçəkmiş şəxs və şahid Qanuni nümayəndə ifadələrini üzləşdirmələr zamanı Məhkum üzünə qarşı bir daha təsdiq etmiş və sonuncunun onları öldürəcəyi ilə hədələməsini və bu hədələrin təsiri ilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməsini təsdiqləmişlər.

32. Cinayət işinin materi allarında olan X1 götürülmüş CD diskdə 37:11 dəqiqədən ibarət olan video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Fəxrədin qızı divanda əyləşmişdir. Video çəkilişin 9:05 dəqiqəsində orta yaşlı kişi (Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxs Məhkumdur) Zərərçəkmiş şəxs tərəf əyilərək üz nahiyəsindən öpür. Video çəkilişin 13:12-ci dəqiqəsində yenə kişi Zərərçəkmiş şəxs tərəf əyilərək üz nahiyəsindən, həm də əlindən tutaraq öpür. Video çəkilişin 25:35-ci dəqiqəsindən başlayaraq Məhkum Zərərçəkmiş şəxs oturduğu divanda onun yanında əyləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin hissədə Arif əlləri ilə onun döşlərini bərk sıxaraq dilini ağız boşluğuna salmış və dairəvi istiqamətdə hərəkət etdirmişdir. Daha sonra Məhkum ayağa duraraq qapıya tərəf gedir və Zərərçəkmiş şəxs nə isə deyir. Televizorun səst yüksək olduğundan nə deməsi eşidilmir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin hissədə Məhkum ona “nə istəyirsən?” deyir, o isə heç nə deyəndə Arif “istə, hər şey İstə” deyir. Həmin CD diskdəki 2-ci 20:27 dəqiqədən ibarət olan video çəkilişin 6:07-ci dəqiqəsindən başlayaraq Məhkum divanda oturan Zərərçəkmiş şəxs yaxınlaşıb ona doğru əyilərək pıçılı ilə nə isə dedikdən sonra üz nahiyəsindən və əlindən tutaraq öpür. 09:51-ci dəqiqəsində Məhkum Zərərçəkmiş şəxs tərəf əyilərək oturub onunla söhbət əsnasında əlindən tutaraq öpür. 12:48-ci dəqiqədə yenə Məhkum Zərərçəkmiş şəxs doğru əyilərək oturur və pıçıltı ilə “Gəncsən, cavansan, sənin gələcəyin var" deyir. Arxa fonda televizordan eşidilməsi güman edilən səs yüksək olduğundan davamında nə dediyi eşidilmir. 12:59-cu dəqiqədə isə “mən o deyiləm, mən sadəcə səni yalamaq istəyirəm, sənə həzz yaşatmaq istəyirəm" dedi. 16-cı dəqiqədən başlayaraq Məhkum Zərərçəkmiş şəxsnın əlindən tutaraq öpür, sonra ayağa qalxıb sonuncuya nə isə dedikdən sonra əii ilə cinsi orqanını yuxan doğru qaldırır. 16:53-cü dəqiqədən başlayaraq Məhkum stolu kənara çəkərək yenə Zərərçəkmiş şəxs tərəf əyilərək oturur və əlləri ilə sonuncunun şalvarını ayaq hissəsindən yuxarı çəkib əyilərək ayaq nahiyəsindən öpür.

33. Cinayət işinin materiallarında olan və X1 götürülmüş CD diskdə 22:47 dəqiqədən ibarət səs yazısının 12-ci dəqiqəsindən başlayaraq kişi səsli şəxs (Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxs Məhkumdur) pıçıltı ilə deyir: “Sənə dünyanın həzzini yaşatmaq istəyirəm. Bax sən gəncsən, yeniyetməsən, sən ailə qurmalısan. Bu o demək deyil ki, mən sənə toxunum mən sənə, mən səni sadəcə yalayacam qorxma. Gəncsən, cavansan, sənə ailə qurmaq lazımdı, bu labüddü. Qurassan, ərə gedəssən, gözəl nişanlın olacaq, ailən olacaq, uşağın olacaq, mən o deyiləm. Ama səni sadəcə yalamaq istəyirəm, sənə həzz yaşatmaq istəyirəm. Ama belə pis çıxmasın, uje sən yetkin qızsan, hər şeyi başa düşürsən, mən sənə dəyə bilmərəm, çünki sənin ailən var, sən özünü gələcəyin üçün saxlamalısan, Balamın canına, nəvəmin canına mən sənə toxuna bilmərəm çünki niyə, sənin gələcəyin var, amma mən səni sadəcə yalamaq istəyirəm. Yox, yox onun heç birini ağlına gətirmə sən uje yetkin qızsan, sən uje hər şeyi bilirsən, məndən dəçox bilirsən. Ay birdən bu mənə toxunar yox, yox, sadəcə səni yalamaq istəyi rəm. Sən çiçəksən, sənin qadan alım mən onu eliyərəm? Mən onu eləmərəm axı qurbanın olum, oy sənə qurban olum narahat olma. Hər dəqiqə durum sənin yanına gəlim yox, moment düşəndə, ayda ildə. Ondan qəti narahat olma. Mən heç sənə qıyaram? Sənin kimi çiçəyə mən qıyaram, sən çiçəksən, sənin kimi çiçəyə qıymaq olar? Sənin cehizinin yarısını mən verəcəm, sənin gələcək uşaqlarını mən sevəcəm. Mən sənə söz verirəm kişi kimi, eləşey olar şəkərim? Sən ondan qorxursan? Yox, şəkərim, sənə qurban olum. Düzdü mən səhv eliyirəm, ama mən sadəcə sənin kimi çiçəyi yalamaq istəyirəm Baxım görüm mama yatıb?.. Mən səhv eləsəm məni səhv yoldan çəkindir. Sən çox kamallı qızsan.“

34. İstinad edilən CD diskdə olan 8:10 dəqiqədən ibarət səs yazılarında 8:10 dəqiqədən ibarət səs yazısının qadın və uşaq səsinə mali k 2 şəxsin qarşılıqlı dialoqundan ibarət olması müəyyən edilmişdir. Səs yazısında deyilir: - Fati, gözəlim mən səni o qədər düz başa düşürəm. Sən bu hadisələrin heç birini hak etmirsən, əlbəttə sənin uşaqlıq yaşındı. Zərərçəkmiş şəxs ağlayaraq bildirir: - Bax bir söz deyim, ana. İnsan bu həyatda anasın da çox istəyər, atasın da çox istəyər. Mən heç vaxt bunu deməzdim, mən anamdan da çox ürəyimi çox istəyirəm. Çünki bilirsən niyə mən anama deyə bilmədiyim bəzi sözləri ürəyimə deyirəm. Qulaq as mən deyirəm ki, mənim yaşamaq səbəbim kimdi ki, öldürüm də özümü. Bilirsən də mənim yaşamaq səbəbim ürəyimdi. Çünki o mənim doğumumda da yanımda olub, böyüyəndə də, yaxşı günümdə də, pis günümdə də, sənə deyə bilmədiyim dərdimdə, yenə o gəlib yanımda olub. Ən böyük elə bil ki yaşamaq səbəbim ürəkdi. - Fatimə mən bilirəm əsəblərin daralır. - Onun əlindən, Allah haqqı sırf onun. - Arif əminin? - Yaxşı gələr. - Yox gəlməz hələ. Bundan sonra uşaq ağlayaraq qadına ən çox öz ürəyini sevdiyini deyir. Qadın isə deyir ki, mən başa düşürəm, ama mən bilirəm ki, bəzi şeylərin qarşısında acizsən. O gəlir sənt öpür, sən onlarla baca bilmirsən. Zərərçəkmiş şəxs ağlayaraq qeyd edir ki, mənim öpüşmək yaşım deyil. Millət sabahını fikirləşir, məsələn imtahandan neçə alacaq, mən hər gün öpüşürəm. Anası isə Arifin onu məcburi öpdüyünü, bunun üçün özünü günahiandırmamasım bildirir.Həm də deyir ki, sən niyə demirsən ki mən uşağam axı. Uşaq isə ağlayaraq bildirir ki, deyə bilmirəm də, nəsə eləyər, öldürər məni. Qadın deyir ki, mən bilirəm ki sən o gələndə yalandan gülürsən, için yanır, biraz bərk ol biz o nun əlindən çıxacıyıq, heç nəyə daralma. Sən gəzməyə get-gəl, mən onu çağırım. Uşaq ağlayaraq danışır. Lakin ağladığıüçün dedikləri tam aydın başa düşülmür. Qadın isə deyir ki, Fati mən gözləyirəm ki, sən gəzməyə gedəcəksən, burnundan gəlməsin, mən sonra Arifi hər şeyi çağırıb deyəcəm. Uşaq isə deyir ki, “çağırma, öldürər, sən belə yazış de. Bilirsən niyə, çağırsan evdə heç kim olmaya bilər, momentalni öldürə bilər. Deyirəm ki birdən nəsə efəyər də, mən səni çox istəyirəm axı.

35. Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 08 oktyabr 2021-ci İl tarixli, 4/1215-4/1250 nömrəli rəyində qeyd edilir ki, ekspertizaya təqdim olunan 2 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə aşkar olunan materiallar haqqında məlumatların görünüşü“Xarici baxış və ilkin tədqiqat” hissə sində verilmişdir. Ekspertizaya təqdim olunmuş 2 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılımətnlərdən İbarətdir Ekspertizaya təqdim olunan 2 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskin içərisində olan audio və videofonoqramlardakı səslər şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır. Ekspertizaya təqdim olunan 2 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskin içərisində olan audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Məhkum, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Qanuni nümayəndə və “Q2” kimi olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs qızma məxsusdur. Ekspertizaya təqdim olunan 2 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskin içərisində olan audio və videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı.

36. Təsvir edilənlərdən göründüyü kimi, Zərərçəkmiş şəxs ibtidai istintaqın ilk dövründən məhkəmə istintaqı başa çatanadək verdiyi bütün ifadələrində Məhkum ona qarşı etdiyi seksual xarakterli hərəkətlərini davam etdirməsindən çox qorxduğunu, lakin baş verənlər barədə kiməsə bildirdiyi təqdirdə sonuncunun onu və anasını öldürəcəyi ilə hədələdiyini göstərmişdir.

37. Zərərçəkmiş şəxsin qeyd edilənlərlə bağlı öz ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmış 02 ədəd CD diskdə olan videogörüntülər və səs yazıları, 01 ədəd əlyazma, məhkəmə-fonoskopik ekspertizasının 08 oktyabr 2021-ci il tarixli, 4/1215-4/1250 nömrəli rəyi əsasında da öz təs diqini tapır. Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə arasında baş tutmuş söhbəti əks edən səs yazısında azyaşlı Zərərçəkmiş şəxs ağlayaraq danışarkən anasının Məhkum bu barədə deməsindən çox çəkindiyi, sonuncunun anasını öldürəcəyindən qorxduğu, anasına “Arifi çağırma səni öldürər” deməsi kimi hallar ona dəlalət edir ki, məhkum edilmiş şəxs 14 yaşına çatmayan zərərçəkmiş şəxsi zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətə gətirərək, müqavimət göstərmək imkanlarını heçə endirməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, zərərçəkmiş şəxsin anası ilə münasibətdə olduğundan Məhkum onların yaşadığı evə sərbəst gedib-gəlməyə imkanının olması, həmin evin sakini olmasa da, orada daim vaxt keçirməsi, zərərçəkmiş şəxsin anasın ın inamını qazanması və onunla sərbəst ünsiyyətdə olması azyaşlıda həmin hədələrin real və bilavasitə həyata keçirilə bilən olacağına dair qorxu yaratmasını mümkün edir.

39. Zərərçəkmiş şəxs həmin hərəkətlərə qarşı fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmasa da, lakin özünün müəyyən etdiyi üsullarla həmin hərəkətlərin qarşısını almağa çalışması, bu hərəkətlərin təkrar olunmaması üçün müəyyən tədbirləri görməsi, yəni anasına sübut etməyə imkanı olması üçün həmin hərəkətləri video görüntüyə alınması və daha sonra valideyninə bildirməsi onun bu hərəkətlərə məcbur edilməsinin göstəricisidir.

40. Həmçinin, məhkəmələr Zərərçəkmiş şəxs münasibətdə edilən hərəkətlərə məcbur olunmasının müəyyən olunmadığı, yəni məhkum edilmiş şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş belə hərəkət lərin zorla və ya həmin zorun tətbiq edilməsi hədəsi ilə baş vermədiyi qənaətinə gələrkən, zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilən seksual xarakterli hərəkətlərin məhkum edilmiş şəxsin xəbəri olmadan video görüntüyə alınmasının səbəblərini, yəni onu ifşa etmək məqsədini nəzərə almamışlar.

41. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli, 11/284 nömrəli rəyi əsasında Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətlərinin müəyyən olunmadığı, onun əqli inkişafında gerilik əlaməti olmadığı, psixi və əqli inkişafına, fərdi psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olması müəyyən edilmişdir.

42. Zərərçəkmiş şəxs özü də ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi bütün ifadələrində Məhkum ona qarşı etdiyi hərəkətlərin xarakterini və mahiyyətini tam dərk etdiyini göstərmişdir.

43. Məhkəmə kollegiyasının fikrincə, Zərərçəkmiş şəxs ona edilən əxlaqsız hərəkətlərin xarakterini və mahiyyətini tam dərk etməsinə baxmayaraq buna qarşı dərhal kəskin reaksiya verməməsi, bu hərəkətləri gizli olaraq video görüntüyə alması, onun psixi təzyiq və ya hədə altında olmasına dəlalət edən hal kimi qəbul ola bilər ona görə ki, o, təhlükənin real olduğunu dərk edib qarşısını almaq məqsədilə baş verənləri qeydə almışdır.

44. Beləliklə, məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq hesab edir ki, məhkəmələr cinayət işinin materiallarında olan sübutları y anlış tədqiq edərək, Zərərçəkmiş şəxs, həmçinin onun qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı işin faktiki halları ilə uzlaşan ifadələrində göstərdikləri xüsusatları nəzərə almayaraq, Məhkum əməlinin tövsifində səhv nəticəyə gəlmişlər.

45. Belə olan halda dövlət ittihamçısının kassasiya protestinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən əsassız olaraq həmin Məcəllənin 152.2-ci maddəsinə tövsif edilməsinə dair dəlilləri yetərli hesab edilməlidir.

46. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

47. Həmin Məcəllənin 145.1-ci maddələrinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

48. Bu normalarla müqayisədə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı yoxlanıldıqda, həmin məhkəmə aktlarının təsvir edilən cinayət-prosessual qanunvericiliyinin müddəalarının tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də Azərbaycan Respublikası CPM-nin 34 9.5.3-cü maddəsində təsbit olunmuş məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur.

49. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

50. Belə halda, məhkəmələrin Məhkum törətdiyi əməlində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin tərkibinin olmaması haqqında nəticəsi, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz.

51. Məhkum təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində təsbit olunmuş əsaslara görə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, sübutların yenidən araşdırılması, təqsirlilik və cəzanın təyin edilməsi kimi məsələlərə apellyasiya məhkəməsi tərəfindən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya şikayətinin təmin edilməsini mümkün hesab etmir.

52. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əliyev Kamal Vəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçı sı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-219/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar