Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-559/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X8 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məh kum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2022 saylı, 24 may 2022-ci il tarixli hökmü ilə (Hakimlər X7 (sədrlik edən və məruzəçi) X11 və X9) xx xxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid küçəsi ev 06da qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Kristal Abşeron yaşayış massi vi bina 01 mənzil 77-də yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 09 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəlinin 25 sentyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqd an məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, habelə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində veilməsinə şəxsləri digər üsullarla təkrarən təhuk etmişdir. Belə ki, Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid2 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla, yux arı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib onlar vasitəsi ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə bağlı yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş Şahid2 yenidən xidmətə bərpa etdirilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 11.000 manatın rüşvət qismində verilməsinin zəruri olduğunu deyib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 12 fevral 2021-ci ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi "Biləcəri dairəsi”-nin yaxınlığında 11000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid2 xeyli miqdarda 11.000 manat maddi ziyan vurmaqla dələduzluq etmi ş, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 11.000 manatın rüşvət qismində verilməsinə Şahid2 digər üsullarla təhrik etmişdir. Bundan başqa, Məhkum1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib onların vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə xidmətin Milli Qvardiyasının rəhbər vəzifəli şəxslərinə xidməti vəzifələrin icrası ilə bağlı Şahid3 övladı X1 müddətli həqiqi hərbi xidməti Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manatın rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra bu adla 10 may 2021-cİ ildə Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metrosu yaxınlığında olan “Qəbələ” kafesində 10000 manatı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid3 xeyli miqdarda cəmi 10000 manat maddi ziyan vuraraq təkrar dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan əlavə, Məhkum1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özg ənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib onların vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə bağlı Şahid3 övladı X2 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul edilməsinə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 15.000 manatın rüşvət qismində verilməsinin zəruri olduğunu deyib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 may 2021-ci ildə Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metrosunun yaxınlığında olan “Qəbələ” kafesində 15.000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu il ə ələ keçirib Şahid3 15.000 manat xeyli miqdarda maddı ziyan vuraraq təkrar dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 15.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrarən təhrik etmişdir. Bundan sonra, Məhkum1 təkrarən etibaman sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla, yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını deyib oniar vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 övladı X4 Nazirliyinin Madd i Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul edilməsi ilə bağlı Hərbi Hospitalda həkim komisiyyasından keçmədən xidmətə yararlı olmasına dair müsbət rəy alması üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 700 manatın rüşvət kimi verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 iyul 2021-ci ildə ünvan 1 ünvanının qarşısında 700 manatı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid3 700 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 700 manatın rüşvət qismində verilməsinə sonuncunu digər üsullarla təkrarən təhrik etmişdir. Daha s onra, Məhkum1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədilə tanışları - Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və bu məqsədlə qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun qrupun üzvləri Məhkum2 tanışı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşı və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsi də polis əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirməklə, onların vasitəsilə Baş idarənin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası İlə bağlı Baş idarədə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılan Şahid1 şahid qismində dind irildiyi cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pulun rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə Şahid1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 06 sentyabr 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonu Dəmirçizadə küçəsi ev 07-də olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi qarşısında 95.000 manat və 08 sentyabr 2021-ci ildə Binəqədi rayonunda yerləşən “Azadlıq” metrosunun yaxınlığında 5.000 manat, cəmi 100.000 manatı vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu iiə ələ keçirib 45.000 manatını özünə, 35.000 manatı Məhkum2 və 20.000 manatını “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 mana t ziyan vurmaqla təkrar dələduzluq etmiş, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 100.000 manat pulun rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təkrarən təhrik etmişdir. Göründüyü kimi, irəli sürülmüş sonuncu ittihama əsasən Məhkum2 tanışları Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqca- dan əlbir olan bir qrup şəxs halında qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən i mtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət kimi verilməsinə şəxsi digər üsullarla təhrik etmişlər, yəni 06 sentyabr 2021-ci ildə Bakı şəhəri Nərimanov rayonu Dəmirçizadə küçəsi ev 07-də yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin qarşısında 95.000 manat və 08 sentyabr 2021-ci ildə Binəqədi rayonunda yerləşən “Azadlıq” metrosunun yaxınlığında 5.000 manat, cəmi 100.000 manat pulu vahid niyyət əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib həmin məbləğin 45.000 manatını Məhkum1, 35.000 manatı onun özünə və 20.000 manatını “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 manat ziyan vurmaqla dələduzluq etmişlər və vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 100.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təhrik etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X6, hakimlər: X10 və X3 ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)916/2022 saylı, 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kass asiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilib daha yüngül cəza təyin edilməsi xahiş edilmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin yüngülləşdirici halları nəzərə almadığını, düzgün araşdırma aparmadığını bildirmişdir. 19 aprel 2023-cü il tarixdə Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblər inə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 32.4 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-559/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-559/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver