Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-559/2018 29.03.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-559/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 mart 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X26 və X19 ibarət tərkibdə, X58 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X38 və zərərçəkmiş şəxs X27 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Sadıqov Səyavuş tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim - X43, hakimlər X39 və X13 ibarət tərkibdə) Məhkum (xx xxx 1979-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, sabiq Ağır Cinayətlərə dair İşlər üzrə AzərbaycanRespublikası Məhkəməsinin 22.02.2008-ci il tarixli hökmünə əs asən, AzərbaycanRespublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.06.2008-ci il tarixli qərarına əsasən, hökm dəyişdirilmiş, AzərbaycanRespublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 5 il şərti sınaq müddəti təyin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 17.08.2012-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad olunmuş, məhkumluğu götürülmüş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, bina 17 b, mənzil 10-da qeydiyyatda olmaqla, Yaşıldərə bağlar massivi, ev 914-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunan) Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz)il müddətinə azadlıqdan məhrumetmə cəzasınaməhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xx2016-cı il tarixdən hesablanmasıhökm edilmişdir. İ Ş İ N H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə ziyan vurmuşdur. Belə ki, o, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, «Kimya» zavodunda işləmiş, xəstə olan əri X5 pensiya almasına köməklik göstərməsi üçün ona müraciət etmiş X7 özünü vəkil kimi təqdim edərək ərinin vaxtından əvvəl 54 yaşından pensiyaya çıxarılmalı olduğunu bildirməklə məhkəmələrdə olan əlaqələrindən istifadə edib 4 ay ərzində İsfahan İbrahimovun pensiya alması və əvvəlki illərdən qalmış pulların da ödənilməsi barədə məhkəmə qətnaməsi çıxartdıracağına söz verməklə aldadaraq, 2013-cü ilin yay aylarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, «XXX» şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində 3500 (üç min beş yüz) manat pulunu ələ keçirərək, zərər çəkmiş Roza İbrahimovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən əri X14 "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində verilmiş 3 otaqlı mənzili zəbt edən məcburi köçkünlərin mənzildən çıxarılması məsələsinin həll edilməsinə köməklik göstərməsi üçün ona müraciət etmiş X15 özünü vəkil kimi təqdim edərək həmin problemi qısa müddətə həll edəcəyi, bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyi, uzun müddət həmin mənzildən məhrum olmağa görə əlavə kompensasiya ödətdirəcəyi barədə yalan vədlər verməklə aldadaraq 2013-cü ilin yay aylarında "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2300 (iki min üç yüz) manat pulunu ələ keçirərək, zərər çəkmiş S maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, Abşeron rayon Saray qəsəbəsində oğlu üçün aldığı 0,5 ha torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsindən ötrü ona müraciət etmiş X3 özünü vəkil kimi təqdim edərək Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olan əlaqələrindən istifadə edib bir ay müddətində həmin torpaq sahəsini sənədləşdirəcəyini vəd verməklə aldadaraq vahid qəsdlə xx xx2013-cü il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 1000 (min) manat pulu aldıqdan bir müddət sonra DƏDRX ilə danışdığını, bunun üçün əlavə 2000 pul lazım olduğunu bildirməklə xx xx 2013-cü il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq sarayının yaxınlığında 2000 (iki min) manat pulunu ələ keçirərək, zərər çəkmiş Kərimulla Hümmətova ümumilikdə 3000 (üç m in) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, işlədiyi zavoda mənzil almasına köməklik göstərmək üçün ona müraciət etmiş X40 özünü vəkil kimi təqdim edərək fəaliyyət göstərməyən «Sumqayıt Boru Prokat» zavodunda ev tikintisi aparılmadığından bu məsələnin məhkəmə və digər qaydada həll edilməsinin mümkünsüz olduğunu bildiyi halda, zavoda yaşayış sahəsinə ehtiyacı olan qismində alındığı uçotunu bərpa edib ona mənzil verilməsini məhkəmə qaydasında həll edəcəyinə söz verərək aldadıb, vahid qəsdlə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2013-cü ilin mart ayının axırlarında 10 00 (min) manat, 2013-cü ilin aprel ayının axırlarında 1500 (min beş yüz) manat, 2013-cü ilin may ayında 1000 (min) manat və 2013-cü ilin iyun ayında 1000 (min) manat pulunu ələ keçirərək zərər çəkmiş S xeyli miqdarda 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən o, oğlu B və gəlini G qanunla müəyyən edilmiş qaydada yaşadığı evdən qeydiyyatdan çıxarılmasına köməklik göstərmək üçün müraciət etmiş X8 özünü vəkil kimi təqdim edərək məsələni 3 ay ərzində məhkəmə qaydasında həll edəcəyinə söz verib aldatmaqla, vəkil kimi işdə iştirak etməsinə görə rüsum adı ilə sonuncudan 300 (üç yüz) manat almış, sonradan oğlu və gəlininin ata yurdundan payları olduğundan onların hesabına 10.000 (on min) manat ödənilməli olduğunu bildirməklə vahid qəsdlə 06 dekabr 2013-cü il tarixdə Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisində yerləşən «Dünya» TV-nin inzibati binasının yaxınlığında 6000 (altı min) manat, xx xx 2013-cü il tarixdə isə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 4000 (dörd min) manat pulunu ələ keçirərək, zərər çəkmiş Simnarə Yarməmmədovaya xeyli miqdarda, yəni 10.000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən 5-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin atasının adına sənədl əşdirilməsinə köməklik göstərməsi üçün ona müraciət etmiş X28 əlaqələrindən istifadə edib, qeyri-yaşayış sahəsinin özəlləşdirmə şəhadətnaməsində adları olan 4 nəfər şəxsi tapıb onlardan etibarnamə alaraq həmin şəxslərin adlarını şəhadətnamədən çıxarıb sahəni atasının adına sənədləşdirərək 2014-cü ilin əvvəlinə kimi həmin sənədi ona təqdim edəcəyinə dair yalan vəd verməklə aldadıb, vahid qəsdlə 2013-cü ilin sentyabr ayının əvvəlində Sumqayıt şəhərinin 5-ci mikrorayon ərazisində 3000 (üç min) manat, 2013-cü ilin sentyabr ayının sonunda 1000 (min) manat pulunu ələ keçirərək, zərər çəkmiş Murad Abbasova xeyli miqdarda, yəni 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədil ə "xxxx" MMC-nin direktoru işləyərkən arvadı A qaynı B arasında Sumqayıt şəhəri, EV1 yaranmış mübahisəsini və bacısı S ölümünə səbəb olmuş dərman satışı ilə məşğul olan firmaların onlara vurduğu 12.000 (on iki min) manat dəyərində olan ziyanın ödənilməsinə köməklik göstərməsindən ötrü ona müraciət etmiş X29 özünü vəkil kimi təqdim edərək ailə üzvləri arasında olan əmlakın bərabər bölünməli olduğunu bildiyi halda, mənzillə bağlı yaranmış mübahisəsini məhkəmədə olan əlaqələrindən istifadə etməklə məhkəmə qaydasında arvadının xeyrinə həll edib qaynının həmin mənzildən çıxarılaraq, mənzilin arvadının adına keçirilməsi və vurduqları ziyana görə firmaların 12.000 manat deyil, 20.000 manat cərimə ödəmələri barədə məhkəmə qərarı alacağına dair yalan vədlər verməklə və mənzillə bağlı məhkəməyə təqd im olunması üçün zəruri sənədlər düzəldəcəyini bildirməklə aldadaraq, vahid qəsdlə 2014-cü ilin yanvar ayının əvvəllərində "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 3000 (üç min) manat, bir neçə gün sonra 800 (səkkiz yüz) manat, 2014-cü ilin fevral ayında 1500 (min beş yüz) manat pulunu ələ keçirərək, zərər çəkmiş Natiq Hüseynova xeyli miqdarda, yəni 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən özünü vəkil kimi təqdim edərək onunla bir evdə yaşayan, əsəb xəstəliyindən əziyyət çəkən oğlu ilə Evə gəlininin yaşadığı mənzildən çıxarılaraq, özəlləşdirməklə s atıb ayrı mənzil almasına köməklik göstərilməsi üçün ona müraciət etmiş X20 özünü vəkil kimi və «Dünya» TV-nin əməkdaşı kimi təqdim edərək mənzildə yaşamaq hüququ və orada qeydiyyatda olan ailə üzvlərinin mənzildən çıxarılmasına qanunla yol verilmədiyini bildiyi halda, məhkəmədə işləyən qohumlarından və digər əlaqələrindən istifadə edərək 2014-cü ilin may ayının 25-nə kimi evini özəlləşdirəcəyini, oğlu ilə gəlinini evdən çıxartdırıb mənzilin satışa qoyulması barədə məhkəmə qərarını alacağına dair yalan vədlər verməklə və məhkəməyə zəruri sənədlərin düzəldilməsi üçün lazım olduğunu bildirməklə aldadaraq vahid qəsdlə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2014-cü ilin aprel ayının əvvəlində 1500 (min beş yüz) manat, 2014- cü ilin aprel ayının ortalarında 600 (altı yüz) manat, 2014-cü ilin aprel ayınının sonunda 30 manat (otuz) pulunu ələ keçirərək, A 2030 (iki min otuz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin 49 cu məhəllə ərazisində olan 1,5 ha torpaq sahəsini sənədləşdirib özəlləşdirilməsinə köməklik göstərilməsi üçün 2014-cü il tarixdə ona müraciət etmiş X6 özünü vəkil kimi təqdim edərək özünə inam yaratmaq üçün məsələnin həlli üçün lazım olduğunu bildirməklə sonuncudan şəxsiyyət vəsiqəsini, torpağa dair sənədləri alaraq dövlət orqanlarında olan əlaqələrindən istifadə edib bir ay yarım ərzində torpağın özəlləşdirilməsi məsələsini həll edəcəyinə söz verərək aldatmaqla həmin gün "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2000 (iki min) manat pulunu ələ keçirərək, nəticədə İ 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən qardaşı F ata evinə qeydiyyata alınması və ata evinin qardaşı ilə anası arasında bölüşdürülməsi məsələnin həll edilməsi ilə əlaqədar ona müraciət etmiş X16 məhkəmədə olan əlaqələrindən istifadə edib bu barədə məhkəmə qətnaməsini çıxartdıracağına söz verib aldatmaqla vahid qəsdlə 05 iyun 2014-cü il tarixdə Sumqayıt şəhərinin 3-cü məhəllə ərazisində 3200 (üç min iki yüz) manat, 15 iy un 2014-cü il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən mənzilində 3850 (üç min səkkiz yüz əlli) manat pulunu ələ keçirərək, zərər çəkmiş Şahnaz Xəlilovaya xeyli miqdarda, yəni 7050 (yeddi min əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən «Azərboru» zavodundan qanunsuz işdən çıxarıldığına görə işə bərpa olunmasına köməklik göstərilməsindən ötrü ona müraciət etmiş X9 özünü vəkil kimi təqdim edərək, mülki işə baxılmasının 2 saylı Sumqayıt İnzibati-İqtisad məhkəməsinin deyil, Sumqayıt Şəhər Məhkəməsinin səlahiyyətinə aid olduğunu bildiyi halda, müraciət etmiş şəxsin ona inanması və iddiaçının tələblərini icra et məyə başlamasına dair görüntü yaratmaq üçün Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi yazıb, «Azərboru» zavodundan əsassız işdən azad edilməsi və işə bərpa olunması barədə 2 ay ərzində məhkəmədə qətnamə çıxartdıracağını vəd verməklə aldadaraq, 2014-cü ilini noyabr ayında "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində Nüşabə Mikayılovanın 1000 (min) manat pulunu ələ keçirərək, zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən yaşadığı mənzilə mülkiyyət hüququnun tanınmasına köməklik göstərmək üçün ona müraciət etmiş X30 özünü vəkil kimi təqdim edərək işin həll edilməsinin m ümkün olduğunu bildirib 6 ay ərzində həmin məsələni həll edəcəyinə söz verərək aldatmaqla özünə inam yaratmaq üçün sonuncudan torpağa aid sənədlərin əslini, şəxsiyyət vəsiqəsini, anasının ölüm kağızını, nikah haqqında şəhadətnaməni aldıqdan sonra vahid qəsdlə 2014-cü ilin avqust ayının əvvəlində "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 500 (beş yüz) manat, 10.08.2014-cü il tarixdə sonuncunun yaşadığı evin yaxınlığında notariusa rüsum keçirmək adı ilə 150 (yüz əlli) manat, 2014-cü ilin dekabr ayında yenə də cəmiyyətin ofisində rüsum ödəmək adı ilə 20 (iyirmi) manat pulunu ələ keçirərək, Sara Məmmədovaya 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyi ndən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, əri ilə boşandıqdan sonra birgə yaşadıqları evi satdırıb özünə ev alınmasında köməklik göstərmək üçün ona müraciət etmiş X23 özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edərək evi məhkəmə yolu ilə satdırıb əldə olunan pulun əri ilə aralarında bölüşdürülməsi barədə qərar çıxartdıracağına söz verməklə aldadaraq vahid qəsdlə, xx xx 2015-ci il tarixdə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 500 (beş yüz) manat, xx xx 2015-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 1000 (min) manat, 22 yanvar 2015-ci il tarixdə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində 250 (iki yüz əlli) manat, xx xx 2015-ci il tarixdə cəmiy yətin ofisində 250 (iki yüz əlli) manat, ümumilikdə 2000 (iki min) manat məbləğində pulunu ələ keçirərək, Rəhilə Rzayevaya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, əri X10 əvvəlki arvadı ilə Beyləqan rayonu, Üzümçülük kəndində olan əmlakla bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv etdirilməsinə köməklik göstərmək üçün ona xx xx 2014-cü il tarixdə müraciət etmiş X49 özünü vəkil kimi təqdim edərək məhkəmə qərarından şikayət verib onu ləğv etdirəcəyi, məsələnin həll edilməsi üçün özü Beyləqan rayonuna gedib onların yaşadığı qəsəbə icra nümayəndəliyindən ərinə məxsus sənədləri götürüb məhkəməyə təqdim edəcəyini, bir ay ərzində işin həll olunacağına söz verib aldadaraq, bundan ötrü 2000 (iki min) manat pul tələb etmiş, xx xx o qədər pulu olmadığını bildirdikdə sonuncu ilə 1000 (min) manata razılaşaraq həmin gün "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində xx xxdan 1000 (min) manat pulu ələ keçirərək, xx xxya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən, ərinin əvvəlki arvadı ilə aralarında olan aliment və mənzillə bağlı məhkəmədə olan mübahisəsinin həllində köməklik göstərilməsindən ötrü ona müraciət etmiş X17 özünü vəkil kimi təqdim edərək məhkəmədə olan əlaqələrindən istifadə edib həmin mübahisəsinin onların xeyrinə həll edilməsi barədə m əhkəmə qərarı alacağına dair vəd verməklə aldadaraq vahid qəsdlə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2015-ci ilin iyun ayının əvvəlində 300 (üç yüz) manat, 2015-ci ilin iyun ayının ortalarında 200 (iki yüz) manat, 2015-ci ilin iyun ayının axırında 70 (yetmiş) manat, ümumilikdə isə 570 (beş yüz yetmiş) manat məbləğində pulunu ələ keçirərək, FH maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən ona müraciət etmiş X17 əlaqələrindən istifadə edərək əri M neft şirkətinin işçisi kimi əlillik pensiyasına çıxaracağına və ərinin adına əlil kimi dövlət hesabına mənzil alıb verdirəcəyinə dair vəd verib a ldatmaqla vahid qəsdlə, "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 2015-ci ilin iyul ayının əvvəlində 4500 (dörd min beş yuz) manat, 2015-ci ilin iyul ayının ortalarında 5000 (beş min) manat, 2015ci ilin iyul ayının axırında 500 (beş yüz) manat və 2015-ci ilin avqust ayının axırında 300 (üç yüz) manat pulunu ələ keçirməklə FH külli miqdarda, yəni 10.300 (on min üç yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə evinin təmirini keyfiyyətsiz aparmaqla işi yarımçıq qoyub getmiş ustalar tərəfindən vurulan ziyanın ödənilməsi barədə verdikləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verilməklə on un ləğv etdirilməsinə köməklik göstərmək üçün ona müraciət etmiş X4 özünü vəkil kimi təqdim edərək, müraciət etmiş şəxsin ona inanması üçün evin təmir edilən hissələrinin fotoşəkillərini alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv etdirəcəyinə, vurulmuş ziyandan başqa 3000 manat təzminat ödətdirəcəyinə dair yalan vədlər verərək aldadaraq, məhkəməyə təqdim edilməsi üçün zəruri sənədlərin hazırlanması üçün lazım olduğunu bildirməklə 27.06.2015ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofisində 300 (üç yüz) manat, xx xx 2015-ci il tarixdə Rəsmiyyə Məmmədovanın yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 1/2, mənzil 32yə gələrək, qərarın onların xeyrinə çıxarılması üçün hakimə verəcəyini söyləməklə 500 (beş yüz) manat, bir gün sonra yenə də həmin ünvana gələrək hakimin razılaşmadığını və əlavə pul istədiyini deməklə 400 (dörd yüz) manat, 27.07.2015-ci ildə yenidən qeyd edilən mənzilə gələrək ekspertin ziyanı hesablayaraq məhkəməyə təqdim etməsi üçün 300 (üç yüz) manat, 2015-ci ilin iyul ayının axırlarından Rəsmiyyə Məmmədovanın yaşadığı mənzilə gələrək onlara 6000-7000 manat pul ödətdirilməsi barədə məhkəmənin qətnamə çıxaracağını, hakimə verəcəyini deyərək 2500 (iki min beş yüz) manat, 05 avqust 2015-ci ildə yenə də məhkəməyə rüsum ödəyəcəyini bildirməklə 100 (yüz) manat pulunu ələ keçirərək, zərər çəkmiş R xeyli miqdarda, yəni 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində adına torpaq sahəsi olmadığına baxmayaraq tanışı X34 həmin qəsəbədə 7,5 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin hər sotunu 850 (səkkiz yüz əlli) manata satması barədə yalan məlumat verərək aldatmış, sonuncu həmin məlumatı gerçək kimi qəbul edərək torpaq sahəsini almaq və pulunun 3000 (üç min) manatını əvvəlcədən vermək, qalanını isə bankdan kredit götürüb hissə-hissə ödəmək imkanına malik olduğunu ona dedikdə XXX Qocayevanın 3000 (üç min) manat pulunu ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək və A.Qocayevanı həmin pulu verməsinə inandırmaq üçün təklifi qəbul etdiyini bildirərək XXX Qocayevanın xx xx 2014-cü il tarixdə Sumqayıt şəhərində yerləşən mərkəzi poçt vasitəsi ilə göndərdiyi 3000 (üç min) manat pulunu əl ə keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qulluq mövqeyindən istifadə etməklə «Kimya» zavodunda işlədiyinə görə əlavə təqaüd verilməsinin həll edilməsinə köməklik göstərmək üçün ona müraciət etmiş X35 özünü vəkil kimi təqdim edərək məsələsini həll edib ayda 500-700 (beş yüz - yeddi yüz) manata qədər təqaüd verdirəcəyinə və almadığı illər üçün yenidən hesablama apartdırıb birdəfəlik 35.700 (otuz beş min yeddi yüz) manatadək pul ödətdirəcəyinə dair yalan vədlər verməklə aldadaraq əmək kitabçasını, orta əmək haqqı barədə arayışı alıb Tacir İspatovda məsələni həll edəcəyinə inam yaratdıqdan sonra vahid qəsdlə 16.04.2015-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «XXX» şadlıq sarayında icarəyə götürdüyü ofis ində 1000 (min) manat, 23.04.2015-ci il tarixdə Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində 2000 (iki min) manat, cəmiyyətin ofisində 02.08.2015-ci il tarixdə 1000 (min) manat, 07.08.2015-ci il tarixdə 4000 (dörd) manat, 28.08.2015-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 1000 (min) manat pulunu ələ keçirərək, zərərçəkmiş T xeyli miqdarda, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən Məhkum və müdafiəçisi Ç tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), F.G.Zerynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xx2017 il tarixli qərarı ilə apellyasiya şikayətlərini qismən təmin edərək Bakı Ağır Cinayətlər Məhkəməsi nin xx xx 2017-ci il tarixli hökmünü dəyişdirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinin istintaqına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qərardan dövlət ittihamçısı isə kassasiya protesti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəsini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət Pro sessual Məcəlləsinin 303, 113.1, 113.2, 125, 109.1.6, 300.1.5, 144-145-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiyası məhkəməsində işə baxılarkən ibtidai istintaq orqanı tərəfindən cinayət prosessual qanunun normaları pozulduğuna görə cinayət işinin baxılmasına xitam verilmiş, iş Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinin tələblərinə əsasən prokurora qaytarılmış və müstəntiq barəsində xüsusi qərardad çıxarılmışdır. Buna baxmayaraq cinayət işinin istintaqı təkrarən barəsində xüsusi qərardad çıxarılmış müstəntiqə həvalə edilmiş, bununla da Azərbaycan Respublikası CPm-in 113.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi onun tərəfindən apellyasiya instansiyası məhkəməsində iş məhkəmə istintaqı qaydasında baxılması barədə vəsatət verm əsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq vəsatəti təmin etməmiş və işə məhkəmə istintaqı aparılmadan baxmışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə işin yeni apellyasiya baxışına qaytarılmasını və apellyasiya icraatının məhkəmə istintaqı qaydasında aparılmasını xahiş etmişdir. Dövlət ittihamçısı S kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Məhkum əməlinin tövsifində, yəni bəzi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi hissəsində qanun pozuntusuna yol verilmişdir. Belə ki, Məhkum zərər çəkmiş şəxslər: R.M.İbrahimovanın 3.500 manat pulunu 2013-cü ilin yay aylarında, S1 2.300 manat pulunu 2013-cü ilin yay aylarında, K.R.Hümbətovun 3.000 manat pulunu xx xx 2013-cü il tarixdə, S 14.500 manat pulun 2013-cü ilin yay aylarında, M 4.000 manat pulun 2013-cü ilin sentyabr ayında, A1 2.030 manat pulunu 2014-cü ilin aprel ayının sonunda, İ 2.000 manat pulunu 2014-cü il tarixdə, N 1.000 manat pulunu 2014-cü ilin noyabr ayında, S.Q.Məmmədovanın 670 manat pulunu 2014-cü ilin dekabr ayında, R 2.000 manat pulunu xx xx 2015-ci il tarixdə, A.Ə.Cəfərovanın 1.000 manat pulunu 7 aprel 2014-cü il tarixdə, F.M.Hüseynovanın 570 manat pulunu 2015-ci ilin iyun ayının axırında, R.M.Məhərrəmovanın 4.200 manat pulunu 5 avqust 2015-ci il tarixdə, A 3.000 manat pulunu xx xx 2014-cü il tarixdə dələduzluq yolu ilə ələ keçirərək maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası yuxarıda adları sadalanan zərər çəkmiş şəxslərə vurulmuş maddi zərərin 5.000 manatdan az olduğundan həmin epizodları ayrı-ayrılıqda götürməklə qeyd edilən məbləğlərin alındığı tarixdən 2 (iki) il müddət keçməsini əsas götürərək həmin epizodlar üzrə qanunsuz olaraq dələduzluq cinayətinin tərkarən törədilməsi əlamətlərinə hüquqi qiymət vermədən, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsaslarına görə cəza təyin etmədən məhkum edilmələrinə dair qərar çıxarmışdır. Qeyd olunanlara əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya prot estinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı İ və iş üzrə zərər çəkmiş T.S.İspatovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun tələbinə görə sübutların mahiyyəti üzrə araşdırıl ması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin, zərər çəkmiş şəxslərin ifadələri, cina yət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilməsi nəticəsinə gəlmiş və ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanskiyası həddində cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini qismən təmin etmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, N.Ş.X1, X2 4, X11, X56, X41, X31, X18, X22, X42, X36, X60,X25, X12 və X50 ilə bağlı epizodlar üzrə təqsirli bilinmiş və ona bu epizodlar üzrə cəza təyin edilməmişdir. Hazırkı kassasiya şikayətində isə Məhkum təqsirlilik məsələsini mübahisələndirmiş, sübutların düzgün yoxlanılıb qiymətləndirilmədiyini və qeyd olunan məsələlərin mülki xarakterli olduğunu göstərmişdir. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünürki, Məhkum dələduzluq cinayətini törətməkdə təqsirliliyi, buhalları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı pr osessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yol verilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Bundan başqa apellyasiya baxışı zamanı AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə kassasiya şikayətində və ona əlavədə sadalalnan hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamış, Məhkum qeyd edilmiş cinayət əməlini törətməsi iş üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri ilə, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmi şdir. Kassasiya protestinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifi məsələsini həll edərkən Cinayət Məcəlləsinin 178.2.2 maddəsində nəzərdə tutulmuş cinayətin təkrarən törədilməsi əlamətini düzgün təfsir etməmiş, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 2015-ci il tarixli 7 saylı qərarının 35-ci bəndində nəzərdə tutulmuş sözügədən məsələnin CM-in 16cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməli olması haqqında tövsiyəsinə zidd olan qərar qəbul etmişdir. Belə ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamət ləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. X2 və Ali Məhkəmənin Plenumunun qərarlarının müddəalarından çıxış etməklə hazırki işin hallarına baxdıqda, aşağıdakılar müəyyən olunur. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində göstərilir ki, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərədə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərədə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-in 16.1-ci mad dəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi cinayətin təkrar törədilməsi hesab olunur. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən müxtəlif maddələri ilə nəzərdə tutulmuş, iki və ya daha cinayətin törədilməsi yalnız həmin Məcəllənin xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Dələduzluq cinayətinin təkrar törədilməsi CM-in 178.2.2 maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən 7 (yeddi) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum yuxarıda sadalanan epizodları yəni, CM-in 178.1-ci maddəsinin tərkibini yaradan cinayət əm əllərini 2013-2015-ci illər ərzində törətmiş, yəni dələduzluq yolu ilə ələ keçirdiyi xeyli miqdar təşkil etməyən məbləğlərə görə əməlin üstündən iki il müddət keçmədən digərini törətmişdir. Ona görə də, Məhkum həmin epizodlar üzrə əməllərində cinayət təkrar törədilməsi mövcuddur. Başqa sözlə, Məhkum bir zərər çəkmiş qarşı Azərbaycan Respublikası CM-in 178.1ci maddəsinin tərkibini yaradan dələduzluq cinayətini törətməsindən iki il müddət keçmədən başqa zərərçəkmiş şəxsə qarşı yenidən xeyli miqdar təşkil etməyən dələduzluq cinayətini törətmişdir. Apellyasiya instansiyası məhkəməsi dələduzluq cinayətinin təkrar törədilməsini nəzərdə tutan 178.2.2-ci maddəsinin tələblərini pozaraq Məhkum törətdiyi cinayətin epizodlarının hər birinə ayrı-ayrı hüquqi qiymət verərək cinayət qanunun normasını düzg ün tətbiq etməyərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi üçün cinayətin törədildiyi vaxtdan 7 (yeddi) il keçməsi tələb olunur. Məhkum törətdiyi təkrar cinayət əməllərinin heç birində qeyd olunan müddət keçməmişdir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, cinayət işi üzrə zərər çəkmiş şəxslər: R.M.İbrahimova, S.M.Əliyeva, K.R.Hümbətov, S.O.Quliyeva, M.M.Abbasov, A.Ə.Məhərrəmov, İ.K.Şıxməmmədov, N.A.Mikayılova, S.Q.Məmmədova, R.F.Rzayeva, A.Ə.Cəfərova, F.M.Hüseynova, R.M.Məhərrəmova və A.F.Qocayeva ilə bağlı epizodlar üzrə apellyasiya məhkəməsi cinayət məsuliyyətinə görə cəl b etmə müddəti keçmədiyindən bu əsaslarla Məhkum cəza təyin etməməklə əsassız qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protestinin dəlilləri isə əsaslı olduğundan təmin edilməli Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək hüququna malikdir. Bundan başqa, həmin Məcəllənin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli Məhkum barəsindəki qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-559/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-559/2018
29.03.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver