Məhkəmə qərarları › İş №1(102)-551/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-551/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-551/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X17, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X19, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi10, Məhkum3 və onun müdafiəçisi X13, Məhkum4 və onun müdafiəçisi X14 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1960-cı il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır.

2. Məhkum2 xx xxxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunma mış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Xidmətedici Mərkəzinin aparıcı mütəxəssisi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayır.

3. Məhkum3 xx xxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5yır.

4. Məhkum4 xx xxxxxx 1967-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yaşayır. 5. 31 yanvar 2021-ci il tarixli itti ham aktına görə Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası CM-nin 32.5,308.2, 32.5,311.3.1 və 32.5,311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 6. 23 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 07 aprel 2003-cü il tarixli, 46-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin müdiri, 19 mart 2004-cü il tarixli 170/ü nömrəli əmri ilə Su Hövzələrində X11 və Mühafizəsi Departamenti adlandırılmasından sonra Departamentin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsinə təyin edilib 7 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləməklə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 27 mart 1998-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2002-ci il tarixli 1217/ü nömrəli “Su Hövzələrində X11 və Mühafizəsi Departamenti haqqında” Əsasnaməsi və Su Hövzələrində X11 və Mühafizəsi Departamentinin direktorunun 06 yanvar 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan t əlimatların tələblərinə əməl etmək, balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək, xidməti vəzifəni vicdanla yerinə yetirmək, qanunsuz balıq ovlayanlara qarşı müfəttişlər tərəfindən düzgün və keyfiyyətlə sənədləşdirmələrə kömək göstərmək, sektor işçilərinin nizamlı olmasını, bütün sərəncamların danışıqsız və tez, keyfiyyətlə yerinə yetirilməsinə əməl edilməsini təmin etmək, departamentdə, sektorda dövlət sirlərini mühafizə üzrə lazımi tədbirlərə riayət olunması, qanun pozuntusu aşkar olunduqda müfəttişlər tərəfindən tərtib olunmuş protokollar, aktlar və digər sənədlərin qanunvericiliyə uyğun departamentə təqdim edilməsini təmin etmək, balıq ovu qaydalarının tələblərinin yerinə yetirilməsini təmin etmək, əmək qanunlarına müfəttişlərin iş və istirahət vaxtları haqqında qü vvədə olan Əsasnaməyə uyğun olaraq əmək və istirahət rejimini təşkil etmək, balıq ehtiyatlarına vurulmuş ziyanın Nazirliyin büdcəsinə köçürülməsinin icrasını təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 15 sentyabr 2003cü il tarixli 75-k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi, 04 oktyabr 2016-cı il tarixli 656/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X11 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin baş müfəttişi vəzifəsinə təyin edilmiş Məhkum2 və 29 yanv ar 2003-cü il tarixli 13-k nömrəli əmrlə Nazirliyin Balıqartırma İdarəsinin Xəzər dənizi və daxili suların bioloji sərvətlərinin mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə bölməsinin aparıcı mütəxəssisi, 02 may 2017-ci il tarixli 321/k nömrəli əmrlə Nazirliyin Su Hövzələrində X11 və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin SumqayıtXaçmaz region üzrə sektorunun baş müfəttişi vəzifəsinə təyin edilməklə 07 dekabr 2018-ci il tarixədək həmin vəzifədə işləmiş Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, xidməti ərazilərində həvəskar balıqçılıqla məşğul olan şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmadan fəaliyyət göstərmələrinə icazə verilm əsi müqabilində həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət qismində pulların yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə müvafiq olaraq cinayətkar əlaqəyə girərək, o cümlədən, sürücülük fəaliyyəti ilə məşğul olan Siyəzən rayonu, Gil-Gil çay kənd sakini Məhkum4 məsləhət və məlumatları ilə yardım etməklə, habelə rüşvət yolu ilə əldə edilmiş pul vəsaitini alıb ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə balıq və digər su bioresurslarının növündən, onların ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən asılı olaraq balıq və digər su bioresurslarının qeyri-qanuni ovunun, habelə ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən üm umi miqdarından (kvota) kənar balıq ovunun həyata keçirilməsinə baxmayaraq, 2005-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək olan müddətdə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlər, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni balıq ovu sezonunda - hər ilin sentyabr ayından növbəti ilin may ayınadək şəxsi istifadələrində olan gəzinti təyinatlı mühərrikli və mühərriksiz qayıqlarla balıq və digər su bioresurslarının ovu məqsədilə xidməti ərazisini əhatə edən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub hissəsində Sumqayıt-Xaçmaz sahil zolağına aid hissədə qeyri-qanuni balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sərbəst çıxışlarına icazə verilməsi, həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində sürücülük fəaliyyəti ilə məşğul olan Məhkum4 eyni xarakterli köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Məhkum2 və Məhkum3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini Xaçmaz və Siyəzən rayonlarının ərazisində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərdə vahid niyyətlə rüşvət qismində istəyib həmin niyyətlə ayrı-ayrı şəxslərdən, o cümlədən, X18 2005-ci ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 21600 (iyirmi bir min altı yüz) manat, X6 2005-ci ildən 2007-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 3 (üç) ədəd qayığa görə, cəmi 30000 (otuz min) manat, 2007-ci ilin sentyabr ayından 2014cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 2 (iki) ədəd qayığa görə, cəmi 52000 (əlli iki min) manat, 2014-cü ilin sentyabr ayından 2017-cü ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, 1 (bir) ədəd qayığa görə, cəmi 12000 (on iki min) manat, ümumilikdə 94000 (doxsan dörd min) manat, X1 2008-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 6 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid9 2008-ci ilin sentyabr ayından 2009-cu ilin may ayınadək, hər ay 100 manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat, Şahid14 2009-cu ildən 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat, Şahid2 2010-cu ildən 2014-cü ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 40 manat olmaqla, ümumilikdə 1120 (bir min yüz iyirmi) manat, X10 2010-cu ildən 2015ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, X7 2010-cu ildən 2016-cı ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 16200 (on altı min iki yüz) manat, X8 2010- cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 14400 (on dörd min dörd yüz) manat, X15 2010-cu ildən 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, Şahid4 2010-cu ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat, X2 2010- cu ilin sentyabr ayından 2015-ci ilin mart ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 12000 (on iki min) manat, X9 2011-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 500 manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat, Şahid5 2011-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat, Şahid1 2011-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 6600 (altı min altı yüz) manat, X3 2012-ci ilin yanvar ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, üm umilikdə 24800 (iyirmi dörd min səkkiz yüz) manat, X20 2012-ci ildə 500 (beş yüz) manat, Şahid10 2012-ci ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 6000 (altı min) manat, Şahid2 2013-cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, cəmi 1600 (bir min altı yüz) manat, 2015-ci ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid8 2013- cü ildən 2015-ci ilədək, il ərzində bir qayda olaraq 4 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat, Şahid3 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1600 (bi r min altı yüz) manat, X4 2013-cü ilin sentyabr ayından 2016-cı ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat, Şahid6 2013-cü ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 200 manat olmaqla, ümumilikdə 5600 (beş min altı yüz) manat, Şahid15 Səməndər oğlundan 2014-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 300 manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat, Şahid11 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 50 manat olmaqla, ümumilikdə 1200 (bir min iki yüz) manat, X16 2015-ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, X5 2015ci ildən 2017-ci ilədək, il ərzində bir qayda olaraq 7 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat, Şahid7 2015ci ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək, il ərzində bir qayda olaraq 8 ay, hər ay 100 manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat, Şahid12 2016-cı ildən 2018-ci ilədək, il ərzində bir qayda olaraq 3 ay, hər ay 30 manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat, Şahid16 2016-cı ilin oktyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 50 manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində və Şahid13 2016cı ilin noyabr ayından 2017-ci ilin may ayınadək, hər ay 300 manat olmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat qeyd edilən qaydada qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə 31 şəxsd ən külli miqdarda maddi nemət olan cəmi 287.660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaitini 2005ci ildən 7 dekabr 2018-ci il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olan Məhkum4 köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Məhkum2 və Məhkum3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə rüşvət qismində alaraq, qabaqcadan əlbir olduğu Məhkum2 və Məhkum3la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin t əşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə Məhkum2 və Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum4 köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-786/2021 nömrəli, 27 sentyabr 2021ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərb aycan Respublikası CM-nin 311.3.1, 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 may 2021ci il tarixdən 21 may 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tət biq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur; Məhkum2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur; Məhkum3 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuş; Məhkum4 Azərbaycan Respublikası CM-nin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin ed ilmədən Azərbaycan Respublikası CM-nin 32.5,308.2-ci maddəsi ilə 03 (üç) il 06 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.5,311.3.1, 32.5,311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum1 bəraət verilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir.

10. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi ilə hökmün dəyişdirilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya potesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-786/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protesinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəli lləri, etirazlar

13. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr tərəfindən məhkumlar barəsində tətbiq edilmiş şərti məhkum etmə, onların şəxsiyyətinə, törətdikləri cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun deyil. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş edilir.

14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrində Azərbayca n Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinin əsassız olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin f ərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

22. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuli yyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

23. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

24. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (Cinayət Məcəlləsinin 7-ci maddəsi), ədalət (Cinayət Məcəlləsinin 8-ci ma ddəsi), humanizm (Cinayət Məcəlləsinin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır.

25. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin ed ilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi).

28. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-6 1.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

29. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır.

30. Va hid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkəmələr Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırmalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 4, § 4, 25 iyun 2003-cü il).

31. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. İn san Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). 33.Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyy ən edilib nəzərə alınmasından irəli gəlməlidir.

34. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər.

35. Baxılan işin materiallarından görünür ki, məhkəmələr Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, onların törətdiyi cinayətin ağırlığını və ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamışlar. Halbuki, məhkumların qəsdən törətdikləri korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayət əməllərinin obyektini dövlət orqanlarının normal fəaliyyəti, fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri təşkil edir. Bununla yanaşı, həmin əməllərin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onların törədilməsi nəticəsində dövlət hakimiyyəti və idarə etmə orqanlarının normal fəaliyyəti pozulur, həmin orqanları nüfuzdan salır, dövlətin mənafeyinə mühüm zərər vurur.

36. İşin faktiki hallarından da görünür ki, məhkum edilmiş şəxs Məhkum1 31 şəxsdən külli miqdarda maddi nemət olan cəmi 287.660 (iki yüz səksən yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaitini 2005-ci ildən 7 dekabr 2018-ci il tarixədək xidməti ərazisini əhatə edən Xaçmaz və Siyəzən rayonlarının ərazilərində istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərdə sürücülük fəaliyyəti ilə məşğul olan Məhkum4 köməkçiliyi ilə özü, qabaqcadan əlbir olduğu Məhkum2 və Məhkum3 üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətl ə rüşvət qismində alaraq, həmin şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, bu əməllərlə Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, habelə Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində biloji resursların mühafizəsi sisteminin təşəkkülü və effektiv xidmətin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən məhkumlar barəsində tətbiq edilmiş şərti məhkum etmə ilə razılaşması onu göstərir ki, Azərbaycan Respublikası CM-nin 8, 58.3, 70-ci maddələrində təsvir edilən, cəzanın müəyyən edilməsinə və şərti məhkum etmənin tətbiq edilm əsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxslərin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, bununla da Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz.

38. Təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya q aydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir.

39. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 tərəfindən törədilən cinayətin ağırlığını və ictimai-təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almadan əsassız olaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, onlara yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrində olan 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar