Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-552/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum Məhkumun müdafiəçisi – Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli q ərarından məhkum Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.Mahmudov, hakimlər M.A.Xankişiyev və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1958-ci ildə ünvan3da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, xxxx-nin aaaa vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 178.2.2, 178.2.3 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 178.2.2, 178.2.3-cü ma ddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkumin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 fevral 2019cu il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə edərək aldatmaqla və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatmaqla və etibardan sui-istifadə etməklə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəx slərə xidməti vəzifələrin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) məhkum Məhkumnun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixlihökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkumə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə 1 (bir) il müddətində dövlət orqanlar ında məsul vəzifə tutma və ya dövlət orqanlarında məsul fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 178.2.2, 178.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) ilmüddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkumə qəti olaraq 1 (bir) il müddətində dövlət orqanlarında məsul vəzifə tutma və ya dövlət orqanlarında məsul fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Lakin, məhkum Məhkum kassasiya şikayətinə məhkəmə iclsında baxılanadək – xx xxxxx 2020-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx xxxxx 2020-ci il tarixli 17/36-767 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında məhkum Məhkumin ərizəsini nəzərə alıb, müdafiəçinin ərizənin təmin edilməsinə və dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışlarını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkumun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkumin müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-552/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-552/2020
03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver