Məhkəmə qərarları › İş №1(102)-552/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-552/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-552/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Xüsusi ittihamçı X7 iştirakı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147, 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında ba xaraq Müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-in 147, 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən P.Hacıyev) X3 Azərbaycan Respublikası CM-in 147, 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin həmin qərarından xüsusi ittihamçı X7 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), R.Ə.Əliyev və A.M.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və X3 Azərbaycan Respublikası CM-in 147, 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi və cəzalandırılması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, X3 onun və digər şəxslərin pay torpaqlarını qanunsuz zəbt etməklə kifayətlənməmiş, bununla əlaqədar keçirilən məhkəmələrə etdiyi rəsmi müraciətlərdə, verdiyi izahatlarında hakimlərin və auditoriyanın qarşısında onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifad ələr işlətmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçı X7in çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ona böhtan atdığına və ağır cinayətdə ittiham etdiyinə görə X3 qanunla cəzalandırılmasını xahiş etmişdir. Şikayət verən şəxs X9 öz şikayətini onunla əsaslandırmışdır ki, onun Şəki rayonu Bideyiz kəndində yerləşən 110 nömrəli pay torpağının seyrangah sahəsində olan 2.24 ha hissəsinin bir hissəsini 20 il müddətində cavabdeh X8 icazəsi olmadan əkib-biçmişdir. Cavabdehə dəfələrlə torpaqdan çıxarılma ilə bağlı müraciət etsə də, sonuncu heç bir məhəl qoymamış və o, 2017-ci ildə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırmasından sonra torpağının 12 sotunun cavabdehin tərəfində olduğu müəyyən edilmiş və buna görə 200 manat təzminatın cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda sözügedən iş üzrə məhkəmə prosesi Ali Məhkəmənin icraatındadır. Özü kəndli olduğuna görə ailəsi və uşaqlarını mülkiyyətində olan torpaq sahəsini əkib-becərməklə və ondan istifadə etməklə dolandırır. Başqa gəlir yeri yoxdur. Cavabdeh X8 ona məxsus olan torpaq sahəsindən artıq 20 ildir ki, istifadə etməsi azmış kimi, yalan məlumatlarla ona böhtan atmışdır. Yalan informasiyaları nəinki öz k əndlərinə, həmçinin qonşu 4 kəndə, orada yaşayan qohumlarına da yayaraq onu rüsvay etmişdir. Həmin 4 kənddə 10000-dən çox adam yaşayır. Cavabdeh Şəki Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli rəsmi müraciətdə və Şəki Apelyasiya Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli izahatda ona qarşı şər-böhtan xarakterli, rüsvayedici, işgüzar nüfuzunu ləkələyən ifadələr işlətmişdir. Cavabdeh Şəki Rayon Məhkəməsinə verdiyi rəsmi müraciətində göstərmişdir ki, guya o, faktiki torpaq sərhədini keçərək qeyri-qanuni istifadə etmişdir. O, və torpağı icarəyə götürən X öz dediklərindən, yalan ifadələrindən dönmürlər. Hər ikisi şər-böhtan atmaqla böyük məbləğdə kompensasiya almaq istəyirlər. Guya ki, o, sireysdə göstərilən xətti pozaraq kanal qazmış, əkilmiş taxılı məhv etmişdir. Cavab deh Şəki Apelyasiya Məhkəməsinə verdiyi xx xxxxxx 2020-ci il tarixli rəsmi izahatında demişdir: “X7in yerinə bitişik bölgüdən əlavə artıq torpağı vardır. Bunu nəzərə alsaq, onun torpağı nəinki əskik, xeyli artıqdır. X7in özü cürbəcür haqsız şikayətlər edərək camaatı bezdirməklə, xəstəliyə tutmaqla məşğuldur. X7 öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürümüş, ürəyini partladıb öldürmüşdür. Həmçinin o, ailə üzvlərinə başçılıq edərək gəlinini ölümcül döymüş, oğlunun 2 il həbsdə yatmasına və ailəsinin dağılmasına səbəb olmuşdur. Heç kim ona salam verib almaq istəmir. Kənddə əksəriyyət adamla küsülüdür”. Onun rəsmi müraciətində və izahatında işlətdiyi fikirlər heç bir həqiqətə uyğun gəlməyən, şər-böhtan xarakterli ifadələrdir. Bu məlumatlar böhtan xarakterlidir. 130 nömrə li pay torpağının sahibi X8 pay torpaqları ilə bağlı dövlət qulluğunda çalışan havadarları ilə birləşərək nəyinsə hesabına 4 nəfər sahibin pay torpağı arasında olan torpaq sərhədini peykə əl uzadaraq kompüterdə 90° onlara doğru döndərmiş, 40 m keçərək torpaqları zəbt etmiş və 20 il müddətində əkib-biçmişdir. Ondan başqa 3 nəfər də onun ucbatından öz torpaqlarını başqasına satmışlar. O adamlar da elə bilir ki, X3 tərəfindən süni yaradılmış sərhəd xətti əsas sərhəd xəttidir. Onun 110 nömrəli pay torpağının 0.40 ha hissəsinin məhkəməyə qədər 20 il müddətində, nəyinsə hesabına düzgün ekspert rəyinin verilməsinin ləngidilməsi, məhkəmə prosesinin uzanması səbəbindən 3 il müddətində əkib-biçib torpağından götürdüyü gəlirlə bərabər arzu olunan işlərindən yayındığına görə 20000 manat məbləğində mad di ziyan vurulmuşdur. X2 Apelyasiya Məhkəməsinə verdiyi rəsmi ifadəsində ona qarşı işlətdiyi sözlərlə “X7 öz doğma qardaşı Salehi də torpaq üstündə polisə, məhkəmələrə sürüyüb, ürəyini partladaraq öldürmüşdür” ifadəsi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktla ra əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının xx xxxxxx 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasın da şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyə tdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni ş əxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Rafiq Camal oğlunun CM-in 147.1 və 147.2-ci maddələrini tələblərini pozduğunu göstərən, yəni təhqir və böhtan xarakterli məlumatların onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 xx.xx.2020-ci tarixli izahatına əsaslanaraq belə bir tələb irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenumunun yuxarıda qeyd edilmiş qərarına görə məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq X7 X8 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair qərar çıxarmışdır. Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qə dər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar