Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-556/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məhkum Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bili nib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) 12 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1994-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 24 fevral 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1605/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 2 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəm ə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 22 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) aya endirilmişdir. Hökm apellyasiya şikayətinə münasibət də qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 30A ünvanında gizlətmiş və 25 may 2021-ci il tarixdə gündüz saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində saxlanılmış və Qaradağ RPİ-nin PB-ə gətirilmiş, daha sonra onun yaşadığı evə baxış keçirilən zaman evin natamam təmirli otağının sağ küncünə yığılmış taxtaların arasında bir ədəd sellofan torba aşkar edilmiş və həmin torbaya baxış zamanı içərisində bir büküm təmiz çəkisi 5,455 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazı rlanmış psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli torbada isə təmiz çəkisi 18,015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd daxili səthində metamfetamin izləri olan ağ rəngli kağızdan borucuq aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, apellyasiya İnstansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsi ilə olan ittiham hökmünü qüvvədə saxlayarkən məhkəmə istintaqı zamanı araşdırılmış sübutları səhv qiymətləndirmiş, istintaq zamanı toplanmış, qeyri-obyektiv, obyektivliyinə əsaslı şübhələr olan yanaşı, dolayı sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə araşdırması zamanı bir mənalı şəkildə məlum oldu ki, iş üzrə təqsirləndirl ən şəxs Məhkum ittiham aktında qeyd edilən "Oba " marketin yanında saxlanmamış, polis şöbəsinə aparılmamış və oradan evə gətirilməmişdir, İbtidai istintaq zamanı ittiham tərəfinin təqdim etdiyi şahidlər bir mənalı şəkildə ifadə verərək göstərmişlər ki, Məhkum və Abdullayev Kamil "Oba" marketin yanında saxlanmışdır. Məhkəmə iclasında isə verdikləri ifadələrə düzəliş vermiş, "Məhkum yaşadığı evin yanında saxlanması ifadələrinə əlavələr edərək antenna məlumatlarına uyğunlaşdırmağa çalışmışlar. İş üzrə apellyasiya araşdırması zamanı təqsirləndirlən şəxsin evində saxlanması sübut edilmişdir. Bakı Apellyasiya Məhkəməsində ittiham tərəfinin təqdim etdiyi dindirilmiş Şahid1 ifadəsi ümumiyyətlə qərarda qeyd edilməmiş və ona sübut kimi qiymət verilməmişdir. Şahid ifadəsində Məhkum evində saxlanmas ını bilavasitə təsdiq etmişdir. Məhkəmə zamanı araşdırılan, lakin istinad edilməyən sübuta hüquqi qiymət verilməməsi açıq-aşkar prosessual pozuntudur. Şəxsin saxlanma məkanı ilə istintaq materialları arasında olan ziddiyyətlərin olmasını Apellyasiya məhkəməsində aydınlıq gətirilsə də, məhkəmə qərarda ziddiyyətlərin nədən qaynaqlanmasına aydınlıq gətirməmiş və bu ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən alınmış məlumatın yalnız Məhkum Qəhraman oğlunun istifadəsində olan mobil nömrənin qeyd olunan vaxtlarda Qaradağ rayonu, Qobustan Qəsəbəsi, Səlyan Yolu küçəsi üzrə anten dairəsini yerləşməsinə dair məlumata istinad etmiş, digər şəxslərin anten dairələri barədə məlumatlar qərarda öz əksini tapmamışdır. 10 iyul 2021-ci il tarixli diskə baxış keç irilməsi barədə protokoldan görünür ki, həmin video çəkiliş qabaqcadan hazırlanmış səhnədir. Çünki evdə heç bir zaman narkotik maddə olmamış, evə narkotik maddə kənardan gətirilmiş və məhz ona görə də axtarış və götürmə zamanı evdə əlavə axtarış aparılmamışdır. İbtidaİ araşdırma zamanı ittiham tərəfinin şahidlərinin verdiyi ifadələrlə məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında kəskin ziddiyyət olmasına baxmayaraq, məhkəmə qərarda buna hüquqi qiymət verməmişdir. Məhkəmə zamanı ifadə verən Şahid3 ifadə verərkən Məhkum evdə tək olmasını bildirir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Məhkum evinə polis əməkdaşları qanunsuz daxil olarkən evdə həmçinin Abdullayev Kamil də olmuşdur. Apellyasiya instansiyası məhkəməsi zəruri olmasına baxmayaraq apellyasiya şikayətinin dəlillə rini əsaslı şəkildə yoxlamaqdan, yəni bu dəlillərə cavab verilməsi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların araşdırlmasını qanuni qiymətləndirməkdən və onların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsindən imtina etməklə CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermiş və bu pozuntular aradan qaldırılmadan Məhkum barəsindəki ittiham hökmünün də qanuni və əsaslı olması barədə qəti fikir yürütmək mümkün deyil. Kassasiya şikayətində Bakı Apellysiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilərək, işin tam, obyektiv, hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkə məsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəl illərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəmə sinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz tə qsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edi lməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbay can Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum müdafiəçisi ilə birgə verdiyi həmin şikayətdə cinayət işi üzrə sübutların düzgün araşdırılmaması iddia edilərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələb CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab e dir: Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kolle giyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 30A ünvanında gizlətməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 25 may 2021-ci il tarixli raportundan görünür ki, X qeydiyyatda olan Məhkum qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur; 25 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, X daimi qeydiyyatda olan Məhkum qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqədilə saxlaması, gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır; Qaradağ RPİ-nin 11-ci PB-ni n rəisi, polis polkovniki Yasər İbadovun 25 may 2021-ci il tarixli, Ə28-071-21 saylı Əmrindən görünür ki, X-da daimi qeydiyyatda olan Məhkum qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqədilə saxlaması, gəzdirməsi daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır; Şübhəli şəxs Məhkum 25 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən fərdi yaşayış evində baxış keçirilməsinə etiraz etməmişdir; Araşdırılmış 25 may 2021-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Məhkum yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilməsi zamanı, mənzilin dəhl iz hissəsini keçdikdə Məhkum natamam təmirli otaqda sağ küncə söykədilmiş taxtaların arasından bir ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin paketə baxış keçirildikdə içərisində bir ədəd yumrulanmış ağ rəngli kağız falqa, bir ədəd göy və bir ədəd sarı rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılarkən sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Məhkum həmin maddələri şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı "Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli, 6/2075 saylı eks pert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №223” möhür əksi, “1.Şübhəli şəxs...Məhkum...” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5.455 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 18,015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, bir ədəd ağ rəngli kağızdan borucuq formasına salınmış predmetin daxili səthində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır; 10 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Məhkum yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, baxış zamanı mənzilin dəhliz hissəsini keçdikdə Məhkum həmin yerdə otaqda sağ küncə söykədilmiş taxtaların arasından bir ədəd sellofan paketi çıxararaq təqdim etmişdir. Təqdim edilmiş paketə baxış keçirildikdə paketin içərisində bir ədəd yumrulanmış formada ağ rəngli kağız falqa, bir ədəd göy və bir ədəd sarı rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılarkən sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Məhkum həmin maddələri şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Aşka r edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum ona istinad olunan cinayət əməlini törətməkdə təqsirli olması özü etiraf etməsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum əməlinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik va sitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkət ləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəl ləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiy mətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyi l, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin cinayət işi üzrə sübutların araşdırılmaması, məhkumun təqsirli olmaması barədə dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Məhkum cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə (o cümlədən məhkumun yaşadığı ünvanda heç bir narkotik vasitə olmaması, iş üzrə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlərin aradan qaldırılmaması və s.) apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymə t verilərək müəyyən edilmişdir ki: -şahid qismində dindirilmiş X6 həm birinci instansiya məhkəməsində verdiyi, həm də apellyasiya icraatı zamanı verdiyi ifadələrində göstərmişdir ki, Məhkum yaşadığı ünvandan narkotikin çıxmasını, habelə Məhkum polis əməkdaşları tərəfindən döyülməsini görməmişdir. İşin halları ilə kifayət qədər təsdiq olunmuşdur ki, Məhkum yaşadığı ünvana baxış keçirilərkən Kamil Abdullayev polis əməkdaşları tərəfindən evdən çıxarılmış və sonuncu baxışın canlı şahidi olmamışdır. Belə olan halda, şahid Kamil Abdullayevin “Məhkum yaşadığı ünvandan narkotik vasitənin çıxmasını, habelə Məhkum polis əməkdaşları tərəfindən döyülməsini görməməsi” məzmunlu ifadəsi ittihamı təkzib edən sübut kimi nəzərdən keçirilə bilməz. -şahid qismində dindirilmiş polis əməkdaşları narkotik vasitə nin Məhkum avtomobilindən aşkar olunması barədə ifadələrində yazılanları təkzib etmişlər; ’’Azercell Telecom” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş məlumatlardan görünür ki, Məhkum istifadəsində olan mobil nömrə qeyd olunan vatlarda Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi ünvanı üzrə anten dairədə yerləşmişdir; -məhkum edilmiş şəxs Məhkum ona istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə apellyasiya şikayətində və ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Məhkum barəsində olan 269 saylı şəxsi işi və 269 saylı Tibb kitabçası tələb edilərək baxış keçirilmiş və onda Bakı İstintaq Təcridxanasına qəbul edilərkən hər hansı bir zorakılıq əlaməti və xəsarət aşkar edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin düzgün ola raq qeyd etmişdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uy ğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab ed ilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edi lməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi q iymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyışdırılməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli q ərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-556/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-556/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver