Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-559/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli kassasiya şikayətinin verilm əsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunmasına dair qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu, hakimlər Vəliyev Eynulla Hüseyn oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1983-cii ildə ünvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan2-də qeydiyyatda olan, ünvan3-də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 156.1 və 242-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2016-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Şamayev Elşad Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi, habelə digər məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əkbərov Kamran Hüseyn oğlu, hakimlər Rəhi mov Elmar Eldar oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ağır xəstə olduğuna görə, yəni üzrlü səbəbdən vaxtında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verə bilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq xx xxxxxxxx 2020-ci il tarixli qə rarla onun vəsatətini təmin etməyib, xx xxxxxx 2017-ci il tarixli qərardan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən müvafiq qərarın çıxarılmasını, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərə görə şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti CPM-in 409-cu maddəsində göstərilən (yəni, kassasiya şikayəti vermək hüququna malik olan) şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şik ayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və yaxud kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə təmin etmək hüququna malikdır. Məhkum buraxılmış prosessual müddətin bərpasına dair vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, müddətin üzrlü səbəblərdən buraxıldığını göstərən hallar kimi İ qrup əlil olduğunu (yerimə qabiliyyətini itirdiyini), bununla əlaqədar müəyyən dövrlərdə səhhətinin pisləşdiyini, gərginlik keçirdiyini və Penitensiar Xidmətin Müəalicə Müəssisəsində müalicə aldığını qeyd etmişdir. Lakin, vəsatətdə istinad olunan həmin hallar da apellyasiya instansiyası məhkəməsi tərə findən düzgün olaraq buraxılmış prosessual müddətin bərpasını mümkün edən əsaslar kimi qiymətləndirilməmişdir. Çünki, cinayət prosessual qanunun 411.2.1-ci maddəsi sözügedən müddətin bərpası əsasını xəstəliyin ağır olması, uzun sürməsi, fiziki və yaxud psixi pozuntulara səbəb olması kimi əlamətlərin mövcudluğu və ən başlıcası kassasiya şikayəti vermək hüququ olan şəxsi obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanından məhrum etməsi ilə şərtləndirdiyi halda, məhkum vəsatətində hansı xəstəlik keçirməsi, xəstəliyinin nə qədər sürməsi, hansı dövrləri əhatə etməsi, hansı müddətlərdə stasionar müalicədə olması barədə konkret faktlar gətirməmiş və bu dəlili təsdiq edən (istinad etdiyi hallara görə 2 il 9 aya yaxın müddət ərzində kassasiya şikayəti vermək imkanından məhrum olunduğunu g östərən) hər hansı bir materialı prosessual müddətin bərpası haqqında vəsatətə baxan məhkəməyə təqdim etməmişdir. Məhkum qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək imkanından məhrum olunmadığını göstərən hallar kimi məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə iclaslarında Məhkum və onun müdafiəçisi - vəkili xxxxx iştirak etmiş və xx xxxxxx 2017-ci il tarixli məhkəmə iclasının sonunda apellyasiya məhkəməsinin qərarı onların iştirakı ilə elan edildikdə, CPM-in 410-cu maddəsinə müvafiq olaraq həm in qərardan kassasiya şikayəti vermək hüququ və qaydası izah edilmişdir. Həmçinin, kassasiya şikayəti vermək hüququna və qaydasına dair müddəaları əks etdirən apellyasiya məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının surəti də xx xxxxxx 2017-ci il tarixdə məhkəmənin müşayiətedici məktubları ilə Məhkum təqdim olunması üçün 3 saylı İstintaq Təcridxanasına və vəkil xxxxun fəaliyyət göstərdiyi ünvan4a göndərilmiş və Məhkum imzaladığı qəbzə görə qərarın surəti onun tərəfindən alınmışdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların, eləcə də CPM-in 203-cü maddəsinin nəzərdə tutduğu məhkumu obyektiv olaraq vaxtında məhkəmə qərarından kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü halların müəyyən edilməməsi müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Odur ki, Məhkum tərəfindən verimiş apellyasiya instansiyası məhkəməsin xx xxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı əsassız və qanunsuz qərar kimi qiymətləndirilə və ləğv edilə və yaxud dəyişdirilə, Məhkum kassasiya şikayəti isə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 411 və 419.10.1ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum buraxılmış kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətinin rədd edilməsi h aqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-559/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-559/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver