Məhkəmə qərarları › İş №1(102)-555/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-555/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-555/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Abdulov X Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qasımov Rövşən Mirqasım oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Qasımov Rövşən Mirqasım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 1(101)-1246/2021 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi ilə), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1951-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhk umluğu olmayan, xxx-də qeydiyyatda olmaqla, xxx nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 5 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanvar 2022ci il tarixli 1(103)-73/2022 nömrəli (hakim lər: Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-cİ il tarixli 1(102)-1138/2022 nömrəli (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 yanv ar 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü tarixli 1(103)-196/2023 nömrəli (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Qasımov Rövşən Mirqasım oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarix li hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi öldürməyə cəhd etmişdir. Belə ki, o, 05 dekabr 2020-ci il tarixdə, saat 06:30 radələrində, xxx nömrəsiz fərdi yaşayış evində birgə yaşayan doğma oğlu Zərərçəkmiş şəxs2 oğlunu və gəlini Zərərçəkmiş şəxs1 əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələr səbəbindən qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gələrək, niyyətini həyata keçirməkdən ötrü evin həyətindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta ilə silahlanaraq sonuncuların yatdığı otağa daxil olub, əvvəlcə qəsdən öldürmək məqsədi ilə köməksiz vəziyyətdə çarpayıda yatmış, bu baxımdan ona müqavimət göstərmək iqtidarı nda olmayan Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirdikdən sonra səs-küyə yuxudan oyanan və baş vermiş münaqişəyə müdaxilə etmək istəyən Zərərçəkmiş şəxs1 sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül; sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən əlindəki balta ilə xəsarətlər yetirmi ş, bu zaman səs-küyə oyanan az yaşlı olmaqla müqavimət göstərmək iqtidarında olmayan aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2019-cu il təvəllüdlü nəvəsi X7 hücum etmək istəmiş, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aktiv müqavimət göstərdiklərindən, habelə hadisə yerinə gəlmiş arvadı Şahid1 tərəfindən onun hərəkətlərinin qarşısı alınaraq zərərçəkmiş şəxslər vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb tibbi yardımlar almaları səbəbindən öz niyyətini başa çatdıra bilməyib aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Qasımov Rövşən Mirqasım oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, X14 14 il azadlıdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü qanuna zidd, maddi və prosessual hüquq normalarının, təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının pozulması ilə çıxarılan hökmdür və X19 elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan ittihamlar üzrə ona bəraət verilməli, təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan həcmdə cəza təyin edilməlidir. Cinayət işinin ibtidai istintaqını aparan müstəntiqi X27 bir başa təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, onun müdafiə hüququnu qanunvericiliyin tələbinə uyğun olaraq təmin etməmişdi r. Ona görə də, müstəntiq barədə xüsusi qərardan çıxarılıb aidiyyəti üzrə tabe olduğu orqana göndərilməlidir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələr vəkilin iştirakı olmadan aparılmış və məhkəmənin hazırlıq mərhələsində verilmiş vəsatətdə bu dəfələrlə qeyd edilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində qeyd etmişdir ki, o həmin zaman hərəkət edərkən yıxılmışdır. Xəsarətlərin yıxıldığı zaman alması istisna deyildir. Təqsirləndirilən şəxsin yıxılması onun tamamilə müqavimət göstərmək imkanından məhrum etmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs1 də öldürmək istəməməsi bir daha bu ifadə ilə sübutunu tapır. Təqsirləndirilən şəxs X15 niyyəti adam öldürmək və hər hansı bir şəxsi h əyatdan məhrum etmə olmamışdır. Əgər təqsirləndirilən şəxsin belə bir niyyəti olsa idi, bu niyyəti həyata keçirmək üçün ona heç kim mane olmamışdır. Şərait zaman imkan olduğu halda zərərçəkmiş şəxsləri öldürməməsi düzünə sübut edir ki, təqsirləndirlən şəxsin niyyəti kimisə həyatdan məhrum etmək olmamışdır. Əlində balta olan kifayət qədər fiziki qüvvəyə və cüssəyə sahib olan şəxsin niyyəti olsa idi kimsə baltanın qabağında dayanmaq imkanı ola bilməzdi. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qasımov Rövşən Mirqasım oğlu kassasiya şikayətinin dəlillərinə uyğ un çıxış edərək, Zərərçəkmiş şəxs2 ifadəsində atasının onları öldürmə imkanı olduğunu, lakin belə bir fikri olmadığını, ekspert rəylərində ölümə cəhdlə bağlı heç bir qeydin olmadığını, zərərçəkmiş şəxslərin bir-birindən fərqli 2 ifadə verdiyini, lakin məhkəmənin bu fərqli ifadələrə aydınlıq gətirmədiyini, iş materiallarında məhkumun əməlində ittiham edildiyi maddələrin tərkibinin olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məh z həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-in 128ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndir ən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi ba şa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə ə saslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçi və zərərçəkmiş şəxsin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarı isə d əyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. O cümlədən, həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, “CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiz iki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.” Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Zərərçəkmiş şəxs2 ona elan olunmuş ittiham üzrə ibtidai istintaq dövründə cinayət əməlini törətməsində özünü təqsirli bilinməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 noyabr 2022-ci il tarixli protokolu, məhkəmə-tibbi ekspertizasının 7 dekab r 2020-ci il tarixli 1815 nömrəli, 8 yanvar 2021-ci il tarixli 1822 nömrəli, 16 yanvar 2021-ci il tarixli 1861 nömrəli rəyləri, məhkəmə tibbi-biologiya ekspertizasının 15 yanvar 2021-ci il tarixli 978/2020-MTBŞ nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Məhkum barəsində əlavə kompleks komisyon məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 12 may 2023-cü il tarixli 63 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “....... Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qətlə yetirməsinə dair heç bir təhrik və ya təsir olmamışdır. O, oğlu Zərərçəkmiş şəxs2 davranışından, hərəkətlərindən bezdiyi üçün öldürmək istəmişdir. Öldürmək qərarına hadisə baş verən günü gəlmişdir. Zərərçəkmiş şəxs1 isə öldürmək niyyəti olmamışdır. X hadisə vaxtı onu itələdiyi üçün o, balta ilə X-ə tərəfinə yelləmiş ki ondan əl çəksin. O, X-i başını kəsərək öldürmək istəməmiş, baltanın arxa hissəsi ilə vurmağını kifayət edəcəyini düşünmüşdür...... ” Bundan başqa, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 8 yanvar 2021-ci il tarixli 1822 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilən xəsarətlərdən sol gicgah-təpə, alın, burun və sol qaşaltı nahiyələrin çapılmış yaraları, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları iti çapıcı alətin, ola bilsin baltanın iti kənarının təsirindən, sol göz almasının ağlı qişasına qansızma, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qa nçırları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol gicgah-təpə, alın, burun, sol qaşaltı nahiyələrin çapılmış yaraları və sol göz almasının ağlı qişasına qansızma ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazu və sol bud nahiyələrinin səthi kəsilmiş yaraları, hər iki gözyuvası ətrafı, sol bazu və sol əl nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən şəxslə hücum edən şəxs dinamikada (hərəkətdə) olduqları üçün onların hansı pozada (vəziyyətdə) olmasını təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2021ci il tarixli 1861 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi, təpə, ənsə, gicgah nahiyələrinin çapılmış yaraları müəyyən edildi. Xəsarətlər çapıcı alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə balta ilə yetirilə bilər və dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xüsusatları əyani şəkildə göstərməklə etirafedici ifadəsini tam olaraq bir daha təsdiq etmişdir. O cümlədən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Məhkum barəsində əlavə kompleks komisyon məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12 may 2023-cü il tarixli 63 nömrə li rəyinə əsasən Məhkum qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Məhkum təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum ona ittiham olunan cinayət əməlini törədərkən psixi cəhətdən sağlam olmuş, psixi fəaliyyətin müvəqqəti pozulması keçirməmişdir. Məhkum təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, hazırda yüngül dərəcəli depressiv pozuntudan əziyyət çəkir. Məhkum əziyyət çəkdiyi yüngül dərəcəli depressiv pozuntu ifadə olunma dərəcəsinə görə hal-hazırda onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Odur ki, Məhkum hal-hazırkı psixi vəziyyətinə görə barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. Bununla yanaşı, əvvəlki ekspertizalar zamanı qeyd edildiyi kimi, Məhkum depressiv pozuntu formasında psixi pozuntudan əziyyət çəkməsi, anamnezində suisidal cəhdinin qeydə alınması və neqativ təbiətli qeyri- əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçməsinin istisna edilməməsi nəzərə alınaraq həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müə ssisəsində və s.) daim nəzarət altında saxlanması, təhlükəsizliyə xidmət edə biləcək preventiv tədbirlərin həyata keçirilməsi üçün vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə edilir. Həmçinin hal-hazırkı ekspertiza zamanı X-in somatik vəziyyətində müşahidə edilən ağırlaşmanın (mədəbağırsaq yolunun, sidik-cinsiyyət aparatı orqanlarının xəstəliklərinə xas əlamətlərin təzahür etməsi, arterial təzyiqinin yüksəlməsinin, bədən temperaturunun mütəmadi qalxmasının, somatik ağrılarının olmasının) getdikcə proqressiv xarakter aldığının nəzərə alınması zəruridir. Məhkum əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. O, əqli-intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Məhkum əqli imkanlarına uyğun olaraq, qərarın təsviri hissəsində qeyd olunan əməl zamanı öz hərəkətlərini İdarə etmək qabiliyyətinə malik olmuşdur. Qeyd olunan sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlunun və Zərərçəkmiş şəxs1, o cümlədən şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə özünü təqsirli bilməyərək, oğlu X-in anasını döydüyü və təhqir etdiyi üçün onun hərəkətlərinə dözməyib X-i balta ilə vurması, X-i və gəlini X-in öldürmək fikrinin olmadığı, X-i baltanın arxası ilə vurması, lakin gəlini X-in vurmasını xatırlamadığı barədə ifadəsinin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Həmçinin, kassasiya şikayətinin Məhkum ibtidai istintaq zamanı ifadəsi alınarkən müdafiəçi ilə təmin olunmadığı, müdafiəçinin iştirakı olmadan ifadəsinin alındığı barədə dəlillərinə münasibətdə onu qeyd edir ki, cinayət işi materiallarında olan və kilin şübhəli şəxsə təqdim edilməsi haqqında 5 dekabr 2020-ci il tarixli protokola əsasən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlu Məhkum təqdim edilmiş, o isə hüquqlarının Fikrət Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmiş, o cümlədən cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokola əsasən Məhkum müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, həmçinin şübhəli şəxsin dindirilməsi haqqında 5 dekabr 2020-ci il tarixli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 7 dekabr 2020-ci il tarixli protokollara əsasən Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi yanında olmuş və bu imzalarla təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tə dqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi öldürməyə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəs inin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, müm kün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məh kum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya m əhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qasımov Rövşən Mirqasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar