Məhkəmə qərarları › İş №1(102)-554/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-554/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-554/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi, ”A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Asəf Sahib oğlunun, Bəraət almış şəxs X14 və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şirinov Bağban Səfər oğlunun iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Kürdəmir rayon unda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X16 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X17 və onun nümayəndəsi, ”A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Asəf Sahib oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Süleyman Ağayev) X11 CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmişin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdiri lmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X11 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, X xx xxxxxx 2016-cı ildə saat 03 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz olan «MAN TGA 18.310» yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Balaxanı yolu ilə Balaxanı qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağ a texniki imkanı olduğu halda, bunları etməmiş və nəticədə qarşı yolda hərəkətdə olub onun hərəkət zolağına çıxan Zərərçəkmiş şəxs idarə etdiyi «Daevoo Gentra» minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə, “Daevoo Gentra” minik markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs sağ ağ və qara ciyərlərinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sağ yarısında Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, həmin səviyyələrdə döş plevrasının cırılması, döş qəfəsinin və qarının yumuşaq toxumalarına, daxili orqanlara qansızma, sağ bud sümüyünün boynunun və sağ sirkə kasasının yerini dəyişən qapalı sınıqları, sağ ayaqda 2-ci barmağın açıq qəlpəli sınığı, başın və sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əz ilmiş-cırılmış yaraları, qançır və sıyrıqlarla müşayiət edilən və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş və Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «MAN TGA 18.310» yük markalı **-JK*** dövlət nömrə nişanlı avtomaşının zədələnməsinə səbəb olaraq 2160 manat məbləğində ziyan, habelə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus «Daevoo Gentra» minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsinə səbəb olaraq 13.000 manat məbləğində ziyan dəymişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkə məsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X5 və X3nun məhkəmə baxışı zamanı verdikləri ifadələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin onların yoluna çıxdığı andan toqquşma yerinə qədər olan məsafənin 10-15 metr olmasını sübut kimi qəbul edərək əsassız qərar qəbul etmişdir. Halbuki həmin ifadələr işin faktiki hallarını əks etdirmir və X3u mx3qsədi daşıyır. Dövlət ittihamçısı hesab edir ki, X5 ibtidai istintaq zamanı xx xxxx 2019-cu il tarixli əlavə dindirilərkən və ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin onların yoluna çıxdığı andan toqquşma yerinə qədər olan məsafənin 54 metr olmasını göstərməsini məhkəmələr sübu t kimi qəbul etməməklə əsassız nəticəyə gəlmişlər. Dövlət ittihamçısı, həmçinin, iş üzrə yol-nəqliyyat hadisələri ekspertlərinin tövsiyələrinin məhkəmələr tərəfindən nəzərə alınmamasını əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, cinayət işinin ibtidai istintaqı lazımi cəldliklə və səmərəli şəkildə aparılmamış, iş üzrə bir çox ziddiyyətlərin olmasına baxmayaraq istintaq orqanı cinayət işinin icraatına bir neçə dəfə xitam vermişdir. Zərərçəkmişin hüquqi varisinin oğlunun ölümü ilə nəticələnmi ş yol-nəqliyyat hadisəsinin əsl təqsirkarlarının müəyyən edilməsi üçün etdiyi çoxsaylı şikayətlərə baxmayaraq nə ibtidai istintaq orqanı, nə də aşağı instansiya məhkəmələri tərəfindən iş üzrə mümkün olan bütün versiyalar yoxlanılmamışdır. Şikayət müəllifləri həmçinin hesab edirlər ki, aşağı instansiya məhkəmələri ekspert Vüqar Quliyevin “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” 31 iyul tarixli 19401 saylı metodiki tövsiyyəni sübut kimi qəbul etməməkdə haqlı olmamışlar. Şikayət müəlliflərinin fikrincə, zərərçəkmişin idarə etdiyi avtomaşının hadisədən sonra yanmasının səbəbləri də həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən araşdırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmişin hüquqi varisi X2, nümayəndəsi Asəf Məmmədov və dövlət ittihamçısı Ramiz Alverdiyevin, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs X və onun müdafiəçisi Bağban Şirinovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qey d edirlər ki, Xun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq x3a bəraət vermiş, apellyasiya instansiya məhkəməsi isə bu hökmü qüvvədə saxlamış, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, X14 hadisədən bilavasitə sonra verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixd ə saat 03:00 radələrində “MAN TGA18.310” markalı ** JK *** dövlət nömrə nişanlı zibil daşıyan avtomobili 50 km/saat sürətlə Balaxanı yolu ilə Balaxanı qəsəbəsi istiqamətində idarə edərkən markasını və nömrəsini bilmədiyi avtomobil ani olaraq onun hərəkət hissəsinə çıxmışdır. Hadisə ani olaraq baş verdiyindən o, qarşıdan gələn avtomobillə toqquşmamaq üçün sükanı sola tərəf çəksə də, toqquşmanın qarşısını ala bilməmiş və avtomobillər toqquşmuşdur. O və avtomobildə onunla birlikdə olmuş fəhlə Yusif maşından düşüb qarşıdakı avtomobilin sürücüsünü maşından çıxarmışlar, sürücü artıq hadisə nəticəsində ölmüşdür. (cild 1, vərəqə 16-19). X3 da X26la eyni məzmunlu ifadə vermişdir. (cild 1,vərəqə 45-49) İbtidai araşdırma orqanı tərəfindən Xun ifadəsinin yerində yoxlanması ilə təhlükə anından “Daevoo- Centra” markalı avtomaşınının toqquşma yerinə qədər qət etdiyi məsafənin 8 m olması (cild 1,vərəqə 35-43), X2in ifadəsinin yerində yoxlanması ilə isə təhlükə anından “Daevoo - Centra” avtomaşınının toqquşma yerinə qədər qət etdiyi məsafə 23 m (cild 1,vərəqə 103-106) müəyyən edilmişdir. İbtidai araşdırma orqanı toplanmış digər materialları qiymətləndirərək təhlükə anından “Daevoo - Centra” minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilin “MAN TGA18.310” markalı ** JK *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşma yerinə qədər qət etdiyi məsafənin 23 m olması nəticəsinə gəlmiş və xx xxxxxx 2016-cı il tarixli qərarla kompleks məhkəmə-trassoloji və yol nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. Həmin qərar əsasında keçirilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş k ompleks məhkəmə-trassoloji və yol nəqliyyat hadisələri ekspertizasının 847M012 nömrəli xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, “Daewoo-Gentra” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və hərəkətlərində maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Daewoo-Gentra” markalı minik avtomobili yaşayış məntəqəsində 80-90 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində həmin Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “MAN TGA18.310” markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin toqquşma yerindən 43,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X5 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun tələbinə uyğunsuzluq olmamış; hərəkət üçün təhlükə yaranan anda “MAN TGA18.310” markalı yük avtomobilin toqquşma yerindən 43,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, X26un toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və hərəkətlərində həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və maddənin tələblərinə riayət etməklə onun toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. 3.4.5.7. Nəqliyyat vasitələri ilkin kontakt anında “Daewoo Gentra” markalı avtomobilin qabaq sağ sahəsi (küncü) “MANTGA18.310” markalı yük avtomobilin qabaq orta nisbətən sağ sahəsi arasında toqquşma təxminən 15-20 dərəcə bucaq altında baş vermiş, təqdim edilmiş “Daewoo Gentra” markalı minik avtomobilin üzərində (arxa yük qapağında, arxa sol qanadda, arxa sol təkər diskdə) olan zərbələr öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər-hansı bir sərtliyi bərk olan predmetlə kontakda olması, dəyişməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə metal (toqquşma yerinin bərabərliyində metal boru), ağac, beton, dirək və s. aiddir. Lakin, həmin sahə yanaraq öz ilkin formasını itirdiyindən və avtomobildə baş vermiş yanğın söndürülərkən banı üstə çevrildiyindən, arxa tərəfində və arxa sol diski üzərində zərbələrin konkret yaranma səbəbini müəyyən etmək mümkün dey il. Göstərilən zədələrin yanma nəticəsində yaranıb-yaranmamasının müəyyən edilməsi nəqliyyat trasoloji ekspertin səlahiyyətinə aid deyil və elmi metodika olmadığından təqdim edilmiş “Daewoo Gentra” markalı minik avtomobilin üzərində (arxa yük qapağında, arxa sol qanadda, arxa sol təkər diskində) zədələrin yaranma müddətini müəyyən etmə mümkün deyildir. Avtomobilin boya örtüyü tam yandığından arxa hissəsində kənar avto nəqliyyata məxsus boya izlərinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İbtidai araşdırma orqanı toplanmış istintaq materialları əsasında xx xxxxxx 2017-ci il tarixli qərarla “Daewoo-Gentra” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ölməsi, “MAN TGA18.310” yük markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 əməlində c inayət tərkibi olmaması əsası ilə cinayət işinin icraatına xitam vermişdir. İş üzrə icraatın eyni əsaslarla xitam edilməsinə dair ibtidai araşdırma orqanının qəbul etdiyi qərarlar bir neçə dəfə ibtidai araşdırmaya rəhbərlik edən prokurorlar tərəfindən ləğv edilmişdir. Hadisədən 2 il 8 aydan cox vaxt keçdikdən sonra ibtidai araşdırmanı aparan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X6 X26u şahid qismində əlavə dindirmişdir. Həmin ifadə X tərəfindən şəxsən oxunmadan imzalanmışdır. İfadədə göstərilir ki, “Daewoo Gentra” markalı minik avtomobili Xun idarə etdiyi avtomobilin yoluna çıxarkən avtomobillər arasındakı məsafə təxminən 50 m olmuş və ilkin ifadələrində o həmin məsafəni məsuliyyətdən yayınmaq məqsədilə az göstərmişdir.(cild 1,vərəqə 230-231). Xun ifadəsi yerində yoxlanmaqla təhlükə anından toqquşma yerinə kimi “MAN TGA18.310” yük markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin 54 m məsafə qət etdiyi müəyyən edilmişdir. (cild 1,vər.232-236). Bundan sonra müstəntiq tərəfindən heç bir araşdırma aparılmadan, o cümlədən hadisənin yeganə şahidi olan X12 həmin xüsusatlar üzrə dindirilmədən istintaqın ilkin nəticələrindən əsaslı surətdə fərqlənən nəticəyə gəlinmiş və xx xxxx 2019-cu il tarixli qərarla məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Müstəntiqin həmin qərarı əsasında verilmiş, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2019-cu il tarixli 7686 nömrəli rəyindən görünür ki, “DaewooGentra” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti ha qqında» Qanununun 36-cımaddəsinin1-ci hissəsinin 3-cü bəndinin tələbinə uyğunsuzluq olmuş və onun hərəkətlərində bu maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Daewoo-Gentra” minik markalı avtomobili yaşayış məntəqəsində 80-90 km\saat sürətlə hərəkət etdirməsi şəraitində sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “MAN TGA18.310” yük markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Xun hərəkətlərində həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olmuş və hərəkətlərində bu maddənin tələbləri təmin olunmaqla, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müstəntiqin məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyi n edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin “Əlavə və təkrar ekspertiza” adlanan 267-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmin madddənin tələblərinə əsasən: “267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. 267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. 267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. 267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.” Məhkəmə kollegiyası qeyd edir ki, həmin iş üzrə əvvəlcədən keçirilmiş kompleks məhkəmə-trassoloji və yol nəqliyyat hadisələri ekspertizasının 847M012 nömrəli xx xxxxxx 2017-ci il tarixli rəyi olduğu halda, müstəntiqin təkrar ekspertizanın keçirilməsinin əsaslarını, ilkin sübutların mötəbər hesab edilməməsinin səbəblərini göstərmədən ilki n rəyi görməzdən gəlib qərar qəbul etməsi cinayət prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilir. Ona görə də həmin qərar əsasında alınmış ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X26 və fəhlə X2 xx xxxxxx 2016-cı ildə şəhərdə təhkim olunmuş yerlərdən zibilləri avtomaşına yüklədikdən sonra gecə saat 03 radələrində,X yük avtomaşınını içərisində 8 ton yük Şəhər şosesi ilə hərəkət etdirib Balaxanı yoluna dönmüş və üzü Balaxanı qəsəbəsi istiqamətində 40-50 km/saat surətlə hərəkət etdirmiş, bu zaman qarşı yolda hərəkətdə olan “Daevoo Gentra” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobil qəflətən onun hərəkət zolağına çıxıb onun üstünə doğru hərəkət etmişdir. Bunu təxminən 10-15 metr məsafə qalmış görmüş, öz maşınının hə min maşınla toqquşmaması üçün avtomobilini sola sonra isə sağa tərəf çəkmişdir. Lakin idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yoluna çıxan avtomobilin qabaq sağ tərəfi öz yolunda toqquşmuş, avtomobilin hərəkəti üçün təhlükə yaratdığı andan avtomobillərin toqquşduğu yerə kimi məsafə 10-15 m olmuş, bu hadisənin baş verməsi mexanizmi ilə bağlı yeni haldır və yol nəqliyyat hadisəsinin baş verməsi mexanizmini təşkil edən həmin hal xüsusi biliyə malik olan ekspert tərəfindən tədqiq edilib qiymətləndirilməlidir. Bunlara əsasən, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2016-cı ildə saat 03 radələrində baş vermiş hadisə zamanı “Daevoo Gentra” markalı avtomaşını avtomobillərin hərəkəti üçün təhlükə yaradan zaman “MAN TGA18.310” yük markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil i toqquşma yerindən təxminən 10-15 m məsafədə olduğu şəraitdə həmin avtomobilin sürücüsü Xun hadisənin qarşısını almağa texniki imkanı olub-olmaması və hərəkətlərində "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğunsuzluq olub-olmamasının müəyyən olunması üçün əlavə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzindən əlavə yol-nəqliyyat hadisələri ekspertizasına dair rəy verilməyərək, xx xxxx 2019-cu il tarixli 19401 saylı metodik tövsiyyə göndərilmişdir. Həmin metodik tövsiyədə bildirilmişdir ki, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo-Gentra” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü X5 idarə etdiyi “MAN-TGA18.310” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması üzrə cinayət işi üzrə cinayət işi Sabu nçu rayon məhkəməsinin x xxxx 2019-ju il tarixli qərarı əsasında əlavə məhkəmə yol-rvəqliyyat hadisələri ekspertizası üçün Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmuşdur. Həmin iş üzrə xx xxxxxx 2017-ci ildə ekspert Polad İsmayılov tərəfindən 847 nömrəli yol-nəqliyyat hadisələrinin ekspertizası üzrə rəy verilməklə “Daewoo-Gentra” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə uyğunsuzluq olması və hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olması, sürücünün avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirməsi şəraitində hərəkətlərində həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması nəticəsinə gəlinmişdir. Həmçinin, hərəkət üçün təhlükə yaranan anda “MAN-TGA18.310” markalı avtomobilin toqquşma yerindən 43,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, X26un toqquşmanın qarşısını almağa texniki imkanı olmaması və hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun tələbinə uyğunsuzluq olmamışı, hərəkət üçün təhlükə yaranan anda “MAN-TGA18.310” yük markalı avtomobilin toqquşma yerindən 43,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, X26un hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olması və həmin maddənin tələblərinə riayət etməklə onun toqquşmanın qarşısını almağa texniki imkanı olması nəticəsinə gəlinmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə ekspertlər: Vüqar Quluyev və Ayaz Namazov tərəfindən 17441 nömrəli rəy və xx xxxx 2019-cu ildə ekspert Vüqar Quluyev tərəfindən 7686 nömrəli rəy verilmişdir. Hazırkı ekspertizanın təyini haqqında qərarda məhkəmə tərəfindən göstərilmişdir ki, “Daewoo Gentra” markalı avtomobil hərəkət üçün təhlükə yaratdığı zaman “MAN TGA 18.310” markalı avtomobil toqquşma yerində təxminən 10-15 metr məsafədə olduğu şəraitdə X26un hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Ekspertizanın təyini haqqında qərarda həmçinin göstərilmişdir ki, “MAN TGA 18.310” markalı avtomobilin hərəkət sürəti 40-50 km/saat olmuşdur. X26 Daewoo Gentra markalı avtomobilin onun hərəkət yoluna çıxdığını gördükdə idarə etdiyi “MAN TGA 18.310” markalı avtomobili sola-sonra isə sağa çəkmişdir. Qeyd edilir ki, 40-50 km/saat sürətlə hərə kətdə olan nəqliyyat vasitəsinin 10-15 m məsafəni qət etmə müddəti 0,7-1,35 saniyədir. Belə kiçik müddətdə sürücü x3un hərəkəti üçün yaranmış təhlükəyə reaksiya verməsi, avtomobilin hərəkət istiqamətini sola sonra isə sağa dəyişməsi real hadisə mexanizminə uyğun deyildir. Bu isə onu izah edir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumat, yəni hərəkət üçün təhlükə yarandığı anda “MAN TGA 18.310” markalı avtomobilin toqquşma yerindən 10-15 m məsafədə olması real hadisə mexanizminə uyğun deyil. Reallıqda məsafə 10-15 metrdən böyük olmuşdur. Məhkəmənin təqdim etdiyi məlumat real hadisə mexanizminə uyğun olmadığından tədqiqat aparılmır. CPM-in 264.1ci maddəsinə görə ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə tədqiqatın metodikası üzrə xüsusi bilik tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə aparılır. Rəqəmlərin müqayisə edilməsi üçün xüsusi texniki bilik tələb olunmadığından, məhkəmə tərəfindən hərəkət üçün təhlükə yarandığı anda “MAN TGA 18.310” markalı avtomobilin toqquşma yerindən olduğu real məsafə müəyyən olunduqdan sonra 847 nömrəli rəydə göstərilmiş “MAN-TGA18.310” markalı avtomobilin sürücüsünun hadisənin qarşısını ala bilməsi üçün lazım olan məsafənin kritik qiyməti ilə müqayisə olunmaqla, yenidən ekspertiza təyin olunmadan müvafiq nəticəyə gəlinə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilənləri müzakirə və təhlil edərək belə qənaətə gəlmişdir ki, X14 xx xxxxxx 2016-cı ildə Bakı şəhərində ona təhkim edilmiş yerlərdən zibilləri avtomaşına yüklədikdən sonra gecə saat 03 radəl ərində yük avtomaşını içində 8 ton yük Sabunçu rayonu Şəhər şosesi ilə hərəkət etdirib Balaxanı yoluna dönüb həmin yolla üzü Balaxanı qəsəbəsi istiqamətində 40-50 km/saat surətlə hərəkət etdirmiş, bu zaman qarşı yolda hərəkətdə olan “Daevoo Gentra” markalı avtomobil qəflətən onun hərəkət zolağına çıxıb üstünə doğru hərəkət etmişdir. X26 bunu təxminən 10-15 m məsafə qalmış gördüyünü məhkəmədəki ifadəsində bildirmiş, idarə etdiyi avtomaşının həmin maşınla toqquşmaması üçün, avtomobilini sola və sağa tərəf çəkmiş, lakin, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə onun yoluna çıxan avtomobilin qabaq sağ tərəfi öz yolunda toqquşmuşdur. Bunu həmin vaxtı X26un yanında fəhlə olmuş şahid X2 də öz ifadəsində təsdiq etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iş üzrə təyin olunmuş əlav ə yolnəqliyyat hadisələri ekspertizasına dair Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş metodik tövsiyəyə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CPM-nin 124.2.2-ci maddəsinə əsasən, ekspert rəyi cinayət prosesində qəbul olunan sübutun bir növü kimi müəyyən olunmuşdur. Lakin, cinayətprosessual qanunvericiyində ekspertin metodik tövsiyyəsinin belə bir hüquqi qüvvəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, metodik tövsiyyədə hərəkət üçün təhlükə yarandığı anda “MAN TGA 18.310” markalı avtomobilin toqquşma yerindən 10-15 metrlik məsafədə olması real hadisə mexanizminə uyğun olmaması və reallıqda həmin məsafə 10-15 metrdən böyük olmasına dair tövsiyəsi X11 qarşı irəli sürülmüş it tihamın sübuta yetirilməsində sübut kimi qəbul edilə bilməz, yəni ekspertin tövsiyəsi onun və onunla eyni avtomobildə olmuş şahidin hadisəni real surətdə təsvir edən ifadələri ilə müqayisədə sübutu əhəmiyyətə malik deyil. Məhkəmə kollegiyası hesab edir ki, X5 ona elan edilmiş ittiham üzrə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində hadisənin qarşısının alınması ilə bağlı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq olunmuş hər hansı bir sübutla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə də ona elan olunmuş ittiham sübuta yetirilməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət i şləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalar ının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X6rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada v ə inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi x3un CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermiş, apellyasiya instansiya məhkəməsi də həmin hökmü dəyişdirmədən saxlamışdır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş ols un. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alı nmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq x3un yol hərəkəti və nəqliyyat vasitələrinin i stismarı qaydalarını pozma cinayətində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Mə hkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X14 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar