Məhkəmə qərarları › İş №1(102)-551/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-551/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-551/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəs i, ev 94-də qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1354/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və M.H.Əkbərov) Məhkum – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinərək, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum müdafiəçisi X6 apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmünü mübahisələndirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1354/2022 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1354/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsa tətinin əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2094/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddəti nin bərpa olunması haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum kassasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya ins tansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1354/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin hökm məhkəmə iclasında Məhkum iştirakı ilə elan olunmuşdur. Hökm elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Cinayət işinin materialında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1354/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmünün surətinin 6 oktyabr 2022 -ci il tarixdə Məhkum tərəfindən alınmasını təsdiq edən qəbz öz əksini tapmışdır. Məhkum tərəfindən apellyasiya şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1354/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü ona təqdim edildiyi gündən 1 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 1 aydan artıq müddət keçdikdən sonra məhkumun müdafiəçi Məhkum apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, məhkum olunduqdan müəyyən bir müddət keçdikdən sonra apellyasiya qaydasında şikayət vermək qərarına gələrək ap ellyasiya şikayəti yazmışdır. Qeyd edilən hal da müddətin bərpa edilməsinə əsas vermir. Birinci və apellyasiya məhkəmələri hesab etmişlər ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı prosessual müddətlər, prosessual müddətin ötürülməsinin nəticələri barədə cinayət-prosesual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual q ərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 g ün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxs lər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məc əllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Məhkəmə kollegiyas ı kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarını və həmin qə rarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar