Məhkəmə qərarları › İş №1(102)-556/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-556/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-556/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Osmanov Mansur Ramazan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə (Hakimlər Hacıyev Əfqan Niyyətulla oğlunun sədrliyi və məruzəsi ilə, Sadıxov Rasim Əkrəm oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə) xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda ola n Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin, X5, X6, X9 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 21 may 2019-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum, satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan ə lbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış, göndərmiş və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, o, tanışları X5, X9, X6, külli miqdarda güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ölkə hüdudlarından kənarda Türkiyə Respublikasının ərazisində istintaqdan gizləndiyi üçün axtarışa elan edilmiş «Baba» ləqəbli digər şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin Türkiyə Respublikası ərazisində əldə edilməsi, göndərilməsi və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək X5nin kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə daşınıb orada gizlədilməklə saxlanılması və sonrakı müddətdə qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə qrup üzvlərindən Məhkumla aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq 15 noyabr 2017-ci il tarixdə qanuni əsaslarla Türkiyə R espublikasının İstanbul şəhərinə gedərək məlum olmayan ünvanda digər şəxs ilə görüşüb sonuncunun qaçaqmalçılıq yolu ilə göndərəcəyi külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının ərazisində X5, X6 və X9 ilə birlikdə satacaqlarını vəd edib 25 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, bundan sonra cinayət əməllərinin ifşa olunmaması üçün digər qrup üzvləri ilə Türkiyə Respublikasının mobil operatoruna aid +**********33 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» ani mesajlaşma mübadilə sistemi ilə əlaqə saxlayan digər şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 2,517 qram çəkidə narkotik tərkibli çətənə (kan nabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına aid edilən 0,508 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 14,847 qram çəkidə narkotik vasitə kokain, təsiredicimaddəsinin ümumi miqdarı 4,8 qram təşkil edən kustar üsulla hazırlanmış 160 ədəd psixotrop maddə «MDMA» həbləri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zavod üsulu ilə qablaşdırılma əlamətinə malik, üzərində «Lyrica pregabalin 300 mg» yazısı olan təsiredici maddəsinin ümumi miqdarı 1076,7 qram təşkil edən preqabalin tərkibli 3589 ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatının məlum olmayan tarixdə və şəraitdə qaçaqmalçıl ıq yolu ilə, yəni Türkiyə Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarvəyagizli keçirilməsini təşkil etmiş və Məhkum həmin narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Sədərək» ticarət mərkəzinin yaxınlığında digər şəxsin göndərdiyi başqa şəxsdən əldə edərək əvvəlcədən razılaşdıqları kimi X5nin kirayə yaşadığı ünvan 2 ünvanına daşıyıb sonuncuya təhvil vermiş və X5 onları gələcəkdə birlikdə satışını həyata keçirməkləri üçün kirayə qaldığı yaşayış sahəsində gizlətməklə saxlamış, daha sonra aralarındakı ümumi razılaşmaya əsasən X5 satış məqsədi ilə əldə olunmuş həmin külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, o cümlədən narkotik vasitələrə və psixotrop maddələrə aid olmay an külli miqdarda güclü təsir edən maddələrdən 0,326 qram çəkidə psixotrop maddə metamfetamini, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan «Lyrica pregabalin 300 mg» yazılı təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən preqabalin tərkibli 4 ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatını əynindəki mavi rəngli cins şalvarın sağ yan cibində saxlamış, 0,182 qram çəkidə psixotrop maddə metamfetamini X6yə, 0,257 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı X9yə, 2,260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan «Lyrica pregabalin 300 mg» yazılı təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən preqabalin tərkibli 1 ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatını Məhkum qanuns uz satışını həyata keçirmələri üçün verib qalan hissəsini mənzildə saxlamış, daxil olmuş məlumat əsasında 30 noyabr 2017-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Rafiq Yusubzadənin adına rəsmiləşdirilməklə icarəyə götürülmüş və Məhəmməd Əlizadənin idarə etdiyi «Hyundai Elantra» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında dayanmış vəziyyətdə müəyyən edilərək sürücü Məhəmməd Əlizadə nəqliyyat vasitəsinin salonunda olan Rafiq Yusubzadə və Tural Əlizadə ilə birlikdə saxlanılmış, bu zaman Məhəmməd Əlizadənin əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə 0,326 qram çəkidə psixotrop maddə metamfetamin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan «Lyrica pregabalin 300 mg» yazılı təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən preqabalin tərkibli 4 ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatı, Tural Əlizadənin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə 0,182 qram çəkidə psixotrop maddə metamfetamin, Rafiq Yusubzadənin əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 0,257 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 noyabr 2017ci il tarixdə, saat 20 radələrində X4 iştirakı ilə kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə baxış keçirilərkən mənzilin qonaq otağındakı divanın alt hissəsindən satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edərək qaçaqmalçılıq yolu ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirib aralarında əldə olunmuş razılaşmaya əsasən həmin ünvana daşımaqla saxladıqları külli miqdarda narkotik vasitələr, psixotrop maddələr, o cümlədən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrdən 14 ədəd şəffaf rəngsiz polietilen paketlərin içərisində külli miqdarda 14,847 qram çəkidə narkotik vasitə kokain, narkotik vasitələrə və psixo trop maddələrə aid olmayan «Lyrica pregabalin 300 mg» yazılı təsiredici maddəsinin ümumi miqdarı 1075,2 qram təşkil edən preqabalin tərkibli 3584 ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatı, üç ədəd şəffaf rəngsiz polietilen paketlərin içərisində təsiredicimaddəsinin ümumi miqdarı 4,8 qram təşkil edən kustar üsulla hazırlanmış 77 ədəd və 41 ədəd «ürək» formasında mavi rəngli və 42 ədəd çəhrayı rəngli olmaqla cəmi 160 ədəd psixotrop maddə «MDMA» həbləri aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 noyabr 2017ci il tarixdə, saat 23 radələrində Məhkum ünvan 3 ünvanında yerləşən «Bizim Market» mağazasının qarşısında saxlanılarkən polis əməkd aşlarının təklifindən sonra onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə 2,260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan «Lyrica pregabalin 300 mg» yazılı təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən preqabalin tərkibli bir ədəd kapsuladan ibarət güclü təsir edən dərman preparatı aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar CM-nin və CPM-nin tələblərinə uyğun olmamış, istintaq zamanı nəzərə alınmayan nüanslar sonradan ədalət və qanunçuluq prinsiplərinin pozulmasına səbəb olmuşdur. Bel ə ki, alınmış ilkin ifadələr onun məhz CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə əsas veriyi halda, onun əməli daha ağır maddə ilə tövsif edilmişdir. Bundan əlavə ona CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilə bilməzdi, belə ki o, sərhəddən hər-hansı narkotik vasitə keçirməmişdir. Bu baxımdan hesab edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün onun əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə cəza təyin zamanı onun barəsində olan yüngülləşdirici hallar və himayəsində azyaşlı uşağının olması nəzərə alınmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-ci il tarixli qərarını ləğv etməklə, onun barəsində CM-nin 234.1-ci maddəsi ilə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxı şında məhkumun müdafiəçi Osmanov Mansur Ramazan oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını, Məhkum əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edərək maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı növdə və həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi ü çün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əs aslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin düzgün tövsif olunmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPMin 416.1.6 və 416.1.15-cı maddə lərində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəl i və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsif i törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının məhkuma aid hissədə qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-ci i l tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilməlidir. İlkin olaraq kassasiya məhkəmə kollegiyası Məhkum CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirlilik məsələsinə məhkəmələr tərəfindən baxılarkən gəliyi nəticəni qanuni və əsaslı, bu barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkuma verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma, həmçinin külli miqdarda güclü təsir edən və ya zərərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı ittiham, apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi məhkum özünü Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilməyərək əməlinin CMnin 234.1-ci maddəsi ilə tövsif olunmasını xah iş edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli qərarında qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması m üəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iş tirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri on lardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Qeyd edilən normaları n prizmasından məhkuma istinad olunan işin faktiki hallarına uyğun qiymət verilərkən müəyyən olunur ki, məhkumun digər şəxslərlə qabaqcadan əlbir olub qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, həmçinin külli miqdarda güclü təsir edən və ya zərərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətməsi birinci instansiya və apellyasiya məhkəməsində tədqiq olunmuş iş materialları ilə daha tam təsdiq olunur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkumun müəyyən olunmuş narkotik və külli miqdarda güclü təsir edən maddələri satış məqsədilə deyil, şəxsi istifadə üçün alması barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək məsuliy yətdən boyun qaçırmaq məqsədilə irəli sürülmüş özünümüdafiə xarakterli dəlillər hesab edir. Bununla belə məhkəmə kollegiyası məhkumun başqa şəxslərlə qabaqcadan razılaşmaqla CM-nin 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə verilmiş ittiham üzrə məhkəmələrin gəldiyi nəticənin qeyri-qanuni olmasına dair kassasiya şikayətində göstərilmiş dəlilləri qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası ittiham tərəfinin təqdim etdiyi, hər iki məhkəmə instansiyasında tədqiq edilmiş sübutları, onlarda olan məlumatları kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcələnin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, cinayətin icra edilməsi (bilavasitə törəd ilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-in 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndiril dikdə görünür ki, baxılan işdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın (CM-in 206.2-ci maddəsində göstərilmiş predmetin) qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini yaradan hərəkətlər narkotik vasitənin Azərbaycan Respublikasına gömrük sərhədindən (İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikas ının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Qaçaqmalçılıq cinayəti faktiki olaraq əşyaların gömrük sərhəddindən keçirildiyi andan başa çatmış hesab olunur. GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Qaçaqmalçılıq işləri ü zrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcada n razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3. 2-ci maddəsi ilə tövsif edilir. Bu baxımdan iş materiallarında olan və məhkəmələrin istinad etdiyi sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum CM-nin 206.3.2-ci maddəsi ilə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərərkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar keçirmiş olsun. Lakin CM-nin 32.5-ci maddəsində göstərilir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cina yət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Yuxarıda qeyd edilən Plenum Qərarının 19-cu bəndinin 3-cü abzasında göstərilmişdir ki, “... bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddə sində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Qeyd ediləm normaların tələbləri baxımından məhkumun törətdiyi cinayət əməlinə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hall arına uyğun olaraq (məhkəmə kollegiyası işin faktiki hallarını təkrar sadalamağa lüzum görmür) hüquqi qiymət verilərkən müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində köməkçi qismində iştirakçıdır. Odur ki, onun Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi məsələsini də müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda t əqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Cinayət Prosessual Məcəllənin 416.0.15-ci maddəsində məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Məhkəmə kollegiyası həmin normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 21 may 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, qərar ona aid hissədə dəyişdirilməli, Məhkumun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2019-cu il tarixli qərarı Məhkumun kassasiya şikayətinə əsasən, ona aid hissədə dəyişdirilsin. Məhkumun əməli Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilsin. Qərar Məhkuma aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar