Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-553/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(100)-13/2024 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrliyi), İmanov Dadaş Hüseyn oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, xxx -də qeydiyyatda olmaqla xxx-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 5 mart 2022-ci il tarixdən 7 mart 2022-ci il tarixədək hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və başqa iş üzrə həbsdə olmasının nəzərə alınması, cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 13 mart 2024-cü il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin olunması, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması; 6 oktyabr 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, xxx-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə nin başlanğıcının 17 noyabr 2021-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması müəyyən edilmişdir Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmiş, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən məhkumlar X, Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli 1(104)-295/2024 nömrəli (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev Əli zamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayəti, Məhkum və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmişlər, ona görə ki, Məhkum, tanışı x şəhər sakini X12 və qohumu x şəhər sakini Təqsirləndirilən şəxs2 il ə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək üçün razılaşdıqdan sonra istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,18 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək razılığa əsasən hissə-hissə satması üçün ayrı-ayrı bükümlərdə Təqsirləndirilən şəxs2 vermiş, 14 noyabr 2021-ci il tarixdə istintaq zamanı dəqiq müəyyən edilməmiş saatda Gəncə şəhəri ərazisində onun tapşırığına görə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə əldə etdiyi həmin narkotik vasitə heroindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda 4,819 qram çəkidə narkotik vasitə heroini 375 manat pul müqabilində X-ə satmış, DİN-in B aş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 noyabr 2021-ci il tarixdə saat 22:15 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, X26 küçəsi ev 48 ünvanının yaxınlığında birlikdə saxlanılaraq Gəncə şəhəri, x 41 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilib üzərilərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli uzunqol qış gödəkcəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda, yəni 4,819 qram çəkidə həmin narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngl i cins şalvarın sağ yan cibindəki 1 ədəd sarı rəngli plastmast kiçik qutunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 4 ədəd şəffaf rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.386 qram, 1.096 qram, 1.002 qram və 0.895 qram, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 4,361 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı halda onun təqsirli bilinməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024cü il tarixli hökmünün dəyişdiri lmədən qüvvədə saxlaması barədə Gəncə Apellyasiya Məhkəməsi qanunsuz və əsassız qərar çıxarmışdır. Belə ki, Məhkum digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olmalarını və onlara və digər şəxslərə hər hansı bir narkotik vasitələrin satması barədə gəldiyi nəticəyə nəzər saldıqda açıq-aydın görünür ki, bu cür yanaşma hüquqdan kənar yanaşmadır və bunun heç bir hüquqi əsası ola bilməz. Çünki təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satması barədə nə istintaq orqanı nə də, məhkəmə sübuta yetirilə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülməsinə baxmayaraq onun bu əməlini sübuta yetirəcək hər hansı bir mötəbər sübut əldə edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutların məcmusu təqsirləndiril ən şəxsə qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsinə kifayət etmirdi. İstintaq materiallarında Məhkum narkotik vasitələrin satması barədə heç bir sübuta rast gəlinməmişdir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərarda Məhkum qabaqcadan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən əlbir olması hər hansı bir narkotik qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması göstərilsə də lakin, onun yaşadığı evə baxış keçirilməmişdir. Bundan başqa iş üzrə digər təqsirləndirilən şəxslər X1 və X2 ilkin istintaq zamanı təzyiq altında narkotik vasitələrin Məhkum almaları zorla etiraf etdirilərək verdikləri ifadəsi həqiqətə uyğun olmamışdır. Məhkum narkotik vasitəni X1 və X2 adlı şəxslərə satması faktının mövcudluğu barədə a pellyasiya instansiya məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslər ibtidai istintaq orqanında narkotik vasitələri Məhkum aldıqlarını bildirmişlər. Lakin, cinayət işinin materiallarından da görünür ki, Məhkum heç kimə narkotik vasitə satmamış və təqsirləndirilən X1 və X2 adlı şəxslər istintaq zamanı verdiyi ifadəsini polis əməkdaşlarının təzyiqi altında olduğu üçün buna məcbur edilmişdir. Lakin, apellyasiya məhkəməsinin Məhkum satış məqsədi ilə hərəkət etməsi (narkotik vasitənin X1 və X2ə satması) və onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması haqqında yekun qənaəti həmin məhkəmənin istinad etdiyi sübutlarla da uzlaşmır. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə Məhkum tanışları X2 və X1in şəxsi axtarış v ə götürmə zamanı narkotik vasitənin Məhkum alması ilə bağlı verdiyi izahatın, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin, X1 və X2dən aşkar edilmiş narkotik vasitənin tərkibini eyniliyinə dair əlavə məhkəmə-bioloji ekspertizasının rəyinin, yəni başqa sözlə desək əldə olunmuş sübutların apellyasiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilib-edilməməsinə qiymət verilməsini zəruri hesab edilməli idi. Sadalanmış hallardan müəyyən olunur ki, X1 və X2 özləri barəsində həyata keçirilmiş cinayət təqibi ilə bağlı cinayət-prosessual münasibətlərinin subyekti qismində prosessual statusu təqsirləndirilən şəxs olduğu halda, Məhkum cinayət işi üzrə heç bir, o cümlədən şahid qismində prosessual status əldə etməməsinə baxmayaraq, cinayət təqibi orqanı sonuncunun şəxsi axtarış və götürmə zamanı vermiş olduğu izahatını Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün sübut kimi dəyərləndirmişdir. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilərək, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkum Təqsirləndirilən şəxs2 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, saxlanıldığı andan və sonrakı istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinin ciddi surətdə pozulmasına baxmayaraq məhkəmələr tərəfindən bu pozuntular aradan qaldırılmamış, barəsində tam əsassız olaraq həddindən artıq ağır cəza təyin edilmişdir. Belə ki, ittihama ə sasən narkotik vasitələrini Təqsirləndirilən şəxs1 onun satdığı qeyd edilsə də, nəyə görə onun barəsində polis tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq qərar qəbul edilmədiyi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxs1la heç bir cinayət əməllərinin törədilməsində iştirakı olmamış, ona narkotik vasitələr satmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq və əməlini düzgün qiymətləndirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edi lməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarının Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Verilmiş kassasiya şikayətlərində Məhkum və Təqsirləndirilən şəxs2 barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları təd qiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədil miş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmaya n (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid ol an və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı isə Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə kassa siya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum və Təqsirləndirilən şəxs2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətlərində məhkumların əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindikləri, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Bel ə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itti hamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətmələri özlərinin və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, şahid qismində dindirilmiş Şahid2, X4, Şahid4 və Şahid3 ifadələri, 17 noyabr 2021-ci il tarixli “Raport”, həmin tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qər ar, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 noyabr 2021-ci il tarixli protokol, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli 5(044)256/2021 nömrəli qərarı, DİN BNMİ-nin QBRŞ-si tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu, məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2021-ci il tarixli 16/1221 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 6 dekabr 2021-ci il tarixli 1456 nömrəli və 13 mart 2022-ci il tarixli 782 nömrəli rəyləri, “baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətlərinin tələbləri həmçinin nəticə etibarı ilə məhkumlara istinad edilən cinayətlərdə təqsirli bilinmələrinə dair nəticələrin əsası na qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində verilən həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başl anılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxs X6 və Təqsirləndirilən şəxs2 dindirilməsi zamanı AR DİN-nin BNMİ-nin QBRŞ-nın əməkdaşları tərəfindən döyülmələrini bildirməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış, lakin göstərilən xüsusatlar təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X14 tərəfindən Azərbaycan Respublikasının CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul ed ilmişdir. İstər Gəncə Ağır Cinayətlər Məhkəməsi, istərsə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X6 və Təqsirləndirilən şəxs2 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum və Təqsirləndirilən şəxs2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla a parılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum və Təqsirləndirilən şəxs2 təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətlərinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda bir inci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəməl ər tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum və Təqsirləndirilən şəxs2 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1- ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olmasını, onlarla əlaqələrinin olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. O cümlədən məhkumlara təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması və atasının 2-ci qrup əlil olması, Məhkum himayəsində azyaşlı xəstə uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum və Təqsirlə ndirilən şəxs2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti, Məhkum və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs2 barələrində Gəncə Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-553/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-553/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver