Məhkəmə qərarları › İş №1(102)-559/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-559/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-559/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Ölmüş Məhkum hüquqi varisi X5 və müdafiəçiləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Ramazanov Vasif Ağasəf oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, xx xxxxx 1957-ci il tarixdə Ermənistan Respublikas ının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyaniqiyabi tam orta məktəbinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1(103)-1908/2024 nömrəli qərarından dövlət ittihamçısı, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsini n 29 aprel 2024-cü il tarixli 1(101)-924/202421 nömrəli hökmü ilə (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), N.A.Kərimov və R.Ə.Sadıxov) Məhkum - Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 179.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Məhkum təyi n olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmlə həmçinin vurulmuş ziyanın dəyəri məbləğində Məhkum məxsus ünvan 2 mənzilə və 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1(103)-1908/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), E.H.Allahverdiyev və H.Ç.Məmmədov) verilmiş apelyasiya şikayəti və əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Hökmdən ünvan 2 mənzilə və 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılmışdır (xaric edilmişdir). İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-b ilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin xx.xx.2014-cü il tarixli, 11/553 saylı əmrlə Azərbaycan Respublikası Bakı şəhər 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 04 aprel 1997-ci il tarixdə 40 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının və «Təhsil sahəsi işçilərinin qu lluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına» dəyişikliklər edilməsi haqqında 14 iyul 2004-cü il tarixli 96 nömrəli qərarı ilə və 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu Kitabçası”na əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların h azırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, ionlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dö vlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 saylı xidmət və əməliyyat bölməsindən 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla özünə etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəmə və ya israf etmə yolu ilə ta lamaq məqsədilə 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin 2 saylı xüsusi əyaniqiyabi tam orta məktəbə kiçik xidmətedici işçi kimi rəsmiləşdirilmiş 5 nəfər şəxsin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, cinayətkar niyyətinə uyğun 01 yanyar 2016-cı il tarixdən 28 dekabr 2022-ci il tarixədək olan müddətdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında həmin şəxslərin adlarına əmək haqqı köçürülməsi üçün ə sas olmuş əmək haqqının hesablanması üçün tabel cədvəllərinə məktəbin inzibati binasında şəxsən tamah niyyətilə həmin şəxslərin guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirmələri ilə əlaqədar əmək haqqı almalarına dair biləbilə yalan məlumatları daxil etməklə həmin şəxslərə əməkhaqqı məbləğinin köçürülməsinə nail olmaqla həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş, 1 halda pul köçürülmüş şəxsin özü, 4 halda isə özündə saxlamaqla həmin əmək haqqı kartlarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, həmin məktəbə 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək f unksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid5 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid5 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində adına olan "xxxx" ASC-yə aid olan 416974******4156 nömrəli plastik əmək haqqı kartın a köçürülmüş cəmi 16,143,14 manat (on altı min bir yüz qırx üç manat on dörd qəpik) məbləğində pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə do sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Favorit Market»də quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarılaraq sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla cəmi 16.143,14 manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid4 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid4 guya işə çıxmaqla əmək funks iyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid4 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974******1722 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022 -ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, cəmi 13.189,87 (on altı min bir yüz səksən doqquz manat səksən yeddi qəpik) manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 0,5 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid2 Süleyman oğlu 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid2 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidm ətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid2 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974*** **1265 nömrəli plastik əmək haqqı kartına köçürülmüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-cı il tarixdə Baki şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 8.956,18 (səkkiz min doqqu z yüz əlli altı manat, on səkkiz qəpik) manat məbləğində, eyni niyyətlə, 2016-cı ilin yanvar ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid3 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid3 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xü susi əyani-qiyabi tam orta məktəbində xidməti otağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid3 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASCyə aid olan 416974******3344 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115, 5 saylı Asan Xidmətdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 16.275,64 (on altı min iki yüz yetmiş beş manat, altmış dörd qəpik) manat məbləğində, eyni niyyətlə, 2020-ci ilin dekabr ayında əmr üzrə 1,0 ştat vahidi ilə kiçik xidmətedici vəzifəsinə rəsmiləşdirilmiş Şahid1 Allahverdi oğ lu 2016-cı ilin yanvar ayından 2023- cü ilin yanvar ayınadək olan müddət ərzində faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməməsinə baxmayaraq, həmin müddətdə əmək haqqı köçürülməsi üçün tamah niyyətilə Şahid1 guya işə çıxmaqla əmək funksiyalarını yerinə yetirib əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları sonuncunun adına tərtib edilmiş əmək haqqı cədvəllərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində xidməti ocağında daxil edərək şəxsən imzalamaqla təsdiqləyib icraya yönəltməsindən sonra Şahid1 adına olmaqla özündə saxladığı, 2016-cı ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində "xxxx" ASC-yə aid olan 416974***"**0164 nömrəli plastik əmək haqqı kartına köçürülümüş pul vəsaitini Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan, eləcə də sonuncu dəfə 28 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Rahat Market»-ə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, 6.071,61 (altı min yetmiş bir manat, altmış bir qəpik) manat məbləğində olmaqla qeyd edilən qaydada 1 şəxsin adına olan əmək haqqı kartı üzrə cəmi 16.143,14 manat (on altı min bir yüz qırx üç rnanat on dörd qəpik) pul vəsaitinin köçürülməklə həmin şəxs tərəfindən şəxsi ehtiyaclarına, 4 nəfər şəxsin əmək haqqı kartı üzrə cəmi 47.493,30 manat (qırx yeddi min dörd yüz doxsan üç min manat otuz qəpik) məbləğində pul vəsaitini isə öz şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinə ayrılmaqla ona etibar edilmiş ümumilikdə 63.636,44 (altrpış üç min altı yüz otuz aitı manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olan qurumlar üzrə işçilərin əməyinin ödənilməsinə düzgün yönəldilməsinin təmin olunması və hakimiyyət orqanının nüfuzdan salınması ilə əlaqədar qanunla qorunan mənafeyinə vahid tamah niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rə smi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum mükiyyətində olan ünvan 2 mənzilə, 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəaların çıxarılması hissəsində qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət it tihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun hüquqi varisi və müdafiəçilər V.Ramazanovun və A.Hüseynovn çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum mülkiyyətində olan əmlakların xüsusi müsadirə olunmamasına dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqədar təhlil edərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, ittihama görə Məhkum təqsirli bilinib cinayət tərətdiyi dövr 2016-2021-ci illəri əhatə edir. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən olunur ki, şəxsin mülkiyyətində olan bir daşınmaz və bir daşınar əmlakın üzərinə həbs qoyulmuş və həmin əmlaklar xüsusi müsadirə edilmişdir. Daşınmaz əmlak olan fərdi yaşayış evinə dair həm istintaq orqanının, həm də məhkəmənin verdikləri sorğulara əsasən əldə edilmiş məlumatlardan görünür ki, həmin evə dair Məhkum hüquqları 2000-ci ildə qeydə alınmış, yəni müsadirə olunan əmlaklar onun hazırki vəzifəyə təyin edilməzdən əvvəl əldə etdiyi əmlaklardır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməs i tərəfindən Məhkum məxsus ünvan 2 mənzilə və 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəaları xaric edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarına istinad edərək gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “....Xüsusi müsadirənin tətbiq edilməli olmamasına dair müdafiə tərəfinin dəlili isə qəbulediləndir... Cinayət işi mater iallarından aydın olur ki, Məhkum cinayət əməlini 2016-cı ildən 2023-cü il tarixədək törətmiş, o, birinci instansiya məhkəmənin dövlət nəfinə müsadirə etdiyi ünvan 2 mənzilə 2000-ci ildə (qeydiyyat vəsiqəsi), 1999-cu il buraxılışı olan, ** FD *** dövlət qeydiyyat nişanlı “Mercedes C180” markalı avtomobilə isə 2013-cü ildə (Baş Dövlət Yol Polisi İdarəsinin məktubu) əldə etmişdir. Göründüyü kimi, xüsusi müsadirə edilmiş əmlaklar CM-in 99-1.1-ci maddəsində sadalanan əmlaklar olmamış, bunu təsdiq edən hallar sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi əmlakın dəyərinə görə xüsusi müsadirənin tətbiq edilməli olmasını göstərsə də, bu da əsaslı olmamışdır. Məhkəmə kollegiyası razılaşır ki, təqsirləndirilən şəxs cinayət nəticəsində əldə etdiyi pul vəsaitini istifadə etmişdir. CM-in 992-ci maddəsinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Lakin cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş əmlaklara münasibətdə xüsusi müsadirənin tətbiq edilməli olub-olmamasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi ümumiyyətlə həmin əmlakın ümumi birgə və ya paylı mülkiyyətdə olub-olmamasını da araşdırmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarının tələblərini nəzərə almamışdır.” Kassasiya protestini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarının müddəlarını düzgün tətbiq etməmişdir. Belə ki, həmin qərardan görünür ki, Məhkum müsadirə edilən əmlakları onun cinayət törətdiyi dövrə, yəni 2016-2022-ci illərə təsadüf etmədiyindən, həmin əmlakların müsadirəsinin mümkün olmaması qərarına gəlmiş, bununla da qanunvericiliyin tələblərini pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsinə görə, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qa ydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə görə Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 99-2-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxsə məxsus olan digər əmlak dedikdə, cinayət törətmiş şəxsə məxsus olan və həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlakı ehtiva etməyən istənilən əmlak çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən Qərarında formalaşdırdığı hüquqi mövqe, həmçinin cinayət əməl i nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqini mümkün sayaraq bu qaydanı Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələbləri ilə əlaqələndirmişdir. Həmin maddənin ikinci cümləsində isə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan digər əmlak üzərinə həbs qoyulması müəyyən edilmişdir. Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin müddəaları Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin məzmunu ilə uyğunluq təşkil edir. Odur ki, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışı hə min Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiva etməyən, cinayət törətmiş şəxsin törədilən cinayətlə əlaqəsi olmayan hər hansı əmlakını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi həmin əmlakların ümumi birgə və ya paylı mülkiyyətdə olub-olmamasını da araşdırmalı və yalnız Məhkum məxsus olan əmlakın xüsusi müsadirə edilməsinin mümkünlüyü məsələsini həll etməli idi. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar