Məhkəmə qərarları › İş №1(102)-554/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-554/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-554/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərər çəkmiş şəxsin və məhkumun müdafiəçisi Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Masallı rayonu, Badalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul ol an, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 1(103)-1356/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 nömrəli hökmü (hakimlər N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və L.S.ƏsgərovaMəmmədova) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzas ını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanmış, hökmlə həmçinin mülki iddia və maddi sübut məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafi əçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini edilməsi, sonuncu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassas iya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin, Zərərçəkmiş şəxs və Müdafiəçi1 çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləc ə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, müdafiəçinin məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 1(103)-1356/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar