Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-552/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13 və Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X24, hakimlər: X32 və X6 ibarət tərkibdə) 28 oktyabr 2014-cü il tarixli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də əməliyyatçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 01 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X25 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 22 iyun 2016-cı il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellya siya şikayətləri təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X45 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi və X8 ibarət tərkibdə) 30 noyabr 2017ci il tarixli qərarı ilə məhkumun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2016-cı il tarixli hökmü ləğv edilərək cinayət işi yeni baxışa təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə), X46 və X21 ibarət tərkibdə) 24 may 2018-ci il tarixli qərarına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum ona təyin olunan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X39 (sədrlik edən və məruzəçi), X40 və X22 ibarət tərkibdə) 26 dekabr 2019-cu il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, CM-in 263.3-cü maddəsi ilə məhkum edilmiş Məhkum barəsində Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 24 may tarixli 1(105)-232/2018 nömrəli qərarı məhkum edilmiş Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və iş həmin məhkəmədə yenidən baxılmağa təyin edilmişdir. Şikayət cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbinə aid hissədə təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X33 və X34 ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli qərarına əsasən apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilmişdir. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkum 01 iyul 2014-cü il tarixdən 01 iyul 2019-cu il tarixədək cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2014-cü il tarixdə idarə etdiyi “VAZ-21154” minik markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən saat 16:30-da Bakı-Şamaxı-Yevlax yolunun 113 -cü kilometrində, Şamaxı rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ötmə əməliyyatı aparmaq üçün yolun ort asında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb öz yoluna qayıdarkən avtomobilin qabaq sağ hissəsi sağ tərəfdə eyni istiqamətdə düzünə hərəkətdə olan F.İ.Mirzəyevin idarə etdiyi Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin-“VAZ-21154” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi və Zərərçəkmiş şəxs4 soldan İİİ-İV-V- Vİ-VN-VNİ qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri ndən ölmələrinə, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X29 İstismar idarəsinə məxsus “Kamaz-65115C” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 426 manat məbləğində, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21154” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 2321 manat məbləğində ziyan yetirilməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Apellyasiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarındakı məcburi göstərişlərini nəzərə almamış, birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı araşdırılmış, tədqiq edilmiş sübutları müqayisəli təhlil etməmiş, həmin sübutlara obyektiv qiymət verməmiş, mümkünsüz hesab edilən sübutları etibarsız hesab ed ərək sübutlar siyahısından çıxarmamış, bəzi hallarda qərarda əksini tapmış sübutları natamam şəkildə, təhrif edilmiş formada 20 oktyabr 2021-ci il tarixli qərarında göstərməklə xidməti vəzifəsini bitmiş hesab etmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsnin Cinayət Kollegiyasının Məhkum barəsində qəbul edilmiş 20 oktyabr 2021-ci il tarixli, 1(105)13/2021 saylı qərarı tamamilə ləvğ edilərək onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, apellyasiya məhkəmə icraatının ilkin iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək həm Ali Məhkəmənin 26.12.19-cu il tarixli qərarında göstərilən göstərişləri və apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya mühakiməsi icraatının qismən istintaq aparılmaqla keç irilməsi barədə qərar qəbul edilməsini, ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı tədqiq edilməmiş sübutların yenidən tədqiq edilməsi, araşdırılması, tədqiq edilmiş sübutların bəzilərini, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinin şahid ifadələri ilə müqayisəli təhlil edilərək yenidən tədqiq edilməsi, ekspertiza rəylərindəki ziddiyyətlər aşkara çıxarılaraq yoxlanılması və onlara yenidən qiymət verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya icraatının qismən məhkəmə istintaqı aparılmaqla qərar qəbul edərək, məhkəmə-bioloji ekspertizanın keçirilməsinin mümkünlüyünün nəzərdən keçirilməsi hissəsində təmin edilmişdir. Apellyasiya məhkəməsi “Kamaz” markalı avtomobilin sürücüsü X37 və “Kamaz”-ın sərnişini olan X14 ibtidai istintaq və məhkəmə istintaqı zama nı vermiş olduğu ifadələrini mötəbər sübut kimi qəbul edərək qərarında göstərsə də, adıçəkilən şahidlərin ifadələri arasında, eyni zamanda iş üzrə dindirilmiş digər şahidlər: Mirəli İbrahihimxəlilov, Elşən Cümşüdov və Süleyman Mahmudovun ifadələri ilə onların ifadələri arasındakı ziddiyyətlərin olmasına qiymət verməmişdir. Belə ki, şahid- V. Mirzəyevin ibtidai istintaq zamanı “VAZ 21015” markalı avtomobildə sağda oturanın ölməsi, sağ arxada olanın camaatla birlikdə kömək edib yolun kənarına qoyduqlarını, onun ölümcül olduğunu, can verdiyini, sürücünün də təhlükəsizlik kəmərini kəsib çölə çıxartdıqlarını, ona heç nə olmadığını, yalnız çənəsinin sındığının hiss olunduğunu sonradan gördüklərini, sağ arxada oturanın yerdə öldüyünü bildirdiyini, İ instansiya məhkəməsi zamanı isə sürücünün təh lükəsizlik kəmərinin kimin kəsməsindən onun məlumatının olmaması, latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmaması, ibtidai istintaqda ifadəsinin müstəntiq tərəfindən onunla müstəntiqdən başqa heç kimin olmadığı bir otaqda yazılması barədə ifadəsi, digər şahid X27 ilə təqsirləndirilən şəxs Məhkum arasında ibtidai istintaqda üzləşdirmə istintaq hərəkəti həyata keçirilən zaman adıçəkilən şahidin hadisə vaxtı sükan arxasında olan sürücünün təhlükəsizlik kəmərini əmisi oğlu X2 və sürücünü çölə çıxardığını bildirməsi, məhkəmə istintaqı zamanı isə X9 əmisi oğlu X14 göstərdiyi xüsusatları təkzib etməsi kimi ziddiyyətlərə düzgün qiymət verilməmişdir. Apellyasiya məhkəməsi eyni zamanda şahid Mirəli İbrahimxəlilovun “Kamaz” sürücüsü-Vilayət Mirzəyev və “Kamaz”ın sərnişini Famil Mirzəyev barədə s öylədiklərinə, həmin şəxslərin qorxduqlarından kənarda dayanıb, “ölü” kimi qəzaya uğramış avtomobilə baxdıqlarını, camaatın onları döyəcəklərindən qorxaraq avtomobildəki şəxslərin çıxarılmasına kömək etmədiklərini, şahid Elşən Cümşüdovun və Süleyman Mahmudovun isə “Kamaz” sürücüsü və “Kamaz”ın sərnişininin qəzaya uğramış avtomobildə olanlara kömək etdiyini görmədiklərini bildirmələrinə baxmayaraq, məhkəmə kollegiyası nədənsə “Kamaz” markalı avtomobilin sürücüsü və onun sərnişininin ifadəsini mötbər sübut hesab etmişdir. Adıçəkilən şahidlərin həmin ziddiyyətli ifadələrinə digər sübutlarla birlikdə qiymət verilməli olduğu halda bunu etməmişdir. Apellyasiya icraatı zamanı həmçinin canlı şəxsin xx.xx.2014-cü il tarixli, T109/2014 saylı komission məhkəmə-tibbi ekspertiza rəyini izamalamış ekspe rt X15 bilavasitə məhkəmə iclas zalında ifadə verərək, Məhkum sol çiyin nayihəsində təhlükəsizlik kəmərinin izini əks etdirən fotosunu gördüyünü, bir yerə düşmüş qanın 4 ay ərzində çürüdüyünü və qəzadan 7 il keçdiyinə görə avtomobildən qan nümunələrinin götürülməsinin mümkün olmadığını gösərmişdir. Şahid eyni zamanda ona sədrlik edən tərəfindən ona təqdim edilmiş Zərərçəkmiş şəxs3 qəza zamanı xəsarət almış, sifəti qan içində olan şəklinə baxaraq, Zərərçəkmiş şəxs3 aldığı zərbənin sağ tərəfdən dəydiyini, zərbə nəticəsində xəsarət alanın alın şüşəsinin sındığını, şəklin tam çəkilmədiyini, ancaq sınmanın göründüyünü, sədrlik edənin ona baxdığı şəklin Zərərçəkmiş şəxs3 şəkli olduğunu söyləməsindən sonra “mən elə bilirdim ki, bu şəkil qabaqda sağda oturanın şəklidir” söyləmişdir. Göründüyü kimi, hər iki ekspert Zərərçəkmiş şəxs3 qəzaya uğradıqdan sonra çəkilmiş şəklini gördükdən və onun baş hissəsində aldığı xəsarəti gördükdən sonra həmin xəsarətlərin rul arxasında alına biləcəyini göstərmişlər. Eyni zamanda həmin ekspertşahidlərin guya ki, Məhkum sol çiyin qurşağında təhlüksizlik kəmərinin izini əks etdirən fotonu görmələri barədə ifadələri isə, həmin fotonun iş materiallarında olmaması səbəbindən qeyri-obyektiv hesab edilməlidir. Əgər belə bir foto olsaydı təbii ki, iş materillarında olardı. Müdafiə tərəfinin vəsatətində göstərilmiş şahidlərdən X47 üzürsüz səbəbdən yenidən ifadə vermək üçün, eyni zamanda X41 isə xəstə olduğu üçün əlavə şahid kimi məhkəməyə dəvət edilsə də məhkəməyə gəlməmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə təqsirləndir ilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirlindirilməsinə dair 1(105)-13/2021 saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 olan xəsarətlərin avtomobilin hansı hissəsində alınmasının müəyyən edilməsi məqsədilə komission məhkəmə-tibbi ekspertizasının keçirlməsi müəyyən edilsə də, “Məhkəmə-Tibbi Ekspertiza və X31” X63 Eksperti Məhkəmə-tibbi eksperti Ceyhun Allahverdiyev tərəfindən imzalanmış № 256/ MEŞ Ekspert Rəyi ilə tanış olan zaman məlum olur ki, iş üzrə komission deyil, əlavə ekspertiza keçirilməsi barədə qərar qəbul edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X31” X63 Eksperti Məhkəmə-tibbi eksperti Ceyhun Allahverdiyev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, № 256/ MEŞ Ekspert Rəyi mötəbər, qərəzsiz, obyektiv və yol- nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə özündə əks etdirən sübutlar əsasında verilmiş hesab edilə bilməz. Ona görə də həmin Rəyin etibarsız hesab edilməsi və Ekspert qarşsında hakim tərəfindən qoylmuş sualla bağlı biri müdafiə tərəfinin müəyyən etdiyi, ən azı iki ekspertin iştirakı ilə komission məhkəmə-tibbi ekspertizasının keçirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən istər təqsirləndirilən şəxslərin, istərsə də şahidlərin və ekspertlərin ifadələri arasında kəskin ziddiyyətli halları təhlil edərək qiymət verməmiş, şahidlərin bəzilərinin ibtidai istintaq və birinci instaniya zamanı verdikləri fərqli, ziddiyyətli ifadələri müqayisəli təhlil edərək obyektiv həqiqəti aşkara çıxarmamış, sübutları tam, obyektiv və qərəzsiz şəkildə qiymətləndirməmiş, nəticədə təqsirləndi rilən şəxsin əməlini düzgün tövsüf etməmişdir. Apellyasiya məhkəmə instansiyası Ali Məhkəmənin CK-nın xx.xx.2019-cu il tarixli qərarında qeyd edilən məcburi göstərişlərlə yanaşı, məhkəmə istintaqı zamanı yenidən tədqiq edilmiş əsaslandırılmış sübutlara düzgün qiymət verməmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsnin Cinayət Kollegiyasının Məhkum barəsində qəbul edilmiş 20 oktyabr 2021-ci il tarixli, 1(105)-13/2021 saylı qərarını ləvğ edərək onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi; Məhkum münasibətdə “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında “ vropa Konvensiyasının 3, 6-cı maddələrinin pozulmasının tanınması; qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş maddi, mənəvi və fiziki zərərin kompensasiyası olara q 235000 manatın ödənilməsi vəzifəsinin təqsirkar şəxslərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şika yətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini v ə əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qaz andıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsasland ırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasın ın izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hök mü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməli n (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatla rın qeyd edilməsi qənaətindədir. Müdafiəçinin kassasiya şikayətinin əsas dəlili ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsindən ibarətdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutla ra və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizl iyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasit ələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütü n faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzər də tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına et inasızlıq). Apellyasiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən bir gün əvvəl dostları-mərhum Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la işlərindən əlavə olaraq şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə mebellər sifariş vermək və bu istiqamətdə sair işlərini görmək üçün birlikdə Bakı şəhərinə getməyi razılaşnışlar. 3 fevral 2014-cü il tarixində səhər saat 07:00 radələrində sübh namazını qıldıqdan sonra o Zərərçəkmiş şəxs3 zəng etmişdir. Rza təxminən 07:20 radələrində onun yaşadığı evə gəlmişdir. Elə həmin vaxtda da atası Zərərçəkmiş şəxs2 məxsus notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında idarə etdiyi "VAZ- 21154” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avto mobillə həyətindən çıxıb Vüqargilə getmişlər. Vüqarı götürdükdən sonra Rza avtomobilin sükanı arxasına oturub maşını idarə edirdi, o, qabaq sağ oturacaqda oturmuşdu, Vüqar isə arxada sağ tərəfdə oturmuşdu. Rzanın sürücülük hüququ olduğuna görə, o da Rzanın yanında olduğundan maşını idarə etmək üçün Rzaya vermişdir. Avtomaşını Bakı şəhərindəki "Sədərək” Ticarət Mərkəzinədək Rza idarə edib. Bir neçə saat "Sədərək” TM-də olmuşlar. Orada obyektlərə baxmış, müəyyən əşyaların alınmasından ötrü 8-ci km qəsəbəsində dükanlardan birində mebel sifariş vermişlər. Təxminən saat 15 radələrində Bakı şəhərindən çıxıb Şamaxı istiqamətində yola düşmüşlər. Həmin vaxt avtomobili o idarə edirdi, Vüqar qabaq oturacaqda oturmuşdu, Rza isə arxa sağ oturacaqda uzanıb yatmışdı. Vüqar sonradan rayonda Rza ilə zarafa t etmək məqsədilə mobil telefonla Rzanın yatmış vəziyyətdə şəklini çəkmişdi. O, avtomobillə təxminən 90-100 km/saat sürətlə hərəkət edirdi. Saat təxminən 15:55-də Qobustana çatıb, hər üçü maşından düşüb pullarını bir yerə cəm edərək yanacaq doldurma məntəqəsində maşına benzin almış və hər üçü də marketə daxil olub hər biri üçün bir ədəd "Redbull” adlanan spirtsiz içki almışlar. Bundan sonra təxminnən saat 16:00-da onun təklifi ilə razılaşdıqları kimi avtomaşının sükanı arxasına Rza əyləşib və maşını Ağsu istiqamətində idarə etməyə başlayıb. O, arxada sağda, Vüqar isə qabaq sağ oturacaqda oturmuşdu. Rza avtomaşına oturarkən qapını möhkəm çırpdığına görə ona "Rza bu səninçün VAZ 2106 markalı maşın deyil” deyib irad bildirmişdir. Rza avtomaşını "zmeyka” ilə hərəkətə gətirdiyindən Rzaya təkrar iradımı bildirmiş və şitlik etməməsini demişdir. Yorğun olduğundan maşının arxa oturacağında uzanıb yatmışdır. Avtomobilin qəzaya uğramasını bilməmişdir, ayılanda özünü xəstəxanada görmüşdür. Xəstəxanada olarkən tanışları onun vəziyyəti ilə maraqlanmağa gəlmişdilər və o da onlardan avtomaşının kamaz markalı avtomaşınla toqquşmasını, qəza keçirdiklərini öyrənmişdir. Lakin hadisənin necə və hansı şəraitdə baş verdiyini, ağır nəticələrini bilməmişdir, tanışları da bu barədə ona bildirməmişdir. Fevralın 25 və ya 26-sı tanışı Orxan adlı oğlan onun yanına gəlmişdi, onda söhbət əsnasında ağzından "rəhmətliklərin yasından gəlirəm” kimi söz qaçırdı və o rəhmətlik sözünə reaksiya verdikdə, Orxanın mövzunu dəyişmək istədiyini, lakin artıq Vüqarla, Rzanın qəza nəticəsində vəfat etdiklərini bilmişdir. Başa düşmüşdür ki, həmin vaxtadək bu hadisənin ondan gizlədiblər. Məhkum ifadəsinə əlavə olaraq bildirmişdir ki, avtomobilin spidometri işləmirdi. Spidometr avtomobil dayanmış vəziyyətdə olanda sürət göstəricisi 100-ü göstərirdi, hərəkət etdikdə sürət göstəricisi 100-dən başlayırdı.. Avtomobilin qəzaya uğramasını bilməmiş, yorğun olduğundan arxa oturacaqda yatmışdır.. Ayılanda özünü xəstəxanada görmüşdür. Avtomobilə qəza zamanı sağ tərəfdən zərbə dəymişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi X42 dindirilərkən ifadəsində göstərmişdir ki, Ağsu şəhərində yaşadığı evin qarşısında mağazada satıcı işləmiş, gündüz saatlarında mağazada arvadı onu əvəz etmiş, o, isə evə gedib bir-iki saat dincəlmişdir. Hadisə günü 23 fe vral 2014-cü il tarixdə, saat 07 radələrində o, yatarkən qonşuları, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum özünə məxsus VAZ- 21154 markalı avtomobillə onlara gəlmiş, oğlu Zərərçəkmiş şəxs3 də götürərək Bakı şəhərinə getmişlər. Sonradan onlarla digər dostları Zərərçəkmiş şəxs4 da getdiyini öyrənmişlər. Oğlu Zərərçəkmiş şəxs3 Ağsu rayonunda diş həkimi işləmiş, rayonda tanınmış və hörmətli bir şəxs olmuşdur. Fəridlə qonşu olsalar da, Rzanın Fəridlə əvvəllər çox da isti münasibəti olmamışdır. Rza Vüqarla Sumqayıtda bir yerdə diş texnikliyi məktəbində oxumuş və həmin vaxtdan onların yaxşı münasibətləri olmuşdur. X53 bacısı ilə nişanlandığından Fəridin Rza ilə də münasibəti yaranmışdır. Həmin gün də günortadan sonra, həmişə olduğu kimi, evə getmiş, uzanıb dincəlmək istərkən arvadı saat 17 radələrində ona zəng edərək, Fəridin bibisi ilə anasının ona zəng etdiklərini, Fəridgilin yol- nəqliyyat hadisəsi törətdiklərini və yaralı vəziyyətdə Şamaxıda xəstəxanaya yerləşdirilmələrini bildirdiklərini demişdir. O, xəbəri eşidən kimi küçəyə çıxmış, özü həyəcanlı vəziyyətdə olduğundan öz maşınını idarə edə bilməmiş, maşının sükanını tanıdığı İlyas adlı şəxsə tapşırmış, o, qabaq sərnişin oturacağında, arvadı, Fəridin anası və bibisi Yeganə isə arxada oturmuşlar. Yolda olarkən Fəridin anası qəza vaxtı maşını Rzanın idarə etdiyini bildirmiş, bibisi isə bunu təsdiq etmişdir. Bir-iki nəfər isə onlara zəng edib, Vüqarın hadisə vaxtı öldüyünü, Rzanın isə sağ olduğunu bildirmişdir. Onlar Şamaxı xəstəxanasına çatdıqda baş vermiş avtomaşın qəzası keçirənlər barədə maraqlandıqda, qəza keç irənlərin 3 nəfər olmalarını, iki nəfərin artıq öldüyünü və morqa aparıldıqlarını, bir nəfərin isə yaralı vəziyyətdə xəstəxanada olduğunu demişlər. O, məlumatı alan kimi oğlunun ölüb-ölmədiyini öyrənmək üçün morqa tərəf qaçmış, Fəridin anası ilə bibisi isə, sanki sağ qalanın onların uşağı olduğunu əvvəlcədən bilən adamlar kimi xəstəxanaya getmişlər. Morqda isə oğlu Rza ilə Vüqarın öldüyünü, yalnız sürücü Məhkum sağ qaldığını öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Calal Şahbazov daha sonra ifadəsində göstərmişdir ki, hadisəni görən insanlar, hadisənin baş verdiyi ərazidən keçən taksi sürücüləri və "Xəzər" televiziyasından hadisə yerində olmuş şəxslər qəza nəticəsində oğlunun da öldüyü avtomaşını Məhkum idarə etməsini bildirmişlər. Lakin Fəridin yoldaşları qəza nəticəsində öldüyündən Fərid cəzadan yayına bilməsi üçün avtomaşını özünün yox, Rzanın idarə etdiyini bildirmişdir. O, hadisədən bir neçə gün sonra telefonla Fəridə zəng edib, ona avtomaşını idarə etdiyi təqdirdə ona 8-9 il cəza təyin ediləcəyini demiş, cavabında isə Fərid ona 6 il cəza təyin ediləcəyini bildirmişdir. Oğlunun yas mərasiminə təqsirləndirilən şəxsin qohumları tərəfindən heç bir maddi yardım göstərilməmişdir. Oğlunun 40 mərasimindən sonra Fəridin bibisi onlara gəlmiş, şalını onun qabağına atmış və yalvararaq Rzanın ölümünə görə Fəriddən şikayətçi olmamağı xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Calal Şahbazov ifadəsinin yekununda göstərmişdir ki, hadisədən sonra ailə üzvləri tərəfindən oğlu Zərərçəkmiş şəxs3 məxsus olub, hadisə günü özü ilə gəzdirdiyi "Samsunq" markalı mobil telefona baxıl arkən Rzanın hadisədən əvvəl yolda maşında gedərkən avtomaşının arxa salonunda uzanıb sevdiyi qızla yazışmaları aşkar edildiyindən o, həmin mobil telefonu və telefon vasitəsi ilə çəkilmiş iki ədəd fotoşəkli istintaq orqanına təqdim etmişdir. O, təqsirləndirilən şəxs Məhkum şikayətçidir və Məhkum qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X42 ifadəsində göstərmişdir ki, 2014-cü il fevral ayının 22-si gecəsində oğlu vəfat etmişdir. Dəfələrlə məhkəmələrdə iştirak etmişdir. Qızına 2017-ci ildə toy edəndə təqsirləndirilənin ailəsi barışmağı təklif etdilər. O da içəridən tez çıxsın deyə barışıq ərizəsi yazmışdır. O insanlıq edib barışmışdır. Axırıncı a pellyasiya məhkəməsində təqsirləndirilən şəxsin özü etiraf etmişdir. İndi isə bəraət istəyirlər. O, şahidlər- X4 və X3 üzünü görməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X42 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğlunun telefonunu istintaqa hadisədən bir neçə vaxt sonra o təqdim etmişdir. Hal-hazırda telefon yoxdur, yanmışdır. O, X28 heçnə deməmişdir, özü öz xahişi ilə o ifadəni vermişdir. Yəqin ki sonradan təqsirləndirilən şəxsin atası ona təsir etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin anası, mərhum Zərərçəkmiş şəxs4 hüquqi varisi X23 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum onun qızının nişanlısı, mərhum Rza isə oğlu Vüqarın dost olmuşdur. Fərid qızı ilə nişanlandıqdan s onra oğlu Vüqar və Rza ilə dostluq etməyə başlamışdır. 23 fevral 2014- cü il tarixdə oğlu Vüqar Sədərək Ticarət Mərkəzinə gedib, oradan çayxana götürüb Fərid və Rza ilə şərikli işlədəcəklərini dedikdə o, həmin gün hava tutqun və çiskinli olduğundan və oxşar bir havada həyat yoldaşının avtomobil qəzası keçirib vəfat etdiyindən, onların getməsinə etiraz etmişdir. Hələ bir gün əvvəl Vüqar evdə Rzanın maşını ilə gedəcəklərini desə də, hadisə günü Fəridin atasının maşını ilə getdiklərini görmüşdür. Fəridə bir həftədir Bakıda olduğunu, dünən gəldiyini, yorğun olduğunu bildirib, getməməyi xahiş etdikdə, Vüqar onlara mane olmamağı demişdir. Hətta qorxduğundan Vüqara arxada oturmasını tapşırmışdır. Onlar hər üçü deyib-gülərək yola düşdükdə o, adəti üzrə onların arxasınca su atmışdır. Vüqargil gedən dən sonra, o, saat təxminən 11 radələrinədək bir neçə dəfə Vüqarın telefonuna zəng etsə də o, telefonu açmadığından qaynı Rzanın telefonuna zəng etmiş, Rza telefon zənginə cavab verərək "Sədərək" ticarət mərkəzində olduqlarını demişdir. O, Rzanın telefonu ilə Vüqarla danışmış, Vüqar telefonunun enerjisinin az olduğunu bildirib, ona görə açmadığını demişdir. Günortadan sonra, saat 16:02-də Vüqara zəng etmiş, onun telefonuna zəng çatmadıqda o, Vüqarın telefonunun enerjisinin bitdiyini fikirləşmişdir. Saat 16.30 radələrində oğlu Vüqar dostları Rza və Fəridlə birlikdə Fəridin avtomobili ilə avtoqəzaya düşmələrini zəng edib qızlarına, sonuncular isə əmilərinə bildirsələr də, onlar hadisəni ondan gizlətmişlər. O, hadisə barədə sonradan öyrənmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş Zər ərçəkmiş şəxs4 hüquqi varisi Esmira Mütəllimova baş vermiş hadisəni onun taleyində Allahın yazısı kimi qiymətləndirdi və Məhkum qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Esmira Mütəllimova, həmçinin məhkəməyə ərizə ilə müraciət edib, təqsirləndirilən şəxs Məhkum qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində təqsirləndirilən şəxs Məhkum ilə barışdığını, iş üzrə hər hansı bir şikayət və tələbi olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə-tibb ekspertizasının 10 mart 2014-cü il tarixli, 80 nömrəli və komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəylərinin tədqiqi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında ekspertlər - 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəyi vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 Şamaxı rayon şöbəsinin eksperti X5 və 09 iyun 2014-cü il tarixli, 674 nömrəl rəyin verilməsində iştirak etmiş komissiya üzvü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya, Elmi-Təcrübi və Tədris Birliyinin təkrari ekspertizalar şöbəsinin eksperti X18 məhkəmə baxışı zamanı dindirilmişlər. X10 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəydə göstərilənləri bir daha təsdiq etmiş və göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə 103 xidmətindən və Şamaxı rayon Mərkəzi Xəstəxanasından ona zəng olunub məlumat verilmiş, hazırkı iş üzrə təqsirləndirilən şəxs Məhkum ilk dəfə elə həmin gün, hadisədən dərhal sonra Şamaxı rayon Mərkəzi Xəstəxanasında müayinə etmişdir. Məhkum xəstəxanaya daxil olarkən onun ümumi diaqnozu müalicə həkimi tərəfindən müəyyənləşdirilsə də, onun bədənindəki bütün xəsarətlər ilkin diaqnozda göstərilməmişdir. Lakin Fəridin almış olduğu bədən xəsarətlərininin hamısı, o cümlədən sağ daban və sağ tiş topuq sümüklərinin qapalı sınığı, baş beynin silkələnməsi, döş qəfəsinin sol yarısında qançır xəsarətləri, yəni təhlükəsizlik kəmərinin izi ilk olaraq onun özü tərəfindən aşkarlanmışdır. Alt çənənin sol oynaq və mental hissəsinin sınığı və baş beynin silkələnməsi isə artıq müalicə həkimi tərəfindən müəyyən olunan xəsarətlərdən olmuşdur. Məhkum döş qəfəsinin sol yarısında olan qançır təhlükəsizlik kəmərini n bədəni sıxmasına, çənəsinin yerdəyişmiş qapalı sınığı isə sükana və yaxud avtomaşının şitinə dəyməyə xarakterik olduğundan, o, tərtib etdiyi rəydə bunu belə də göstərmişdir. Təqsirləndirilən Məhkum bədəni üzərində qanaxma ilə müşayiət olunan heç bir xəsarət aşkar edilməmişdir. Ekspert daha sonra göstərmişdir ki, mart ayının 9-da müstəntiqlə birlikdə Respublika Kliniki Xəstəxanasında olmuş, orada Fəridin vəziyyəti və tibbi sənədlərlə tanış olmuş və mart ayının 10-da 80 saylı rəyi yazıb tamamlamış və istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən və vəfat etmiş şəxslərlə onun heç bir şəxsi qərəzliliyi olmamış, onların xeyrinə və ya ziyanına rəy verməyi ondan xahiş edən olmamış, qərəzsiz və düzgün rəy vermişdir. Məhkum müayinə etdikdən sonra Fəridin çiynində təhlükəsizlik kəmərinin təs irindən əmələ gəlmiş qançırın olmasını müstəntiqə də bildirmişdir. Hətta müstəntiq mobil telefon vasitəsi ilə həmin qançırın foto şəklini də çəkmişdir. Lakin həmin fotoşəkillərin iş materiallarına əlavə edib-etməməsindən o, xəbərsizdir. X10 ifadəsində göstərmişdir ki, o, həm də, hadisə günü yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da meyitlərinin daxili və xarici müayinəsini aparmış, daxili müayinədən əvvəl hər iki zərərçəkmişin fotoşəkilləri çəkilərək müvafiq ekspert rəylərinə əlavə edilmişdir. Hər iki rəy onun tərəfindən obyektiv və qərəzsiz olaraq tərtib edilmiş və istintaq orqanına təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xəstənin X54 müayinəsi zamanı o nun sol çiyin qurşağında təhlükəsizlik kəmərinin izi olduğunu müəyyən etmişdir. Müstəntiq onun fotoşəklini də çəkmişdi. Onlar Ağır Cinayətlər Məhkəməsinə çağrılanda da həmin fotoşəkil var idi. Əgər onun sol çiyin qurşağında belə bir iz varsa, deməli o qabaq sol oturacaqda oturub. Həmin fotoşəkil müstəntiqin komputerində saxlanılır. Zərərçəkmiş şəxs3 gəldikdə isə onu deyə bilər ki, onun xəsarətləri maşının salonunda əmələ gələ bilərdi. Qabaqda oturanın başı alın şüşəsinə dəyə bilər. Arxada oturanın başı isə maşının müxtəlif yerlərinə dəyə bilər. Bəzən arxa oturacaqda oturan gəlib qabağa da dəyə bilər, hətta qabaq alın şüşəsindən kənara da düşə bilər. Belə hesab edir ki, o, rəyi düz vermişdir. X1 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, Bakı Ağır cinayətl ər Məhkəməsində heç bir şahid yox idi, onlar yeddi ildən sonra ortaya çıxıblar. Xəstəni özü müayinə etmişdir. Xəstə X54 müalicə olunurdu. Onlarda belə bir əmr var ki, xəstəni ilkin müayinə etməlidirlər. Müstəntiq ona zəng etmiş və o müayinə üçün Bakıya getmişdir. Müstəntiq Şahid xəstəxanada xəstəni ona təqdim etmişdir. Həmin izin şəklini müstəntiq də çəkmiş, həmin şəkli komputerdə saxlamışdır. Təhlükəsizlik kəmərinin izinə uyğun bir iz idi. Onlar canlı şəxsin fotoşəklini heç vaxt çəkmirlər və onun rəyinə şəkil yapışdırmırlar. Onu müstəntiq çəkir. Daha sonra X1 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, adətən avtoqəza zamanı sükana baş yox, qaraciyər və döş qəfəsi dəyir. Rəydə konkret sual qoyulmayıb deyə konkret cavab verməmişlər. Xəsarətlərin ölçüsü, xa rakteri və istiqamətini xatırlamır. Arxada oturanın kəllə travması alması mümkündür. Arxada oturanın xəsarətini salonun hansı hissəsinə dəyməsi nəticəsində mümkün etmək üçün avtomaşını da müayinə etməlisən, maşında izlər qalıb ya yox. Sırf xəsarətin izinə görə müəyyən etmək olmur. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı ekspert A.A.Abdulrazaqova mərhum Zərərçəkmiş şəxs3 şəkillərinə baxış keçirərək fikrini söyləməsini təklif edilmiş, ekspert A.A.Abdulrazaqov şəkilə baxış keçirərək, xəsarətin çox güman ki, öndə oturan şəxsə aid olduğunu, alın şüşəsinə dəymə nəticəsində olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı ekspert qismində dindirilmiş X15 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Məhkum xəsarəti döş qəfəsinin sol yarısından yuxarı his sədən başlayaraq döş sümüyünə qədər davam edən çəpinə istiqamətli, uzunluğu 12 sm, eni 4 sm olan qançırı var. Bu qançır yalnız qabaqda solda oturan insanda əmələ gəlir. Buna səbəb təhlükəsizlik kəmərinin təsiridir. Arxada təhlükəsizlik kəmərini kim taxır ki ? Bu xəsarət arxada oturan təhlükəsizlik kəmərini taxan insana uyğun xəsarət deyil. Bundan əlavə onun alt çənəsində iki yerdə sınıq var. Bütün elmi əməliyyalarda var ki, avtoqəza zamanı sürücü özünü sükan və təhlükəsizlik kəməri ilə təsdiq etdiyindən sürücüdə ağır xəsarətlər olmur. Lakin təhlükəsizlik kəməri olmadıqda daha ağır və çoxlu xəsarətlər baş verir. Arxa oturacaqda olan insanın xəsarət alması üçün onun başı qabaq oturacağın arxasına dəyməlidir. Amma yenə də müəyyən etmək lazımdır ki toqquşma hansı bucaq altında baş verib. Sürüc ü olan Məhkumdir. Onlarda olan Məhkum ekspertizasıdır. Şamaxıda olan ekspert rəyi ilə onların verdiyi ekspert rəyi arasında ziddiyyət yoxdur. Sükan arxasında olan şəxsdə sükan onu saxladığına görə az xəsarət olur. Digər şəxslərdə isə sərbəst olduqlarına və bədənin ağırlıq dərəcəsinə və toqquşma bucağına görə bədən xəsarətləri çox və ağır olur. Daha sonra suallara cavab verən ekspert X15 bildirmişdir ki, Məhkum bundan başqa sağ topuq sınığı və daban sümüyünün sınığı aşkar edilmişdir. Ayaqda olan xəsarətlər ayağın dirənməsi nəticəsində baş verib. Belə ki, ayağını harasa dirədiyindən sınmışdır. Toqquşma anında bədən ağırlıq qüvvəsi hesabına özünü qabağa tullayır və şəxs ayağını yerə dirədiyindən həmin xəsarətlər baş verir. Bunlar sırf sürücüdə baş verən xəsarətlərdir. Arxada oturan insanlarda belə xəsarətlər mümkün deyil, çünki onlar sərbəst olur və özünü tarazlıya bilmir. Sürücü hadisə baş verən qəzaya ən tez reaksiya verən insandır. Arxada oturan insanlar qəza təhlükəsini hiss etməyə də bilər. Sağ topuq sınığı və daban sümüyünün sınığı pedala da dəyə bilər, döşəməyə də dəyə bilər, sıxılma nəticəsində yaranan sınılardır. Küt yaranma mexanizmidir. Qan bioloji obyektdir. Qan 3-4 ay müddətində götürülə bilərdi. Artıq uzun müddət keçib. Qan nümunəsinin götürülməsi artıq mümkün deyildir. Bu hadisədə xəsarətlərə görə sükan arxasında olan Məhkumdir. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı ekspert C.F.Abbasova mərhum Zərərçəkmiş şəxs3 şəkillərinə baxış keçirərək fikrini söyləməsini təklif edilmiş, ekspert C.F.Abbasov şəkilə baxış keçirərək, başından alınan xəsarəti oturacağ ın arxa hissəsinə dəyməsi nəticəsində almışdır. Zərərçəkmiş şəxs3 xəsarətləri sükan arxasında olan şəxsə aid xəsarətlərə aid deyil. Maşına zərbə sağ tərəfdən dəyib. Bu xəsarətlər avtomobilin salonunun müxtəlif hissələrinə dəyməsi nəticəsində baş verib. Bu şəxsdə şüşə yarası yoxdur. İki yara var, bu yaralar da sükan arxasında olan şəxsin ala biləcəyi yara olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəyindən görünür ki, tibbi ekspertiza tədqiqatı zamanı təqsirləndirilən Məhkum bədənində alt çənənin sol oynaq və mental hissəsinin sınığı, döş qəfəsinin sol yarısında qançır, sağ daban və sağ tiş topuq sümüklərinin qapalı sınığı, baş beynin silkələnməsi, döş qəfəsinin sol yarısında qançır kimi xəsarətlər aşkar olunmuşdur. Tədqiq olunan rəydən görünür ki, təqsirləndirilən Məhkum bədənində aşkar olunan xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, alt çənədə müəyyən olunmuş sınıqlar çənənin avtomobilin salonunda olan sükana və ya şitə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür. Döş qəfəsinin sol yarısında müəyyən olunmuş qançır təhlükəsizlik kəmərinin təsirindən törənmişdir, sağ ayaqda müəyyən olunmuş zədələr avtomobillərin toqquşması zamanı ayağın avtomobilin döşəməsinə, əyləc və ya digər pedala dirənmiş vəziyyətində əmələ gələ bilər. Keçirilən ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum bədənində müəyyən olunmuş xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundur. Məhkum bədənində müəyyə n olunmuş xəsarətlərin yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəyindən görünür ki, ekspertlər komissiyası tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum aşağı çənədə solda qapalı sınıq, döş qəfəsinin sol yarısında çiyin nahiyəsindən başlayaraq döş sümüyünə qədər davam edən çəp istiqamətli qançır, sağ daban və bayır topuğun qapalı sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi olmuşdur.Ekspertlərin rəyinə görə qeyd edilən həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı yarana bilərdilər, yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs Məhkum aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr hadisə vaxtı onun sükan arxasında olmasına uyğun gəlir. Belə ki, döş qəfəsindəki qançır sol tərəfdə olan təhlükəsizlik kəməri təsirindən, aşağı çənədəki sınıq sükan və ya şit təsirindən, sağ aşağı ətrafdakı sınıqlar isə əyləc və ya digər pedal təsirindən yarana bilərdilər. Şamaxı Mərkəzi Rayon Xəstəxanasının xəstənin ambulator, stasionar tibbi kartasından 24 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, təqsirləndirilən Məhkum həmin xəstəxanaya 23 fevral 2014-cü il tarixdə "Beyin silkələnməsi, alt çənənin yerini dəyişən qapalı sınığı" diaqnozu ilə daxil olmuş, 24 fevral 2014-cü il tar ixdə isə qohumlarının xahişi ilə o, Bakı şəhərinə Kliniki-Tibbi Mərkəzə göndərilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin "Kliniki-Tibbi Mərkəzi”-nin 17 aprel 2014-cü il tarixli, X/T№ 1494 saylı Epikrizindən isə görünür ki, təqsirləndirilən Məhkum Tibbi Mərkəzə 24 fevral 2014-cü il tarixdə, saat 13:10-da daxil olmuş, həmin Mərkəzdə 17 aprel 2014-cü il tarixədək müalicə almış və ona "Q.K.B.T, B.B.S, sağ aşıq sümüyünün yerini dəyişməyən sınığı, sağ aşıq daban oynağının küt travması, çənənin sağ mental, sol oynaq və tac çıxıntılarının yerini dəyişmiş sınığı" kimi son kliniki diaqnoz qoyulmuşdur. Bakı Baş Səhiyyə İdarəsinin "Kliniki-Tibbi Mərkəzi”-nin 26 sentyabr 2014-cü il tarixli, 1616 saylı arayışı ilə təqsirləndirilən şəxs Məhkum "qapalı kəllə beyin travması, beyin silkələnməsi, alt çənənin yeri ni dəyişən qapalı sınığı" diaqnozu 24 fevral 2014-cü il tarixdə Kliniki-Tibbi Mərkəzə daxil olması və həkim-ekspert Abdulrazaqovun 09 mart 2014-cü il tarixdə həmin Mərkəzdə Tibbi sənədlə tanış olması barədə qeydlərin aparılması bir daha təsdiq olunmuşdur. Məhkəmə-tibb ekspertizasının 03 mart 2014-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs3 meyiti üzərində alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan rəydən daha sonra görünür ki, müəyyən olunan xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. H əmin xəsarətlər yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda əmələ gəlməyə uyğundur. Ölümünə səbəb kəllə əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvələ uyğundur. Məhkəmə-tibb ekspertizasının 03 mart 2014-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı mərhum Zərərçəkmiş şəxs4 meyitinin bədəni üzərində soldan İN-lV-V-Vİ-VM-VİM qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, aşkar olunan həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, yetiril mə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda əmələ gəlməyə uyğundur. Zərərçəkmiş şəxs4 ölümünə səbəb çoxsaylı qabırğaların sınığı, ağ ciyər toxumasının cırılması nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə-tibbi müayinəsindən 4-6 saat əvvələ uyğundur Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 27 iyun 2014- cü il tarixli, 11801 nömrəli rəyindən görünür ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7- ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, yəni yol hərəkətnin iştirakçısı kimi o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunu etməmişdir və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirak çıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə görə Üfiqi nişanlanma xəttinin xüsusiyyətinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexanizmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırılmalıdır. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Məhkum hərəkətlə rində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması və həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum yol hərəkətnin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib ötmə əməliyyatı aparmaq üçün yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb öz yoluna qayıdarkən avtomobilin qabaq sağ hissəsi sağ tərəfdə eyni istiqamətdə düzünə hərəkətdə olan F.İ.Mirzəyevin idarə etdiyi Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyərək toqquşaraq ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb və hadisənin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə istintaq zamanı və məhkəmə istintaqında təd qiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kol legiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli olması Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol veri lməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar ta m, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin c inayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayə tin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi halla r onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunl uğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının d ispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai ist intaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinini bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətlənditilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-c ı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-552/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-552/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver