Məhkəmə qərarları › İş №1(102)-554/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-554/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-554/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum2 müdafiəçisi Müdafiəçi iştirakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 may 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Təqsirlənd irilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X.Səmədov, C.Ramazanov və R.X7ovdan ibarət tərkibdə) 10 may 2018-ci il tarixli hökmü ilə hakimlər xx.xx.1978-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 12 fevral 2017-ci ildən 12 may 2017-ci ilədək həbsdə saxlanıldığı 3 ay ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmü ilə Məhkum1 təyin edilmiş və çəkilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilərək üzərində qəti olaraq 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmış, cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 10 may 2018-ci ildən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 413,80 manat ekspertiza xərcinin hər bir təqsirləndirilən şəxsdən 137,90 manat tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. xx.xx.1976-cı ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayamış, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə, CM-in 234.2-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, ona təyin edilmiş c əzalar qismən toplanaraq qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 12 fevral 2017-ci ildən 12 may 2017-ci ilədək həbsdə saxlanıldığı 3 ayın ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 10 may 2018-ci ildən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 413,80 manat ekspertiza xərcinin hər bir təqsirləndirilən şəxsdən 137,90 manat tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. xx.xx.1975-ci ildə Şəki şəhərində doğulmuş, Azərbay can Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il altı 6 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 23 may 2017-ci ildən 02 sentyabr 2017-ci ilədək həbsdə saxlanıldığı 3 ay on günün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir 1 il 2 ay 20 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs olunduğu 10 may 2018-ci ildən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 413,80 manat ekspert iza xərcinin hər bir təqsirləndirilən şəxsdən 137,90 manat tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi, məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), X7ov Mirbahəddin Mirdamət oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 18 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 may 2018-ci il tarixli hökmü Məhkum1 və Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, Məhkum1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudl aşdırılması cəzasına məhkum edilmiş, 12 fevral 2017-ci ildən 12 may 2017-ci ilədək həbsdə saxlanıldığı 3 üç ay və 10 may 2018-ci ildən 18 dekabr 2018-ci ilədək həbsdə saxlanıldığı 7 ay 8 gün, cəmi 10 ay 8 gün ona təyin olunmuş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 9 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən, Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmü ilə Məhkum1 təyin edilmiş və çəkilməmiş qalan 3000 manat miqdarında cərimə cəzası azadlığın məhdudlaşdırılması cəza ilə tamamilə birləşdirilmiş, Məhkum1 üzərində qəti olaraq 9 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılmış, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri l əğv edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmiş, cəzasını yaşayış yeri üzrə çəkməsi və onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, narkomaniyadan müalicə kursu keçmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Məhkum1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəza sına məhkum edilmiş, 23 may 2017-ci ildən 02 sentyabr 2017-ci ilədək həbsdə saxlanıldığı 3 ay 10 gün və 10 may 2018-ci ildən 18 dekabr 2018-ci ilədək həbsdə saxlanıldığı 7 ay 8 gün, cəmi 10 ay 18 gün ona təyin olunmuş 2 il azadlığın məhdudlaşırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclası zalında həbsdən azad edilmiş, cəzasını yaşayış yeri üzrə çəkməsi və onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, n arkomaniyadan müalicə kursu keçmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, hökm apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum2 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməsini, Məhkum1 kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikay əti verərək apellyasiya qərarının ləğv edilərək ona bəraət verilmısini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 12 fevral 2017-ci ildə, saat 17 radələrində ünvan 4 tanışı Məhkum2 iki kibrit qutusunda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,54 və 5,38 qram olmaqla ümumi təmiz cəkisi 10,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın bir kibrit qutusunu 40 manatdan olmaqla, iki ədəd kibrit qutusunu ümumilikdə 80 manata almış, göstərilən tarixdə Şəki şəhər-rayon polis şöbəsinin Cinayət axtarışı bölməsi və Narkotiklə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 5 prospektində saxlanılaraq Şəki ŞRPŞ-nın inzibati binasına gətirilmiş və üstün ə keçirilən baxış zamanı onun əynindəki sarı rəngli gödəkcənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı iki ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 10,92 qram olan qurudulumuş marixuana aşkar edilərək götürülmüşdur. Məhkum2 12 fevral 2017-ci ildə, saat 17 radələrində ünvan 4 Məhkum1la görüşərək satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan iki ədəd kibrit qutusunda, bir kibrit qutusunu qırx manatdan olmaqla, iki ədəd kibrit qutusunu 80 manata satacağına razılaşıb, sonuncudan 80 manat alaraq ona iki ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda çəkisi 5,54 qram və 5,38 qram olmaqla ümumi təmiz çəkisi 10,92 qram çətənə (kannabis) bitkisindən kustar üsu alla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satmış, göstərilən tarixdə, saat 19 radələrində Şəki ŞRPŞ-nın CAB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 prospektində Məhkum1 saxlanılaraq Şəki ŞRPŞ-ya gətirilmiş, polis şöbəsində sonuncunun üstünə keçirilən baxış zamanı satış məqsədi olmadan, qanunsuz olaraq Məhkum2 istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda həmin 10,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynindəki sarı rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq 12 fevral 2017-ci ildə, saat 20:50 radələrində Məhkum2 Şəki şəhəri, “kanal üstü” adlan an ərazidə saxlanılaraq Şəki ŞRPŞnın inzibati binasına gətirilmiş, orada üstünə keçirilmiş baxış zamanı əynindəki qara rəngli gödəkcənin sol iç cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,28 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Təqsirləndirilən şəxs 12 fevral 2017-ci ildə tanışı Məhkum1 şəxsi istifadəsi məqsədilə Məhkum2 narkotik vasitə olan qurudulmuş marixuana almaqda ona köməklik etməsilə bağlı təkidli xahişindən sonra istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Məhkum2 istifadəsində olmuş ***-***-**-** saylı mob il nömrəyə zəng vuraraq tanışı Məhkum1 narkotik vasitə satması ilə bağlı müraciət edərək Məhkum2 mobil nömrəsini Məhkum1 verib əlaqə saxlamasını bildirmiş, sonuncu həmin tarixdə ünvan 4 Məhkum2 ilə görüşmüş, Məhkum2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edərək özündə saxlamaqla daşıdığı iki kibrit qutusunda, ümumilikdə təmiz çəkisi 10,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın bir kibrit qutusunu 40 (qırx) manata olmaqla, iki kibrit qutusunu 80 (səksən) manata Məhkum1 satmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ədalətsizdir, təqsirsiz olduğu halda saxta ittihamla azadlıqdan məhrum edilmişdir, Məhkum2la borcla əlaqəli telefon danışığından başqa heç bir əlaqəsi olmamış, ondan heç bir narkotik vasitə almamışdır, bütün bunların X46 tərəfindən hazırlanan bir plan olduğunu bildirmiş, Məhkum1 da məhkəmələrdəki ifadələri ilə bunu təsdiq etmişdir. Nəticədə məhkəmələr saxta ittihama əsasən barəsində əsassız cəza təyin etmişdir. Qeyd olunanlara əsasən məhkum Təqsirləndirilən şəxs günahsız olduğu nəzərə alınaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarını ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ilə əsassız yerə on un cəzası ağırlaşdırılmış, bundan başqa, məhkəmələr onun Məhkum2 barəsində verdiyi ifadələri nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, məhkum H.Salmanov əsassız olaraq məsuliyyətə cəlb olunmuş, işin faktiki halları, təqdim edilmiş sübutlar nəzərə alınmamışdır. Məhkum1 istintaq prosesində ziddiyyətli ifadələr versə də, məhkəmələrdə qeyd etmişdir ki, onun Məhkum2 ilə heç bir narkotik vasitə alış-verişi olmamış, bütün bunlar X28 məcburi etdirilmişdir. Məhkəmə Polis əməkdaşlarının fərqli və ziddiyyətli ifadələrinə qiymət verməmiş, polis əməkdaşları tərəfindən saxta i ttihamın irəli sürüldüyü nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cin ayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pr osessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Şahid Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşı X15 izahatında göstərmişdir ki, Şəki şəhərində yaşayan «X7» adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması, eyni zamanda Şəki şəhərində «X9» adlı şəxsə narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «X7» və «X9» adlı şəxslərin şəxsiyyətlərinin müəyyən olunaraq onların cinayət əməllərinin ifşa olunaraq cinayət başında yaxalanmaları məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəisinin icazəsi ilə 12 fevral 2017-ci il tarixdə «X» və «X» adlı şəxslərin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanmaları məqsədilə onun Şəki ŞRPŞ–nın Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı X21, polis leytenantı X29 və Narkotiklərlə mübarizə qrpunun baş əməliyyat müvəkkili, polis mayoru X22 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı «X» adlı şəxsin ünvan 3 yerləşən Daxili Qoşunların hərbi hissəsinin yaxınlığında olduğu müəyyən edildiyindən, həmin əraziyə gedib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. X9 də razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə baxış keçirilib barəsində təd bir görülməsi üçün əməliyyat müvəkkili X22 raportla şöbə rəhbərliyinə müraciət etmişdir. məhkum 2 üstünə baxış keçirilməsi təhqiqatçı X6 həvalə edilmişdir. Sonra iki hal şahidinin, vəkilin, onun, əməliyyat müvəkkilləri X13un,X18nin iştirakı ilə sonradan şəxsiyyəti onlara məlum olan Məhkum1 üstünə baxış keçirilmişdir. Baxış zamanı Məhkum1 təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Məhkum1 da əynındə olan sarı rəngli gödəkçənin sağ yan cibindən bir qutu “More“ siqaretini, sol yan cibindən iki ədəd kibrit qutusunu, əynindəki göy rəngli şalvarın sol yan cibindən 21 manat pulu, 20 qəpik pulu və bir ədəd Samsung markalı mobil telefonu çıxarıb stolun üstünə qoymuşdur. Həmin vaxt Məhkum1 təqdim etdiyi həmin 2 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşanda o, həmin iki ə dəd kibrit qutularının içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 12 fevral 2017-ci il tarixdə, saat 17 radələrində özünün istifadə etməsi üçün Şəki şəhərində yas mərasimində Şəki şəhər sakini, əvvəllər tanıdığı X7 adlı şəxsdən aldığını bildirmişdir. Həmin iki ədəd kibrit qutuları onların iştirakı ilə açıldıqda, içərisində yaşıl rəngli bitki kütləsi olduğu aşkar olunmuşdur. Sonra həmin iki ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi, 21 manat pulla 20 qəpik pul, bir ədəd Samsung markalı mobil telelon ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş, ucadan iştirakçılara oxunmuş, o digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsdiq e tmişdir. Daha sonra Məhkum1 üsündən aşkar olunub götürülmüş iki ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuananı Şəki şəhər sakini X7 adlı şəxsdən aldığını bildirdiyi üçün əməliyyat müvəkkilləri X13,X18 və X22la birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində «X7» adlı şəxsin Şəki şəhəri «kanal üstü» adlanan ərazidə yerləşən çayxanada olduğu müəyyən edilmişdir. Bundan sonra onlar həmin çayxanaya gedib onu çölə çağırıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və X9 adlı şəxsə narkotik vasitə satmaqda şübhəli olduğu üçün onlarla polis şöbəsinə getməli olduğunu demişlər. Sonradan şəxsiyyəti onlara məlum olan Məhkum2 da onlara çayxanaya idarə etdiyi Qazel markalı ** BK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə gəldiyini bildirdiyinə görə, onu idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirmişlər. X18 xidməti iş otağında onun, vəkilin, hal şahidlərinin, əməliyyat müvəkkilləri X22,X18 və X13un iştirakları ilə Məhkum2 üstünə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Məhkum2 təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Məhkum2 da baxış zamanı əvvəlcə əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu “Kent” siqaretini, bir ədəd Samsung markalı mobil telefonu və açarları, gödəkcənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı X7dən təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşanda, o təqdim etdiyi həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni 5- 6 ay bundan əvvəl Şəki şəhərində “dördyol” adlanan ərazidə olan zaman yolun kənarından yerdən tapdığını, sonra həmin narkotik vasitə olan marixuananı ayrı-ayrı 3 ədəd kibrit qutusuna yığdığını, 12.02.2017-ci il tarixdə, saat 17 radələrındə həmin 3 kibrit qutusu narkotik vasitə olan marixuananın 2 kibrit qutusunu Şəki şəhərində qonşuluqlarında olan yas mərasimində əvvəllər tanıdığı Məhkum1 1 qutusunu 40 manata olmaqla, iki kibrit qutusunu, cəmi 80 manata satdığını, 1 kibrit qutusunu isə gələcəkdə özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Məhkum2 üstündən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusu onların iştirakı ilə açıldıqda içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sonra həmin bir ədəd kibrit qutusunun içərisində olan nark otik vasitə olan marixuanaya bənzər bitki kütləsi, bir ədəd Samsung markalı mobil telefon və açarlar onların iştirakı ilə ayrı-ayrı zərflərə qoyulub möhürlənmişdir. O, baxışda iştirak edən digər polis əməkdaşları, hal şahidləri, vəkil və X7 özü zərflərin üzərinə imza etmişlər. Şahidlər Şəki şəhər polis şöbəsinin əməkdaşları, X29, X21 və X32 şahid X15 ilə eyni məzmunlu ifadə vermişlər. X2 ifadəsində göstərmişdir ki, 12 fevral 2017-ci ildə, saat 19 radələrində Şəki şəhəri, 20 yanvar küçəsi ilə piyada «Aura» çay evi istiqamətində gedərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirərək ondan bir nəfərin üstünə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O razılaşaraq həmin polis əməkdaşı ilə birlikdə Şəki ŞRPŞ-nə getmişdir. Başqa bi r hal şahidi də dəvət etdildikdən sonra polis şöbəsində təhqiqatçının otağında onun, digər hal şahidinin həmçinin dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Məhkum1 üstünə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı təhqiqatçı Məhkum1 təklif etmişdir ki, üstündəki əşyaları könüllü təqdim etsin. Məhkum1 əynində olan sarı rəngli gödəkcənin sağ yan cibindən bir qutu “More” siqaretini, sol yan cibindən iki ədəd kibrit qutusunu, əynindəki göy rəngli şalvarın sol yan cibindən 21 manat pulu, iki ədəd 10 qəpiklik olmaqla 20 qəpik pulu və 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Məhkum1 həmin 2 ədəd kibrit qutusunu n içərisində nə olduğunu soruşanda, o, həmin iki ədəd kibrit qutularında narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 12 fevral 2017-ci ildə, saat 17 radələrində özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Həmin iki ədəd kibrit qutusu onun, digər hal şahidinin, vəkilin, polis əməkdaşlarının və Məhkum1 özünün iştirakı ilə açıldıqda kibrit qutularının içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sonra həmin iki ədəd kibrit qutusunun içərisində olan bitki kütləsi, 21 manat 20 qəpik pul və bir ədəd Samsung markalı mobil telefon onların iştirakı ilə ayrı-ayrı zərflərə qoyulub möhürlənmişdir. Bu barədə protokol tərtib olunub ucadan iştirakçılara oxunduqdan sonra digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzası ilə təsqdiq etmişdir. Həmçinin, o i fadəsinə əlavə olaraq Məhkum1 baxış keçirilərkən narkotik vasitəni kimdən almasını bildirməsilə bağlı dediklərini hazırda xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona heç bir təsir və təzyiq olunmadığını, əvvəllər polis tərəfindən keçirilən tədbirlər zamanı hal şahidi qismində iştirak etmədiyini bildirmişdir. X6 X2 ilə oxşar məzmunlu ifadə vermişdir. X7 ifadəsində göstərmişdir ki, 12 fevral 2017-ci ildə, saat 21:30 radələrində Şəki şəhəri, M.Rəsulzadə prospekti ilə piyada yaşadığı evə gedərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirib ondan polis şöbəsində bir nəfərin üstünə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Razılaşdığı üçün həmin polis əməkdaşı ilə birlikdə Səki ŞRPŞ-ya getmişdi r. Polis əməkdaşları sonra başqa bir nəfəri də hal şahidi qismində dəvət etmişlər. Bundan sonra polis şöbəsində təhqiqatçının otağında onun, digər hal şahidinin, həmçinin dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə əvvəllər tanımadığı sonradan adı ona məlum olan Məhkum2 üstünə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı Məhkum2 təklif etmişdir ki, üstündəki əşyaları könüllü təqdim etsin. Məhkum2 da baxış zamanı əvvəlcə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu Kent siqaretini, bir ədəd Samsung markalı mobil telefonu, açarları, gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı X7dən təqdim etdiyi kibrit qutusunun içərisində nə olduğunu soruşduqda, X7 də təqdim etdiyi həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 5-6 ay bundan əvvəl Şəki şəhərində “dördyol” adlanan ərazidə yolun kənarından yerdən tapdığını, sonra həmin narkotik vasitəni 3 ədəd kibrit qutusuna yığdığını, 12.02.2017-ci ildə, saat 17 radələrində həmin 3 kibrit qutusu narkotik vasitə olan marixuananın 2 kibrit qutusunu Şəki şəhərində qonşuluqlarında olan yas mərasimində əvvəllər tanıdığı Məhkum1 80 manata satdığını, bir kibrit qutusunu isə gələcəkdə özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan sonra Məhkum2 üstündən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusu onun, digər hal şahidinin, polis əməkdaşlarının, vəkilin və Məhkum2 özünün iştirakı ilə açıldıqda içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Həmin bir əd əd kibrit qutusunun içərisində olan narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi, bir ədəd Samsung markalı mobil telefon, açarlar, onun, digər hal şahidinin, polis əməkdaşlarının, vəkilin və Məhkum2 özünün iştirakı ilə ayrı ayrı zərflərə qoyulub möhürlənmiş və onun, digər hal şahidinin, polis əməkdaşlarının, vəkil və X7in özü tərəfindən zəriflərin üzərinə imza edilmişdir. Daha sonra onun, digər hal şahidinin, polis əməkdaşlarının, vəkilin və özünün iştirakı ilə ona məxsus olan Qazel markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin yük yeri isə boş olmuş, avtomobili də narkotik vasitə, o cümlədən qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. X10 X7 ilə oxşar məzmunlu ifadə vermiş dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2017-ci il tarixli 12369 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 57-ci vərəqəsində Məhkum1 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalar (izahatın yuxarı hissəsindəki və sual hissəsindəki əlyazmalardan başqa) və həmin izahatın üz və arxa tərəflərində «İmza» yazıları qarşısındakı imzalar, cinayət işinin 81-84-cü vərəqlərində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalar (protokoldakı «sual:» hissəsindəki əlyazmalardan başqa) və Məhkum1 adından olan imzalar (7 ədəd)- Məhkum1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 57-ci vərəqəsin də Məhkum1 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalarda (izahatın yuxarı hissəsindəki və «sual» hissəsindəki əlyazmalardan başqa) və cinayət işinin 81-84-cü vərəqlərində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalarda (protokoldakı «sual» hissəsindəki əlyazmalardan başqa) - yazıların hər hansı qeyri-adi psixoloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, yorğun, təsir və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2017-ci il tarixli 12370 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 58-ci vərəqəsində Məhkum2 adından olan 12 fevral 20 17-ci il tarixli izahatdakı əlyazmalar (izahatın yuxarı hissəsindəki və «sual» hissəsindəki əlyazmalardan başqa) və həmin izahatın üz və arxa tərəflərində «İmza» yazıları qarşısındakı imzalar, cinayət işinin 90-94cü vərəqələrində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalar (protokoldakı «sual:» hissəsindəki əlyazmalardan başqa) və Məhkum2 adından olan imzalar (8 ədəd) - Məhkum2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 58-ci vərəqəsində Məhkum2 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalarda cinayət işinin 90-94-cü vərəqlərində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalar (protokoldakı «sual» hissəsindəki əlyazmalardan başqa) - yazıların hər hansı qeyri-adi psixofizi oloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, yorğun, təsir və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 13 fevral 2017-ci il tarixli 71 saylı rəyindən görünür ki, təqdim olunmuş, üzərində «vətəndaş Məhkum1 üzərindən aşkar olunmuş maddi sübut …» sözləri yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,54 qram və 5,38 qram, ümumi təmiz çəkisi 10,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 13 fevral 2017-ci il tarixli 72 nömrəli rəyindən görünür ki, üzərində «X1 üstündən aşkar olunmuş …» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Vətəndaş Məhkum2 üstündən aşkar olunmuş …» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində «vətəndaş Məhkum1 üzərindən aşkar olunmuş …» sözləri yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə N azirliyinin Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası narkoloji dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2017-ci il tarixli 365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan çətənə bitkisi pereparatlarından sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmin Dispanser tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 mart 2017-ci il tarixli 163 nömrəli rəyindən görünür ki, Məhkum1 narkotik maddə qəbul edir, narkotik maddə olan çətənə bitkisi pereparatlarından suiistifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyində n əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmin Dispanser tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 14 mart 2017-ci il tarixli 187 nömrəli rəyindən isə görünür ki, Məhkum2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan çətənə bitkisi pereparatlarından sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi rayonlararası ruhi əsəb dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 07 iyun 2017-ci il tarixli 258 nömrəli rəyindən görünür ki, Məhkum1 müşahi də edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum1 əməli Azərbaycan Respubilkası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayonlararası psixiatriya xəstəxanasının 11.03.2017-ci il tarixli 153 nömrəli məktubundan görünür ki, Məhkum2 Şəki rayonlararası psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki MR X-nın Narkologiya şöbəsinin təqdim etdiyi 08 iyun 2017-ci il tarixli 218 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki narkologiya şöbəsində qeydiyyatda yoxdur. Səhiyyə Nazirliyinin Şəki rayonlararası psixiatriya xəstəxanasının 09.06.2017-ci il tarixli 295 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonlararası psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. “xxxx” MMC tərəfindən təqdim edilmiş telefon zənglərinin çıxarışından görünür ki, Məhkum2 istifadəsində olmuş 055 388 00 55 nömrəsinə 12.02.2017-ci ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 583 39 71 nömrəsindən saat 16:30-da 9 saniyə, saat 16:39da 56 saniyə, saat 16:49-da 60 saniyə, saat 18:01-də 10 saniyə müddətində zənglər daxil olmuşdur. “xxxx” MMC tərəfindən təqdim edilmiş telefon zənglərinin çıxarışından görünür ki, Məhkum1 istifadəsində olmuş 055 324 44 78 nömrəsilə Məhkum2 istifadəsində olmuş 055 388 00 55 nömrəsi arasında 12.02.2017-ci ildə, saat 16:59-da 9 saniyə müddətində danışıq olmuşdur. “xxxx” MMC tərəfindən təqdim edilmiş 26.04.2018-ci il tarixli məktubdan görünür ki, 055 516 97 67 saylı nömrənin satışı “xxxx” MMC-nin distrubiteri “XXX” şirkəti tərəfindən həyata keçirilmişdir, lakin müvafiq qaydada sənədləşdirmə aparılmadığına görə istifadəçisini müəyyən etmək mümkün olmamışdı. Telefon məlumatlarının götürülməsi barədə məhkəmənin 21 sentyabr 2018-ci il tarixli qərarının icrası olaraq “xxxx” MMC tərəfindən 17.10.2018-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş diskdə olan zənglər və SMS-lərdən, nömrələrdən 12 fevral 2017-ci ildə, səhər saatlarında sonu təxminən 68-18-lə bitən mobil nömrədən Məhkum1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə nə zəng, nə də SMS daxil olması müəyyən olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasının 28 oktyabr 2018-ci il tarixli T 303/2018 saylı rəyində göstərilmişdir ki, 1976-cı il təvəllüdlü Məhkum2 adına tərtib edilmiş tibbi sənədə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda qoyulmuş suallara uyğun komissiya nəticəyə gəlir: Məhkum2 istər məhkəmə-tibbi ekspertizası, istərsə də Şəki mərkəzi rayon xəstəxanasında 18.03.2018 və 01.04.2018-ci il tarixlərdə müayinələri zamanı sol baldırın aşağı 1/3-nin ön səthində çapıq toxuma aşkar edildi. Qeyd edilən çapıq toxuma sağalmış yara izi olub, bərk küt əşya təsirindən törənmişdir, Şəki mərkəzi rayon xəstəxanasında çapığın xüsusiyyətləri qeyd edilmədiyindən və yetirilmiş xəsarətlər barədə ilkin tibbi sənəd olmadığından, hal-hazırda onun konkret törənmə müddəti barədə fikir söyləmək mümkün olmadı. Cinayət işinə əlavə edilmiş fotoşəkillərdə olan görüntülər hadisədən bir ay sonra icra edildiyindən istər diş yuvalarının, istərsə də baldırda həmin xəsarətlər o şəkildə qala bilməzdi. Beləliklə, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146cı mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Hüeyn Salamovun CM-in 234.1 və 234.2-ci, Təqsirləndirilən şəxs isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişlər. Məhkəmə belə nəticəyə gələrkən Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 ibtidai istintaq zamanı verdikləri ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul etmişdir. Şübhəli şəxsin üstünə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 12 fevral 2017-ci il tarixli protokoldan (İ cild, i. v. 17-18) görünür ki, baxış zamanı şübhəli şəxs qismində saxlanılmış Məhkum1 əyni ndəki sarı rəngli gödəçənin sağ yan cibindən bir qutu More siqareti, sol yan cibindən 2 ədəd kibrit qutusu, əynindəki göy rəngli şalvarın sol yan cibindən seriya nömrələri A58837512 olan bir ədəd 10 manatlıq, B16536662 və B69955446 olan iki ədəd beş manatlıq, D40660589 olan bir ədəd 1 manatlıq pul əskinazları, iki ədəd 10 qəpiklik dəmir pullar və bir ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Məhkum1 üstündən aşkar olunmuş iki ədəd kibrit qutusunun içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, özü istifadə etmək üçün 12.02.2017-ci ildə, saat 17 radələrində Şəki şəhərində yas mərasimində əvvəllər tanıdığı Şəki şəhər sakinin X7 adlı şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra Məhkum1 həmin gün izahat verərək bildirmişdir ki, mütəmadi olaraq narkotik vasit ələrdən istifadə edir. Təxminən bir həftə olar ki, narkotik vasitə olmadığından istifadə edə bilmir. Ona görə də çəkmək üçün narkotik vasitə axtarırdı. Evlərinə yaşayış yeri yaxın olan X7 adlı şəxsin narkotik vasitə satmasını bilirdi. 12.02.1017-ci ildə yas mərasimində X7 adlı şəxsə yaxınlaşıb narkotik vasitə əldə etmək istədiyimi bildirdi və xahiş etdilər ki, narkotik tapsın. X7 özündə narkotik olduğunu və bir qutusunu 40 manat satdığını dedi. Cibində pul olduğu üçün X7ə dedi ki, iki qutu narkotik gətirsin. X7 ondan uzaqlaşdı və təxminən 30 dəqiqə sonra yaxınlaşdı və özü ilə gətirdiyi 2 ədəd qutunu 80 manata ona verdi. Ondan sonra qutuları yoxlamaq üçün açıb baxdı.. Onların içərisinə narkotik vasitə olan marixuana qoyulmuşdu. Bundan sonra o, X7 adlı şəxsdən uzaqlaşıb M.Ə.Rəsulzadə prospek ti ilə hərəkət edirdi...saat 19 radələri olardı bu vaxt polis əməkdaşları oça yaxınlaşaraq polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları tərəfindən, həmçinin şahidlər, hal şahidləri və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirildi. Baxış zamanı X7 adlı şəxsədn aldığı 2 ədəd qutuda olan narkotik vasitə olan marixuana aşkar edilib götürüldü. Məhkum1 13 fevral 2017-ci ildə şübhəli şəxs, 14 fevral 2017-ci ildə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində izahatında göstərdiyi dəlilləri bir daha təsdiq etmişdir. Baxış keçirilmə və maddi sübutun götürülməsi barədə 12 fevral 2017-ci il tarixli protokoldan isə görünür ki, (İ cild, i. v. 40-42) baxış zamanı Məhkum2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir qutu Kent siqareti, sol iç c ibindən içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu, gödəkçənin sağ yan cibindən Samsung markalı telefon və açarlar aşkar olunmuşdur. Məhkum2 üstündən aşkar edilmiş bir ədəd kibrit qutusunun içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, 5-6 ay bundan əvvəl Şəki şəhərindən “dördyol” adlanan ərazi istiqamətində gedərkən yolun kənarından taparaq ayrı-ayrılıqda üş ədəd kibrit qutusuna yığdığını, iki ədəd kibrit qutusunda olan narkotik vasitəni 12.02.2017-ci ildə, saat 17 radələrində Şəki şəhərində yas mərasimində əvvəllər tanıdığı Şəki şəhər sakini Məhkum1 səksən manata satdığını, üstündən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan narkotik vasitəni gələcəkdə özünün istifadə etməsi üçün özündə saxladığını bildirmişdir. Bundan sonra Məhku m2 və onun müdafiəçisi- vəkil X14 həmin protokolu imzalamışlar. Həmin gün cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol tərtib edilərkən Məhkum2 izahatında öz xətti ilə yazmışdır ki, narkotik vasitə satdığım üçün və üzərimdə narkotik vasitə saxladığıma görə tutulmuşam. Bundan sonra həmin gün Məhkum2 geniş məzmunlu izahat (İ cild, i. v. 58) yazaraq bildirmişdir ki, təxminən 3-4 ay bundan əvvəl Şəki şəhərindən «dördyol» tərəfə gedərkən yolun kənarında dayandıqda gördüm ki, yerdə bir ədəd bağlama var. Maraq kəsb etdiyindən həmin bağlamanı yerdən götürüb içərisinə baxdım, orada narkotik vasitə olan marixuana olduğunu gördüm. Özüm də hərdən narkotik vasitə istifadə etdiyim üçün həmin bağlamanı cibimə qoydum və oradan uzaqlaşdım. Bağlamanın içərisindəki narkotiki 3 ədəd kibr it qutusunun içərisinə yığdım. 12.02.2017-ci il tarixdə, gündüz saatlarında Şəki şəhərində qonşuluqda olan yas mərasimində tanışım X9 mənə yaxınlaşıb narkotik vasitə etmək istədiyini dedi və məndən narkotik istədi. Aramızdakı razılığa əsasən, mən özümdə saxladığım 2 ədəd kibrit qutusunda olan narkotikanı X9ə 80 manata satdım. X9dən aldığım 80 manat pulu borcuna verdim. Qalan bir qutu narkotiki isə gələcəkdə özüm istifadə etmək üçün üstümdə saxladım. Lakin həmin gün, saat axşam saatlarında şəhərin kənarında “Kanalüstü” adlanan yerdən polis əməkdaşları məni polis şöbəsinə gətirdilər. Burada hal şahidlərinin və vəkilimin iştirakı ilə üstümə baxış keçirilərkən həmin 1 qutu narkotik vasitə mənim üstümdən aşkar edərək götürdülər. Daha sonra isə Məhkum2 13 fevral 2017-ci ildə şübhəli şəxs, 14 fev ral 2017-ci ildə isə təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində bildirmişdir ki, 12.02.2017-ci ildə, gündüz saatlarında ünvan 4 qonşuluqda olan yas mərasimində olduğu zaman əvvəllər tanıdığı X9 ona yaxınlaşıb ondan narkotik vasitə istəmiş, o da X9ə onda narkotik vasitə marixuana olduğunu və 1 kibrit qutusunu 40 manata satdığını demiş, həmin vaxt X9 ondan 2 kibrit qutusu narkotik vasitə istədiyi üçün ona orada gözləməsini bildirmiş, özü isə yaşadığı evə gedərək evlərində gizlətdiyi 3 ədəd kibrit qutusunda olan narkotik vasitəni götürərək təxminən 30 dəqiqədən sonra məhkum 2 onu gözlədiyi yerə qayıtmış və orada 2 kibrit qutusunda olan narkotik vasitə olan marixuananı 1 qutusunu 40 manata olmaqla, 2 qutusunu 80 manata X9ə satmışdır. Qalan 1 kibrit qutusu narkotik vasitə marixua nanı isə gələcəkdə istifadə etmək üçün özündə saxlamışdır. Lakin həmin gün axşam saatlarında şəhərin «Kanal üstü» adlanan ərazisində yerləşən çayxanada olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə baxış zamanı həmin bir kibrit qutusunda olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həm Məhkum1, həm də Məhkum2 öz xətləri ilə izahat və şübhəli şəxs qismində ifadə yazmış, təqsirləndirilən şəxs qismində isə kompüter vasitəsi ilə yazılmış ifadələrinin sonunda dəst-xətləri ilə ifadələrini oxuduqlarını, öz sözləri ilə yazıldığını, heç bir əlavələrinin olmadığını və doğruluğunu imzaları ilə təsdiq etdiklərini yazmışlar. Lakin sonra qeyd olunan izahat və ifadələrinində göstərdikləri halları qorxu, stress, həyacanl ı vəziyyət və polisin təsiri altında olduqlarından bildirdiklərini israr etdikləri üçün bu halın mövcud olub-olmamasını xüsusi biliyə malik olan şəxsin, ekspertin elmi biliklərindən istifadə etməklə müəyyən olunması məqsədilə müvafiq ekspertizalar keçirilmiş, hər iki təqsirləndirilən şəxsin izahat və ifadələri ekspertiza tədqiqatının predmeti olmuş və məhkəmə-xətşünaslıq ekspertizalarının 19 iyun 2017-ci il tarixli 12369 və 12370 nömrəli rəylərində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 57-ci vərəqəsində Məhkum1 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalar (izahatın yuxarı hissəsindəki və sual hissəsindəki əlyazmalardan başqa) və həmin izahatın üz və arxa tərəflərində «İmza» yazıları qarşısındakı imzalar, cinayət işinin 81-84-cü vərəqlərində olan 1 3 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalar (protokoldakı «sual:» hissəsindəki əlyazmalardan başqa) və Məhkum1 adından olan imzalar (7 ədəd) Məhkum1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işinin 57-ci vərəqəsində Məhkum1 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalarda (izahatın yuxarı hissəsindəki və «sual» hissəsindəki əlyazmalardan başqa) və cinayət işinin 81-84-cü vərəqlərində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalarda (protokoldakı «sual» hissəsindəki əlyazmalardan başqa) yazıların hər hansı qeyri-adi psixoloji vəziyyətdə (stress, həyacanlı vəziyyətdə, yorğun, təsir və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Eyni zamanda, digər ekspert rəyind ə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 58-ci vərəqəsində Məhkum2 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalar (izahatın yuxarı hissəsindəki və «sual» hissəsindəki əlyazmalardan başqa) və həmin izahatın üz və arxa tərəflərində «İmza» yazıları qarşısındakı imzalar, cinayət işinin 90-94-cü vərəqələrində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundakı əlyazmalar (protokoldakı «sual:» hissəsindəki əlyazmalardan başqa) və Məhkum2 adından olan imzalar (8 ədəd) Məhkum2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 58-ci vərəqəsində Məhkum2 adından olan 12 fevral 2017-ci il tarixli izahatdakı əlyazmalarda cinayət işinin 90-94-cü vərəqlərində olan 13 fevral 2017-ci il tarixli şübhəli şəxsi dindirmə protokol undakı əlyazmalar (protokoldakı «sual» hissəsindəki əlyazmalardan başqa) yazıların hər hansı qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, yorğun, təsir və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. 12 fevral 2017-ci ildə, günorta saatlarında marixuana almaq qərarına gəlmişdir. Çayxanada X16 adlı bir tanışım var idi, onunla görüşdüm və hardan marixuana ala biləcəyimlə maraqlandım. X16 mənə bildirdi ki, bir nəfər var, alıb verə bilərəm, yəni əlaqə qurarıq ala bilərsən. Elə oldu ki, X16 X7ə zəng vurdu, o da X16a dedi ki, yas yerindəyəm, burda yoxdur, bir saatdan sonra görüşə bilərlər. Bir az vaxt keçdi, X16 X7in nömrəsini verdi. Konturu olmadığı üçün X7ə vızıv verdi. O da cavab vermədi. Sonra təxmini bildi ki, yas yerindədir. X16 ondan aralanıb çıx ıb getdi və dedi ki, özün də gedib tapıb məsələni həll edə bilərsən. Özü getdi yas yerinə. Orada bir az dayanıb gözlədi, qəbir üstündən gəldilər. X7lə orada görüşdü. O əvvəlcə bildirdi ki, belə bir iş ola bilər. Telefonda danışılmışdı, bir az dayandı. Maşına minib gəldilər məhləyə, evə tərəf. X7ə 80 manat pul verib getdi və 15-20 dəqiqədən sonra gəldi. Sonra ayrılıb çıxıb getdi. Polis şöbəsində soruşdular ki, bu haradan olub, dedim özümündü, özüm üçün almışam. Kimdən götürdüyümü soruşdular, mən də olduğu kimi X7 adlı şəxsdən öz istifadəm üçün götürdüyümü bildirdim. Digər tərəfdən, məhkəmə-bioloji ekspertizasının 13 fevral 2017-ci il tarixli 71 və 72 nömrəli rəylərində göstərilmişdir ki, üzərində «vətəndaş Məhkum1 üzərindən aşkar olunmuş maddi sübut..» sözləri yazılmış bir ədəd zərfin içəri sindəki iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,54 və 5,38 qram, ümumi təmiz çəkisi 10,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Üzərində «vətəndaş X7 üstündən aşkar olunmuş..» sözləri yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «vətəndaş Məhkum2 üstündən aşkar olunmuş..» sözləri yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə üzərində «vətəndaş Məhkum1 üzərindən aşkar olunmuş..» sözləri yazılmış zərfin içərisindəki iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum2 ibtidai istintaq zamanı, 24 fevral 2017-ci ildə polis tərəfindən döyülərək xəsarət alması ilə bağlı qeyd olunmalıdır ki, Məhkum2 bu barədə şikayəti əsasında Şəki rayon prokurorluğunda geniş araşdırma aparılmış, yaranmış zərurətlə əlaqədar 18.03.2017-ci ildə Məhkum2 müayinə edən Şəki MRX-nın həkim-travmatoloqu X12 izahatı alınmışdır. X44 izahatında göstərmişdir ki, 18.03.2017-ci il tarixdə..Məhkum2 özünün bir ay öncə Şəki ŞRPŞ-nın inzibati binasında polis əməkdaşları tərəfindən döyüldüyünü, tanımadığı polis əməkdaşının sol baldırına stulla vurduğunu və sol baldırının ağrıdığını bildirərək ondan özünü müayinə etməyini xahiş etmişdir. H əmin şəxsi öz xidməti otağına dəvət edib təklikdə müayinə etmişdir. Məhkum2 ətraflı müayinə edib sonuncuya heç bir xəsarətinin olmadığını bildirmişdir. Lakin Məhkum2 sol baldırında ağrıların olduğunu demişdir. Bu səbəbdən onu rentgen müayinəsindən keçməsi üçün rentgenoqramma otağına göndərmişdir. Təqribən 15 dəqiqə sonra Məhkum2 rentgen müayinəsinin nəticələri ilə birlikdə onun xidmət otağına qayıtmışdır. Məhkum2 təqdim etdiyi rentgen müayinəsinin nəticələrinə baxmaqla, sonuncunu bir daha ətraflı müayinə etmişdir. Həmin vaxt Məhkum2 hər hansı sümük patologiyası, yəni sınıq aşkar etməmişdir, habelə sonuncunu müayinə edərkən onun üzərində hər hansı xəsarət aşkar etməmiş və bu barədə Məhkum2 bildirmişdir. Vizual müayinə zamanı xəstənin sol baldırında uzun müddət əvvələ xarakterik səthi çapıq müşahidə etmiş və bunu müvafiq ambulator vərəqədə qeyd etmişdir. Kiçik ölçülü həmin çapıq çox diqqətli baxdıqda güclə müşahidə olunur. Öz peşə təcrübəsinə əsaslanıb həmin çapığın həddindən artıq uzun müddətə, təqribən 5-6 ay bundan əvvələ və ya daha uzun müddətə xarakterik olduğunu güman edir. Məhkum2 onda olan həmin çapığın bir ay əvvələ xarakterik olduğunu bildirsə də, sonuncunun dedikləri ona qeyri-inandırıcı gəlmişdir. Lakin Məhkum2 israrla sol baldırın orta 1/3-nin ön səthini göstərərək oranın zədələndiyini və həmin nahiyədə ağrıların olduğunu bildirmişdir. Həmin vaxt həmin nahiyədə heç bir xəsarət olmadığını dəfələrlə bildirsə də, xəstə bununla qətiyyən razılaşmamışdır. İsrarla həmin nahiyədə xəsarət olmasını və oranın ağrıdığını bildirmişdir. Həmin xəstəyə mövcud vəziyyəti başa sala bilməmiş və bu səbəbdən xəstəyə “sol baldırın orta 1/3-nin yumşaq toxumasının əziyi” diaqnozu qoymuşdur. Bundan əlavə, Seymur İbadov bildirmişdir ki, əzilmə ilə bağlı diaqnozu travmatoloqlar xəstənin müvafiq nahiyələrində olan göyərmələr, qansızmalar, qançırların müşahidəsi və sözügedən nahiyələrə toxunduqda xəstənin ağrılarının olmasından şikayətlənməsi əsasında qoyur. Həmin vaxt Məhkum2 müayinə edərkən onda hər hansı görərmələr, qansızmalar, qançırlar aşkar etməmişdir. Bundan əlavə, Şəki ŞRPŞ-dan Şəki rayon prokurorluğuna 04.04.2017-ci ildə daxil olmuş 03.03.2017-ci il tarixli 189-7445-1217 nömrəli məktubdan görünür ki, Məhkum2 Şəki ŞRPŞ-nın Təhqiqat bölməsinin təhqiqatçısı Zəfər Cəlilovun tutma barədə qərar və protokoluna əsasən, şübhəli şəxs qismində 12.02.2017-ci ildə Şəki ŞRPŞ-nın M SY-yə qəbul edilmiş, 13.02.2017-ci ildə “həkim otağı”nda tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən keçirilərkən Məhkum2 bədənində hər hansı xəsarət və zədə olması aşkar edilməmiş, adına olan tibb kitabçasında müvafiq qeydlər aparılmışdır. Məhkum2 14.02.2017-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edərək barəsində Şəki rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 15.02.2017-ci ildə, saat 11:00-da Şəki penitensiar müəssisəsinə etap olunmuşdur, ŞRPŞ-nin MSY-də tərtib olunmuş tibb kitabçası isə şəxsi işi ilə birlikdə Şəki penitensiar müəssisəsinə göndərilmişdir. Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabında Məhkum2 barədə aparılmış qeydlərin surətindən görünür ki, Məhkum2 12.02.2017-ci il tarixdə, saat 22:55-də Şəki ŞRPŞ-nın MSY -yə gətirilmiş, ilkin müayinə zamanı həmin vətəndaşa “praktiki sağlam” diaqnozu qoyulmuş və sonucunun heç bir şikayəti olmamışdır. 13.02.2017-ci il tarixdə, saat 10:30-da Şəki MRX-nın tibb işçisi Murad Musayev tərəfindən keçirilmiş müayinə zamanı da sonuncunun hər hansı şikayəti olmamış, Məhkum2 həmin vaxt “praktiki sağlam” diaqnozu qoyulmuşdur. Bundan əlavə, Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Şəki şəhər şöbəsindən 08 aprel 2017-ci il tarixdə Şəki rayon prokurorluğuna daxil olmuş 08 aprel 2017-ci il tarixli 121 nömrəli ekspert rəyindən görünür ki, Məhkum2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarəti aşkar olunmamışdır. Bütün bu araşdırmalardan sonra Şəki rayon prokurorluqda cinayət işi başlanılmasının rədd edilməsi haqqında 08 aprel 2017-ci il ta rixli qərarı ilə Məhkum2 ərizəsi əsasında toplanmış 56c-17 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Məhkum2 həmin şikayəti edərkən və bununla bağlı həkim müayinəsində olarkən dişlərinin düşməsi barədə həkimə heç bir şikayət etməmişdir. Lakin bunula belə, məhkəmə kollegiyası obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə 21 sentyabr 2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisinin vəsatətini təmin edərək Məhkum2 barədə məhkəmə-tibbi ekspertizası təyin etmiş və MTE və PAETTB tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasının 28 oktyabr 2018-ci il tarixli rəyində göstərilmişdir ki, 1976-cı il təvəllüdlü Məhkum2 adına tərtib edilmiş tibbi sənədə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda qoyulmuş suallara uyğun komissiya nə ticəyə gəlir: Vətəndaş Məhkum2 istər məhkəmə-tibbi ekspertizası, istərsə də Şəki mərkəzi rayon xəstəxanasında 18.03.2018 və 01.04.2018-ci il tarixlərdə müayinələri zamanı sol baldırın aşağı 1/3-nin ön səthində çapıq toxuma aşkar edildi. Qeyd edilən çapıq toxuma sağalmış yara izi olub, bərk küt əşya təsirindən törənmişdir, Şəki mərkəzi rayon xəstəxanasında çapığın xüsusiyyətləri qeyd edilmədiyindən və yetirilmiş xəsarətlər barədə ilkin tibbi sənəd olmadığından, hal-hazırda onun konkret törənmə müddəti barədə fikir söyləmək mümkün olmadı. Cinayət işinə əlavə edilmiş fotoşəkillərdə olan görüntülər hadisədən bir ay sonra icra edildiyindən istər diş yuvalarının, istərsə də baldırda həmin xəsarətlər o şəkildə qala bilməzdi. İlkin araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi olmuş X 3 Salamovun hüquqlarının müdafiəsi ilə bağlı məhkəmə kollegiyasına 14 dekabr 2018-ci ildə məktubla müraciət edərək bildirmişdir ki, Şəki ŞRPŞ-nın TB-nin 12 fevral 2017-ci il tarixli qərarı ilə Məhkum2 müdafiəçi təyin edilmişəm. 12 fevral 2017-ci ildən 20 fevral 2017-ci ilədək Məhkum2 barəsindəki təhqiqat və istintaq hərəkətlərində onun müdafiəçisi qismində iştirak etmişəm. Məhkum2 müdafiəçisi olduğum müddətdə o, polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı fiziki və ya mənəvi təzyiq ediməsi, etirafedici ifadə verməyə məcbur edilməsi barədə mənə heç bir məlumat verməmiş, bu kimi məsələlərlə bağlı müvafiq orqanlara şikayət etməyin zəruri olmasını mənə bildirməmişdir. Belə bir hal barədə mənə bildirmiş olsaydı, mən dərhal müvafiq təşkilatlara müraciət edərdim. Məhkum2 şübhəli şəxs qismi ndə dindirilməsi mərhələsindən başlayaraq onun polis zorakılığına məruz qalması, döyülməsi və xəsarə yetirilməsi barədə dəlilləri də təsdiqini tapmamışdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin Salamovun Məhkum1 narkotik vasitə satmaması, Məhkum2 barədə olan məhkəmə-narkoloji ekspertizasının rəyinin həqiqi olmaması, X6 narkoloji xəstə olmaması, təqsirləndierlən şəxs Məhkum1 bu işin polis əməkdaşı X9 tərəfindən X13 vasitəsilə təşkil edildiyini dəfələrlə bildirməsinə, X13 vasitəsilə 055 516-97-67 nömrəsindən ona mesajlar və o, həbs olunana qədər zənglərin davam etməsinə əhəmiyyət verilməməsi, bu barədə vəsatətin təmin olunmaması, X13ə məxsus telefon nömrəsinə Şəki rayon polis şöbəsinin əməliyyatçısı X9 tərəfindən dəfələrlə zəng edilməsi, Məhkum1 bu əməliyyata təhrik edilməsinin, lakin bunun məsələnin araşdırılmaması, polis zorakılığına məruz qalması və s. barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkum1 14 mart 2017 (İİ cild, i. v. 22-23) və 17 iyun 2017-ci ildə ( İİİ cild, i. v. 201202) verdiyi ifadələrində özünü tam təqsirli bilməklə göstərmişdir ki, 12 fevral 2017-ci ildə və 14 fevral 2017-ci il tarixdə verdiyim ifadələrini təsdiq edir və əlavə olaraq bildirir ki, X16u 3-4 il olar ki, tanıyır. X16 X7in yaşadığı məhləyə yaxın ərazidə yaşayır.X16 ona narkotik vasitə marixuana almağa köməklik göstərmək üçün X7ə özünə məxsus ***-***-**** nömrəli mobil telefonla yanından iki dəfə zəng vurub danışmışdı. Təqsirləndirilən şəxs (İİ cild, i. v. 209-212) ifadəsindən, digər təqsirləndirilən şəxs Məhkum1la 23 may 2017-ci ildə videoçəkilişlə keçirilmiş üzləşmə sində (İİ cild, i. v. 219228), şübhəli (İİİ cild, v. 01-04) və təqsirləndirilən şəxs (İİİ cild, i. v. 35-37) qismində verdiyi ifadələrdə demişdir ki,..12 fevral 2017-ci ildə, günorta çayxanada tək oturub çay içirdi X9 çayxanaya gəldi və onun əyləşdiyi stola yaxınlaşdı.. Çayxananın qarşısında. söhbət zamanı X9 ondan X7i soruşdu X7i görüb eliyirsənmi? O. da X9ə dedi ki, hərdən görürə. Sonra X9 dedi ki, eşitmişəm ki, X7də yaxşı nəşə var, sən onda nəşə olduğunu bilirsənmi. O, da ona dedi ki, eşitmisənsə X7i də tanıyırsan get özündən al da? X9 dedi ki, o. inanmır ki, o, ona nəşə versin, həm də onun telefon nömrəsini bilmir. O, X7in ***-***-**-** mobil telefon nömrəsini X9ə verdi. Bir qədər orada söhbət etdikdən sonra X9 məndən aralanıb çayxanaya getdi. Səhəri gün X9 X7dən nəşə aldığı üçün hə r ikisini polis işçiləri tərəfindən tutulmasını eşitmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum1la X16 arasında videoçəkilişlə keçirilmiş üzləşmədə Məhkum1 Təqsirləndirilən şəxs üzünə qarşı demişdir:” İstintaq vaxtı verdiyim ifadəni təsdiqliyirəm. Yəni heç bir dəyişiklik yoxdur, yalan ifadə verməmişəm. Mən fevral ayının 12-də evdən çıxmışdım çayxanaya gəldim həmişə çayxanada görüşürük, otururuq yəni özüm üçün nəşə axtarırdım, nəşə alasıydım. Soruşdum ki, X16, nəşəni hardan ala bilərəm. O da dedi ki, bir tanış adam var tanıyıram, onda olmalıdır. Dedim ki, maraqlan gör varsa alım, 80 manat pulum var, iki qutu almalıyam. Bu da zəng vurdu həmin məqamda danışdı. Sonra gəldi dedim hardan ala bilərəm, dedi X7də var. Özün də gedib götürə bilərsən. Dedim hardan, nətər gedib götürüm. Dedi ind i yas yerindədir, hardasa bir saatdan məhlədə görüşüb götürmək mümkündür. Mən də yenə özüm çıxdım gəldim yas yerinə, X7lə orda görüşüb, almışam” Həmçinin, Təqsirləndirilən şəxs Məhkum2 zəng etmədiyini bildirsə də, “xxxx” MMC tərəfindən təqdim edilmiş telefon zənglərinin çıxarışından görünür ki, Məhkum2 istifadəsində olmuş 055 388 00 55 nömrəsinə 12 fevral 2017-ci ildə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 583 39 71 nömrəsindən saat 16:30-da 9 saniyə, saat 16:39-da 56 saniyə, saat 16:49-da 60 saniyə, saat 18:01-də 10 saniyə müddətində zənglər daxil olmuşdur. “xxxx” MMC tərəfindən təqdim edilmiş telefon zənglərinə dair digər çıxarışından isə görünür ki, Məhkum1 istifadəsində olmuş 055 324 44 78 nömrəsilə Məhkum2 istifadəsində olmuş 055 388 00 55 nömrəsi arasında 12 fevral 2017-ci ild ə, saat 16:59-da 9 saniyə müddətində danışıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaq la iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlmə məsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, Məhkum2, Təqsirləndirilən şəxs və Məhkum1 onlara istinad edilən cinayət əməlini törətməmələri barədə gətirdikləri dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, şahidlərin ifad ələri, ekspert rəyləri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Məhkumların təqsirsiz olmaları barədə dəliləri məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Məhkum1 kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Şəki Ağır Cinayətlər Məhkəməsi10 may 2018-ci il tarixli hökmü ilə Məhkum1 cəza təyin edərkən onun yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblər ini nəzərə almışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin hökmündə CM-in 58.3-cü maddəsinə uyğun olaraq, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Məhkum1 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almadığını qeyd edərək Məhkum1 cəzasını yüngülləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum1 oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şik ayətlərinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi və məhkumlar Məhkum1 və Təqsirləndirilən şəxs kassasiya şikayətlərinə münasibətdə dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar