Məhkəmə qərarları › İş №1(102)-551/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-551/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-551/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxx 1992-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bun dan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), N.N.Mirzəyev və B.M.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası na məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 9 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 özü və məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov (sədrlik edən), R.R.Rəfiyev və E.Ş.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından Şəki Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etmiş, eyni zamanda həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov (sədrlik edən), E.Şahid3 və R.R.Rəfiyev) Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının l əğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1ci maddəsində nəzərdə tutu lmuş halda (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün) isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxı lmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya insta nsiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya p rotesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumlar və onların müdafiəçilərinin iştirakları ilə elan edilmiş, xx.xx.2022-ci il tarixli müşayiət edici məktubla proses iştirakçılarına, eləcə də Məhkum saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Məhkum kassasiya şikayətini 12 ay ərzində kassasiya şikayəti vermək hüququ olduğu halda, həmin müddəti üzrsüz səbəbdən ötürərək 30 avqust 2023-cü il tarixdə kassasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verdiyi şikayət əsassızdır və kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin hə yata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərb aycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar