Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-557/2019 16.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)557-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 16 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, onun müdafiəçisi X3 və Zərərçəkmiş şəxs1 i ştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2017-ci tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə və qeyrisinin məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: X7 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) Məhkum – xx xxxxxxx 1990-cı ildə Füzuli rayonunun ************* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, ************* kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaş amış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Ş6 da məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən isə Ş6 və Məhkum ittiham verilmişdir ona görə ki, onlar 17 may 2016-cı il tarixdə saat 02:30 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 2 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 qarşısını kəsərək, ondan pul tələb etmiş, tələb yerinə yetirilmədikdə, silah qismində istifadə etdikləri bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələyərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 hə yat və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət edilən basqın edib müqavimət göstərməsin deyə biri onun bir qolundan, digəri isə o biri qolundan tutduqdan sonra Məhkum Zərərçəkmiş şəxs1 əynindəki pencəyin qoltuq cibindən zorla onun iradəsinə zidd olaraq 800 manat pulu götürərək hadisə yerindən qaçıb pulu Ş6 ilə bölüşdürməklə quldurluq etmişlər. Məhkəmənin hökmünə əsasən Ş6 və Məhkum 17 may 2016-cı il tarixdə saat 02:30 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs1 qarşısını kəsərək ondan pul tələb etmiş, sonuncu, tələb olunan pulu verməkdən imtina etdikdə, onlar hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək və onun iradəsinə zidd o laraq, Məhkum Zərərçəkmiş şəxs1 əynindəki pencəyin qoltuq cibindən 800 manat pulunu ələ keçirməklə açıq yolla talayıb hadisə yerindən qaçmış, sonra həmin pulu Ş6 ilə bölüşdürməklə soyğunçuluq etmişlər. Hökmdən Məhkum müdafiəçisi O6, zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə) 06 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhku m kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir cinayət törətməmişdir. Ona verilmiş ittiham yalandır. Zərərçəkmiş şəxs həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrində onun günahsız olduğunu bildirmişdir. Bundan başqa, ona ağır cəza təyin edilmişdir. Baxmayaraq ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı valideynləri ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Məcburi köçkündür, ailənin tək oğludur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamç ısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərinin bir qismi Məhkum əməlində cinayət tərkibinin olmaması barədədir. Birinci instansiya məhkəməsindəki ifadəsi ilə ibtidai istintaq zamanı verdi yi ifadəsi arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Ş6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində Ş6 göstərmişdir ki, 16 may 2016-cı il tarixdə saat 23 radələrində Nizami rayonu, ************ qəsəbəsində yerləşən «Kəpəz» kafesinə getmiş və orada bir qədər spirtli içki qəbul etmişdir. O, kafedə olarkən bir qədər sonra tanışları E6 və R6 adlı şəxslər də kafeyə gəlmişlər. Kafedə olarkən bir nəfər şəxsin bir nəfər qadınla oturduğunu, sonra hesab verdiyini və onda pul olduğunu görmüşdür. 17 may 2016-cı il tarixdə saat 02:30 radələrində həmin şəxs kafedən çıxarkən o, R6 birlikdə onun arxasınca getmiş, R6 həmin şəxsə yaxınlaşıb ondan 20 manat borc istəmiş, həmin şəxs pulunun olmadığını bildirdikdə, onlar həmin şəxsin arxasınca gedərək onu izləmişlər v ə qaranlıq bir yerdə R6 birlikdə həmin şəxsə yaxınlaşaraq onun əl-qolunu tutub əynindəki pencəyin iç cibində olan 2 ədəd 5 manatlıq əskinası götürmüşdür. Pulu götürərkən həmin şəxsin cibində olan pul kartları da əlinə keçmiş, lakin kartları həmin şəxsin özünə qaytarıb yenidən kafeyə qayıtmışlar. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 götürdüyü pulu R6 aralarında bölərək hərəyə beş manat götürmüşlər. Ş6 istintaqa əlavə verdiyi ifadəsində göstərmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 20 manat borc pul istəmiş, Zərərçəkmiş şəxs1 bildimişdir ki, onlarla birlikdə marketə gedib orada pulu xırdaladıqdan sonra onlara 20 manat pul verəcəkdir. Daha sonra o, R6la birlikdə Zərərçəkmiş şəxs1 arxasınca getmişlər. Zərərçəkmiş şəxs1 ******** qəsəbəsində yerləşən “Avromed” dərman şirkətinin yaxınlığındakı «K eşlə» marketə daxil olmuşdur. Həmin vaxt R6 da V6 arxasınca marketə girmişdir. R6 V6 marketdən çıxdıqda, o, marketin qarşısında dayanıb V6 pul verib-verməyəcəyini soruşmuş, V6 içkili olduğundan kobud surətdə pulu verməyəcəyini bildirmişdir. V6 kobud danışığı onun xoşuna gəlməmiş, aralarında mübahisə yaranmışdır. R6 onları aralamış, sonra o, R6 «Kəpəz» kafesinə qayıtmışlar. Bundan sonra R6 onunla sağollaşıb evə getmişdir. Daha sonra o, «Kəpəz» kafesində olarkən polis əməkdaşları oraya gələrək onu özləri ilə 23-cü Polis bölməsinə aparmışlar (cild 1, iş vərəqi 122-123). Birinci instansiya məhkəməsindəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğuna görə məhkəmədə Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində Məh kum göstərmişdir ki, 16 may 2016-cı il tarixdə saat 23 radələrində Nizami rayonu, ********* qəsəbəsində yerləşən «Kəpəz» kafesinə getmiş və orada bir qədər spirtli içki qəbul etmişdir. Həmin vaxt E6, Ş6 və V6 adlı tanışları da kafedə olmuşlar. Kafedə oturub «Xırdalan» pivəsi içdiyi zaman içəridə bir nəfər şəxsin qızlara pul xərcləməsini görmüş və hiss etmişdir ki, onun üzərində pul var. 17 may 2016-cı il tarıxdə gecə saat 02:30 radələrində həmin şəxs kafedən çıxmış, o da, həmin şəxsin arxasınca gedib yolda yaxınlaşıb ondan 20 manat pul istəmişdir. Həmin şəxs ona bildirmişdir ki, dükana girib oradan siqaret alıb ona pul verəcəkdir. Birlikdə dükana gedib həmin şəxs siqaret aldıqdan sonra dükandan çölə çıxmışlar, lakin həmin şəxs pulu verməkdən imtina etmişdir. Bu zaman o, əlini həmin şəxsin cibinə ataraq cibində olan pulu çıxartmışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 cibindən 450 manat pul çıxartmış, həmin vaxt tək olmuş, pulu da ondan tək götürmüş, yanında heç kim olmamışdır. Üzərində heç bir küt alət, bıçaq olmamış, ümumiyyətlə V6 hədələməmişdir. Sadəcə, o, Zərərçəkmiş şəxs1 pul istəmiş, o, pulu vermədikdə əli ilə onun pencəyindən tutaraq pencəyinin iç döş cibindən 450 manat pulunu götürərək oradan aralaşmışdır. Həmin hadisəni tək törətmiş, həmin vaxt yanında heç kim olmamış, spirtli içki qəbul etdiyindən tam olaraq tanışları E6 V6 və Ş6 adlı şəxslərin həmin vaxt harada olduqlarını xatırlaya bilməmişdir. Hadisə vaxtı həmin şəxslər onun yanında olmamış, V6 pulu olmadığı üçün ona 5 manat pul vermişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum əlavə dind irilərkən özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 may 2016-cı il tarixdə saat 23:00 radələrində Nizami rayonunda yerləşən «Kəpəz» istirahət mərkəzinə getmişdir. Orada bir az içdikdən sonra pulunun qurtarmasını görmüş, üzdən məhlə uşağı kimi tanıdığı V6 20 manat borc pul istəmiş, sonuncu isə, R6 xırdasının olmadığını və dükana gedib xırdalayıb verə biləcəyini demişdir. Onlar dükana getmiş, dükandan çıxdıqdan sonra bir az söhbət etmişlər. Söhbət əsnasında V6 V8 «nə oldu, pulu verirsən, ya yox» deyə bir az sərt şəkildə soruşmuş, V6də hirslənib pulu verməyəcəyini demişdir. Bu zaman V6 V6 arasında bir balaca çəkişmə olmuşdur. O, həmin şəxsləri aralamaq məqsədi ilə V6 əlindən tutub aralamışdır. V6 pulun götürülməyindən və ya alınmağından xəbəri olmamışdır. Hadisənin səhərisi günü V6 tutuld uğunu eşidib könüllü gələrək təslim olmuşdur. Bölməyə gələn zaman V6 tutulmamağını istəyərək, eləcə də 20 manat borcu o, aldığına görə yalan ifadə verərək pulu V6 özünün götürdüyünü demişdir. Amma bu işdə onun heç bir günahı olmamışdır. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 17 may 2016-cı il tarixdə saat 01 radələrində Nizami rayonu,*************** küçəsi, «Kəpəz» kafesində üç butulka 250 qramlıq pivə qəbul etmiş, təxminən gecə saat 02:30 radələrində kafedən çıxıb yaşadığı evə gedərkən 2 nəfər sonradan adlarını bildiyi Məhkum və Şirinov V6 onun arxasınca gələrək həmin küçədə qarşısını kəsmişlər. Məhkum əlindəki bıçaqla onu hədələyərək pul tələb etmiş, pulu olma dığını dedikdə və pul verməkdən imtina etdikdə R6 onun sağ qolunu, V6 isə sol qolunu tutmuş, R6 onun ciblərini eşələyərək pencəyinin sağ döş cibindən 800 manat pulu çıxardaraq götürmüş, qalan sənədləri, resepti, yaddaş kartını isə yerə ataraq hadisə yerindən qaçıb uzaqlaşmışlar. Qaranlıq olduğundan R6 əlində olan dəmir əşyanı bıçağa oxşatmışdır. Həmçinin, həmin şəxsləri əvvəllər tanımamış, hadisə vaxtı ona həmin şəxslər heç bir xəsarət yetirməmişlər. Hadisə gecə saatlarında baş verdiyindən həmin vaxt yaxınlıqda başqa kənar şəxsləri görməmişdir. O, «102» xidmətinə zəng vurub məlumat verərək bildirmişdir ki, 3-5 nəfər onu bıçaqla hədələyərək pul tələb etmişlər. Həmin vaxt həyəcanlı olduğundan, onların əlində olan əşyanı bıçağa oxşatmış, bıçağın dolu bədənli oğlanın əlində olduğunu göstərmiş və qaranlıq olduğundan dəqiq bıçağın əlamətlərini görmədiyini, eyni zamanda sonradan özözlüyündə hadisəni analiz edərkən onların iki nəfər olduğunu müəyyən etmişdir. Həmin şəxsləri o, əvvəllər tanımamış və onlarla hər hansı bir münasibəti olmamışdır. Onun qarşısını 2 nəfər şəxsin kəsdiyini və hərəsi bir qolunu tutaraq kök bədənli oğlanın onun cibindən 800 manat pulunu çıxartdığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 əlavə dindirmə zamanı həmçinin göstərmişdir ki, hadisədən sonra R6 valideyni onunla görüşmüş, hadisə zamanı ondan götürülmüş 800 manatı ona qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, R6 və V6 onunla eyni qəsəbədə yaşayır, əməllərindən peşmandırlar, ona görə də, teleqram vuraraq onların bağışlanmasını xahiş etmişdir. Lakin hadisə əvvəlki ifadəsində qeyd et diyi kimi baş vermiş və əvvəlki ifadəsini təsdiq edir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs1 «Avromed» dərman şirkətində işlədiyini və 1000 manat əmək haqqı aldığını bildirmişdir. Həmin gün ona müdiriyyət tərəfindən texniki ləvazımatlar alınması üçün 800 manat pul verilmişdir. «Kəpəz» kafesində üzərində olan 800 manat puldan əlavə 50-60 manat da şəxsi pulu olmuşdur. O, həmin puldan təxminən 15-20 manat xərcləmişdir. Kafedə ondan başqa digər masalarda da qadın və kişi müştərilər olmuş, o, kafedə T8 adlı xanımdan başqa heç kəslə oturmamışdır. Eyni zamanda, Məhkum və Ş6 V6 Vəkil oğlunu əvvəllər tanımamış, sonradan onların da Keşlədə yaşadıqlarını bilmişdir Birinci instansiya məhkəməsində şahid Ş9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstə rmişdir ki, icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 16 may 2016-cı il tarixdə saat 23 radələrində Keşlə qəsəbəsində yerləşən «Kəpəz» kafesində oturub çay içmiş, 17 may 2016-cı il tarixdə gecə saat 01 radələrində tanışları R6, V6 və E6 adlı şəxslər də kafeyə gəlmişlər. Onlarla birlikdə bir az yeyib-içib söhbət etmişlər. Söhbət arasında R6 ondan 20 manat borc pul istəmiş, o isə, R6a pulunun olmadığını demişdir. Həmin vaxt kafedə bir müştərinin pivə içib yemək yediyini, sonra stolunun hesabını verdiyini, həmin vaxt R6ın onda pul olduğunu görmüşdür. Həmin müştəri 17 may saat 02:30 radələrində kafedən çıxdıqda onlar də kafedən çıxmışlar. R6 və V6 həmin müştərinin arxasınca getmiş, o isə, E6lə kafenin qabağında söhbət etmişdir. Təxminən 5-6 dəqiqədən sonra R6la V6 kafey ə qayıtmışlar. R6la V6 onlara bildirmişlər ki, həmin şəxsdən 10 manat pul alıb aralarında bölmüşlər. O, R6la V6in müştərinin arxasınca getmələrinin səbəbini onlardan soruşmamış, onlar da ona bir söz demədən getmişlər. Əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış və onunla heç bir münasibəti olmamışdır. Ş9 o, həmin vaxt onlardan xeyli aralıda olmuşlar. X16 pulu zorla almaları, yaxud həmin şəxsin özünün pulu onlara verdiyi barədə əvvəl bilməmiş, R6 və V6in Zərərçəkmiş şəxs1 arxasınca getmələrinin səbəbini onlardan soruşmamış, onlar da ona bu barədə söz deməmişlər. Sonradan o, eşitmişdir ki, X19 əl-qolunu tutaraq zor tətbiq edib onun cibindən pulunu çıxartmışlar. O, R6 və V6 üzərində bıçaq və ya hər hansı bir küt əşyanın olduğunu bilməmiş və görməmişdir Birinci instansiya məhkəməsində şahid E6 ibtida i istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, fərdi qaydada şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 16 may 2016-cı il tarixdə axşam saat 23 radələrində tanışı R6 adlı şəxslə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Kəpəz” kafesinə getmişlər, kafedə olarkən tanışları V6 və Ş9 adlı şəxslər də kafeyə gəlmiş, onlar yemək sifariş edirb birlikdə yeyib-içmişlər. Özünü pis hiss etdiyi üçün kafedən bayıra çıxmışdır ki, bir qədər gəzib özünə gəlsin. Kafenin həyətində oturarkən əvvəllər tanımadığı, kafedə çörək yeyərkən gördüyü 30-35 yaşlarında bir nəfər şəxsin kafedən çıxıb getdiyini görmüş, həmin vaxt V6 ona yaxınlaşaraq, həmin şəxsdə dollar olduğunu demiş, ona dollar lazım olduğundan kafenin həyətində həmin şəxsə yaxı nlaşaraq ondan 100 ABŞ dollarını manatla dəyişməyi təklif etmiş və həmin şəxs razılaşmayaraq çıxıb getmişdir. O, E6lə kafenin həyətində bir-biri ilə söhbət edərkən R6 və V6 həmin şəxsin arxasınca getmişdir. Həmin vaxt artıq gecədən xeyli keçmiş, 17 may 2016-cı il təxminən saat 02 radələri olmuşdur. 5-10 dəqiqə keçmiş R6la V6 iti addımlarla geri onların yanına qayıtmış və R6 onlara bildirmişdir ki, V6lə birlikdə həmin şəxsdən 10 manat pul almışlar və onu da öz aralarında bölərək hərəyə 5 manat götürmüşlər. V6gildən pulu həmin şəxsdən necə aldıqlarını, nə məqsədlə aldıqlarını və onun arxasınca niyə getdiklərini soruşmamış və onlar da həmin şəxsin ardınca getmələrinin səbəbini onlara bildirməmişlər. Sonradan ona məlum olmuşdur ki, R6la V6 birlikdə həmin oğlanın əl-qolunu tutub cibindən pulunu çıxardıblar. Ş9lə o, həmin vaxt onlardan xeyli aralıda olmuşlar və hadisənin necə baş verdiyini görməmişlər. V6lə R6ın həmin şəxsə qarşı zor tətbiq edərək pul almalarından əvvəlcədən onun məlumatı olmamışdır (cild 1, iş vərəqi 72-74). İş materiallarına əlavə olunmuş 17.05.2016-cı il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 həmin tarixdə 4-5 nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək cibindən 500 manat pulu götürüb uzaqlaşması barədə məlumat vermişdir. İşə əlavə olunmuş Nizami RPİ-nin 23-cü Polis bölməsinin 18.05.2016-cı il tarixli 088-5115-1216 saylı məktubundan və həmin tarixli protokoldan görünür ki, Məhkum 18.05.2016-cı il tarixdə saat 11:30-da könüllü şəkildə Növbətçi hissəyə yaxınlaşaraq, 17 may 2016-cı il tarixdə saat 02:30 radələrində ünvan 3 ünvanının qarşısında birlikdə olduğu Kərimov Ş9, Ş6 V6 və E6 adlı şəxslərlə birlikdə V6 kimi tanıdığı Keşlə qəsəbəsi sakininə qarşı soyğunçuluq edərək pulunun əlindən alınmasında iştirak etdiyini bildirmiş və könüllü polis orqanına təslim olmuşdur (cild 1, iş vərəqi 26-27). Şəxsin tanınması haqqında 18 may 2016-cı il tarixli protokollardan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı Ş6 V6 və Məhkum Zərərçəkmiş şəxs1 tanınmaya təqdim olunmuş, həmin istintaq hərəkəti zamanı, zərərçəkmiş şəxs həm V6, həm də Məhkum tanıdığını, onların 17 may 2016-cı il tarixdə saat 02:30 radələrində ünvan 4 ünvanının qarşısında onun qabağını kəsib əl-qolunu tutub hədələyərək cibindən 800 manat pulunu çıxardan şəxslər olduğunu bildirmişdir (cild 1, iş vərəqi 86-88, 106-108). İbtidai istintaq zam anı Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər Şirinov V6 Vəkil oğlu və Məhkum arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək onları ifşa etmişdir (cild 1, iş vərəqi 112-114, 135-137). Zərərçəkmiş birinci instansiya məhkəməsi iclasında olduğu kimi apellyasiya və kassasiya şikayətlərində Məhkum ona qarşı heç bir cinayət əməli törətməməsini, R6ın ondan yalnız kafedəki borcunu vermək üçün pul istəməsini, pulunu xırdalayıb R6a verməsi üçün onunla marketə getmələrini, həmin vaxt marketin qarşısında onlara yaxınlaşan V6in onunla kobud danışmasına görə V6lə aralarında mübahisə yaranmasını, R6ın onu tutaraq V6dən aralamasını, V6i də digər iki nəfərin aralamasını, içkili olduğu üçün 102 xidmətinə zəng edib, ondan zorla pulunun alınması barədə bildirməsini qeyd etsə də, şikayətin həmin dəlilləri əsassız olmaqla işin materiallarında olan sübutlarla təkzib olunmuş, ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq işin materiallarında olan digər sübutlarla təsdiq olunduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı Ş6 və Məhkum onun qarşısını kəsərək ondan pul tələb etmələri, tələb olunan pulu verməkdən imtina etdikdə, V6 onun əllərindən tutub Məhkum əynindəki pencəyin qoltuq cibindən 800 manat pulunu ələ keçirmələri barədə verdiyi ifadələrini işin faktiki hallarına uyğun hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibi olmamasına görə ona bəraət verilm əsinə dair dəlilləri əsassız olduğundan bu hissədə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində daha sonra göstərilir ki, məhkuma ağır cəza təyin edilmişdir, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı valideynləri ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxs ondan şikayətçi deyil, Məcburi köçkündür, ailənin tək oğludur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halları və Azərbaycan Respublikası CM-nin sanksiyasında edilmiş dəyişikliyi nəzərə alaraq hesab edir ki, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar mövcuddur. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunuun 1.64.2ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 180.2-ci m addənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “üç ildən yeddi” sözləri ilə əvəz edilmişdir. Bundan başqa həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilmiş və CM-nin 60.1-ci maddəsinin tətbiqinə əsas verən cəzanı yüngüllşdirən halların dairəsi da genişləndirilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngüllşdirən halllar kimi nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunvericilikdə edilmiş hümanistləşdirmə müddəaları məhkumun hüquqi vəziyyətinin yaxşılaşdırılmasına əsas verdiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarında Azərbaycan Respublikası CPM-nin 416.0.21-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq dəyişiklik edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum və qeyrisinin məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Sədrlik edən: Hakimlər: Fərhad Kərimov Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-557/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-557/2019
16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver