Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-551/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4, Məhkum və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tari xli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.M.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) 1(091)-74/2019 nömrəli 29 iyul 2019-cu il tarixli hökmü ilə xx xxxxxxxx 1993-cü ildə Samux rayonunun Qırmızı Samux kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonunun Qırmızı Samux kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıq dan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 may 2019-cu ildən hesablanmışdır. Hökmlə həmçinin X3 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 06.02.2019-cu ildə, səhər saatlarında özgənin, yəni tanışı X1 nənəsi Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olaraq oradan sonuncuya məxsus əmlakı quldurluq yolu ilə talamaq məqsədi ilə Tural İsgəndərovla razılığa gəlib, onunla qabaqcadan əlbir olmuş, aralarında olan razılığa əsasən onunla birgə icraçı kimi cinayətin törədilməsində iştirak edib ilk olaraq o, həmin gün, saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 5, mənzil 14-də tək olub-olm amasını dəqiqləşdirməkdən ötrü su almaq bəhanəsi ilə qapısını döymüş, sonuncu qapını açdıqdan sonra, Zərərçəkmiş şəxs evdə tək olduğunu yəqin edib artıq ikinci dəfə qapını döyüb Tural İsgəndərovla birlikdə mənzilə qanunsuz daxil olmuş, o, birgə və razılaşdırılmış şəkildə cinayətkar əməllərini davam etdirərək əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək və sonuncunun boğaz nahiyəsindən sıxaraq ona sol gözünün ətrafında, alt çənədə, sağrı nahiyəsində və boynunda qançırlar olmaqla dərəcəsi təyin olunmayan və sol gözün ağlı qişasına qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, habelə səs çıxaracağı və ya kimisə köməyə çağıracağı təqdirdə ona qarşı daha da şiddətlə davranacağı barədə xəbərdarlıq etməklə, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, iradəsini qırdıqdan və Tural İsgəndərov qonaq otağındakı dolabda olan dəftərin arasından 85 manat pulu götürərək mənzildən çıxıb uzaqlaşdıqdan sonra onun ardınca mənzildən çıxıb qaçaraq Zərərçəkmiş şəxs basqın etməklə əmlakını talayıb quldurluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-260/2019 nömrəli 01 oktyabr 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindın verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum əməli Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddəsindən CM-in 180.2.1 və 180.2.3-cü maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtidai istintaq zamanı işin halları onun dediyi kimi yazılmamışdır. O, ittiham aktına oxumadan imza atmışdır. Həmçinin o, protokolda və hökmdə ifadəsinin səhv yazıldığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs evinə oğurluq məqsədi ilə daxil olduğunu bildirir. O, zərərçəkmiş şəxsə qarşı heç bir zor tətbiq etməmiş və əlində heç bir silah qismində əşya olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətini n dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətləri və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübut lara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin fakti ki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələrindən həmin Məcəllənin 180.2.1 və 180.2.3-cü maddələrinə yəni, əməlinin soyğunçuluq ilə deyil quldurluq ilə tövsif olunmasının qanunsuz olmasıdır. Bununla əlaqədar məhkəmə ko llegiyası qeyd edir ki, əməlin Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilməsi üçün əməl soyğunçuluq, yəni özgənin əmlakını açıq talamada kimi qiymətləndirilməlidir. İşin hallarından göründüyü kimi, iş üzrə Məhkum tanışı Tural İsgəndərovun nənəsi Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olaraq oradan sonuncuya məxsus əmlakı quldurluq yolu ilə talamaq məqsədi ilə Tural İsgəndərovla razılığa gəlib, onunla qabaqcadan əlbir olmuş, aralarında olan razılığa əsasən onunla birgə icraçı kimi cinayətin törədilməsində iştirak etmişdir. O, həmin gün, Zərərçəkmiş şəxs yaşadığı evdə tək olubolmamasını dəqiqləşdirməkdən ötrü su almaq bəhanəsi ilə qapısını döymüş, sonuncu qapını açdıqdan sonra, Zərərçəkmiş şəxs evdə tək olduğunu yəqin etmişdir. Sonra ikinci dəfə qapını döyüb Tural İsgənd ərovla birlikdə mənzilə qanunsuz daxil olmuş, o, birgə və razılaşdırılmış şəkildə cinayətkar əməllərini davam etdirərək əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək və sonuncunun boğaz nahiyəsindən sıxaraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, habelə səs çıxaracağı və ya kimisə köməyə çağıracağı təqdirdə ona qarşı daha da şiddətlə davranacağı barədə xəbərdarlıq etməklə, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, iradəsini qırdıqdan və Tural İsgəndərov qonaq otağındakı dolabda olan dəftərin arasından 85 manat pulu götürərək mənzildən çıxıb uzaqlaşdıqdan sonra onun ardınca mənzildən çıxıb qaçaraq Zərərçəkmiş şəxs basqın etməklə əmlakını talayıb quldurluq etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş v erməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxs tural İsgəndərovun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə tibbi ekspertizanın rəyi ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Kassasiya kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3cü maddələrinin dispozisiyasına görə təqsirli şəxs əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə (binaya, anbara və s.) qanunsuz olaraq girməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmə hərəkətləri edilməlidir. Cinayət qanunvericiliyinə əsasən quld urluğun obyekti eyni zamanda həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Qeyd olunan cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zama n belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə, quldurluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr əməlin tövsifi ilə bağlı işin faktiki hallarını araşdıraraq onlara düzgün hüquqi qiymət vermiş və üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbayca n Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kasasiya şikayətinin əməlin düzgün tövsif edilməməsi barədəki dəlili əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Az ərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Əsli ilə düzdür Ali Məhkəmənin hakim İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-551/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-551/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver