Məhkəmə qərarları › İş №1(102)-550/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-550/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-550/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, 11 avqust 1958-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunun Balıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 32.4,308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2, 311.3.3-cü maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özü nüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4,320.2 və 320.2-ci maddələri ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əlavə cəza ilə birləşdirməklə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanl arında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 308.1, 313 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə, hər birisi CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, qeyrilərini xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçü n qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadəyə təkrarən və tamah niyyəti ilə təhrik etmiş, qeyrilərini hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamağa və satmağa tamah niyyəti ilə təhrik etmiş, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyəti ilə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən tamah niyyəti ilə istifadə etmiş, qeyrilərini şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə tamah niyyəti ilə təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 30 sentyabr 2016-cı il tarixli, 09/11-734 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 3.1-cü bəndinəəsasən, əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini vəəlilliyin başvermə vaxtını müəyyən etmək, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşəəmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi iləəlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşəöyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi həmin Əsasnamə nin 4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisələrinin göndərişlərinin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (TSERAS) ötürüldüyü, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin vəəlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırıldığı, adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən ə lilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilməsi qeyd olunduğu halda, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Qax rayon sakini Şahid3 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda sonuncuya əlillik təyin olunması ilə bağlı tanışı Şahid5 2017-ci ilin mart ayında özünə etdiyi müraciətinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparılıb Şahid3 ikinci dərəcəli əlillik təyin olunmasına görə sonuncudan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid5 vasitəsilə 2017-ci ilin mart ayında ünvan 3 ünvanınd a yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, həmin niyyətlə 2017-ci ilin mart ayının ortalarında qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid5 vasitəsi ilə Şahid3 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, cinayətkar əməllərini davam etdirərək 2017-ci ilin may ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkimməsləhət komissiyasının sədri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 müraciət edib Şahid3 onun yaxın qohumu olmasını bildirib, sonuncuya əlillik dərəcəsi təyin olunması üçün xəstəliyi və əmək qabiliyyətini itirməs i ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək göndəriş tərtib etməsini xahiş etməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 razılığını almaqla onu ələ alıb, Təqsirləndirilən şəxs2 həkim-məsləhət komissiyasının sədri kimi komissiyaya müraciət edən xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməkmə qsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən isti fadə etməyərək Şahid3 şəxsən görmədiyi, sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığı və Şahid3 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda şəxsi niyyətlə rəsmi informasiya resursu olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində xx.xx.2017-ci il tarixli 4083003AACLS nömrəli TSEK-ə göndərişdə əsas diaqnoz qrafasında Şahid3 guya “xroniki obstruktivpielonefrit böyrək xəstəliyi”ndən əziyyət çəkməsinə dair bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməklə tərtib etdiyi göndərişi «Əlillik» alt sistemi vasitəsi ilə TSEK-ə göndərməsinə, xx.xx.2017-ci il tarixdə Şahid3 əlillik vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ti bbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona 5 il müddətə ikinci dərəcəli əlillik təyinatı barədə qərar qəbul olunmasına nail olub, sonuncunun adına "xxxx" ASC-də açılmış plastik kart hesabına xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları tərəfindən Şahid3 əyani olaraq müayinə edilməklə “şişirdilmiş” diaqnoz qoyulması halının aşkar edilməsinədək olan müddətdə əsassız olaraq 10.005,03 manat (on min beş manat üç qəpik) məbləğində köçürülmüş pul vəsaitinin Şahid3 tərəfindən Qax şəhəri və ətraf rayonların ərazisində bankomatlardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmi yyətinin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurmasına səbəb olmaqla tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 vəzi fə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən son ra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sistemi vasitəsilə aparıldığı halda, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Bakı şəhər sakini olan Şahid7 heç bir xəstəlikdən əziyyət çəkmədiyi halda onun barəsində əlillik təyin olunmasında köməklik göstərilməsi ilə b ağlı 2019-cu ilin oktyabr ayında özünə müraciət edən sonuncunun atası Şahid6 Şahid7 əlilliyinin qiymətləndirilməsi məqsədilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparılıb Şahid7 ikinci dərəcəli əlillik təyin olunmasına görə 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özü üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayının sonuna kimi olan müddət ərzində qeyd edilən xidməti otağında Şahid6 özü üçün birbaşa yol la şəxsən külli miqdarda maddi nemət olan 5.900 (beş min doqquz yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində alıb, cinayətkar əməllərini davam etdirərək xx.xx.2020-ci il tarixdə tanışları olmaqla Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər Klinikxəstəxanası Publik hüquqi şəxsdə tibbi-statist işləyən Təqsirləndirilən şəxs3 və həmin xəstəxanada dezinfektor işləyən Təqsirləndirilən şəxs4 müraciət edərək Şahid7 şəxsiyyət vəsiqəsinin surətini təqdim edib 150 (bir yüz əlli) manat məbləğində pul müqabilində, sonuncunun 2019-cu ilin avqust ayı, 2020-ci ilin isə yanvar və iyun aylarında guya 3 saylı Klinik xəstəxanada «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu ilə stasionar müalicə almasına dair məzmununda bilə-bilə yalan məlumatlar qeyd olun muş hüquqverən rəsmi sənəd hesab olunan xəstəlik tarixlərindən ümumilikdə 3 (üç) ədəd çıxarış sənədini qanunsuz tərtib etməyi xahiş edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4nın razılığını alıb onlarla sövdələşməklə, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə özündən əldə etdiyi Şahid7 məxsus şəxsiyyət vəsiqəsinin surətindəki məlumatlara əsaslanaraq Şahid7 heç vaxt 3 saylı Şəhər Klinik xəstəxanasında müalicə almadığı halda ünvan 5 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasında xidməti otağında müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə xəstəlik tarixindən TQS №027, 3697 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 02 avqust 2019-cuil tarixdə həmin xəstəxanaya daxil olmaqla 30 avqust 2019-cu il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu, 72 nömrəli çıxarışın məzmununa diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 05 yanvar 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 31 yanvar 2020-ci il tarixdə çıxmasına və sonuncuya XBT-10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, hər iki çıxarışda «Müalicə həkimi İmzası» qrafasında X5və «Şöbə müdiri İmzası» qrafasında X6 adından fərqli formada imza etdikdən sonra xəstəlik tarixindən 2607 nömrəli çıxarışın məzmununa həmin ünvanda yerləşən xidməti otağında diyircəkli qələmlə xx xxxx 1982-ci il təvəllüdlü Şahid7 03 iyun 2020-ci il tarixdə həmin xəstəxanaya daxil olmaqla 29 iyun 2020-ciil tarixdə çıxmasına və sonuncuya XBT10 640 kodu üzrə əsas xəstəliyinin «Epilepsiya, generolizə olunmuş, tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları ilə» diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatları yazıb, «Müalicə həkimi İmzası» və «Şöbə» qrafalarında X9 adından fərqli formada imza etməklə, tərtib etdiyi saxta çıxarışlara xəstəxananın möhürünün vurulması üçün Təqsirləndirilən şəxs4 verməklə sonuncu əvvəlcədən başqa sənəddən skayner vasitəsilə kompüterin yaddaşına köçürdüyü həmin xəstəxananın, mətnində «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Klinik Xəstəxanası Tibbi Sənədlər üçün» yazıları olan üçkünc möhürünün surətini sənədin təsdiq edilməsi görüntüsü yaratmaq üçün surət çıxaran qurğu (printer) vasitəsilə 3697 nömrəli, 72 nömrəli və 2607 nömrəli xəstəlik tarixlərindən çıxarışların üzərinə çap etməsinə nail olub Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs4 istifadə etmək məqsədi ilə hüquq verən rəsmi sənədləri vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq hazırlamalarına və 2020-ci ilin iyul ayında ünvan 6 ünvanında yerləşən 3 saylı Şəhər Klinik xəstəxanasının inzibati binasında Təqsirləndirilən şəxs4 əvvəlcədən şərtləşdikləri 150 (bir yüz əlli) manat məbləğində pulu verərək qanunsuz olaraq hazırlanmış saxta sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində satmağa onları tamah niyyəti ilə təhrik edib, bundan sonra, tanışı olmaqla 32 saylı Birləşmiş Şəhər xə stəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 2020-ci ilin iyul ayında həmin xəstəxananın ünvan 7 ünvanında yerləşən inzibati binasında həmin xəstəlik tarixlərindən çıxarışların saxta olduqlarını bilə-bilə həmin saxta sənədlərdən tamah niyyəti ilə istifadə edərək Təqsirləndirilən şəxs1 təqdim edib Şahid7 qohumu olduğunu bildirərək, sonuncuya əlillik dərəcəsi təyin olunması üçün qeyd edilən saxta çıxarışlardan istifadə edərək xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən saxta məlumatlar daxil edərək göndəriş tərtib etməsini xahiş edərək sonuncunun razılığını almaqla onu ələ alıb, Təqsirləndirilən şəxs1 qeyd edilən xəstəxanada fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvü kimi komissiyaya müraciət edən xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmalı olduğu halda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərəkvə qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Şahid7 şəxsən görmədiyi, sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparmadığı və Şahid7 müvafiq xəstəlikdən əziyyət çəkmədiyi halda qeyd edilən saxta çıxarışlardan onların saxta olduğunu bilə-bilə istifadə edib şəxsi niyyətlə rəsmi informasiya resursu olan“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sistemində xx.xx.2020-ci il tarixli 2788003AAB2P nömrəli TSEK-ə göndərişdə «Əsas diaqnoz» qrafasında Şahid7 guya “kompleks parsial qıc olma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epileptik sindromlar xəstəliyi”ndən əziyyət çəkməsinə dair bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətdikdən sonra saxta qeydlər yazaraq tərtib etdiyi həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 32 saylı Şəhər Klinik Xəstəxanasının səhiy yənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə, eləcə də, dövlətin və cəmiyyətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şəraitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq mənafelərinə eləcə də, cəmiyyətin və dövlətin əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin layiqli həyat şə raitinin təmin edilməsi, onların cəmiyyətin həyatında tam və səmərəli iştirakına şərait yaradılması, digərləri ilə bərabər səviyyədə müdafiə olunmaq kimi mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etməyə və vəzifə saxtakarlığı törətməyə tamah niyyətilə təkrarən təhrik etmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza m üayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlə nməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni azyaşlı övladı X7 növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə müsbət qiymətləndirmə aparılıb X7ya ikinci dərəcəli əlillik təyin olunmasına görə, 2020-ci ilin fevral ayında ünvan 4 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında özünə müraciət etmiş sonuncunun anası Şahid10 özü üçün şəxsən birbaşa yollamaddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən istəyib, həmin niyyətlə 2020-ci ilin fevral ayının ortalarında qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid10 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (ikimin) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 10 dekabr 2018-ci il tarixli **********6 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi təkrarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi» Qaydalarının 1 və 2- ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparıldığı halda xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Biləsuvar rayon Mərkəzi xəstəxanası tərəfindən Şahid1 adına verilmiş göndəriş əsasında sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında müayinə olunmaqla, mərkəzi sinir sisteminin üzvi xəstəliyi, davranış pozuntuları diaqnozu qoyulmasına dair həmin xəstəxananın 16-cı şöbəsinin müdiri - müalicə həkimi X4 tərəfindən verilmiş 057800 №-li ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyin qiymətləndirilməsi məqsə dilə kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya altsistemi üzərindən göndəriləcək göndəriş üzrə qanunsuz olaraq müsbət qiymətləndirmə aparıb Şahid1 İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə 2020-ci ilin avqust ayında ünvan 4 ünvanında yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün tanışı Şahid2 vasitəsi ilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2 sentyabr 2020-ci il tarixdə qeyd olunan ünvanda yerləşən həmin Komissiyanın inzibati binasındakı xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində al mışdır. Hökmdən Məhkum müdafiəçisi H.Ə.Xəlilov tərəfindən verilmiş apellyasiya şikayəTinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 26 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilərək Məhkum təqsirli bilindiyi CM-nin 311.3.2 və 311.3.3-cü maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti 2 (iki) ilədək, 9 (doqquz) il müddətə azadlıqd an məhrum etmə cəzasının müddəti isə 08 (səkkiz) ilədək endirilmiş, CM-nin 32.4,308.1-ci maddəsi ilə onun barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 2.000 (iki min) manat, CM-nin 32.4,313-cü maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 1.500 (bir min beş yüz) manat, CM-nin 32.4,320.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3.000 (üç min) manat, CM-nin 32.4,320.2 və 320.2-ci maddələri ilə təyin edilmiş 10 (o n) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1.500 (bir min beş yüz) manat miqdarında cərimə cəzaları ilə əvəz edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla ona 3.500 (üç min beş yüz) manat cərimə cəzası, həmin isə CM-nin 66.3-cü maddəsinə əsasən, həmin qərarla təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla və 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, hökm isə qalan hissələrdə dəyişdirilməmişdir. Apellyasiya instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi H.Ə.Xəlilov kassasiya şika yəti verərək həmin qərarın Məhkum aid hissədə ləğv edilərək, sonuncuya bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, iş üzrə qəbul edilmiş yekun məhkəm aktları ilə müəyyən olunan işin faktiki hallarına istinad edərək həmin faktiki halları mübahisələndirən Məhkum müdafiəçisi H.Ə.Xəlilov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Şikayət müəllifi bildirir ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı ittihamın mahiyyətini təşkil edən bir çox şübhəli məqamlar ortaya çıxmış, hansı ki, Məhkum təqsirli bilinməsi üçün bu şübhələr mütləq digər mötəbər sübutlarla aradan qaldırılmalı, aradan qaldırıla bilmədikdə isə onun xeyrinə həll edilməli olduğu halda məhkəmə hökmündən də göründüyü kimi ziddiyətlər aradan qaldırılmadan, düzgünlüyü yoxlanılmayaraq, əvvəlcədən hüquqi qüvvəsi tanınaraq, tərəfindən göstərilmiş hallar barədə məhkəmə tərəfindən heç bir qiymət verilmədən ittihamın əsası hesab edilmişdir. İstər ittiham aktında, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrinin yekun məhkəmə aktlarında Məhkum elan olunmuş ittiham ondan ibarət olmuşdur ki, o, əlillik dər əcəsinin verilməsi ilə bağlı yekun qərar qəbul etmək məqsədilə rüşvət almışdır. Apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qərarda Məhkum əlillik dərəcəsinin verilməsi ilə bağlı yekun qərar qəbul etmək məqsədilə deyil, bu qərarın qəbul olunması üçün tibbi rəy verilməsi məqsədi ilə pulu istəyərək almışdır. Göründüyü kimi, məhkəmə elan olunmuş ittihamı sübut edilə bilmədiyi üçün yeni bir itiham üzrə fərqli nəticəyə gəlmiş, yəni faktiki olaraq məhkum olunmuş şəxsə qarşı irəli sürülmüş ittihamın həddindən kənara çıxmışdır. Digər tərəfdən isə məhkəmə hesab etmişdir ki, Məhkum tibbi rəy verməsi üçün rüşvət almışdır. Belə olan halda o, dörd epizod üzrə Şahid3, Şahid7, X7nın və Şahid1un elektron alt sistem vasitəsi ilə daxil olmuş sənədləri üzrə tibbi rəy verməli idi. Yəni məhkəmə bildirm işdir ki, Məhkum istəyərək aldığı pulu özü tərəfindən əlillik dərəcəsinin verilməsi ilə bağlı yekun qərar qəbul etmək məqsədilə deyil, bu qərarın qəbul olunması üçün tibbi rəy verilməsi məqsədi ilə istəyərək almışdır. Halbuki, Məhkum adları qeyd olunan şəxslərin elektron alt sistem vasitəsi ilə daxil olmuş sənədləri üzrə tibbi rəy verməmişdir. Belə olan Məhkum həmin şəxslərin barəsində tibbi rəy vermədiyi, onlara əlillik dərəcəsi təyin etmək səlahiyyəti olmadığı halda onlardan rüşvət alması sual doğurur. Məhkəmə tərəfindən bu suala cavab verilməmişdir. Digər tərəfdən, məhkəmə Məhkum qarşı irəli sürülmüş ittihamın həcmindən kənara çıxaraq CPM-nin 318ci maddəsinin tələblərinin pozulmasına yol vermişdir. Həmçinin müdafiəçi H.Ə.Xəlilov başqa məhkəmələr tərəfindən müxtəlif vaxtlarda və oxşar əməlləri törətmiş başqa şəxslər barəsində çıxarılmış hökmlərə istinad edərək kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qanunsuz olaraq Məhkum təqsirli bilsə belə ona cəza təyin edərkən eyni ədalətsizliyə yol vermiş, iş üzrə müəyyən olunmuş bir sıra cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə və məhkəmə təcrübəsini nəzərə almamışdır. Qeyd olunanaları nəzərə alaraq müdafiəçi H.Ə.Xəlilov kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, məhkumun müdafiəçisi H.Ə.Xəlil ov və zərə çəkmiş hüquqi şəxslərin nümayəndələri isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi H.Ə.Xəlilovun və zərə çəkmiş hüquqi şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansi yası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müdafiəçisi H.Ə.Xəlilovun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, Məhkum təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə təqsirli bilinib məhkum olunmuş və o, təqsirli bilindiyi maddələrlə ağır cəzaya məruz qalmışdır. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəlləni n 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi H.Ə.Xəlilovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılm ası üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin t ələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni ape llyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hü quqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmalarını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq ed ilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların mMüdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzi fələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəll əsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmiş dlir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Ədalət mühakiməsinin təqsir sizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamı na görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansi yası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanun idir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi H.Ə.Xəlilovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habelə məhkumun ona istinad olunan əməli törətməsinin sübuta yetirilməməsi, həmin qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinay ət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum olunmuş şəxsin qismən etirafedici ifadələri ilə yanaşı birinci instansiya məhkəməsində dindirilmiş iş üzrə digər məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Cala qızının, zərər çəkmiş hüquqi şəxsin - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə3, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid6, Şahid8, Şahid7, Şahid9, Şahid10 ifadələri ilə, 03 sentyabr 2020-ci il tarixli CD diskə baxış keçirilməsinə dair, 04 sentyabr 2020-ci il tarixli axtarış və götürmə haqq ında və 07 sentyabr 2020-ci il tarixli Məhkum məxsus “samsung Duos” markalı mobil telefona baxış keçirilməsinə dair protokollarla, məhkəmə-fonoskopik ekspertizasının 08 dekabr 2020-ci il tarixli 4/1092 saylı rəyi ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli bir sıra sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə görə özü üçün şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla külli miqdarda pul şəklind maddi neməti rüşvət qismində təkrarən istəmiş və təkrarən almış, qeyrilərini xidməti vəzifələrinin icrası ilə bağlı üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qulluq mənafeyi tələb etdiyi halda, qəsdən istifadə etməyərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxsin hüquq və qanuni mənafelərinə mühüm zərər vurmaqla, vəzifə səlahiyyətlərindən suiistifadəyə təkrar və tamah niyyətilə təhrik etmiş, qeyrilərini hüquq verən rəsmi sənəddən istifadə etmək məqsədilə qanunsuz hazırlamağa və satmağa tamah niyyətilə təhrik etmiş, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyəti ilə təhrik etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmiş, qeyrilərini şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə tamah niyyətilə təkrar təhrik etmişdir. İşin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiy ası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür. Cinayət işi materiallarından göründüyü kimi Məhkum istəməklə aldığı pulları özü tərəfindən əlillik dərəcəsinin verilməsi ilə bağlı yekun qərar qəbul etmək məqsədilə deyil, bu qərarın qəbul olunması üçün tibbi rəy verilməsi məqsədi ilə istəyərək almışdır ki, belə bir rəyin verilməsi də onun imkanı və səlahiyyəti daxilində olduğundan, dələduzluq əməlini deyil, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamağa və satmağa tamah niyyəti ilə təhrik etmə, hüquq verən, qeyrisini bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etməyə tamah niyyəti ilə təhrik etmə, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən tamah niyyəti ilə istifadə etməklə, şəxsi niyyətlə rəsmi informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törətməyə tamah niyyəti ilə təhrik etmə cinayətlərini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq Məhkum özünü cinayətləri törətməkdə təqsirli bilməməsi, əlillik dərəcəsinin verilməsi ilə əlaqədar yekun qərar qəbul etmək səlahiyyətinə malik olmaması və bu səbəbdən rüşvət almaması barədə irəli sürdüyü dəlillərin onun özünün və digər təqsirləndirilən şəxslərin faktiki olaraq verdikləri etirafedici ifadələrinin məzmunu ilə yanaşı, iş üzrə dindirilmiş bir çox şahidlərin ifadələri ilə, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla təkzib olunduğunu nəzərə alaraq, Məhkum ifadələrinə tənqidi yanaşmaqla həmin ifadələri ittiham ı təkzib edən sübut kimi nəzərə almadan, yalnız onun ifadələrində irəli sürülən dəlilləri cinayət məsuliyyətini yüngülləşdirmək kimi qiymətləndirmişlər. İş materiallarından göründüyü kimi, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçi H.Ə.Xəlilovun kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dai r CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutu lmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəmələr Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən heç də bu ithamın həcmini artırmamış və ya azaltmamış, yəni ittihamdan kənara çıxmayaraq CPM-nin 318.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmiş, digər tərəfdən isə onların iş üzrə qəbul etdikləri yekun məhkəmə aktları mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış, bu aktlar qəbul edilərkən isə yolve rilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmələr prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmişlər. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konst itusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraat ı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yal nız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarına görə, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tə ləblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin e dilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, istər Məhkum, istərsə də iş üzrə məhkum olunmuş digər şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquql arının pozulması müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq həm Məhkum ifadələrini cinayət məsuliyyətini yüngülləşdirən ifadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına araşdırdıqları və qiymət verdikləri başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-nin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi H.Ə.Xəlilovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkum daha yüngül cəzanın təyin edilməsi ilə bağlı müdafiəçi H.Ə.Xəlilovun kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə y önəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkə mə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha c iddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməm iş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi il ə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-nin 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdi ləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddə sinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ict imai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi halları na yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsəl əsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum yekun olaraq cəza təyin etmə məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həmçinin ona qarşı he ç bir şikayət və tələbin olmamasını, yaşayış yeri üzrtə müsbət xarakterizə olunmasını, onun işlədiyi dövrdə müxtəlif dövlət qurumları və başqa təşkilatlar tərəfindən təltif edilməsini onun şəxsiyyətini müsbət tərəfdən səciyyələndirən, bütövlükdə isə CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilərək həm bu halları, həm də CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olaraq ona CM-nin 311.3.2, 311.3.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinədək endirmiş, digər maddələrlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını cərimə cəzası ilə əvəz etmiş, nəicədə isə ona cinayətlərin məcmu su üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar işin müəyyən edilmiş faktiki hallarına və cinayət qanunvericiliyin tələblərinə uyğun olmasın, yaxud da belə hallar CM-nin 61-ci maddəsində nəzərdə tutulmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərərk eyni zamanda onu qeyd edir, həmin cəza ona təkrarən və külli miqdarda rüşvət alma cinayətini, yəni CM-nin 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təyin edilmiş, bu cinayət isə korrupsiyanın ən geniş yayılmış və ictimai təhlükəli təzahür formalarından biridir və onun ictimai təhlükəlilıyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. CM-nin 311.1-ci maddəsinə görə, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət hesab edilir. CM-nin 311.3.2 və 311.3.3-cü maddlələrində isə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə təkrarən və külli miqdarda rüşvət alma bu cinayətin ağırlaşdırıcı tərkib əlamətləri kimi nəzərdə tutulmuş və həmin maddələrin sanksiyasında belə əməlləri törətmiş şəxsin səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzaland ırılması müəyyən edilmişdir. Rüşvət alma (passiv rüşvətxorluq) cinayəti formal tərkibli cinayətdir və rüşvət istənildiyi və ya alındığı andan bitmiş hesab edilir. Rüşvət alma cinayətinin obyekt dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyr-kommersıya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimaimünasibətlərdir. Təsadüfi deyil ki, rüşvətxorluq cinayəti də daxil olmaqla ümumiyyətlə korrupsiya cinayətləri ilə mübarizənin daha səmərəli və effektiv aparlılması məqsədilə Avropa Şurası 27 yanvar 1999-cu il tarixdə «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiya qəbul etmiş və həmin mühüm beynəlxal müqavilənin 3-cü maddəsinə əsasən hər bir tərəf, onun istənilən dövlət vəzifəli şəxsi tərəfindən, öz funksi yalarını yerinə yetirdiyi zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, bu şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyriqanuni üstünlüyün istənilməsini və ya alınmasını, yaxud da bu cür üstünlük təklifinin qəbul edilməsini və ya ona vəd edilməsini, bu, qəsdən edildikdə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Həmin Konvensiyanın 19-cu maddəsinə əsasən bu Konvensiyaya uyğun olaraq tövsif edilmiş cinayət hüquqpozmalarının ağırlığını nəzərə alaraq, hər bir tərəf, 2-14-cü maddələrə uyğun olaraq tövsif edilmiş həmin cinayət hüquqpozmalarına münasibətdə səmərəli, mütənasib və çəkindirici sanksiya və tədbirlər nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhz adı çəkilən Konvensiyanın tələblərinə uyğun olaraq CM-nin 311.3-cü maddəsində göstərilən cinayətləri törətmiş şəxslərin bu əməllərə görə təqsirli bilindikləri halda sərt cəzalandırılmalarını müəyyən etmiş və belə cinayətləri törətmiş şəxslərə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün CM-nin 62-ci maddəsinə əsasən iş üzrə müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməsi tələb olunur. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar ol duqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq ini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə fikir yürütmək üçün kifayət etmir və onun ağır cinayətlər kateqoriyasına aid olan rüşvət alma cinayətini törətdikdən sonra könüllü gəlib təqsirli boynuna alması, cinayətin üstünün açılması na fəal kömək etməsi müəyyən edilmir, onun barəsində cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallar isə rüşvət alma cinayətinin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilə bilməz. Son olaraq, məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişm əsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi H.Ə.Xəlilovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən e dilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar