Məhkəmə qərarları › İş №1(102)-553/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-553/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-553/2019 01.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 553/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "01" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə t əqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəniyev Faiq Əsəd oğlu, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxxxxx 1954-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evl i, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs X1 2016-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərində yerləşən Mali yyə və Hüquq İnstitutunun hüquq fakültəsinə qəbul etdirəcəyi və 2017-ci ilin yanvar ayında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməsini təmin edəcəyi barədə yalandan vəd edib aldadaraq 2016-cı ilin avqust ayının ortalarında Şəki şəhərində X6 vasitəsi ilə 5.000 manat pulunu, 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayının sonlarına qədər olan müddət ərzində X3 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3-cü km ünvanında yerləşən Bakı Beynəlxalq Avtovağzalındakı marşrut avtobuslarının dayanacağında ayrı-ayrı vaxtlarda 4.500, 5.000, 5.000, 4.000, 4.500, 4.000, 10.000, 6.000, 5.000 və 3.500 manat pulunu, 10 fevral 2017-ci il tarixdə X12 səhərində yerləşən «Rabitəbank ASC»-nin Şəki filialından göndərdiyi 3.500 manat pulunu, sonuncu dəfə Sərxan Musayevin vasitəsi ilə 24 fevral 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3cü km ünvanında yerləşən Bakı Beynəlxalq Avtovağzalındakı marşrut avtobuslarının dayanacağında 3.800 manat pulunu, vahid niyyətlə əhatə olunan qəsdlə alıb Zərərçəkmiş şəxs ümumilikdə 63.800 (altmış uç min səkkiz yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilməmiş, yalnız 30 iyul 2018-ci il tarixdə Məhkum yuxarıda qeyd olunan hökmdən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə 15 iyul 2018-ci tarixli vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Vəsatətdə Məhkum buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 se ntyabr 2018-ci il tarixli qərarı ilə həmin məhkəmənin 12 mart 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Yuxarıda göstərilən qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şamayev Elşad Yaquboviç, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibdə) 14 noyabr 2018-ci il tarixli ilkin baxış iclasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli ilkin baxış iclasının qərarından M əhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə apellyasiya şikayəti vermə müddətini bərpa edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən onun ağır dərəcəli şəkər xəstəsi olduğunu, həbsdə olduğu müddət ərzində sağ ayağının amputasiya olduğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham və ya bəraət hökmü çıxarıldıqda verilir. Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmün surəti Məhkum 12 mart 2018-ci il tarixdə göndərilmi ş (iş vərəqə 116) və o, hökmün sürətini alınması barədə qəbzə 17 mart 2018-ci il tarixdə imza etmişdir (iş vərəqə 121). Məhkum tərəfindən apellyasiya şikayəti isə 15 iyul 2018-ci il tarixdə, yəni hökmü aldığı vaxtdan 04 aya yaxın müddət keçməsindən sonra verilmişdir. Kassasiya şikayətində məhkumun səhhəti ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsinə istinad edilsə də, şikayətə məhkumun uzun müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onu və ya müdafiəçini vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Bu səbəbdən də, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və məhkumun 04 ay müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmaması inandırıcı olmadıgını nəzərə alaraq belə qənaətə gəlir ki, şikayətdə göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, məhkumun apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri haqlı olaraq qərardan apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətini təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqs irli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar