Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-550/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi nömrəsiz evdə yaşamış Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1858/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), F.Ə.Qəniyev və S.İ.Əliyev) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsa sən 11 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı bir il yeddi gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 mart 2024cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1858/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilmə miş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Ümid» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Qobu yolu» adlanan ərazidə xatırlamadığı yerdə, yolun kənarında sonuncu tərəfindən gizlədilmiş satış məqsədilə qanunsuz olaraq ümumi 1010,019 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, ümumi 506,383 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 368,173 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və yaşadığı mənzildə saxlamış, 10 yanvar 2023-cü il tarixdə saat 23:10 radələrində ünvan 2rdi nömrəsiz evin yaxınlığında Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və orada 11 yanvar 2023-cü il tarixdə saat 00:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 8,480 qram və 19,693 qram olmaqla ümumi təmiz çəkisi 28,173 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,281 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin aşkar edildikdən sonra həmin tarixdə saat 04:50-də Məhkum yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evə baxış keçirilən zaman evin otağında masanın üzərində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 110,0 qram olan yaşılı mtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 28,186 qram və 17,752 qram olmaqla ümumi təmiz çəkisi 45,938 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 19,506 qram ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli üzərində «Smile» yazısı olan pul kisəsində ümumilikdə 23 büküm olmaqla 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qram, 0,344 qram, 0,337 qram, 0,358 qram, 0,414 qram, 2,824 qram, 1,730 qram, 0,372 qram, 0, 410 qram, 0,340 qram, 0,371 qram, 0,384 qram, 0,347 qram, 2,438 qram, 0,374 qram, 0,388 qram, 0,338 qram, 0,377 qram, 0,324 qram, 0,413 qram, 0,426 qram, 0,373 qram, 0,324 qram olmaqla ümumi təmiz çəkisi 14,399 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin, həmin otaqda olan taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 230,0 qram yaşılımtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 963,8 qram olan qəhvəyi rəngli tozşəkilli maddə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sell ofana bükülmüş bükümdə təmiz çəkisi 472,3 qram olan ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə marixuananın izləri olan 3 ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq, eləcə də, bir ədəd şəffaf rəngli plastik qab və bir ədəd dəftərçə aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə araşdırma saxta sübutlar əsasında aparılmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılana dək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-550/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-550/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver