Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-56/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarix li hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə ) Məhkum - xx xxx 1973-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin başlanğıcının xx xxx 2018ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxx 2018-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 4745,546 qram çəkidə olan külli miqdarda heroini əldə edib üzərində daşımış və yaşadığı ünvan2ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında gizlətməklə saxlamış, Cəlilabad rayon polis şöbəsinin əmədaşlarının xx xxx 2018-ci il tarixdə, saat 18 radələrində Cəlilabad şəhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin narkotik vasitənin 29,809 və 47,711 qramı onun əynindəki qara rəngli pencəyinin sol iç cibindən, qalan hissəsi isə həmin tarixdə, saat 21 radələrində baxış zamanı 9 ayrı-ayrı bükümlərdə 1045,0 qram, 1040,0 qram, 1020,0 qram, 1550,0 qram, 2,855 qram, 2,340 qram, 2,796 qram, 2,620 qram və 2,415 qram çəkidə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı dolabın içərisindən aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.Ə.İ.Novruzov (sədrlik edən və məruzəçi ), R.M.Cəfərov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində ikisi fiziki qüsurlu olmaqla üç övladının və xəstə anasının olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövl ət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində himayəsində ikisi fiziki qüsurlu olmaqla üç övladının və xəstə anasının olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 4745,546 qram çəkidə olan külli miqdarda heroini əldə edib üzərində daşıdığına və yaşadığı Cəlilabad şəhəri, S.Axund ov küçəsi ev 63-ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında gizlətməklə saxladığına təqsirli bilinib məhkum edilmişdir. Kassasiya şikayətində məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, onun cinayət əməllərini təsdiq edən sübutların toplanması, məhkəmə iclasında tədqiqi, qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun mümkünsüz sübutlardan istifadə edilməmiş, hökmdə istinad edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Apelya siya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə Məhkum himayəsində 1 nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Cinayət işinin materiallarından onun cəzasını yüngülləşdirməyə əsas verən başqa hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarix li qərarı ilə, xx.xx.2006-cı il tarixdən 2 il 2 ay 20 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Hazırda baxılan cinayət əməlini törədərkən məhkumluğu olmayan hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkumun kassasiya şikayətində göstərilənlər ona təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə əsas vermədiyindən və cəzanın yüngülləşdirilməsinə əsas verən başqa hallar da cinayət işinin materiallarından müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şik ayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərərfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-56/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-56/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver