Məhkəmə qərarları › İş №1(102)-56/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-56/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-56/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəz oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili İbadov Zaur Fəzail oğlunun iştirakları ilə Bakı Şəhəri Binəqədi R ayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X5) xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 02 il müddətə, CM-nin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılması yolu ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CMnin 70-ci maddəsi tətbiq olunmaqla cəzası 01 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.K.Səfərov, hakimlər Q.X.Babayev və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şə həri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, qonşusu X1 xx xxxxxxxx 2018ci ildə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Sulutəpə qəsəbəsi “XXX” şadlıq evində keçirilən hər ikisinin iştirak etdiyi toy mərasimində Məhkum mobil telefonunun nömrəsinin onunla qərəzli münasibətdə olan X1 adlı şəxsə bildirməsini Zərərçəkmiş şəxsə irad tutaraq, sonuncunun bunu təsdiq etməməsinə baxmayaraq, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edərək, ictimai yerdə-şadlıq sarayının qarşısında ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxsi orada olan insanların yanında nalayiq sözlərlə təhqir etmiş, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsin sifətinin sol nahiyəsinə yumruqla vuraraq, ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan çənənin sağ oynaq çıxıntısının sınığı ilə müşayiət edilən sağlamlığa az a ğır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ədalətsiz və qərəzli olmaqla məhkuma təyin edilmiş cəza ağır və qeyri-obyektivdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli “icraata xitam vermə" qərarından görünür ki, x xxxxxxxx 2018-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində XXX şadlıq evində Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və həmin mübahisə zamanı o, Məhkum xəsarət yetirmişdir. Lakin, son nəticədə onun əməli CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və həmin cinayət işinə qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin barışığı ilə əlaqədar xitam verilmişdir. CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Belə olan təqdirdə müdafiə tərəfi hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən göstərilən tarixdə hadisə törədilməsi, həmin hadisə nəticəsində Məhkum xəsarət yetirməsi, sonuncu tərəfindən onunla barışıq əldə edilməsi bilavasitə hadisənin Məhkum tərəfindən deyil, Zərərçəkmiş şəxs tərəfindən törədilməsini sübut etmək üçün tam əsas verir. Amma məhkəmələr qərarında bunun ə ksi olaraq Məhkum barəsində düzgün olmayan qənaətə gəlmiş və bu da əsassız ittiham hökmünün qəbul edilməsi üçün şərait yaratmışdır. Bundan əlavə Məhkum barəsində cəza təyin edərkən CM-nin 59-cu maddəsində göstərilən yüngülləşdirici halları nəzərə almamışdır. CM-nin 59-cu maddəsində qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən hallardan biri cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsidir. Odur ki, göstərilənləri nəzərə alaraq, müdafiə tərəfi birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək özünü Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilmədiyini, həmin maddələr ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkumun müdafiəçisi İbadov Zaur Fəzail oğlu eyni məzmunlu çıxış edərək göstərilən əsaslarla apellyasiya məhkəməsinin qərarını ləğv edib, məhkuma Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəz oğlu Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkumun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəmə tərəfindən düzgün tövsif olunduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alındığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə müəyyən edir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlı dır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, Məhkum təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilmədiyinə istinad edilmiş, buna görə də, mübahisələndirilən qərarı ləğv etməklə, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kim i Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Ali Məhkəmənin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci mad dəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, bu ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyi üçün CPM-nin 39.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli, Məhkum CM-nin 221.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair dair müddəalar məhkəmə qərarından xaric edilməli, Məhkum əməli CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, ilkin olaraq işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəx sin sağlamlığına az ağır zərər vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etməklə bağlı ittihamın məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu göstərmişdir. Daha sonra məhkum tərəfindən verilmiş apellyasiya şikayətində Məhkum əməllərində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, birinci instansiya məhkəməsinin hökmünü ləğv etməklə işə yenidən obyektiv baxılmasını xahiş etmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına və məhkəmə iclas protokoluna əsasən müəyyən olunur ki, apellyasiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, formal surətdə əməlin düzgün tövsif olunduğunu, məhkumun ittiham olunduğu cinayət əməlinin cinayət işi materialları ilə təsdiq olunduğunu, şikayətin dəlillərinin isə əsassız olduğunu qeyd etmiş və bununla kifayətlənmişdi. Halbuki, məhkəmə qərarı və iclas protokoluna əsasən müəyyən olunur ki, Məhkum apellyasiya məhkəmə baxışında da, ibtidai istintaq orqanı tərəfindən aparılmış araşdırmanın qərəzli olduğunu, birinci instansiya məhkəməsinin işin hallarını kifayət qədər araşdırmadığını və onlara düzgün hüquqi qiymət verilmədiyini, ittiham olunduğu cinayət əməllərində özünü təqsirli bilmədiyini və hökmü ləgv edib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli surətdə yoxlayıb araşdırmanın nəticəsi olaraq aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cin ayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin dispozisiyası xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyası isə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun t ətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən q ərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Aydın məsələdir ki, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəllər birlikdə işləmiş, aralarında dostluq münasibətləri olmuşdur. Daha sonra Məhkum işləmək üçün Rusiya Federasiyasına getmiş, bir müddət sonra X1in ondan pul almaq məqsədilə onu narahat etmə səbəbindən Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra X1 ona zəng edərək yenə narahat etdikdə nömrəsinin sonuncuya Zərərçəkmiş şəxs tərəfindən verildiyini anlamışdır. Çünki bir gün əvvəl Zərərçəkmiş şəxs onu işlədiyi marketdə görmüşdür. Beləliklə, də Zərərçəkmiş şəxslə münasibətləri korlanmışdır. Hadisə baş verən gün Zərərçəkmiş şəxslə mübahisə səbəbsiz yerə deyil, məhz bu səbəbdən yaranmışdır. Hadisə baş verən gün Məhkum qeyd edilən məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs “XXX” şadlıq sarayından – insanların çoxluq təşkil etdiyi ərazidən kənara, yəni heç kimin olmadığı maşın dayanacağına çağırmış və baş vermiş münaqişə zamanı Məhkum zərərçəkmişi bir dəfə vurması və hadisə yerindən uzaqlaşması nə restoranın normal fəaliyyətinin pozulmasına, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. İşə baxan məhkəmələrin də istinad etdiyi işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağ ır zərər vurmasını qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Məhkum mobil telefonunun nömrəsinin onunla qərəzli münasibətdə olan X1ə bildirməsini Zərərçəkmiş şəxsə irad tutaraq, sonuncunun bunu təsdiq etməməsi ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Məhkum əməllərində xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerlərdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Məhkum qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Məhkum istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq Məhkum zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş v ə xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi, o cümlədən məhkəmə qərarlarında qeyd olunan Zərərçəkmiş şəxs və hadisə yerində olmuş bir nəfər şahid X2 ifadələri də cinayət hadisəsinin baş verdiyi yerlərdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmirlər. İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən (Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərərin vurulduğunu göstərən) məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli rəyi ilə məhdudlaşır. Bundan əlavə iş materiallarında olan Zərərçəkmiş şəxs məhkum edilməsinə d air Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən müəyyən olunur ki, baxılan işdən ayrılmış cinayət işi üzrə Zərərçəkmiş şəxs əməli 127.2.3cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilmiş və zərərçəkmiş Məhkumla barışdığı üçün iş üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin işin faktiki halları və Məhkum əməlləri barədə gəldiyi nəticələr – CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, məhkəmlər şəxsin təqsirliliyi barədə yekun nəticəyə gələrkən tədqiq etdikləri sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əssən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. CPM-in 146.1-ci maddəsinə görə “cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin”. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmələrin istinad etdiyi yuxarıda qeyd olunan sübutlar bazası, mötəbərliliklə yalnız Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanu nun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında və uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilmə məlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq kassasiya şikayətini dəlillərini iş materialları ilə birgə yoxlayaraq Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyini dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsin də onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin şəxsin ittiham olunmuş xuliqanlıq cinayət əməli üzrə təqsirliliyi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Odur ki, mübahisələndirilən qərar Məhkum Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, bu ittiham üzrə onun təqsirliliyi sübuta yetiril mədiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilməklə Məhkum Bəhman oğluna Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar məhkəmə qərarından xaric edilməlidir. Bundan başqa, yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum əməlində xuliqanlıq niyyəti istisna olunduğundan ona ittiham olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma) həmin Məcəllənin 127.1-ci maddəsinə (qəsdən sa ğlamlığa az ağır zərər vurma) tövsif edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Məhkumla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda, müdafiə tərəfinin belə bir barışığa etirazı olmamışdır. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökm və ya qərarları ləğv edərək cinayət işi üzrə icraata xitam vermək, həmçinin apellyasiya ins tansiya məhkəməsinin hökm və qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində xx xxxx 2019-cu il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli (CPM-nin 416.1.11-ci maddəsinə əsasən - məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) bu ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmək lə (CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar məhkəmə qərarından xaric edilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın Məhkum barəsində xx xxxx 2019-cu il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin, bu ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilməklə Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar məhkəmə qərarından xaric edilsin, onun əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin, Cinayət Məcəlləsinin 7 3.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar