Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-557/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.3.2 və 272.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu oğlu (sədrlik edən və məruzəçi), Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, natamam ali təhsilli, heç yerdə işləməyən, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinə rək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, CM-nin 177.3.2 və 272.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 272.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülki iddiası qismən təmin edilərək 39572 (otuz doqquz min beş yüz yetmiş iki) manat 21 (iyirmi bir) qəpik mə bləğdə pulun Məhkum tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar qanunsuz ələ keçirmiş, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddə t ərzində müxtəlif internet xətləri üzərindən kompüter sistemi - verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus "www.birbank.az” internet saytında mövcud olan təhlükəsizlik boşluğundan istifadə edərək ümumilikdə həmin sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını, yəni özündə bank sirrini təşkil edən ayrı-ayrı vətəndaşlara məxsus 70 ədəd XXXXXX kredit kartlarının məlumatlarını, yəni kredit kartlarının 16 rəqəmli pan nömrələri və bitmə tarixlərindən ibarət məlumatları buna hüququ olmadığı halda qəsdən təkrar qanunsuz ələ keçirmiş, bundan sonra o, "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəyə verilmiş "Birbank” mobil tətbiqində həmin vaxt faktiki öz istifadəsində olmuş +******* ***22, +**********19, +**********19, +**********97 və +**********91 saylı mobil telefon nömrələri ilə qeydiyyatdan keçdikdən sonra istifadəsində olan XXXXXX mobil tətbiqinə qanunsuz ələ keçirdiyi digər vətəndaşlara aid 70 ədəd XXXXXX kredit kartlarının məlumatlarını əlavə edərək həmin kart hesabları üzrə çoxsaylı gizli qanunsuz köçürmə əməliyyatları həyata keçirməklə son nəticədə onun cinayət əməllərindən xəbərsiz olan şəxslərdən anası X4 adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********751177 pan nömrəli karta 29243 manat, anası X11nın adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********419053 pan nömrəli karta 1500 manat, atası X8 adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********263479 pan nömrəli karta 1362 manat, b ibisi X1 adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********732139 pan nömrəli karta 1889 manat, kredit kart məlumatlarını qanunsuz ələ keçirdiyi şəxslərdən X2 adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********500253 pan nömrəli karta 11 manat, kredit kart məlumatlarını qanunsuz ələ keçirdiyi şəxslərdən X5 adına "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş **********204343 pan nömrəli karta 43 manat 82 qəpik və kredit kart məlumatlarını qanunsuz ələ keçirdiyi digər 20 ədəd kart hesabına 1166 manat 87 qəpik, fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə və onlayn rejimdə vəsaitlərin kartdan-karta köçürülməsinə imkan yaradan "www.e-pul.az” internet saytında istifadəçi kimi qeydiyyatdan keçdiyi hesaba 4753 m anat, eləcə də "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin abunəçilərinə 3.078 manat 21 qəpik, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin abunəçilərinə 18.998 manat 89 qəpik və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin abunəçilərinə 20 manat məbləğində pul vəsaitlərini qanunsuz köçürüb Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus ümumilikdə 62.065 manat 79 qəpik məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzo v İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun cinayət əməlinin CM-nin 177.3.2-ci maddəsindən CM-nin 177.2.3-1-ci maddəsinə tövsif edilməsi və həmin maddə əsasında ədalətli cəzanın təyin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan cinayət işi üzrə ibtidai araşdırma düzgün aparılmamış, həmçinin məhkəmələr də öz növbə sində əhəmiyyətli sübutlara düzgün qiymət verməmiş və nəticədə onun barəsində qanunsuz və əsassız qərar qəbul etmişlər. Məhkum öz kassasiya şikayətində bildirir ki, məhkəmələr onun tərəfindən törədilmiş əməlini vahid qəsdlə törədilən əməl kimi qiymətləndirib həmin əməli düzgün olmayaraq CM-nin 177.3.2-ci maddəsi ilə tövsif etmişlər, halbuki, o, ittiham olunduğu oğurluq cinayətlərini müxtəlif vaxtlarda - 05 oktyabr və xx xxxxxx 2018-ci il tarixlərdə törətmiş və belə olan halda onun tərəfindən törədilmiş oğurluqların vahid qəsdlə əhatə olunması haqda istintaq orqanının və məhkəmələrin gəldikləri nəticə qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkumun fikrincə, onun göstərilən tarixlərdə törətdiyi cinayətlərin hər birisi ayrı-ayrılıqda həmin tarixlərdə vurulmuş zərərin miqdarına əsasən tövs if edilməlidir. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan da ibtidai araşdırma orqanı tərəfindən şişirdilmiş və məhkəmələr də istintaq orqanını səhvini təkrarlamışlar. Onun qənaətinə görə, zərərçəkmişin mülki iddiasında ona 39542 manat pul vəsatinin ona ödənilməsi tələb edildiyindən, xeyli miqdar təşkil edən həmin məbləğdə vurduğu görə də o CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalı idi. Bundan başqa kassator qeyd edir ki, cinayət işinin materiallarında olan müəyyən mobil telefon nömrələri ona məxsus olmamış və o, heç vaxt həmin nömrələrdən istifadə etməmişdir. Şər olunanlara əsaslanaraq məhkum Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqın da zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əhəmiyyətli sübutları araşdırmaqdan imtina edərək həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun da nəticəsində onun əməli CM-nin 177.3.2-ci m addəsi ilə düzgün tövsif edilməmiş və o, əsassız və qanunsuz olaraq ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası Məhk um şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının p redmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında proses sual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçi rən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəm iyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutl arı araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkumyinin ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə koll egiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş həm ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, onun məhkəmə iclasında da verdiyi eyni məzmunlu qismən etirafedici ifadələri ilə, habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işə əlavə edilmiş bir çox sənədlərlə tam təsdiq edilir. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibərtdir ki, Məhkum elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından is tifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində müxtəlif internet xətləri üzərindən kompüter sistemi - verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğu daxilində, "xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus "www.birbank.az” internet saytında mövcud olan təhlükəsizlik boşluğundan istifadə edərək ümumilikdə həmin sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını, yəni özündə bank sirrini təşkil edən ayrı-ayrı vətəndaşlara məxsus 70 ədəd XXXXXX kredit kartlarının məlumatlarını ələ keçirərək “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus ümumilikdə 62.065 manat 79 qəpik məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkum kassasiya şikayətinin əsas dəlilləri onun yuxarıda təsvir edilən əməlləri vahid qəsdlə törətməməsindən və banka deyil, vətəndaşlara məxsus pul vəsaitini “Birbank” kredit kart sistemi vasitəsilə daha az məbləğdə pul vəsaitini oğurlaması barədə olsa da, onun bu dəlilləri ibtidai araşdırma zamanı qanuni üsullara toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv sübutlarla təkzib olunur. Belə ki, məhkumun özünün cinayət təqibinin bütün mərhələrində sərbəst şəkildə verdiyi qismən etirafedici ifadələrinə görə, onun başqa şəxslərə külli miqdarda borcu olduğuna, heç yerdə işləmədiyindən bu borcu ödəyə bilmədiyinə, digər tərəfdən isə kompyuter texnologiyalarını ya xşı bildiyinə görə 2018-ci ildə yeni tətbiq olunan XXXXXXX kredit kart sistemi vasitəsilə həmin kartdan istifadə edən vətəndaşların kartlarından pul silmək qərarına gəlmiş və həmin kartın təhlükəsizliyi vasitələrinin zəif olunmasından istifadə edərək xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək belə fəaliyyətini həyata keçirərək çoxlu sayda vətəndaşların kartlarının məlumatlarından istifadə edərək müxtəlif məbləğlərdə pulları oğurlamış, lakin onun hesablamalarına görə oğurladığı pulun məbləği 40.000 manat həddini keçməmişdir. Məhkum göstərdiyi yolla oğurladığı pulun məbləğinin ona ittiham olunmuş məbləğdən az olmasını bildirsə də, onun bu barədə verdiyi ifadələri eyni zamanda ona dəlalət edir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə pul oğurlamaq niyyəti onda bir dəfə yaranmış və bu niyyətinə uyğun olaraq ona elan olunmuş ittihamda göstərilən qaydada ifşa edilənə qədər qeyri-qanuni fəaliyyətlə məşğul olmuşdur. Bu hal isə onun cinayətkar fəaliyyətini vahid qəsdlə əhatə olunmasına dəlalət edir ona görə, cinayət hüquq nəzəriyyəsinə görə, cinayətin ayrı-ayrı, lakin eyni xarakterli epizodlarının törədilməsi müxtəlif vaxtlara təsadüf etsə də, bu epizodlar üzrə əməllər əvvəlcədən yaranmış niyyətə uyğun olaraq törədildikdə, belə əməl vahid qəsdlə törədilən və davam edən cinayət kimi qiymətləndirilir. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dəair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2021-ci il tarixli qərarında da ö z əksini tapmışdır. Həmin qərara görə, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Şəxs, talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif olunur. Bu mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi, davam edən cinayət kimi qiymətləndirilən oğurluq əməlləri nəticəsində zərər çəkmiş hüquqi şəxsə - “xxxx” ASC-yə külli miqdarda ziyan vurulduğundan onun həmin əməlləri ibtidai araşdırma orqanı və onunla birlikdə məhkəmələr tərəfindən CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Oğurladığı pul vəsaitlərinin “xxxx” ASC-yə deyil, vətəndaşlara məxsus olması ilə bağlı dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili də əsassız sayır ona görə ki, XXXXXXX kredit kart sisteminin şərtlərinə görə, vətəndaşlara verilən karta yatızdırılmış pul vəsaiti vətəndaşlara deyil, həmin kartı verən banka məxsus olur, vətəndaş bu kartdan istifadə etməklə həmin karta yatızdırılm ış pul vəsaitəni öz ehtiyacları üçün xərcləyir və müəyyən dövrdən sonra xərclədiyi vəsaiti banka qaytarmaq vəzifəsini daşıyır. Yəni buradan görünən odur ki, əgər şəxs hər hansı qanunsuz üsulla vətəndaşın istifadəsində olan belə karta aid məlumatlardan istifadə edərək həmin kartdan öz hesabına və ya kartına, yaxud da digər şəxslərin pul hesablarına və ya bank kartlarına pul vəsaitlərini köçürməyə müvəffəq olursa, o, həmin vətandaşın deyil, bankın əmlakını talamış və məhz banka ziyan vurmuş olur. Belə əməliyyatların aparılması isə, həm vətəndaş, həm də bank tərəfindən müəyyən edilə bilər. Araşdırımış sübutlarla o da təsdiq edilir ki, Məhkum oğurluq yolu, məhkumun göstərdiyi kimi 40000 manat məbləğinə qədər deyil, "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilmiş kartlardan müştərilər in məlumatı olmadan məhkum tərəfindən 40368 manat, mobil operatorlara isə ümumilikdə 22097 manat 10 qəpik məbləğində vəsait köçürülmüşdür. Müxtəlif mobil operatorlara aid olan nömrələrə köçürülmüş vəsaitdən 21643 manat 42 qəpik həmin operatorlar tərəfindən banka qaytarılmışdır. Eyni zamanda 20 ədəd kart hesabında formalaşan 1166 manat 87 qəpik pul vəsait bankın gəlirlər hesabına geri qaytarılmışdır. Bununla da Məhkum həyata keçirdiyi qanunsuz əməliyyatlar nəticəsində oğurlanmış puldan 39542 manat 21 qəpik məbləğində vəsait "xxxx” ASC-yə ödənilməmişdir ki, bu məbləğlə bağlı da zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən digər məsələlərlə yanaşı mülki iddianın təmin e dilməsi məsələsinin də bu qaydada həll edilməsini qanuni və əsaslı sayır. İşin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin aşağıdakı tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum şərh olunan əməllərinin başqa cür tövsif edilməsi üçün heç bir əsas görmür. Belə ki, məhkəmə kollegiyası ilk növdəbə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Oğurluğa görə cinayət məsuliyyəti müəyyən edilmiş CM-nin 177.1-ci maddəsində həmin cinayətin obyektiv cəhəti belə təsbit edilmişdir: “O ğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”. CM-nin 177.3.2-cü maddəsində isə göstərilən əməllərin müvafiq olaraq elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfmə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam ve rmək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə 177.2.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Azərbaycan Respublikası Mərkəzi X22 tərəfindən xx xxxx 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir. CM-nin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hes ab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları - informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə dax il olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. İşin müəyyən edilmiş faktiki hallarını milli və beynəlxalq qanunvericiliyin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətl əndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan Məhkum hərəkətlərində məhz kompüter sisteminə, kompüter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar qanunsuz ələ keçirmə, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq cinayətinin tərkibinin mövcud olması görünür. Apellyasiya instansiyası məhkəməsini n sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməllərin CM-nin 177.3.2 və 272.2.1-ci maddələri ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Belə ki, Məhkum vahid qəsdlə və külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsinin mübahisələndirilməsi üzrə dəlillər həmçinin apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış və məhkəmə həmin dəlillərin araşdırılmış sübutların məcmusu ilə, o cümlədən məhkumların, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gətirilən dəlilin ziddiyyətli olduğunu vurğulamaqla yanaşı bununla əlaqədar həmçinin aşağıdakıları qeyd edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarın 18ci bəndində qeyd edilmişdir ki, şəxs, tövsife dici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü m addələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası onu da bildirir ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunun 1.61.7-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci və 2-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxan, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində "xeyli miqdar" dedikdə, beş min manatdan yuxan, lakin əlli min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Təsvir olunanlar, ümumiy yətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli və onun CM-nin 177.3.2 və 272.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı adı çəkilən məhkuma aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 272.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-557/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-557/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver