Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-555/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi il ə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X12 (məruzəçi hakim) və X4 ibarət tərkibdə) 18 may 2022-ci il tarixli hökmü ilə xx xxxx 1983-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı övladı olan, orta ixtisas təhsilli, əvvəllər məhkum edilmiş, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Dəmir yol yaşayış massivi ev 6 mənzil 22-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və qəti olaraq 2 il 3 ay (iki il üç ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlan ğıcının 22 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 31 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-1/2022 nömrəli, 18 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi ap ellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 9,641 qram çəkidə külli miqdarda narkotik vasitə-heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış və 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt ŞPİ-nin 4-cü PB- si əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, saat 20:30 radələrində polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış a parılarkən, onun əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 9,641 qram olan külli miqdarda qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi bir-birinə ziddi olan ifadələri məhkəmələr tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, iş materiallarında olan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar isə əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmə qərarında Məhkum üzə rindən 9,641 qram külli miqdarda narkotik vasitə olan heroinin və elektron tərəzinin aşkar edilməsi kimi ciddi və əməlin tövsifınə təsir edən xüsusatları müzakirə edərək hüquqi qiymət verməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özüözlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Apellyasiya instansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin h allara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur. Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroinin külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar olunması onun həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını təsdiq edən amillərdir. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitə və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi şəxsi istehlak miqdarından təxminən 64 dəfə çox olmuşdur. Bundan başqa, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və satmaq niyyətində olması hər hansı istehlakçı ilə razılıq əldə olu nması, yaxud narkotik vasitənin hazırlaması üçün hər hansı avadanlığın olması ilə şərtləndirilə bilməz. Hazırki vəziyyətdə narkotik vasitəni satış məqsədi İlə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitənin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallan düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutla rı tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsınə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən, Məhkum anten məlumatları tələb olunmuş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Məhkum saat 17:50:52-dən 19:59:53-dək heç də saxlanıldığı Sumqayıt şəhəri ərazisində deyil, Yaşma və Xızı ərazisində olmuşdur. Məhkəmə həmin sübutu tədqiq etsə də, ona heç bir hüquqi qiymət verməmiş, hökmdə yalnız sadalamaqla kifayətlənmişdir. Halbuki, həmin sübut Məhkum ifadəsini təsdiq edir və ittihamın qurama olmasına dəlalət edir. Bundan sonra məhkəmə polis əməkdaşlarını yenidən dindirmiş, onlar da guya Elnur onlara mənbə g östərəcəyi üçün onu saxladıqdan sonra Yaşmaya apardıqlarını təsdiq etmişlər. Halbuki, əvvəl bunu qəti inkar edirdilər. Müdafiəçi kassasiya şikayətində hazırkı cinayət işi üzrə pozuntulara yol verildiyini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edərək, əməlində cinayət tərkibi olmadığı və təqsiri sübuta yetirilmədiyi üçün Məhkum barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktla rın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419. 11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması, kassasiya şikayətində isə şəxsin təqsirlilik məsələsi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələr i olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün mü əyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutla rın məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birin ci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 9,641qram çəkidə külli miqdarda narkotik vasitə-heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamışdır. Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, saxlanılan gün üzərində narkotik vasitə olmamış, həmin gün axşam saat təxminən 1 8:00 radələrində Sumqayıt şəhəri 2-ci məhəllədə ərazisində üç nəfər müki geyimli şəxslər ona yaxınlaşaraq saxlamışlar. Onu Yaşma bağları deyilən əraziyə aparmışlar. Onu saxlayandan sonra zəng edib atasından 10 min pul istəmişlər. Atası pul verə bilmədiyindən sonra onu Sumqayıt şəhər 4-cü Polis bölməsinə gətirmişlər. Axşama kimi onu Sumqayıt ŞPİ-nin 4-cü bölməsində saxlamışlar, qeydiyyat edə bilmədikləri üçün, Baş Narkotiklərlə Mübarizə İdarəsinə zəng etmişlər. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları gəlmişlər. Ona fiziki və mənəvi təzyiq göstərdikdən sonra məcbur olub ona təqdim olunmuş sənədlərə imza etmişdir. Saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Özü narkotik vasitə istifadəçisidir. Apellyasiya məhkəməsi üzərində axtarış aparılarkən əynində olan qalın qış gödəkçəsinin sol yan cibində təmiz çəkisi 9,641 qram olan külli miqdarda qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və ümumiyyətlə polislər tərəfindən saxlanılarkın üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşmaqla, onları inandırıcı qəbul etməmiş və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmiş, eyni zamanda təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın cinayət işinin materiallarında toplanmış sübutlarla təsdiq olunmaması qənaəti ilə də haqlı olaraq razılaşmışdır. Belə ki, Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi ilkin izahatında bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Sumq ayıt şəhəri 2-ci məhəllə yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Üzərinə bölmədə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 2 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa heç bir qanunsuz əşya və predmet üzərindən aşkar edilməmişdir. Şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığından 150 manata almışdır. Elektron tərəzini narkotik istifadə edən zaman miqdarından çox istifadə etməmək üçün üzərində gəzdirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı vəzifəsində işləyir. 2021-ci ilin yanvar ayının 21-də daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Məhkum külli miqdarda narkotik vasitənin satışında şübhəli olduğu üçün saxlamışlar. Bununla bağlı prosessual sənədləşmə işləri onun tərəfindən aparılmışdır. Məhkum saxlanıldığı gün təxminən axşam radələrində Sumqayıt şəhərinə gəlmişdir. Sənədləşm ə aparılan zaman kompüterdə göstərilən saata baxmışdır, kompüterin alt hissəsində göstərilən saatın isə sonra səhv olduğunu iş yekunlaşdıqdan sonra müəyyən etmişdir. Prosessual sənədləşmə qurtardığı üçün onun yenidən aparılması qanunla qadağan olduğu üçün mümkün olmamışdır. Təxminən saatda bir ya da bir saat yarım fərq olmuşdur. Müdafiəçini "Mərkəz” Vəkil Bürosundan dəvət etmişdir. Həmin əraziyə yaxın yaşayan vəkil bölməyə gəlmişdir. Təqsirləndirilən şəxsin 18:00-da tutulması dəqiqdi. Təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra harasa aparılması barədə ona məlumat verilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni qablaşdırma ilə birlikdə elektron tərəzidə təxmini olaraq çəkmiş, ekspertizada isə dəqiq çəkisi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, saxlanılaraq Sumqayıt RPİnin 4-cü PB-nə gətirilmiş Məhkum əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə təxmini çəkisi 11 qram olan qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər maddə, iki ədəd mobil telefon, elektron tərəzi və şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şifahi soruğu zamanı təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığından 150 manata almışdır. Elektron tərəzini narkotik istifadə edən zaman miqdarından çox istifadə etməmək üçün üzərində gəzdirmişdir. Şəx si axtarış və götürmə video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu "DVD” formatlı disk protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 6/294 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, "Şübhəli şəxs Məhkum üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 9,641 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Məhkəmə narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli 431 nömrəli rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və Məhkum əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmi şdir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyə n edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum oğluna külli miqdarda narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddələri məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop ma ddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı i lə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Belə ki, Məhkum qanunsuz olaraq narkotik vasitə lərin hər hansı miqdarda satışı ilə məşğul olması şahid ifadələri, onun haqqında daxil olan əməliyyat məlumatı və ya əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmur, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi, və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi tərəfindən İŞnə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, istintaq orqanı Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi işin halları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı sayir və həmçinin qeyd edir ki, cinayə t işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib etməməsi halları araşdırılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi işin halları ilə müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanun suz olaraq narkotik vasitəni əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Həmçinin şəxsin üzərində elektron tərəzi aşkar edilməsi ilə bağlı işin halları ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda polis əməkdaşları tərəfindın saxlanılan Məhkum elektron tərəzinin aşkar edilməsi halı göstərilməmiş, bundan başqa, təqsirləndirilən şəxs Məhkum şübhəli şəxs qismində saxlanılarkən belə, elektron tərəzini şəxsi istifadəsi üçün nəzərdə tutulmuş narkotik vasitəni ölçmək, hər istifadə zamanı narkotik vasitənin miqdarının artıq olmaması məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Göstərilən halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni saxlamaqla hər hansı mənfəət əldə edilməsi təsdiq edilmədiyi üçün, onun əməlini narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yarad ılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümk ünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətmə kdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıd ır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sə nəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əla mətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bundan başqa şəxsin polislər tərəfindən saxlanıldıqdan sonra Yaşma bağları ərazisinə aparılması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ve rilmiş və qeyd olunan dəlillər təqsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı müvafiq operatordan götürülmüş təqsirləndirilən şəxs Məhkum saxlanılarkən üzərində olmuş ***-***-**-** mobil telefon nömrəsinin zənglərinin detallaşması cədvəlindən görünür ki, qeyd edilən nömrənin anteni 22 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri ərazisində olmuş, ondan sonra saat 20 radələrində kimi "Yaşma qəsəbəsi”, "Yeni Yaşma”, "Yaşma 2” adlı antenlərdə olmuş, 22 yanvar 2021-ci il tarixdə saat 20:07 radələrindən yenidən Sumqayıt şəhəri ərazisində olmuşdur. Bununla bağlı, birinci instansiya məhkəməsində şahid qismində əlavə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvvəkkili vəzifəsində işləyir. Məhkum təqsirləndirilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq qeyd etmək istəyir ki, təqsirləndirilən şəxs onlara külli miqdarda narkotik vasitə ilə bağlı məlumatı olduğunu söylədiyi üçün onu saxladıqdan dərhal sonra qısa müddətə Yaşma bağları istiqamətində aparmışlar. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə satan şəxsin tutulmasında köməklik göstərəcəyini, həmin şəxsin evini göstərəcəyini onlara söyləmişdir. Lakin onun verdiyi məlumat əhəmiyyətsiz olmuşdur. Əməliyyat tədbiri kimi təqsirləndirilən şəxsi "Yaşma” bağlarına aparmışlar. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə sənədləşdirilmədən onu "Yaşma” bağlarına aparmışlar.”Yaşma” bağlarında təxminən 40-45 dəqiqə olmuşlar. Ola bilər ki, təqsirləndirilən şəxsin sənədləşmə vaxtı səhv yazılmışdır. "Yaşma” bağlarında olarkən telefonu təqsirləndirilən şəxsdən almamışlar. Təqsirləndirilən şəxsi saxladıqları yer 4-cü Polis Bölməsinin ərazi olduğu üçün müvafiq sənədləşmənin aparılması üçün onu 4cü PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs Məhkum əməliyyat tədbiri ilə əlaqədar Yaşma bağları istiqamətində apardıqları üçün əvvəlki ifadələrində bu barədə heç nə deməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum barəsində aparılan əməliyyat tədbirlərinin sənədləşdirilməsində yol verilmiş kobud prosessual pozuntulara görə cinayət işinin təhqiqtını aparan şəxs barəsində Xüsusi Qərar qəbul edilmiş və barəsində təsir tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan hal şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində bəraət hökmünün çıxarılmasına əsas vermir. Məhkəmə kolle giyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən, əsassız dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkə mələrinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə və kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsivə ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kas sasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya ş
Məhkəmə qərarları › İş №1(102)-555/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-555/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver