Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-552/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)552-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum Hüseynağa oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nüma yəndə iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Hüseynağa oğlunun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X8) Məhkum Hüseynağa oğlu – xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonunun Qərər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, ********* rayon ********* Şöbəsində mühafizəçi işləyən, Abşeron rayonu, **************** qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Hüseynağa oğlu zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 17 dekabr 2017-ci il tarixdə saat 04 radələrində mühafizəçi kimi işlədiyi Abşeron rayonu *********** qəsəbəsində yerləşən "xxxx" MMC-nin istehsalat sex ində yerləşən mühafizə postunda mühafizə xidməti aparan zaman onunla birlikdə həmin obyekti mühafizə edən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə şirkətin darvazasının kilidini açıq qoyduğuna görə sonuncunun zavod rəhbərliyinə məlumat verməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sol əlindən vuraraq sonuncuya sol əlin küt travması, sol əlin İV-V daraq sümüklərinin qapalı sınıqlarından ibarət həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək onun sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 17 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş,hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək Məhkum əməlinin CM-nin 127.2.1-ci maddəsi ilə tövsif edilməklə daha ağır, azadlıqdan məhrum etmə cəzası təyin edilməsi üçün cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Məhk um istintaq verdiyi ilkin ifadəsində guya zərərçəkmiş şəxsin əlini divara vurmaqla zədələməyi barədə ifadə verməsinə baxmayaraq, özünü ittiham olunduğu cinayət əməli törətməkdə təqsirli bilmişdir. İstintaq materialları, kifayət qədər şahid ifadələri ilə təsdiq edilmişdir ki, hadisə iş yerində xidməti səlahiyyətlərini həyata keçirən zaman baş vermişdir. Bunu şahid A6, Ə6, M6 da təsdiq etmişdir. Bundan başqa, hadisə baş verən gün o, saatlarla yaralı və yardım edilmədən qalmış, Məhkum ona hər hansı bir yardım etməmişdir. Nə həkim çağırmış, nə rəhbərliyə məlumat vermiş, özü rəhbərliyə məlumat versə də rəhbərlik gecədən səhərə kimi ona hər hansı bir yardım və köməklik etməmişdir. Məhkum əməlindən peşman olmamış, ağır maddi durumda işsiz və yaralı olmaqla müalicələrdə olduğu müddət ərzində ona h ər hansı bir maddi yardım da etməmişdir. Bu hallar onun məsuliyyətini ağırlaşdıran hallar olsa da, Sumqayıt Apellyasiya Məhkəməsi cəzanın ağırlaşdırılması barədə apellyasiya şikayətinin dəlillərini yoxlayan zaman Məhkum cəzanı ağırlaşdıran halları nəzərə almamış, müzakirə etməmiş və Məhkum cəza təyini zamanı bu halları araşdırıb birinci instansiya məhkəməsinin hökmünə tənqidi yanaşmamışdır. Məhkəmə hadisənin şəxsi münasibətlər zəminində baş verməsi hissəsində hökmlə razılaşmış, halbuki hadisə zamanı post yoldaşı Məhkum ilə şəxsi münasibətlər zəminində deyil, məhz xidməti iş başında xidməti işimizlə bağlı o, oğurluq hadisəsinə şərait yaratması üçün darvazanı açıq qoyduğuna görə ona irad bildirdiyinə və bu barədə rəhbərliyə məlumat verdiyinə görə Zərərçəkmiş şəxs qəsdən hücum edərək az ağır xəsarət yetirmişdir. Bu səbəbdən də, məhkəmə CM-nin 127.1-ci maddəsi ilə deyil, 127.2.1-ci maddəsi ilə cəza təyin etməli olduğu halda bunu etməmişdir. Hadisə məhz Zərərçəkmiş şəxs öz xidməti vəzifəmi yerinə yetirən zaman xidməti işlə bağlı iş yoldaşı ilə aralarında baş vermiş və heç bir şəxsi konflikti, şəxsi ədavəti olmamışdır, məhkəmə maddi hüquq normasını pozmaqla düzgün olmayaraq əməli tövsif etmiş və nəticədə yüngül cəza müəyyən etmişdir. Təqsirləndirilən şəxsin əməli və şəxsiyyətini xarakterizə edən məlumatlar ona təyin edilmiş cəza ilə uyğun deyil və cəzanın məqsədinə nail olmaq prinsipi formal olaraq həyata keçirilmiş, ədalətlilik prinsipi pozulmuşdur. Hətta məhkəmə təqsirli şəxsə CM-nin 127.1-ci maddəsi ilə də ağırlaşdıran halları nəzərə almadan düzgün olmayaraq çox yüngül cəza tətbiq etmişdir. Halbuki, Məhkum Hüseynağa oğlu qəsdən bilərək aqressivliklə növbə yoldaşı olan onu xidməti işi ilə əlaqədar vəzifəsini düzgün yerinə yetirdiyi üçün az ağır xəsarət yetirməklə nəticələnən cinayət əməli törətməsinə baxmayaraq, sonra nə əməlindən peşman olmuş, nə maddi yardım göstərmiş, nə də hadisə yerində tibbi yardım göstərilməsi üçün hər hansı bir hərəkət etməmiş, saatlarla zarıyaraq həkim yolu gözləməyinə baxmayaraq hərəkətsizlik etməklə zərərçəkmiş şəxsi daha ağır əziyyətlər çəkməyə məcbur etmişdir. Məhkum Hüseynağa oğlu heç bir zaman səmimi ifadə verməmişdir. Son günə kimi də guya zərərçəkmiş şəxsin əlini divara vurmağını iddia etmişdir. Bu isə bir daha onun şəxsiyyətini xarakterizə edən məlumat olaraq onun əməlindən peşman olmaması, istintaqa köməklik etməməsi nəticəs inə gəlir. Birinci instansiya məhkəməsində hüquqları pozulmuş, iştirakı təmin edilməmiş, hakimə teleqram göndərərək məhkəmə iclasını 10 gün müddətində müalicəsi ilə bağlı təxirə salınmasını xahiş etsə də, birinci instansiya məhkəməsi qərəzli olaraq onun iştirakını təmin etməməklə prosessual normaları pozmuş, apellyasiya məhkəməsi də bu hala diqqət yetirməmiş və hökmü qüvvədə saxlamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətinin cəza təyin edilməsi hissəsində təmin edilməsi barədə dövlət ittiham çısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın gedişində zərərçəkmiş şəxs qismində tanındıqdan sonra cinayət işinin istintaqını aparan müstəntiqə və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz etm ə hüququ elan edilmiş, lakin Zərərçəkmiş şəxs onlara etirazının olduğunu bildirməmişdir. İbtidai istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olma barədə 21.05.2018-ci il tarixli protokoldan müəyyən edilir ki, Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra protokolda Ə6, Z6, S6, 1 polis leytenantı və 3 BMİ nəfərləri mütəşəkkil qrup kimi əlbir olaraq cinayəti ört-basdır etmişlər. Əli sındırılan vaxt məlumat versə də hadisə yerinə gəlməmişlər, məni xəsarətli vəziyyətdə köməksiz qoymalarına görə istəyirəm ki, prokurorluğa iş qaytarılsın və onların əməllərinə hüquqi qiymət verilsin. Zərərçəkmiş şəxsin həmin vəsatətinə müstəntiqin eyni tarixli qərarı ilə münasibət bildirilmiş və vəsatət təmin edilməmişdir. Vəsatətdə göstərilən şəxslərin barəsindəki məlumatlar cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində isə Məhkum daha ağır CM-nin 127.2.1-ci maddəsi ilə ittiham verilməli olduğu halda verilmədiyini göstərmişdir. Azərbaycan Respublikası CM-nin 127.2.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. “Qəsdən adam öldür mə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 7-ci bəndində izah edilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Cinayət işinin materiallarından Məhkum mühafizə postunda mühafizə xidməti aparan zaman onunla birlikdə həmin obyekti mühafizə edən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə şirkətin darvazasının kilidini açıq qoyduğuna görə so nuncunun zavod rəhbərliyinə məlumat verməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə qəsdən bir dəfə Zərərçəkmiş şəxs sol əlindən vuraraq sonuncuya sol əlin küt travması sol əlin İV-V daraq sümüklərinin qapalı sınıqlarından ibarət həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək onun sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxsin özünün ifadələrindən görünür ki, onun Məhkumla münasibətləri yaxşı olmamış, münaqişəli olmuşdur. 17 dekabr 2017-ci il tarixdə saat 04 radələrində də mübahisə Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə deyil daha çox əvvəldən mövcud olmuş şəxsi münasibətlər zəminində baş ve rmiş və münaqişəyə çevrilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla məhz CM-nin 127.2.1-ci maddəsi ilə daha ağır ittiham verilməsi barədə zərərçəkmiş şəxs tərəfindən vəsatət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Hüseynağa oğluna CM-nin 127.2.1-ci maddəsi ilə daha ağır ittiham verilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri həm də məhkuma daha ağır cəza təyin edilməli olması barədədir. Cinayət işinin materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CMnin 127.1 -ci maddəsinin sanksiyası həddində 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilmişdir. CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, birinci in stansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən Məhkum ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə cavab verən və cəzanın məqsədi barədə CM-nin 41.2-ci maddəsi ilə müəyyən e dilmiş cəzanın məqsədlərinə uyğun nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-552/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-552/2019
12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver