Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-554/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29, 120.2.3, 29, 120.2.7 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Yolçiyev Mübariz Xalid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi) Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İfran oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1971-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, ü nvan 1-də qeydiyyatda olan, ünvan 2-də yaşamış, CM-nin 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə, CM-nin 66.3 və 67.5-ci maddələrinə əsasən isə cinayətlərin və hökmlərin məcmusu üzrə əsas cəzaları qismən, əlavə cəzanı isə tam toplamaq yolu ilə qəti olaraq cəzasını çiddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X12 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2018-ci il tarixdə oğlu X5 yaşadığı binada liftdən düzgün istifadə etməməsinə görə X6 iradını bildirərək sonuncuya boğazını sıxmaqla zor tətbiq etməsi və xx.xx.2018-ci il tarixdə bu məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı, yaşadıqları binanın alt hissəsində yerləşən qarajda X1un qohumları Zərərçəkmiş şəxs1 və X11un yanındun üz nahiyəsinə yumruqla vurması, daha sonra Bakı şəhəri, Xətai rayonu, “Neapol dairəsi”nin yanında yerləşən “555” adlı avtoservisin qarşısında X1un qohumu X7 onun qohumu X8 yumruqla vurması kimi hərəkətləri özünə təhqir kimi qəbul etmiş, aralarındakı münasibətləri aydınlaşdırmaq üçün rastlaşma məqamı gözləmiş, qohumu X24un yaranmış ədavətə son qoymaqla barışmaq üçün Zərərçəkmiş şəxs1 la görüşməyə getdiyini bildiyindən, bunu öz cinayətkar niyyətini həyata keçirmək üçün fürsət bilib xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində X24 Kərimovun ünvan 1 ünvanda yerləşən “Tut ağacı” adlanan kafenin yanında Zərərçəkmiş şəxs1 və sonuncunun qohumu X13 ilə görüşərək söhbət etmələrini görüb Zərərçəkmiş şəxs1 qəflətən yaxınlaşaraq orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edərək heç bir səbəb və əsas olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkm iş şəxs1 qəsdən öldürmək üçün bıçaqla Zərərçəkmiş şəxs1 iki dəfə vuraraq ona sol bazunun iki ədəd kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bu ərəfədə oğlu X23 onunla həmrəy olduğunu nümayiş etdirərək bir qrup şəxs halında öz üstünlüklərini nümayiş etdirmək məqsədilə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozmuş, X25 Rüstəmova hücum edərək sonuncunu qollarından tutub özünü müdafiə etmək müqavimətini sındırmasından istifadə edərək Zərərçəkmiş şəxs1 kürək nahiyəsindən bir dəfə bıçaqla vuraraq ona hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın yığılması) müşayiət olunan gövdənin arxa səthinin döş və qarın boşluqlarına nüfuz edən ağ ciyəri və diafraqmanı zədə ləyən bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlğa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs1 öldürmək niyyətini başa çatdırmaq məqsədilə bıçaqla sonuncuya yenə də zərbə vurmaq istəyərkən, həmin vaxt oraya gələn Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 qardaşının Məhkum tərəfindən bıçaqla vurulduğunu görərək Məhkum cinayətkar hərəkətinə mane olmaqla qardaşı Zərərçəkmiş şəxs1 öldürülməsinə yönəlmiş qəsddən xilas etmək istədiyi zaman Məhkum öz cinayət əməlini davam etdirərək ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 onları görməsini və Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək və bunu arzu edərək, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 bir dəfə baş nahiyəsindən vuraraq ona alın sümüyünün sınığı və baş beyin əzilməsi ilə müşayiət olunan başın sol alın-gicgah nahiyəsinin kəllə boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin bıçağın tiyəsinin uc hissəsi qırılaraq Zərərçəkmiş şəxs2 alın nahiyəsində qaldığından, Zərərçəkmiş şəxs1 həmin an özünə məxsus avtomaşından götürdüyü beysbol dəyənəyi ilə özünü və qardaşını aktiv müdafiə etdiyinə, hadisə baş vermiş yerin ətrafına çox sayda adam toplaşdığına və Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 xəstəxanada vaxtında ixtisaslı tibbi yardım göstərildiyinə görə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə yönəlmiş cinayət əməllərini başa çatdıra bilməyərək bir q rup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş və bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir Hökmdən Məhkum müdafiəçisi M.X.Yolçiyev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı İsmayılov Rahil Əliş oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və X26 oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən Məh kum müdafiəçisi M.X.Yolçiyev kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin cinayət əməlinin 29,123-cü maddəsi ilə tövsif edilməsi barədə göstərişlə işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən və CM-nin 120 və 221-ci maddələrinə istinad edən müdafiəçi M.X.Yolçiyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamış, hüquqlarını müdafiə etdiyi şəxs özünü müdafiə etmək vəziyyətində olduğuna görə Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmək məcburiyyətində qalmış, lakin istər onu, istərsə də Zərərçəkmiş şəxs2 öldürmək niyyətində olmamışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum həm də xuliqanlıq cinayətini törətməmiş, hadisə yerinə təsadüfən gəlmiş və ictimai qaydanın pozulmasında və cəmiyyətə hörmətsizlikdə ifadə olunan heç bir hərəkət törətməmişdir. Buna görə, ibtidai araşdırma orqanı kimi məhkəmələrin də Məhkum əməllərinin tövsifində səhvə yol verdiklərini iddia edən müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, müdafiəçi M. X.Yolçiyev, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə naməlm səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun, onun müdafiəçisinin və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum xx xxxxx 2021-ci il tarixdə tərtib etdiyi və imzaladığı ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmamış saxlanılm asını və həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən onun imzası və gerbli möhürlə təsdiq edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.X.Yolçiyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.X.Yolçiyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-554/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-554/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver