Məhkəmə qərarları › İş №1(102)-553/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-553/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-553/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(089)67/2016 nömrəli hökmü ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 04 ilədək azaldılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, x ünvanında qeydiyyatda olan, X kirayədə yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1647/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti nə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 1(006)-183/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: S.R.Mustafayeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli, 1(089)-67/2016 nömrəli hökmü ilə təyin edilmiş 2680 (iki min altı yüz səksən) manat cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə c əzası və 2680 (iki min altı yüz səksən) manat cərimə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 31 yanvar 2023cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1647/2023 il tarixli qərarı ilə, (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin h alları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlamaqla daşımışdır. 31 yanvar 2023cü il tarixdə saat 11:30-da ünvan 2 ünvanının qarşısında əlində olan çantasında gəzdirərkən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərində şəxsi axtarış keçirilən zaman təqdim etdiyi çantanın içərisindən 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş "SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrlı “AKM” modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və “SKS” karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 03 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən işin əhəmiyyətli hallarına, o cümlədən Məhkum məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadələr verməsinə, ona münasibətdə yüngülləşdirən halların olmamasına, əksinə əməlində cəzasını ağırlaşdıran hal hesab edilən cinayəti n residiv olmasına baxmayaraq sonuncuya yüngül cəza təyin etmişlər. Kassasiya protestinin müəllifi iddia edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarına, eləcə də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəm əsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasın da ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və b u zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsi ndə əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş cəzanın həcmi ilə bağlı dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ay (CM 55.2-ci maddədən çıxış edərək) olmaqla yuxarı həddi isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan islah işləri (iki ilədək müddətə), azadlığın məhdudlaşdırılması cəzası (bir ildən üç ilədək müddətə) nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadl ıqdan məhrum etmə cəzası təyin edilmiş, verilmiş apellyasiya protesti apellyasiya məhkəməsi tərəfindən təmin edilməmiş və həmin cəzanı dəyişdirmədən saxlamışdır. Baxılan işdə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, Məhkumin cinayəti cinayətlərin residivin olmasını (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə və 2680 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı əfv sərəncamına əsasən xx.xx.2018-ci il tarixdə Məhkum cəzadan azad edilmiş) cəzanı ağırlaşdıran hallar kimi nəzərə almışlar. Məhkəmə kollegiyası onunla razılaşır ki, həqiqətən də birinci və apellyasiya instansiyası məhkəmələri cəzanı yüngülləşdirən hallar müəyyən olunmadığı (cinayətlərin residivi isə hökmdə CM-in 18.1 və 61.1.1-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən olunduğu) vəziyyətdə, müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, habelə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının məzmununu sadəcə təkrarlayıb Məhkum qeyd olunan cəzanı təyin etməklə, bu məsələ üzrə gəldikləri nəticəni aydın şəkildə (qənaətləri ilə uzlaşdırıla biləcək işin konkret hallarına istinad etməklə) izah etməmişlər, yəni bu hissədə məhkəmələr cinayət və cinayət prosessual qanununvericiliyinin tələbləri kontekstində lazımınca əsaslandırmamışlar. Lakin, məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fu ndamental xarakterli pozuntuların aradan qaldırlması üçün nəzərdə tutulmuş icraat olmasından və 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının da kifayət qədər sərt (CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzalardan daha ağır növdə və bu növ cəzanın da yuxarı həddinə - 3 ilə yaxın müddətdə cəza) olmasından çıxış edərək, kassasiya protestində təklif olunduğu kimi - Məhkum cəzasının artırılmasını təmin etməkdən ötrü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, qanunverici tərəfindən residivə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın aşağı həddi müəyyən edilmiş, yuxarı həddi ilə bağlı hər hansı imperativ tələb nəzərdə tutulmamış, həmçinin məhkəmələr tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş cəza (1 il 06 ay müddətə azadlıqdan məhrum etmə) residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.2-ci maddəsinin müəyyən etdiyi həddədir (CM-in 228.1ci maddəsində daha ağır cəza növü kimi təsbit olunmuş 3 il müddətə azadlıqdan məhrum etmənin yarısından az deyil) və yüngüllüyünə görə CM-in 58.3-cü maddəsində göstərilən hallara, o cümlədən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən, nəticə etibarı ədalət prinsipinin tələblərini pozan cəza kimi qiymətləndirilə bilməz. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi ci nayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, məhkum olunan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə ağır cəzanın təyin edilməsi həmin cəzanın məhkumun islah edilməsi məqsədi ilə deyil, törədilmiş cinayətə görə əvəz çıxmaq, qisas almaq üçün təyin edilməsi kimi qiymətləndirilə bilər ki, bu isə cəzanın AR CM-nin 41ci maddəsində nəzərdə tutulmuş məqsədləri ilə bir araya sığ mır. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1647/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kas sasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 1(103)-1647/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar