Məhkəmə qərarları › İş №1(102)-556/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-556/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-556/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev Eiçin Behbut oğlunun iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 yaşa mış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Əliyev Eiçin Behbut oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim Elməddin Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək və xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tu tulduğu və ev dustaqlığında olduğu 05 ay 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), Ə.İ.Qasımov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hö kmünə əsasən Məhkum tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, Bakı şəhəri Yasamal rayonu X16 küçəsində yerləşən Yasamal ATS-nin yaxınlığında istintaqa məlum olmayan şəxsdən 95 manata satış məqsədi ilə qanunsuz olaraq 0,397 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,930 qram çəkidə psixotrop maddələr metamfetamin və 0,06 qram MDMA (metilendioksimetamfetamin) əldə edib, saxlayıb, daşıyıb xx xxxx 2018-ci il tarixdə saat 02:00 radələrində Bakı X17 ərazisində tanışı X9 400 manata satarkən X13 Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri X17 ərazisində saxlanılaraq, X13 Polis İdarəsinə gətirilib orada həmin gün saat 03:15 radələrində Məhk um üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən «Sobranie» markalı siqaret qutusundan şəffaf sellofana bükülmüş bükümdə 03 ədəd, hər ədədi 0,020 qram, ümumilikdə miqdarı 0,06 qram olan psixotrop maddə MDMA (metilendioksimetamfetamin), həmin cibindən ağ rəngli kağıza bürünmüş bükümdə, ümumi çəkisi 1,930 qram miqdarda psixotrop maddə metamfetamin, bir ədəd ağ rəngli bükümdə, ümumi çəkisi 0,397 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edi lməsi və Məhkum barəsində olan cinayət işinə CPM-nin 39.1.2 və 39.2-ci maddələri ilə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar Xun verdiyi məlumat əsasında polis orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı qanunvericiliyin tələblərinə riayət olunmamış, o cümlədən Məhkum müdafiə hüquqları pozulmuşdur. Ona görə də əməliyyat-axtarış keçirilməsi zamanı əldə edilmiş materiallar sübut kimi qəbul edilə bilməzdi. Müdafiəçi həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nətic ələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması barədə CPM-nin 349-cu maddəsinin tələblərinin pozulması apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Müdafiəçi hesab edir ki, Məhkum cinayət törətmək niyyətində olmadığı halda, polis əməkdaşları onu Xun vasitəsi ilə cinayət törətməyə “sövq” etmişlər. Belə ki, o öz evində olduğu halda, X polis əməkdaşlarının tapşırığı ilə ona zəng edərək görüşə çağırmış və narkotik almaq istədiyini bildirmişdir və əvvəlcədən polis əməkdaşları tərəfindən nömrələnmiş 400 manat pulu ona vermişdir. Məhkəmədə ifadə verərkən X bildirmişdir ki, müstəntiq onun 400 manat pulunu qaytarmışdır. Müdafiəçinin fikrincə, polis işçiləri tərəfindən əməliyyat keçirilən zaman X19 Axundova 400 manat pul verməsi ilə əlaqədar xüsusat lar da araşdırılmamış qalmışdır. Belə ki, Məhkum tutulan zaman üzərində yalnız 140 manat pul aşkar edilmişdir. Məhkum narkotik vasitələrin alınması üçün 95 manat pul vermişdir. Belə olan halda onun üzərində 305 manat pul aşkar edilməli idi. Həm də X Məhkum 100 manatlıq əskinaslar verdiyini bildirsə də, onun üzərində belə pullar aşkar edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi E.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş v eribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü ma ddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulması na gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisə yə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanunu nun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır.Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qan unsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilmə z. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai araşdırma, həm də məhkəmə zamanı verdiyi ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, internet şəbəkəsinin “Fasebook” səhifəsində tanış olduğu və adını bilmədiyi bir nəfərin ona narkotik vasitə sata biləcəyini deməs ini, əvvəllər gecə klubunda tanış olduğu Xun xx xxxx 2018-ci il tarixdə ona telefonla zəng edərək qızlarla istirahətə getmələrini təklif etdiyini, razılıq əsasında Xun öz maşını ilə gəlib onu evlərinin yaxınlığından götürüb Bakı Dəmir yolu vağzalına apardığını, daha sonra Xdan maşını alaraq gedib internet vasitəsi ilə tanış olduğu şəxslə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri aldığını, dostları X1 və X11i də Xla birlikdə keçirəcəyi məclisə dəvət etdiyini, yenidən Bakı Dəmiryol vağzalına qayıdarkən polis işçiləri tərəfindən tutulduğunu bildirmişdir. Məhkum həmçinin göstərmişdir ki, narkotik vasitələri əldə etməkdə məqsədi dostları Dilavər, Tural və tanıdığı Vüqarla birlikdə qızlarla əylənmək idi. Məhkum xx xxxx 2018-ci il tarixli şübhəli şəxsin dindirmə protokolunda verdiyi ifadəsində göstərir: “Vüqar saat 23 radələrində gəlib məni evdən götürdü və dedi ki, gedək istirahət edək. Məclisdə qızlar da olacaq, məclisin yaxşı keçməsi üçün narkotik lazımdır. O, maşına 120, yaxud da 130 manat atdı və mən onu 28 Mayda düşürüb onun maşını ilə narkotik almağa getdim...Mən narkotik vasitəni birlikdə istifadə üçün almışam, satmayacaqdım”. (cild 1, iş v.71-72) Şahid X4 göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Bakı” restoranında X2 və X3la birlikdə çay içərkən tanışları Məhkum zəng edərək onu da çay içməyə dəvət etmişdir. Məhkum 10-15 dəqiqəyə gələcəyini bildirmiş və təxminən 15 dəqiqədən sonra Məhkum ona zəng edərək çay evinin qarşısında olduğunu demiş və yanına dəvət etmişdir. Onlar Məhkum yanına gələrkən o, tanışı Xla danışıb qızlarla görüşüb dincəlməyə gedəcəklərini bildirib, onları da qızlarla görüşə getməyə dəvət etmişdir. X3 işi olduğundan onlarla getməmiş, o və X21 idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə əyləşərək Bakı Dəmir Yolu Vağzalına gəlmişlər. Vağzalın qarşısında Məhkum avtomobildən enərkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək Məhkum və onları polis idarəsinə dəvət etmişlər. Orada onların izahatlarını alıb buraxmış, Məhkum isə saxlamışlar. Səbəbini soruşduqda onun üzərində narkotik vasitələrin aşkar olunduğunu demişlər. (cild 1,vərəqə 198-199) X5 da Al X4 ilə eyni məzmunlu ifadə vermişdir. X3 ifadəsindən də görünür ki, narkotik vasitənin əldə edilməsinin təşəbbüskarı Məhkum deyil, Xun özü olmuşdur. Məhk əmə kollegiyası hesab edir ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Ali Məhkəmə Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 №-li Qərarının yuxarıda şərh olunan 8-ci bəndində qeyd olunduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışını verən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi Məhkum narkotik vasitəni birlikdə istifadə etmək üçün aldığından onun əməli “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.2-ci maddəsi ilə deyil, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından art ıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CMnin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirl ər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi əməlin Azərbaycan Respubl ikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarix li qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar