Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-557/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1960-cı ildə Lənkəran şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə (hakim R.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 20 sentyabr 2022-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməlinin tövsifi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq, 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,232 qram, 0,137 qram, 0,199 qram, 0,176 qram, ümumi təmiz çəkisi 1,041 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2022-ci il tarixdə saat 22:35-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Səttarxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: D övlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, polis şöbəsinə daxil olmuş əməliyyat məlumatında da Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmiş, həmçinin aşkar olunmuş narkotik vasitələrin bükümlərə bölünməsi müəyyən olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdır ıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməs inin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazır lama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş q aydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictim ai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və ci nayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bü külməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, narkotik vasi tə olan heroindən istifadə edirdi. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edirdi. 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evin küçəsində-Lənkəran şəhəri Səttarxan küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olması barədə məlumatları olduğunu demiş və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində ona qarşı Raqib adlı polis əməkdaşı tərəfindən təzyiqlər olmuş, Raqib onun qarın nahiyəsindən 2-3 dəfə yumruq vurmuş, onu daha ağır maddələrlə ittiham edəcəkləri ilə hədələyib 5 büküm narkotik vasitənin ona məxsus olmasını bildirməsini tələb etmişdir. O da bununla razı laşmamış, bu dəfə X10 adlı polis əməkdaşı onun üzünə sillə ilə vurmuşdur. O da döyülməsindən qorxaraq X10 adlı polis əməkdaşının verdiyi 5 büküm narkotik vasitənin ona məxsus olduğunu müdafiəçisinə və daha sonra videoçəkiliş zamanı təhqiqatçıya bildirmişdir. Əslində isə onun üzərində hər hansı bir narkotik vasitə və qadağan olunmuş əşya olmamışdır. Eyni ilə polis əməkdaşlarından qorxduğundan barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə, tibbi ekspertiza keçirilərkən ekspertə, həmçinin də Bakı İstintaq Təcridxanasına gətirilib tibbi yoxlanışdan keçirilərkən həkimə qarşı hər hansı təzyiq və təsirin olmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini və aşkar edilmiş 5 bükümdə narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Əslində isə ibtidai istintaq zamanı heç bi r sənədə imza etməmiş, cinayət işinin materiallarında adının qarşısında olan imzalar ona məxsus olmamış, o heç bir sənədə imza atmamışdır. Məhkum son sözündə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilərək, aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olduğunu, lakin narkotik vasitələri satmaq niyyətinin olmadığını bildirərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı göstərmişdir ki, o ünvan 2 ünvanda yaşamışdır. O təxminən 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitə heroini zər kağızında yandırmaqla tüstüsünü qəbul etmiş. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edirdi. Belə ki, 20 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhər Böyük bazar ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 5 bükümdə 25 manata narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin bükümləri əynində olan şalvarının sağ yan cibində qoymuşdur ki, istifadə edəcəkdir. Həmin gecə saat təxminən 22 radələrində Lənkəran şəhəri Səttarxan küçəsində yəni yaşadığı evin küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O Lənkəran ŞRPŞ-nin təhqiqatçısı polis əməkdaşı Fəhmin Nüsrətzadə tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində saxladığı 5 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş beş büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 1,14 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş beş büküm heroini bir zərfə qoyub bağlamışla r və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya m əhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri Səttarxan küçəsi ev 2/21-də qeydiyyatda olmaqla orada yaşayan Məhkum qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Ona görə də Məhkum ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 20 sentyabr 2022-ci il tarixdə raportla şöbə rəisinə müraciət etmişdir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən o, Lənkəran ŞRPŞ-nin PPXB-nın polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 22:35-də Məhkum Lənkəran şəhər i Səttarxan küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Məhkum yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Məhkum Lənkəran ŞRPŞ-nə gətirmişlər. Quliyev X2 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Fəhmin Nüsrətzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 “Samsung” markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Məhkum təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Məhkum əynində olan şalvarının sağ yan cibindən 5 ədəd sellofan bükümünü təqdim etmi şdir. Həmin sellofan bükümlərinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşmişdir. Bundan sonra Məhkum üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Məhkum təqdim etdiyi 5 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,14 qram olmuşdur. Məhkum üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Məhkum bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 25 manata almışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Məhkum üzərindən aşkar olunmuş 5 büküm narkotik vasitəni haradan əldə etdiyini bilmir. Məhkum narkotik vasitələri kimlərə satdığını bilmir. Onu bilir ki, Məhkum narkotik vasitələrin qəbul etməsi və satışı ilə məşğuldur. Polis şöbəsində aparılarkən, həmçinin polis şöbəsinin inzibati binasında nə onun, nə də ki digər polis əməkdaşları tərəfindən Məhkum qarşı heç bir təzyiq və təsir edilməmiş, bunun şahidi də olamamışdır. Məhkum onun və polis əməkdaşı Şahid2 tərəfindən döyülməsi, X10in onun qarşısına 5 bükümdə narkotik vasitə qoyması, ifadəsində onun olmadığını deyəcəyi təqdirdə Məhkum daha ağır maddələrlə ittiham olunacağı barədə dedikləri yalandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, polis şöbəsinə aparılarkən, həmçinin polis şöbəsinin inzibati binasında nə onun, nə də ki digər polis əməkdaşları tərəfindən Məhkum qarşı heç bir təzyiq və təsir edilməmişdir. Məhkum onun və polis əməkdaşı Şahid2 tərəfindən döyülməsi, X10in onun qarşısına 5 bükümdə narkotik vasitə qoyması, ifadəsində onun olmadığını deyəcəyi təqdirdə Məhkum daha ağır maddələrlə ittiham olunacağı barədə dedikləri yalandır. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD diskdə olan video görüntüdən görünür ki, Məhkum üzərindən 5 bükümdə 1,14 qram çəkidə narkotik vasitə heroin aşka r olunaraq götürülmüş, Məhkum həmin narkotik vasitənin özünə məxsus olduğunu, Lənkəran şəhər Böyük bazar ərazisində tanımadığı şəxsdən 5 bükümünü 25 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 19/997 №-li rəyində göstərilmişdir ki, Məhkum üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram; 0,232 qram; 0,137 qram; 0,199 qram; 0,176 qram ümumi təmiz çəkisi-1,041 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroindən tədqiqata 0,25 qr (hər ob-0,05 qr) istifadə edilmiş, 0,791 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-xətşünaslıq ekspertizasının 30 yanvar 2023-cü il tarixli 4/43 №-li rəyindən görünür ki, cinayət işinin materiallarında Məhkumn adının qarşısındakı imzaları sonuncu tərəfindən icra edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 985 nömrəli rəyində göstərilmişdir ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 945 №-li rəyindən görünür ki, Məhkum bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran rayon prokurorluğunun müstəntiqinin 64c-23 №li, 14 mart 2023-cü il tarixli qərarından gör ünür ki, Lənkəran şəhər sakini Quliyev X2 rayon prokurorluğuna müraciət edərək, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə, polis şöbəsində olarkən fiziki zorakılığa məruz qaldığını və üzərinə narkotik vasitə qoyulduğunu bildirmiş, bununla bağlı müvafiq araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından toplanmış 64c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə nark otik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilrərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbu ki bu halların da sübuta yetirilib- yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərində n görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avr opa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühü m şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əl də olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2- və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəm ə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023- cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin. X5 oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfin dən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-557/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-557/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver