Məhkəmə qərarları › İş №1(102)-550/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-550/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-550/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzağa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum2, məhkumun müdafiəçisi X29 və bəraət almış şəxs Məhkum1 iştirakları ilə, Şəki Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı Fətəliyev Mazan Məsim oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X31, X4 və X17 tərəfindən birgə verdikləri kassasiya şikayəti və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) 22 may 2018-ci il tarixli 1(033)-25/2018 nömrəli hökmü ilə, xx xxxx 1994-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyən, məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Ta la kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan; Məhkum1 Azərbaycan Respublikası CM-in 124.2-ci maddəsi ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx xxxxxx 1960-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən, məhkum olunmamış, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan; Məhkum 2Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Аzərbаycаn Respublikаsı CM-in 124.2ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi di qqət və ehtiyatlılıq göstərərək, qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş və onun cinayətkarcasına etinasızlığı nəticəsində ehtiyatsızlıqdan üç nəfər şəxs ölmüşdür. Belə ki, təqsirləndirilən şəxs X30 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən Zaqatala Regional Qaz İstismarı İdarəsi üzrə verilmiş 01.02.2017-ci il tarixli “Təbii qazın qəbulu və satışı xidmətlərinin rəisi, mühəndis, texniki və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin sahələrdə görüləcək işlərin bölgüsü barədə” 37-Ü nömrəli əmrlə onun üzərinə Zaqatala şəhəri H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tərtib edilmiş 16.10.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi”nin 2.1.2-ci, həmçinin, “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”nın 2.3-cü bəndinə əsasən, istehlakçını ildə bir dəfədən az olmayaraq, “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü bəndinə və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin yaşadığı ünvanda istisma rda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə, bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməyib, qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozarkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək, qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək, ünvan 2 ünvanında mənzilin mülkiyyətçisi, eyni zamanda, istehlakçı olan X25 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X2 13.06.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında gö stərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra, abonentin yaşadığı ünvanda əlavə qaz cihazının quraşdırıldığını bilib həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, müvafiq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X34 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X26 qazdan istifadə qaydalarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında X6nın iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızıdırıcısı quraşdırılarkən, su qızıdırıcısı olan otaq lazımi şəraitlə yəni, ventilyasiya kanalları v ə qəfəslə, yaxud otağa hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m.-dən az olmayan məsafə kəsilməsi təmin olunmadığından quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq, polad materialdan olmamaqla qızdırıcının yuxarı hissəsindən 0,5 metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən azı 0,5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızdırıcının tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə açılmış vəziyyətdə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen) axın ı təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazı 31 dekabr 2017-ci il tarixdə gecə saatlarında mənzilə dolmuş və nəticədə ehtiyatsızlıqdan üç nəfər yəni, X26, X18 və X13 dəm qazından zəhərlənərək ölmüşlər. Məhkəmənin hökmü ilə Məhkum2 оğlu Аzərbаycаn Respublikаsı CM-in 314.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə o, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməkl ə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs X23 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq, tərtib edilmiş 16.10.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi”nin 2.1.2-ci, həmçinin, Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 09 dekabr 2016-cı il tarıxlı “Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satışı xidməti rəisinin peşə təlimatı”nın 1.1-ci bəndinin 3-cü abzasına əsasən xidmətin işçiləri tərəfindən ev daxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində bir dəfədən az olmayaraq, təlimatın keçirilməsini təmin etmək, o cümlədən, həmin Təlimatın 1.1-ci bəndinin 19-cu abzasına əsasən tabeçiliyində olan işçi heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsinə baxmayaraq, işə laqeyd münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib xidməti ərazidə olan ev daxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair tabeliyində olan əməkdaşların abonentlərlə təlimatın keçirilməsini düzgün təmin etməmiş, həmçinin tabeliyində olan işçi heyətinin fəal iyyətini düzgün təşkil etməmiş, nəticədə Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala rayonu üzrə onun rəisi olduğu Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsində işləyən Məhkum1 üzərinə müvafiq əmrlə Zaqatala şəhəri H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərlə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, sonuncu “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi”nin 2.1.2-ci, həmçinin, çilingərin peşə Təlimatının 2.3-cü bəndinə əsasən, istehlakçını ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin y aşadığı ünvanda istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməməklə qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozaraq ünvan 2 ünvanında mənzilin mülkiyyətçisi, eyni zamanda istehlakçı olan X25 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X2 13.06.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında göstərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra, abo nentin yaşadığı ünvanda əlavə qaz cihazının quraşdırıldığını bilib, həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, müvafiq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X34 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X26 qazdan istifadə qaydalarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında X6nın iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızdırıcısı quraşdırılarkən, su qızdırıcısı olan otaq lazımi şəraitlə yəni, ventilyasiya kanalları və qəfəsə, yaxud otağa hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m.-dan az olmayan məsafənin kəsilməsi təmin olunmadığından, quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq polad materialdan olmamaqla qızdırıcının yuxarı hissəsindən 0,5 metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən azı 0,5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızdırıcının tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə açılmış vəziyyətdə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen) axını təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazının 31 dekabr 2017-ci il tarixd ə gecə saatlarında mənzilə dolması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin yəni, X26, X18 və X7 dəm qazından zəhərlənərək ölməsinə, X10 isə sağlamlığına yüngül zərər yetirilməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və E.Ş.Hüseynovdan ibarət tərkibdə) 30 noyabr 2018-ci il tarixli hökmü ilə Zaqatala Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü Məhkum1 aid hissədə ləğv edilmiş, Məhkum1 qarşı Azərbaycan Respublikası CM-in 124.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, Məhkum2 müdafiəçisi X36 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 tərəfindən verilmiş apelly asiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X31, X4 və X17 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan dövlət ittihamçısı M.M.Fətəliyev verdiyi kassasiya protestində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2018-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına qaytarılsın, Məhkum2 müdafiəçisi X5 və zərərçəkmiş şəxslərin hüquqi varisləri İ.Məmmədov, X7və X8 birgə verdiyi kassasiya şikayətində və Məhkum2 müdafiəçisi S.Şərifov verdiyi kassasiya şikayətində xahiş edirlər ki, hökm Məhkum2 aid hissədə ləğv edilsin və ona bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya protestinin və kassasiya şikayə tlərinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Mazan Fətəliyev onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü əsassızdır. Belə ki, iş materiallarında olan sübutların qarşılıqlı təhlili onu göstərir ki, təqsirləndirilən şəxs X1nin əməlində cinayət tərkibinin olmasını təsdiq edən kifayət qədər sübutlar vardır. Hadisə baş vermiş mənzilin mətbəxində istifadə olunan qazla işləyən axar su qızdırıcısı və mənzilin qızdırılması üçün yataq otağında istifadə olunan qızdırıcı soba qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda, onların söndürülməsini təmin edən avtomatik qurğu ilə təchiz edilmədiyinə görə həmin qaz avadanlıqları normativ sənədlərin tələblərin uyğun deyildir. X1yə verilmiş ittihama və Azəriqaz İstehs alat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 4 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”na nəzər saldıqda müəyyən etmək olar ki, təqsirləndirilən şəxsə ittiham elan olunarkən məhz qüvvədə olan 4 oktyabr 2017-ci il tarixli əmrlə təsdiq edilmiş təlimata və həmin təlimatın 2.3 və 2.9-cu bəndlərinə istinad olunmuşdur. Belə ki, Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 04 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istisma rı və təmiri üzrə çilingərinin peşə təlimatı”nın 2.3-cü bəndinə əsasən, -bütün əhali və qeyri əhali abonentlərin sifarişləri əsasında növbədənkənar texniki xidmət keçirmək, qaz sızması ilə əlaqədar sifarişləri dərhal yerinə yetirmək, aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə çağırış vərəqələrində qeydlər aparmaq. Eləcə də həmin təlimatın 2.9-cu bəndindən görünür ki, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarına əsasən əhali və sənaye istehlakçılarına ildə bir dəfə təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimat keçmək. Apellyasiya məhkəməsinin isə təqsirləndirilən şəxsə ittiham elan olunarkən qüvvədən düşmüş Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 09 dekabr 2016-cı il tarixli əmri il ə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”na istinad olunması qənaətinə haradan gəlməsini aydınlaşdırmaq mümkün deyildir. Eləcə də, apellyasiya instansiyası məhkəməsinin hökmdə 4 oktyabr 2017-ci il tarixli əmrlə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatfi’nda çilingərin əhali və sənaye istehlakçılarına ildə bir dəfə təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimat keçmək vəzifəsi nəzərdə tutulmamasım göstərməsi yuxarıda qeyd olunduğu kimi həqiqətə uyğun olmamış, həmin vəzifə təlimatı n 2.9-cu bəndində təsbit olunmuşdur. İşin hallarından göründüyü kimi də, Məhkum1 tərəfindən məhz 4 oktyabr 2017-ci il tarixli əmrlə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”nın 2.3 və 2.9-cu bəndləri pozulmuşdur. Bundan başqa, apellyasiya məhkəməsinin qənaətinə görə, «çilingər Məhkum1 vəzifə səlahiyyətlərini müəyyən edən peşə təlimatından və əmrdən Məhkum1 fiziki şəxs olan qaz istehlakçılarının mənzillərinə daxil olaraq qaz cihazlarına baxış keçirmək və ya standarta uyğun olmayan qaz cihazlarını aşkar edib idarənin rəhbərliyinə məlumat vermək kimi bir vəzifəsinin olması müəyyən edilmir. ünvan 2 ünvanında yerləşən mənzilə dair "Qaz paylayıcı sı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin bağlandığı 16.10.2017-ci il tarixindən X6nın və ailə üzvlərinin ölümünün baş verdiyi 31.12.2017-ci il tarixinə kimi məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə mənzillərə daxil olaraq həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi, o cümlədən standartlara uyğun olmayan qaz avadanlıqlarının aşkar edilərək qanunauyğun tədbirlərin görülməsi Azəriqaz İstehsalat Birliyinin deyil, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikasının Energetika Nazirliyinin səlahiyyətlərində olmuşdur». Bununla bağlı qeyd olunmalıdır ki, işdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Qaz Nəzarət i İdarəsinin 01 fevral 2018-ci il tarixli, EH 23-01/09-94 saylı məktubundan görünür ki, «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarının 2.2-ci bəndinə əsasən, istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur, sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. “Qazdan istifadə Qay daları”nın 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; -istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.3.3- qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı. «Qazdan istifadə Qaydaları»na 2 nömrəli Əlavədə verilmiş «qaz pa ylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» müqaviləsinin 2.1-ci bəndinə əsasən, Paylayıcının vəzifələri: 2.1.1- istehlakçını müəyyən edilmiş təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; 2.2.2- İstehlakçım ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və son texniki baxış tarixindən etibarən) "Qazdan istifadə Qaydaları" nın tələblərinə uyğun olaraq təlimatlandırmaq; 2.1.5 - İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq. Göründüyü kimi, mövcud qanunvericiliklə istehlakçıların təbii qaz təchizatı ilə bağlı bütün məsələlərdə, o cümlədən, qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl edilməsi məsələlərində vəzifələrin yerinə yetirilməsi bilavasitə qaz paylayıcısının üzərinə qoyulmuşdur. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 2.7-ci bəndinin tələblərinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsinin təmin edilməsi göstərilsə də, bunun la bağlı bəzi təşkilati, kadr, madditexniki və maliyyə məsələləri həll edilmədiyindən Energetika Nazirliyi tərəfindən öz səlahiyyətlərinə aid olan məsələlər üzrə istehlakçıların qaz qurğularına texniki baxışın keçirilməsi mümkün olmamışdır və bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müvafiq məlumat verilmişdir.» Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təlimatların keçirilməsinin və istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmağın çilingərin vəzifəsinə aid olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edilən hallan diqqətdən qaçıraraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməyərək, cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə almayaraq hüquqi baxımdan əsaslandırılm amış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya şikayətinin dəlilərini Məhkum2 müdafiəçisi X36 onunla əsalandırmışdır ki, Məhkum2 ona elan olunmuş ittihamda qeyd olunan Azərbaycan Respublikasının CMin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllə rini törətməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə cinayət təqibi səthi, qeyriobyektiv, bir tərəfli dolayısıyla da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarını kobud surətdə pozmaq yolu ilə aparılmışdır. Həmin hallara Zaqatala Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılmamış, qeyd olunan məsələlər araşdırılmamış və nəticədə səthi, qeyri-obyektiv, bir tərəfli, ədalətsiz və qanunsuz hökm qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmündə Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirilməmiş və Məhkum1 bəraət verildiyi təqdirdə Məhkum2 verilmiş ittihamın nəyə əsasən əsaslı sayılmasını öz hökmündə əsaslandırmamışdır. Qanunvericilik no rmasının məzmunundan göründüyü kimi, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi hallarında istehlakçı qaz idarəsinin nümayəndələrini mənzilə buraxa bilər. Amma baxılan iş üzrə sözügedən mənzildə yanğın, qaz sızması və ya digər qəza vəziyyəti yaranması halı baş verməmişdir ki, qaz paylayıcısının nümayəndələri də (konkret olaraq çilingər Məhkum1) xidməti vəsiqə təqdim etməklə həmin mənzilə daxil olmağa təşəbbüs etmiş olaydılar. Məhkəmə istintaqı zamanı ifadə vermiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4nın, X11 və X19, o cümlədən, şahidlər X1, X3ün dediklərindən də tam aydın olur ki, 16 oktyabr 2017-ci il tarixdə Zaqatala Regional Qaz İstismarı İdarəsi ilə X4 arasında qazın satışı müqaviləsi bağlandıqdan sonra yəni, təqribən 2017-ci ili n oktyabr ayının sonları noyabr aylarının əvvəllərində mənzildə axımlı su qızdırıcısı, noyabr ayının sonlarında isə qaz sobası quraşdırılmış və bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsinə heç bir məlumat verilməmişdir. Quraşdırma işləri gizli aparılmışdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X17 buna səbəb kimi, mərhum bacısı - ölmüş zərərçəkmiş şəxs X16nın müvafiq sənədləşmə işlərinin aparılması üçün maddi imkanın olmamasını göstərmişdir. Cinayət işinin materiallarında olan 16 oktyabr 2017-ci il tarixli qazın satışı ilə bağlı müqavilədən də göründüyü kimi, həmin müqavilə Zaqatala Regional Qaz İstismarı İdarəsi ilə X4 arasında bağlanmışdır. Yəni, belə bir məsuliyyət nəzərdə tutulsa belə, Zaqatala Regional Qaz İstismarı İdarəsi yalnız - X1 və ya X20 başına gələcəyi təq dirdə məsuliyyət daşıya bilərdi. Lakin, bütün bunlara baxmayaraq, Zaqatala Rayon Məhkəməsi və Səki Apellyasiya Məhkəməsi müdafiəçisi olduğu Məhkum2 münasibətdə ədalətsiz, qanunsuz və əsassız hökm qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxslərin hüquqi varisləri X12, X13 və X14 onunla əsaslandırırlar ki, apellyasiya instansiya məhkəməsinin hökmü Məhkum2 aid hissədə əsassızdır. Belə ki, Məhkum2 da bəraət verilməlidir. Sadə məntiq onu deməyə əsas verir ki, Məhkum1 günahi yoxdursa, ona nəzarət edən rəisin də günahı ola bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şi kayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 bəraət verilməsinin qanunsuz olmasıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə məhkum edilmiş şə xs Məhkum1 verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gələrkən Məhkum1 birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs Məhkum2 ifadəsini, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələrinə və işin digər materiallarına istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs Məhkum1 birinci instansiya məhkəməsinin iclasında ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. Hadisə baş verm iş ünvan 3 ünvanına Zaqatala Regional Qaz İstismar İdarəsi tərəfindən iki çilingər rəsmi şəkildə təhkim olunmuşdur. Həmin çilingərlərdən biri o, digəri isə X21. Onların konkret olaraq hansı işləri görməli olduqları Zaqatala Regional Qaz istismar idarəsi tərəfindən müvafiq əmrlə müəyyən olunmuşdur. Belə ki, onun vəzifəsi sayğac göstəricilərinin çıxarılması və təlimatların keçirilməsindən, X22nin vəzifəsi isə debitor borcu olan abonentlərin ödənişə cəlb edilməsi, ödəniş etməyən abonentlərin qaz təminatının dayandırılmasından ibarət olmuşdur. 1 iyun 2016-cı il tarixə qədər vətəndaşlara məxsus yaşayış evlərində daxili qaz avadanlıqlarına texniki baxışın keçirilməsi də onların vəzifələrinə aid olsa da, həmin tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu sə lahiyyətin həyata keçirilməsi “Azəriqaz” İstehsalat birliyindən alınaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Energetika Nazirliyinə həvalə edilmişdir. Yəni, 01 iyun 2016-cı il tarixdən etibarən artıq vətəndaşlara məxsus yaşayış evlərində olan daxili qaz avadanlıqlarına texniki baxış keçirmək kimi bir səlahiyyətləri olmamışdır. ünvan 3 ünvanında “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə” 16 oktyabr 2017-ci il tarixli 17841 nömrəli müqavilə onun tərəfindən bağlanılmışdır, müqavilədəki yazı xətti ona məxsusdur, özü icra etmişdir. O, xidməti işində satış şöbəsinin rəisi Məhkum2 tabedir. Zaqatala RQİİ tərəfindən verilmiş 01.02.2017-ci il tarixli “Təbii qazın qəbulu və satışı xidmətlərinin rəisi, mühəndis, texniki və Qaz av adanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin sahələrdə görüləcək işlərin bölgüsü barədə” əmrlə tanış olmasını təsdiq edən imza çəksə də, həmin əmrin məzmununu oxumamış, ona görə də konkret olaraq əmrdə ona hansı vəzifələrin aid edilməsini bilməmiş, satış xidmətinin rəisi Məhkum2 ona və digər çilingər X22 onun vəzifəsinin sayğac göstəricilərinin çıxarılması və təlimatların keçirilməsindən, X21in vəzifəsinin isə debitor borclu abonentlərin ödənişə cəlb edilməsindən ibarət olmasını bildirmişdir. Rəis Məhkum2 ona və digər çilingər X23ə bildirmişdir ki, abonentlərlə müqavilələrin bağlanılması isə onların hər ikisinin vəzifəsidir və ona görə hər ikisi məsuliyyət daşıyır. Qeyd olunan əmrin məzmununu oxumadığı üçün əmrlə onun qazın alqı-satqısı ilə bağlı abonentlərlə müqavilə bağlamaq k imi bir səlahiyyətinin olmadığını, bu səlahiyyətin digər çilingər X23ə aid olduğunu bilməmişdir. ünvan 3-də Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə olmadığından müqavilə bağlamaq üçün həmin ünvana getsə də, evdə heç kimi tapa bilməmiş, həmin mənzil Zaqatala şəhər sakini X27 məxsus olmuş, qonşularla apardığı söhbət zamanı da, onlar bunu təsdiq etmiş və X30nın uzun müddətdir ki, Bakı şəhərində yaşadığını, evə onun xalası X28 tərəfindən nəzarət edildiyini göstərmişlər. Sonradan o, satış xidmətinin rəisi Məhkum2 abonent X30u evdə tapmadığını, ona görə də müqavilə bağlaya bilmədiyini bildirmiş, sonuncu isə ona mümkün qədər abonentin özünü tapıb onunla müqavilə bağlamasını tapşırmışdır. Lakin o, X29u tapa bilmədiyi üçün 16 oktyabr 2017- ci il tarixdə onun xalası X8 ilə ünvan 3-də “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlamışdır. Həmin vaxt evdə bir ədəd PQ 2 tipli ikigözlü qaz pilətəsi olmuş, başqa hər hansı bir qazla işləyən avadanlıq olmamışdır. Həmin qaz qurğusu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermişdir. Sonradan müqaviləni abonent X30 ilə deyil, onun xalası ilə bağlamasını Məhkum2 desə də, sonuncu buna hər hansı bir reaksiya verməmişdir. Bundan başqa, o qeyd olunan ünvanda 16 oktyabr 2017-ci il tarixdə müqavilə bağladıqdan sonra 31 dekabr 2017-ci il tarixədək hər ay iki dəfə 15 gündən bir qeyd olunan ünvana gedərək, sayğac göstəricilərini çıxarm ış, səhv etmirsə ya noyabr, ya da dekabr ayında qeyd olunan ünvanda sayğac göstəricilərini çıxaran zaman mətbəxin pəncərəsindən bayıra falqa materialdan borunun çıxarılmasını görmüşdür. Həmin vaxt o belə düşünmüşdür ki, ola bilsin ki, evdə ya aspirator, ya da qazla işləyən su qızdırıcısı quraşdırıla bilər. Lakin konkret olaraq pəncərədən evin içərisini görə bilmədiyi üçün evdə hər hansı bir su qızdırıcısının quraşdırıldığını dəqiq olaraq görməmişdir. Sonradan o, Məhkum2 ünvan 3-də evin mətbəxindən bayıra falqa borunun çıxarılması barədə məlumat verərək, evdə əlavə qaz cihazlarının quraşdırıla biləcəyini ehtimal etdiyini ona demiş, sonuncu isə abonenti tapıb xəbərdarlıq etmək lazım olduğunu ona bildirmişdir. O, sonradan qeyd olunan ünvanda sayğac göstəricilərini çıxaran zaman evdə heç kimi tapa bilmədiyi üçün hər hansı bir xəbərdarlıq edə bilməmişdir. O, Məhkum2 bununla bağlı hər hansı bir rəsmi məlumat deyil, şifahi məlumat vermişdir. Həmçinin, sonuncu dəfə qeyd olunan ünvanda “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırma işini 13.06.2017-ci il tarixdə abonent X30nın xalası X28 ilə aparmış, bununla bağlı təlimatlandırma jurnalında müvafiq qeydiyyat etmişdir. 13.06.2017-ci il tarixdə ünvan 3-də heç kim yaşamadığı üçün təlimatlandırma jurnalında müvafiq qrafada (qapı bağlı) qeydini aparmışdır. 16 oktyabr 2017-ci il tarixli 17841 nömrəli müqavilədə “istehlakçı adlanacaq” rekvizitin qarşısında X25 (YX22nin nümayəndəsi) qeydiyyatı onun tərəfindən aparılmışdır. Faktiki olaraq, X28 ona “xxxx” adlı qadının nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sən əd təqdim etməmişdir. Hər iki şəxs qohum olduğuna görə və X30nı tapa bilmədiyi üçün müqavilədə X28nı ev sahibi X29un nümayəndəsi kimi qeyd etmişdir. ünvan 3-də əvvələr qazın alqı-satqısı ilə bağlı müqavilə olmamış, o, təhkim olunmuş ərazidə müqaviləsi olmayan evlərin hansılar olması ilə bağlı siyahı verilməsini idarədən xahiş etmişdir ki, həmin ünvanlarda müqavilə bağlasın. İdarədən ona müqaviləsi olmayan abonentlərin siyahısı verilmiş, hansı ki, həmin siyahıda ünvan 1 ünvanı da olmuş, Məhkum2 müqavilə bağlamaqla bağlı məsuliyyətinin olmasını onlara deməsinə görə təhkim olunmuş ərazidə müqaviləsiz abonentin qalmasını istəməmiş və 16 oktyabr 2017-ci il tarixdə H.Z.Tağıyev küçəsi bina 2, mənzil 14-lə bağlı sözügedən müqaviləni bağlamış, X28 özü ondan H.Z.Tağıyev küçəsi, bina 2, mənzil 14 ünv anında müqavilə bağlamağı xahiş etməmişdir. Peşə təlimatının 2.3-cü bəndinə və “Qаzdаn istifadə qaydaları”na 2 nömrəli əlavəyə uyğun tərtib edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.1.2-ci bəndində göstərildiyi kimi ildə bir dəfədən az olmayaraq, “Qazdan istifadə qayladaları”nın tələblərinə uyğun olaraq istehlakçını təlimatlandırmalı olduğu və peşə təlimatının 2.1-ci bəndinə əsasən qazın alqısatqısı ilə bağlı müqavilənin istehlakçı ilə bağlanmasını həyata keçirmək əvəzinə, həmin işləri H.Z.Tağıyev küçəsi bina 2, mənzil 14-ün sahibi, yəni istehlakçı olan X34 ilə ona görə etməmişdir ki, X30 Bakı şəhərində yaşadığı üçün onu tapa bilməmişdir. Ona görə də qazın alqı-satqı müqaviləsini X30nın xalası X28 ilə bağlamış və “Qazdan ist ifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırma işini də onunla aparmışdır. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etmədyinə görə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə bəraət almış şəxs Məhkum1 ifadəsini şahid X32, X35 və X6 da təsdiq etmişlər. İş materiallarından görünür ki, Əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin 17 noyabr 2015-ci il tarixli, 200-k saylı əmrindən görünür ki, Məhkum1 16 noyabr 2015-ci il tarixli, 76 saylı əmək müqaviləsinə əsasən Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Az ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 fevral 2018-ci il tarixli 383 nömrəli Məhkəməəmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, “Zaqatala şəhəri X33 küçəsi, bina 2, mənzil 14-ün mətbəx otağında quraşdırılmış qazla işləyən axar su qızıdırıcısının tüstü borusu su qızdırıcısının tüstüçıxanına kip birləşdirilməmiş, borunun çölə çıxarılan hissəsi şaquli istiqamətdə qaldırılmamış, su qızdırıcının quraşdırıldığı mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen) axını təmin edilməmiş, bu da oksigen çatışmamazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazının mənzilə dolmasına və bədbəxt hadisənin baş verməsinin bila vasitə texniki səbəbi olmuşdur. Zaqatala Regional Qaz İstismarı İdarəsindən daxil olmuş 11.01.2018-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin **********00140 saylı qaz hesabı X14 adına rəsmiləşdirilmiş və mənzildə sonuncu dəfə onunla 16.10.2017-ci il tarixdə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 17841 nömrəli müqavilə bağlanılmışdır. Həmçinin tərtib edilmiş qrafik üzrə TQQ və SX-in qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Məhkum1 tərəfindən 13.06.2017-ci il tarixdə ünvanda yaşayan şəxslər qazdan təhlükəsiz istifadə qaydaları ilə təlimatlandırılmışlar. Yuxarıda göstərilən ünvanda 31.12.2017-ci il tarixdə qaz sızması və ya qaz partlayışı qeydə alınmayıb, bu barədə Zaqatala RQİİ-yə və onun Zaqatal a sahəsinə hər hansı bir məlumat daxil olmamışdır. Zaqatala Regional Qaz İstismarı İdarəsindən daxil olmuş 19.02.2018-ci il tarixli məktubda göstərilmişdir ki, Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə 06.03.2014-cü il tarixli 108-K saylı əmrlə Məhkum2 təyin edilmiş və hal hazırda həmin vəzifədə çalışır. Eyni zamanda Məhkum1 17.11.2015-ci il tarixli 200-K saylı və X32 isə 12.03.2014-cü il tarixli 112-K saylı əmrlə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərləri peşəsinə təyin edilmişlər. Həmçinin qeyd olunan mənzildə əvvəlki dövrdə yaşayışın olmaması səbəbindən təbii qazın alqı-satqısı müqaviləsinin bağlanması mümkün olmamışdır. Zaqatala şəhəri X33 küçəsi, bina 2, mənzil 14-ün yataq otağında müvafiq təhlükəsizlik cihazları (qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda, onların söndürülməsini təmin edən avtomatik qurğu) ilə təmin olunmamış qazla işləyən qızdırıcı soba quraşdırılmış, qızdırıcı sobanın tüstü borusu standartların tələblərinə uyğun olaraq quraşdırılmadan və mənzilin havasının daimi olaraq dəyişməsi təmin edilmədən qaz avadanlığından istifadə edilmişdir. Bununla belə, mənzilə dəm qazının mətbəxdəki suqızdırıcıdan dolması mövcud şəraitə görə daha xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 3.81, 3.84, 3.87, 3.96, 3.102-ci və 9.239-cu bəndlərinin, «Qazdan istifadə qaydaları»nın 2.7-ci və 2.11-ci bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.1.2-ci bəndinin, Zaqatala RQİİ-in inzibati rayonlar üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndinin 1, 3-cü və 5-ci abzaslarının və Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatının 2.3-cü və 2.9-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Hadisə baş vermiş mənzilin mətbəxində istifadə olunan qazla işləyən axar su qızdırıcısı və mənzilin qızdırılması üçün yataq otağında istifadə olunan qızdırıcı soba qaz verilməsi kəsildikdə, alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda, onların söndürülməsini təmi n edən avtomatik qurğu ilə təchiz edilmədiyinə görə həmin qaz avadanlıqları normativ sənədlərin tələblərinə uyğun deyildir. Hadisə baş vermiş mənzilin mətbəxində quraşdırılmış qazla işləyən axar su qızdırıcısının tüstü borusunun qaydaların tələblərinə əsasən polad materialdan olmaqla qızdırıcının yuxarı hissəsindən müəyyən hündürlüyə (0.5 metr) qədər şaquli vəziyyətdə çəkilmədiyini, borunun çölə çıxarılmış hissəsinin damın örtüyündən ən azı 0,5 metr hündürlükdə çıxarılmadığını, tüstü borusunun su qızdırıcısının tüstüçıxanına birləşən hissəsində borunun yüksək temperaturun təsirindən əriyərək, təxminən 3 sm ara məsafəsinin açılmış vəziyyətdə olmasını, eləcə də mənzilin yataq otağında quraşdırılmış qızdırıcı çuqun sobanın tüstü borusunun çölə çıxarılmış hissəsinin şaquli istiqamətdə qaldırıl araq damın örtüyündən ən azı 0,5 metr hündürlükdə çıxarılmadığı nəzərə aldıqda, həmin qaz avadanlıqlarına birləşdirilmiş yanma məhsullarının xaric olunması üçün tüstü borularının texniki vəziyyətləri normativ sənədlərin tələblərinə uyğun deyildir. Hadisə baş vermiş mənzilin axar su qızıdırıcısı quraşdırılmış mətbəxinin və qızdırıcı soba quraşdırılmış otaqların həcmi və quruluşu normaların tələblərinə cavab versə də, havanın dövr etməsi üçün lazım olan şərait təmin olmadığını nəzərə aldıqda, həmin otaqlarda qazla işləyən cihazların quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun deyildir. ünvan 1 ünvanli mənzilin sahibi ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin düzgün bağlanılmasını, abonentin ildə bir də fədən az olmayaraq “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırılmasını və istehlakçının təbii qazdan müqavilə şərtləri əsasında istifadə etməsini təşkil etmədiyinə görə, Zaqatala RQİİin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi Məhkum2 oğlu tərəfindən vəzifə təlimatının 1.1-ci bəndinin 1, 3-cü və 5-ci abzaslarının və “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.1.2-ci bəndinin tələbləri pozulmuşdur. 01.02.2017-ci il tarixli “Təbii qazın qəbulu və satışı xidmətlərinin rəisi, mühəndis, texnik və Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin sahələrdə görüləcək işlərin bölgüsü barədə” əmrə əsasən hadisənin baş verdiyi əraz idə yerləşən mənzillərdə abonentlərə təlimatın keçirilməsi vəzifəsi ona həvalə edilməsinə baxmayaraq, abonentin təlimatlandırılmasını təmin etmədiyinə və idarənin rəsmi razılığı olmadan mənzildə abonentlər tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi və qaz cihazlarının quraşdırılması hallarını aşkar etmədiyinə görə, Zaqatala Regional Qİİ-in Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Məhkum1 Rasul oğlu tərəfindən peşə təlimatının 2.3-cü və 2.9-cu bəndlərinin və “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.1.2-ci bəndinin tələbləri pozulmuşdur. «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 3.81, 3.84, 3.87, 3.96, 3.102-ci və 9.239-cu bəndlərinin və «Qazdan istifadə qaydaları»nın 2.7-ci və 2.11-ci bəndlərinin tələbləri evdaxili qaz avadanlıqlarına texniki baxışların keçirilməsini həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur (konkret şəxslər araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 09 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”ndan görünür ki, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsini işlədiyi xidmət sahəsinə təqdim etməli, istehlakçını ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq təlimatlandırmalı, bütün əhali və qeyri-əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərini çıxarmalı, o cümlədən Təlimatın 2.9-cu bəndinə görə, idarənin rəsmi razılığı olmadan bütün əhali və qeyri-əhali abonentləri tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməsi aşkar olunduqda xidmət rəisi nə və ya xidmət ustasına rəsmi məlumat təqdim etməlidir. X6nın və qeyrilərinin ölümünün baş verdiyi 2017-ci ilin dekabr ayında qüvvədə olan Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 04 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”ndan görünür ki, əvvəlki (09 dekabr 2016-cı il tarixli əmr ilə təsdiq edilmiş) Təlimatın 2.9-cu bəndi yeni Təlimatdan çıxarılmış, o cümlədən istehlakçıların təlimatlandırılması vəzifəsi də nəzərdə tutulmamışdır. Yeni Təlimatın 2.3-cü bəndinə görə, bütün əhali və qeyri-əhali abonentlərin sifarişləri əsasında növbədənkənar texniki xidmət keçirmək, qaz sızması ilə əlaqədar sifarişləri dərhal yerinə yetirmək, aşkar edilmiş nöqsanlar və görülmüş tədbirlər barədə çağırış vərəqələrində qeydlər aparmaq çilingərin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin “Təbii qazın qəbulu və satışı xidmətlərinin rəisi, mühəndis, texnik və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin sahələrdə görüləcək işlərin bölgüsü barədə 01.02.2017-ci il tarixli, 37-ü nömrəli əmr ilə çilingər Abakar Babayevin vəzifəsi debitor borclu abonentlərin ödənişə cəlb edilməsi, ödəniş etməyən abonentlərin mənzillərinin qaz təminatının dayandırılması və təbii qazın alqı-satqı müqavilələrinin bağlanması, çilingər Məhkum1 vəzifəsi isə sayğac göstəricilərinin çıxarılması və təlimatların keçirilməsi k imi müəyyən edilmiş, hər iki şəxsə Zaqatala şəhərinin C.Məmmədquluzadə, Gənclik, Car, Sülh, S.Kazımov, A.Həmidov, Dağıstan, Ü.Hacıbəyov, İmam Şamil, S.Qazıyeva, H.Z.Tağıyev, M.Nəzirova, N.Nərimanov, M.Əzizbəyov, G.Kərimova küçələri təhkim olunmuşdur. Yuxarıda istinad edilən və çilingər Məhkum1 vəzifə səlahiyyətlərini müəyyən edən peşə təlimatından və əmrdən Məhkum1 fiziki şəxs olan qaz istehlakçılarının mənzillərinə daxil olaraq qaz cihazlarına baxış keçirmək və ya standarta uyğun olmayan qaz cihazlarını aşkar edib idarənin rəhbərliyinə məlumat vermək kimi bir vəzifəsinin olması müəyyən edilmir. Belə bir səlahiyyət 09 dekabr 2016-cı il tarixli əmr ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”nın 2.9-cu bəndində qismən nəzərdə tutulmuşdur. Lakin qeyd olunduğu kimi, Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 04 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”ndan əvvəlki (09 dekabr 2016-cı il tarixli əmr ilə təsdiq edilmiş) Təlimatın 2.9cu bəndi çıxarılmış, yeni Təlimatda belə səlahiyyət nəzərdə tutulmamışdır. X6nın və qeyrilərinin ölümünün baş verdiyi 2017-ci ilin dekabr ayında artıq yeni Təlimat qüvvədə olmuşdur. Nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, ibtidai istintaq orqanı Məhkum1 ittiham elan edərkən, birinci instansiya məhkəməsi isə ittiham hökmü çıxaran zaman hadisənin baş verdiyi vaxt qüvvədə olmayan normalara istinad etmişlər. Məhkum1 verilən ittihamın əsasını təşkil edən faktorlardan biri də onun sözügedən hadisənin baş verdiyi ünvan 1 ünvana aid təbii qazın alqı-satqı müqaviləsini həmin mənzilin mülkiyyətçisi X30 ilə deyil, sonuncunun xalası X29 ilə bağlaması, o cümlədən qazdan istifadə qaydaları haqqında mülkiyyətçi X30u deyil, mülkiyyətçinin xalasını təlimatlandırması olmuşdur. İşdə olan 16 oktyabr 2017-ci il tarixli 17841 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqavilə paylayıcı Zaqatala RQİİ-in rəisi X10un şəxsində bir tərəfdən və istehl akçı X29 İ.q.(X25in nümayəndəsi) aralarında bağlanmışdır. İdarədaxili normativ sənədlər ilə çilingər Məhkum1 vəzifə səlahiyyətlərinə abonentlər ilə qazın alqı-satqısı barədə müqavilələrin bağlanılması aid edilməmişdir. Belə ki, çilingərin peşə təlimatının 2.1-ci bəndində “müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsini işlədiyi xidmət sahəsinə təqdim etməli olması” nəzərdə tutulsa da, Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin “Təbii qazın qəbulu və satışı xidmətlərinin rəisi, mühəndis, texnik və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərinin sahələrdə görüləcək işlərin bölgüsü barədə 01.02.2017-ci il tarixli, 37-ü nömrəli əmr ilə təbii qazın alqı-satqı müqavilələrinin bağlanması d igər çilingər X33ün vəzifə səlaiyyətlərinıə aid edilmiş, çilingər Məhkum1 vəzifəsi isə sayğac göstəricilərinin çıxarılması və təlimatların keçirilməsi kimi müəyyən edilmişdir. Məhkum1 ifadələrində xidmət rəisi Məhkum2 şifahi göstərişi əsasında abonentlər ilə müqavilələrin bağlanılmasını təşkil etdiyini bildirmişdir. Yəni, Məhkum1 abonentlər ilə, o cümlədən X30 ilə müqavilə bağlamaq üçün məsul şəxs olmamışdır. Bundan əlavə, 16 oktyabr 2017-ci il tarixli 17841 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, həmin müqaviləni qaz paylayıcısı Zaqatala RQİİ-in adından müəssisənin rəisi X10 imzalamışdır. İşin hallarından göründüyü kimi, abonentlər ilə müqavilələr əvvəlcə istehlakçılar tərəfindən imzalandıqdan sonra Zaqatala RQ İİ tərəfindən təsdiq edilir. Belə olan halda, Zaqatala RQİİ-in rəisi müqaviləni istehlakçı qismində mülkiyyətçi X30nın deyil, mülkiyyətçinin nümayəndəsi qismində xalası X29un imzaladığını (bu həmin müqavilədə qeyd edilmişdir) görməyə bilməzdi, ona görə də rəis mülkiyyətçinin adından qohumunun müqaviləni imzalaması üçün qanunvericiliyə uyğun olaraq etibarnamənin olub-olmamasını araşdırmalı, təbii olaraq belə bir etibarnamə olmadığından həmin müqaviləni imzalayaraq təsdiq etməməli idi. Bütün bunları etmədiyinə görə və mülkiyyətçi tərəfindən etibarnamə verilmədən mülkiyyətçinin qohumunun imzaladığı müqaviləni təsdiq etməklə müvafiq məsuliyyətdə Zaqatala RQİİ-in rəisinin üzərində qalmışdır. Göründüyü kimi, 16 oktyabr 2017-ci il tarixli 17841 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifa dəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin mülkiyyətçi X30 ilə deyil, sonuncunun xalası Şəhla Əbdürrəhimova ilə bağlanmasına görə bütün hallarda çilingər Məhkum1 məsuliyyəti yaranmır. Qazdan istifadə qaydaları haqqında mənzilin mülkiyyətçisi X30nı deyil, mülkiyyətçinin xalası Şəhla Əbdürrəhimovanı təlimatlandırması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Azəriqaz İstehsalat Birliyi Zaqatala Regional Qaz İstismarı İdarəsinin 01.02.2017-ci il tarixli, 37-ü nömrəli əmri ilə təlimatların keçirilməsi çilingər Məhkum1 vəzifəsi kimi müəyyən edilmişdir. X6nın və qeyrilərinin ölümünün baş verdiyi 2017-ci ilin dekabr ayında qüvvədə olan Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəisinin 04 oktyabr 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Zaqatala Regional Qaz İstismarı İdarəsinin Zaq atala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı”ndan isə görünür ki, əvvəlki (09 dekabr 2016-cı il tarixli əmr ilə təsdiq edilmiş) Təlimatdan fərqli olaraq yeni Təlimatda istehlakçıların təlimatlandırılması vəzifəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb ittihamın təsdiqi üçün sübutların kifayət etməməsi, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirm iş, Məhkum1 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Məhkum2 və zərərçəkmiş şəxslərin hüquqi varislərinin birgə verdikləri kassasiya şikayətlərində Məhkum2 əməlində cinayət tərkibi olmaması və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum2 törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş ekspertizaların rəyləri ilə, əzifə təlimatalrı ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum 2 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində və zərərçəkmiş şəxs hüquqi varislərinin kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxs hüquqi varislərinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətin təmin edilmədən, Şəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 haqqındakı 30 noyabr 2018-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 haqqındakı 30 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilməsin. Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar