Məhkəmə qərarları › İş №1(102)-558/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-558/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-558/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuli yyətindən azad edilməsinə və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hüseynli Hüseyn İnanc oğlu) 26 iyul 2022-ci il tarixli qərarı ilə xx xxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş f aizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Barəsində seçilmiş "həbs” qətimkan ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 31 mart 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 1(003)-167/2022 saylı qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair zərərçəkmiş şə xsin və nümayəndəsinin ərizəsi təmin edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 16 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin və nümayəndənin ərizəsi üzrə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərar ona rəsmi qaydada “15” sentyabr 2023-cü ildə məhkəmədə təqdim edilmişdir. Humanist hərəkəti nəticəsində təqsirləndirilən şəxs məhkəmə zalında buraxıldıqdan sonra və məhkəmədə söz verdiyi əməli yerinə yetirməyərək, gizlənərək dəym iş maddi ziyanın tam şəkildə ödəmək fikri olmadığı üçün yenidən şikayət vermək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində Bakı Apellyasıya Məhkəməsinin Cinayət Kollegiyasının “31” mart 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1-ci və 178.2.4-cü maddələri ilə sanksiyada göstərilən ən ağır cəzanın verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Cinayət işinin materiallarından gö rünür ki, zərərçəkmiş şəxs məhkəməyə təkrar müraciət etməsinə dair konstitusion hüququndan istifadə edərək birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, daha sonra öz iradəsi ilə qanunvericiliklə təsbit olunmuş digər hüququndan istifadə edib hökmdən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin geri götürülməsi haqqında ərizəni nəzərə alib, həmin apellyasiya şikayətinin geri qaytarılması haqqında qərar çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və ape llyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 390.7-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir. Sözügedən Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdi kdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyi şikayətdən imtina ilə şikayətin geri qaytarılmasını fərqləndirir və onların yaratdığı hüquqi nəticələr eyni deyildir. Belə ki, şikayətin geri qaytarılması prosessual müddət daxilində yenidən şikayət vermək hüququnu istisna etmədiyindən zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin qərarından prosessual müddət daxilində, bu müddət buraxıldıqda isə onun bərpa edilməsi barədə vəsatətlə birgə şikayət vermək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işində apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarını qəbul edərkən hər hansı maddi və prosessual cinayət-hüquqi normaların pozuntusuna yol verməmiş, həmin qərarın qəbul edilməsi ilə nəticələnmiş məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi də iştirak etməklə, geri qaytarma barədə ərizəni müdafiə etmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin ərizə təmin olunaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının apellyasiya şikayətinin geri qaytarılması barədə 31 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar